Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə1/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
  1   2   3   4   5   6   7   8   9   ...   298


 

 

 



 


Elmi redaktorlar: 

Əziz Məmmədov 

BDU-mm «Fəlsəfə» kafedrasının 

professoru, fəlsəfə elmləri doktoru 

Fəxrəddin Mustafayev 

ADAU-nun dosenti, b.e.n 

Rəyçilər: 

Əziz Məmmədov 

BDU-mm «Fəlsəfə» kafedrasının 

professoru, fəlsəfə elmləri doktoru 

Canbaxış Nəcəfov 

ATU-nun «Tibbi biologiya və genetika» kafedrasının müdiri, 

biologiya elmləri doktoru, professor 

Bu ilk fundamental dərslikdə sosial ekologiyanın predmeti, məqsədi, 

vəzifələri,  prinsipləri,  qanunları,  inkişaf  tarixi,  fəlsəfi  aspektləri, 

sosial-ekoloji  qarşılıqlı  təsirlər,  onların  subyektləri,  təbiət  və  cəmiyyətin 

qarşılıqlı  təsirləri,  qlobal  sosial-ekoloji  problemlərin  həll  olunma  yolları, 

sosial  ekologiyanın  Davamlı  İnsan  İnkişafı  kontekstində  təhlükəsizlik 

aspektləri, sosial-iqtisadi və mənəvi aspektlər, mühitin ekologiyası ətraflı 

şərh olunub. Kitabda, demək olar ki, insan həyatının bütün sosial sferaları, 

o  cümlədən  etika,  ekoloji  bumeranq,  onun  səbəbləri  və  fəsadları, 

psixologiya  və  pedaqogikanın  elementləri,  sosial-gigyenik  monitorinq 

sistemləri  və  ətraf  mühitin  qiymətləndirilməsi  öz  müfəssəl  əksini  tapıb. 

Dərslik ali məktəb müəllimləri, tələbələri, magistrlər, dissertantlar, fəlsəfə 

doktorları, doktorantlar, ümumilikdə isə geniş oxucu kütləsi üçün nəzərdə 

tutulub. 

 



! ♦ 

İ; ıife 

tkj äk; ■

" f İ y i

 

 

I; 




ON SOZ 

«Düşünülmədən  fəlakətli  surətdə  inkişaf  edən  mədəniyyət  özündən 

sonra yalnız səhra, xarabalıq qoyur». Kari Marks 

Yarat bir əsər ki, adın ucalsın, 

Sən ölüb gedərkən yadigar qalsın. Ə.Cami 

Müasir dövrdə bəşəriyyətin qarşısınında belə bir mürəkkəb və təcili 

həllini gözləyən fəlsəfi mahiyyətli sual durur: «adamların şüurunu necə 

dəyişmək olar, onu qlobal ekoloji problemlərin konstruktiv və rasional 

həlli yoluna yönəltmək üçün nə etmək lazımdır?» Alimlər həmin sualın 

cavabını  belə  şərh  edirlər:  «qlobal  ekoloji  problemlərin  həlli,  təbii 



fəlakətlərin və kataklizmlərin - partlayışların qarşısının alınması üçün 

ən  prioritet  yol  budur;  yeni  sivilizasiyalı  dünyagörüşü,  dəyərlər 

sistemi,  fəlsəfə,  həyat  tərzi,  bütün  səviyyələrdə,  sosial  sferalarda 

düşünülmüş, konkret hərəkət etmə mexanizmi və proqramı». XXI əsr 

bəşəriyyətin  mədəniyyətlərarası  dialoqa,  sivilizasiya  cəmiyyətinə, 



multikulturalizmə  (mədəniyyətlərin  müxtəlifliyinə)  və  Davamlı 

İnkişafa  inteqrasiya  olunma  əsri  sayılmasına  baxmayaraq,  etiraf  etmək 

lazımdır  ki,  yaşadığımız  planetin  bu  günkü  ekoloji  durumu  bəşəriyyəti 



“qlobal düşünməyə və lokal-yerli təsir (hərəkət) etməyə”  məcbur edib 

və  heç  bir  məcraya  sığmayan  tərzdə  narahatçılığa  səbəb  olub.  XIX  əsrin 

ikinci yarısı və XX əsr bütövlükdə bəşəriyyətin tarixinə qara hərflərlə 

həkk  olunub,  planetimizin  ekoloji  mənzərəsinə,  durumuna,  təbii 

resurslara, ümumilikdə isə canlı və cansız materiyaya insan tərəfindən 

düşmənçilik,  qəddarlıq,  ekoloji  terrorçuluq,  vandalizm  münasibətlərinin 



aşılanması, formalaşması, çox sürətlə inkişaf etməsi ilə xarakterlənir. 

Bu  dövrlərdə  antropogen  təsirlər  və  düşmənçilik  münasibətlərinin 

«təşəkkül» tapması nəticəsində dünyanın təbii meşə örtüyünün 2/3 hissəsi 

məhv edilmiş, ətraf mühitin biotik (canlı) və abiotik (cansız) amilləri güclü 

antropogen  təsirlərə  məruz  qalmış,  çoxlu  sayda  biotlar  (flora  və  fauna 

növləri)  məhv  olmuş,  onların  nəsli  kəsilmiş,  bəziləri  «Qırmızı  kitab»lara 

düşmüş,  digər  qruplann  isə  nəsli  artıq  kəsilmək  üzrədir.  Təbii  quru 

ekosistemlərinin  63%-i  tamamilə  dağıdılıb,  yerlə  yeksan  edilib.  İnsanın 

təbiətə düşmənçilik münasibətlərinin pik nöqtəsinə çatması və antropogen 

təsirlər  nəticəsində  floranın  əsas  hissəsinin  məhvi,  meşələrin 

düşünülmədən, gələcək fəsadları nəzərə 



alınmadan  qırılması  -  meşəsizləşmə,  güclü  səhralaşma  prosesinin 

yaranması  nəticəsində  ozon  qatı  zədələnmiş,  bütün  ölkələrdə  turşulu 

yağışlar,  istilik  (pamik)  effekti,  qlobal  istiləşmə  və  s.  ekoloji  böhranlar 

peyda  olmuşdur.  Beləliklə,  elmi-texniki  tərəqqinin  yeni  nailiyyətləri 

bazasında təşəkkül tapan, get-gedə fonnalaşan, inkişaf edən, bu gün bütün 

elmləri  əlaqələndirən  (inteqral,  inteqrativ)  yeni,  qlobal  miqyaslı,  planetar 

əhəmiyyətli elm sahəsinin  - ekologiyanın  yaranması bəşəriyyətin ümumi 

inkişafı zərurətindən baş verdi. Bu zərurət insanlam 2 yol ayrıcında - ölüm, 

yaxud yaşamaq - qalması məcburiyyəti nəticəsində yarandı və bəşəriyyətin 

xilas  olması  üçün  ən  prioritet  məsələyə  çevrildi.  Bəşəriyyətin  ümumi 



inkişafının ekologiyadan kənar heç bir alternativ nicat yolu yoxdur və 

ola  da  bilməz.  Bu  gün  artıq  real  bir  faktdır  ki,  dünyanın  inkişaf  etmiş 

ölkələrində, o cümlədən qonşu Rusiyada ekoloji cəmiyyətin formalaşması, 

təşəkkülü,  tərəqqisi,  davamlı  və  dayanıqlı  inkişafı  üçün  ölkənin  təhsil 

sistemində ekologiya elminin tədrisinin ön plana çəkilməsi  ən prioritet 

və apancı missiya sayılır. Təhsilin ekologi- yalaşması dünya standartıdır, 

ekoloji  maariflənmənin  və  ekoloji  cəmiyyətin  bərqərar  olmasının, 

formalaşmasının ən apancı amilidir, günün ümdə, aktual və təxirə salınmaz 

tələbidir.  Onun  əsas  missiyası  təhsilin  bütün  pillələrində  -  orta,  ali, 

magistr, fəlsəfə doktoru və doktorantura  - insan psixologiyasında təbiətə, 

onun sərvətlərinə, ətraf mühit amillərinə, bioloji müxtəlifliyə, ümumilikdə 

isə  planetimizin  ekoloji  durumumun  yaxşılaşmasına,  pozitiv,  doğma 

münasibətin formalaşmasına təkan verməkdən ibarətdir. Bu missiya inkişaf 

etmiş  ölkələrin  təhsil  sistemində  1950-ci  illərdən  tətbiq  olunmaqla 

ixtisasından  asılı  olmayaraq,  bütün  ali  məktəblərdə  ekologiya  tədris 

olunmağa  başladı.  Ümumiyyətlə,  dünya  təcrübəsində  ekologiyanın 

tədrisinə orta məktəblərdə başlanır, kolleclərdə, texnikumlarda davam 

etdirilir, təhsilin sonrakı pillələrində isə ona daha önəmli yer verilir. Bu 

məsələyə Rusiyanın təhsil sistemində həmişə olduqca böyük və çox önəmli 

yer  verilib,  ekoloji  şüur,  etika,  əxlaq,  psixologiya,  pedaqogika  və 

mədəniyyətin  elementləri  mühazirə  mətnlərində,  müvafiq  dərsliklərdə  və 

dərs vəsaitlərində, tədris proqramlarında özünün müfəssəl, geniş və ətraflı 

əksini  tapıb.  Məşhur  ekoloqlar  və  çoxlu  sayda  fundamental  dərsliklərin 

müəllifləri 

(V.M.Məmmədov, 

M.N.Xramenkov, 

V.M.Nazarenko, 

Y.F.Abramov,  N.N.Moiseyev,  J.P.Safronov  və  b.)  təhsil  sisteminin 

ekologizasiyasmı  ekoloji  ideyaların,  təlimlərin,  anlayışların,  prinsiplərin, 

qaydaların,  qanunlann,  baxışların,  dünyagörüşlərin  başqa  elm  sahələrinə 

inteqrasiya olunması tendensiyasının xarakteristikası və müxtəlif profilli - 

təmayüllü,  savadlı,  yüksək  ixtisaslı  və  intellektual  səviyyəli  kadrların 

hazırlanmasının ən 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə