Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə14/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   10   11   12   13   14   15   16   17   ...   298

II

 

FƏSIL

 

Sosial ekologiyanin fəlsəfi aspektləri 

«Elmin bütün sahələri vacibdir. Lakin biologiyanı biz birinci yerdə 

qoymalıyıq,  çünki,  onun  məqsədi  həyatın  mənasını  bilmək  və 

aydınlaşdırmaqdır». Aristotel 

2.1.1.

 

Elmi idrakın mahiyyəti və funksiyaları 

«Heç zaman biliyinizin çatmamasını gizlətməyin, elə düşünməyin ki

siz  hər  şeyi  bilirsiniz.  Sizi  nə  qədər  yüksək  qiymətləndirsələr  də 

həmişə  özünüzdə  kişilik  cürəti  tapıb  deyin:  mən  biliksiz  və  məlu- 

matsızam».  İ.P.PavIov,  yeni  işə  başlayan  tibb  həkimləri  və 

alimlərinə məktubundan. 

{Bu 

bölmə 

hazırlanarkən 

ölkəmizin 

tanınmış 

alimləri 

N.F.Qəhrəmanov,  Ə.B.Məmmədov  və  V.İ.İsmayılovun  «Təbii-elmi  biliyin 

fəlsəfi  əsasları»  monoqrafiyasına  (Bakı,  «Elm»,  2014)  da  istinad 

olunmuşdur). 

Müasir təbiətşünaslıq özünün inkişaf tarixi boyunca həmişə istifadə 

etdiyi  metodlann  və  qazanılmış  fundamental  nəticələrin  fəlsəfi 

interpretasiyası  ilə  üzvi  surətdə  bağlı  olmuşdur.  Təbiətşünaslıq  və 

fəlsəfənin əlaqəsi təsadüfi olmayıb, insan biliyinin bu iki mühüm sahəsinin 

tədqiqat  obyektinin  ümumiliyindən,  həm  təbiətşünaslığın,  həm  də 

fəlsəfənin eyni bir obyektin-bütün tərəfləri, qarşılıqlı təsirləri, atributları ilə 

vəhdətdə götürülən təbiətin öyrənilməsindən irəli gəlir. İctimai şüur forması 

və  insan  biliyinin  ən  qədim  fonnalarmdan  olan  fəlsəfə  təbiət,  cəmiyyət, 

təfəkkür  və  idrakın  ən  ümumi  inkişaf  qanunları  haqqında  elm,  elementar 

hissəciklərdən  tutmuş  canlı  orqanizmlərin  həyat  fəaliyyətinə-  dək  ən 

müxtəlif  proses  və  hadisələri  öyrənən  təbiətşünaslıq  isə  təbiət  haqqında 

elmlərin  differensiallaşmasından  və  inteqrallaşmasından  yaranan  yüzlərlə 

fənlərin, bilik sahələrinin məcmusudur. Təbiət, cəmiyyət, texnika, təbabət 

elmlərinin  nailiyyətlərini  ümumiləşdinnək  əsasında  fəlsəfə  tam  sintetik 

dünyagörüşü  kimi  çıxış  edir.  Fəlsəfə  idrak  nəzəriyyəsi  və  məntiq  təlimi 

olmaq  etibarilə  dünyanın  dərk  edilməsi  məntiqinin,  elmin  inkişafının 

metodoloji problemlərinin öyrənilməsində təbiətşünaslığa həmişə yaxından 

kömək edir, fizikanın, biologiyanın, kimyanın, astrofizikanın, geologiyanın 

və s. təbiət elmlərinin konkret faktlarının ümumiləşdirilməsi və təbii-elmi 

kəşflərin  əhəmiyyətinin  açılıb  göstərilməsi  üçün  onları  ümumnəzəri  və 

metodoloji əsaslar ilə təmin edir. 

34 



Keçmişdə təbiət elmlərinin interpretasiyası ilə kifayətlənən fəlsəfə hazırda 

elmi  tədqiqatın  tam  hüquqlu  iştirakçısına  çevrilərək  bir  sıra  hallarda 

müxtəlif təbii-elmi fərziyyələrdən və mülahizələrdən hansını seçmək lazım 

gəldiyini  müəyyənləşdirməyə  imkan  verməklə,  demək  olar  ki,  təbii-elmi 

meyar  rolunda  çıxış  edir.  Eyni  zamanda  təbiətşünaslıq  da  fəlsəfənin 

inkişafında  az  rol  oynamır;  təbiətşünaslıq  fəlsəfənin  nəzəri 

ümumiləşdirmələr 

etməsi, 


materiyanın 

inkişafının 

ümumi 

qanunauyğunluqlarını açması, onların nəzəri müddəalarını əsaslandırması, 



qanun  və  kateqoriyalannm  məzmununu  zənginləşdirib  inkişaf  etdirməsi 

üçün ona canlı qida, yeni-yeni faktlar verir. Aləmin inkişaf qanunauyğun- 

luqlannı  açmağı  məqsəd  qoyan  təbiətşünaslıq  nəzəri  təfəkkürə  müraciət 

edərək  fəlsəfi  xarakterli,  geniş  diapazonlu  ümumiləşdinnələr  apanr. 

Beləliklə,  fəlsəfə  və  təbiətşünaslıq  bir-birinə  qarşılıqlı  nüfuz  edərək,  bir- 

birini qarşılıqlı surətdə zənginləşdirir. Fəlsəfə və təbiətşünaslığın qarşılıqlı 

əlaqəsi  və  dünyanın  təbii-elmi  mənzərəsinin  zənginləşməsində  dialektika 

prinsipləri mühüm rol oynayır. Bu prinsipləri rəhbər tutaraq biz fəlsəfə və 

təbiətşünaslığın  qarşılıqlı  əlaqəsi  probleminə  yanaşmanın  dörd  əsas 

aspektini fərqləndirə bilərik. Birinci aspekt fəlsəfi aspekt adlanır. Fəlsəfə 

və təbiətşünaslığın qarşılıqlı əlaqəsinin fəlsəfi aspektinin son və ali məqsədi 

bu  iki  bilik  sahəsinin  qarşılıqlı  əlaqəsinin  dialektik  təbiətinin 

açıqlanmasından ibarətdir. İkinci aspekt təbii-elmi aspekt adlanır. Bu halda 

fəlsəfə və təbiətşünaslığın münasibətinə, tarixi zərurət kimi çıxış edən və 

hər birinin özünəməxsus inkişaf qanunu olan elmlərin qarşılıqlı təsiri kimi 

baxılır. Üçüncü aspekt məntiqi-qnoseoloji aspekt olub, mahiyyət etibarilə 

təbii-elmi  materialın  mənimsənilməsi  və  kateqorial  aparatın  inkişafı 

əsasında  təfəkkürün  tərəqqisinin  təhlili  ilə  bağlıdır.  Dördüncü  aspekt 

sosial-ideoloji  aspekt  adlanır.  Bu  aspektin  hüdudlarında  fəlsəfə  və 

təbiətşünaslığın  qarşılıqlı  əlaqəsi,  dünyagörüşü  və  biliyin  məzmunu 

baxımından  təhlil  olunur.  Bütün  bu  aspektlərlə  yanaşı  fəlsəfə  və 

təbiətşünaslığın qarşılıqlı əlaqəsi həm də bütöv bir tamlıq kimi təzahür edir. 

Buna  görə  də  mütləqləşdirilməsi  yolverilməz  olan  aspektlərlə  bərabər 

problemin bütövlük xarakteristikası və ona kompleks yanaşma da qorunub 

saxlanılır.  Beləliklə,  fəlsəfə  və  təbiətşünaslığın  bir-birinə  qarşılıqlı  nüfuz 

etməsi  təsadüfi  hadisə  olmayıb,  fəlsəfə  və  təbiətşünaslığın  fəaliyyət 

göstərdiyi  elmi  mühitin  tələbidir.  Bunu  zəmanəmizin  bir  sıra  görkəmli 

təbiətşünaslan da dönə- dönə qeyd etmişlər. İyirminci yüzilliyin ən böyük 

fiziki,  məşhur  nisbilik  nəzəriyyəsinin  yaradıcısı  Albert  Eynşteyn 

(1879-1955)  demişdir:  “Bizim  zəmanəmizdə  fizik  fəlsəfi  problemlərlə 

əvvəlki nəslin flziklərinə nisbətən daha çox məşğul olmağa məcburdur. 

Zira 

35 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə