Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə2/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   2   3   4   5   6   7   8   9   ...   298

başlıca,  vacib  prioriteti  kimi  dəyərləndirir  və  bu  problemi  günün 

təxirəsalınmaz  məsələsi  sayırlar.  Hazırda  ümumilikdə  bütün  təhsil 



sisteminin  ekologiyalaşması  cəmiyyətin  mövcud  situasiyadan  xilas 

olmasının ən ümdə və yeganə nicat-çıxış yoludur, digər alternativ yol 

isə  yoxdur.  Çünki  hər  bir  adam,  xüsusilə  gənclər  ekoloji  cəhətdən 

maarifləndirilməli, müəyyən bilgilər əldə etməli, təbiətə, ətraf mühitə, təbii 

resurslara münasibətini pozitiv istiqamətdə dəyişməli, müasir sivilizasiyalı 

təbiət-cəmiyyət  sisteminin  ekoloji  sahədə  ən  fəal  üzünə  çevrilməlidir. 

Bunun  üçün  isə  ən  aparıcı  və  yeganə  prioritet  bütün  təhsil  sistemində 

ekologiyanın tədris olunmasının dinamik surətdə həyata keçirilməsidir. Əks 

təqdirdə,  ölkəmizdə  ekoloji  cəmiyyətin  formalaşması  prosesinin  tempi, 

sürəti  ləngiyə  bilər.  1988-1990-cı  ildən  başlayaraq  Rusiyanın  ali  təhsil 



sistemində də təhsil, elm və istehsalatın ekoloji aspektdə inkişafı dayanıqlı 

fonnada davam etdirildi, təcrübəli alimlər tərəfindən çoxlu sayda ekologiya 

dərslikləri  hazırlandı.  Bütün  ali  məktəblərdə,  kollec  və  texnikumlarda, 

fakültəsindən  və  ixtisasından  asılı  olmayaraq,  ekologiya  sərbəst  fənn 

kimi tədris olundu. Xüsusilə humanitar və pedaqoji fakültələrdə “Ümumi 



ekologiyanın  əsasları”,  “İnsan  ekologiyası”,  “Sosial  ekologiya”  və  s. 

tədris  olunur  və  bu  sahədə  kifayət  qədər  müvafiq  ali  məktəb  dərslikləri 

(Qrisov  E.V.  -  “Sosial  ekologiyanın  əsasları”,  1988;  Qrisov  E.V., 

Şirokova İ.Y. - “Ekologiya və mədəniyyət”, 1989; Deryabo S.D., Yasvin 

V.A.  -  “Ekoloji  pedaqogika  və  psixologiya”,  1996;  Qlazaçev  S.N., 

Kozlova  O.N.  -  “Ekoloji  mədəniyyət”,  1997;  Losev  A.V.  -  “Sosial 



ekologiya”, 1998; Moiseyev N.N. - “Davamlı İnkişaf və ekoloji təhsil”, 

1999; Voronov N.A. - “Ümumi, sosial, tətbiqi ekologiya”, 2000; Sitarov 

V.A.  -  “Sosial  ekologiya”,  2002;  Alekseyev  S.V.  və  b.  -  “İnsan 

ekologiyası”, 2002; Proxorov B.B. - “İnsan ekologiyası”, 2003; Bqanba 

V.R.  -  “Sosial  ekologiya”,  2004;  və  s.)  hazırlanıb.  Bu  dərsliklərin 

hamısında  ixtisasın  təmayülünə  uyğun  olaraq,  ekologiyanın  müxtəlif 

aspektləri 



(ekoloji 

pedaqogika, 

psixologiya, 

incəsənət, 

mədəniyyətşünaslıq,  əxlaq,  estetika,  etika,  fəlsəfə,  hüquq,  siyasət, 

jurnalistika, sivilizasiya və s.) şərh olunub və onlar müvafiq fakültələrdə 

tədris olunur. Dünyanın bütün inkişaf etmiş ölkələrində də bu təcrübə geniş 

və  əsaslı  surətdə  tətbiq  olunur.  Çünki  hər  bir  mütəxəssis  ixtisasından 

asılı  olmayaraq,  ekologiya,  onun  əsas,  qlobal  problemləri,  müasir 

durumu və Davamlı İnsan İnkişafı (Dİİ) haqqında heç olmasa minimal 

bilgilərə  malik  olmalıdır.  Əks  təqdirdə  o,  nə  idarə  rəhbəri,  nə  də 

yüksək ixtisaslı mütəxəssis kimi özünü doğrulda və ekoloji cəmiyyətin 

fəal bir üzvü ola bilməz. Qeyd edilən mövzular əsasən “Sosial ekologiya” 

adlı dərsliklər 




də şərh olunmaqla, bu fənnin tədrisi üçün 54 saat auditoriya məşğələsi (36 

saat - mühazirə, 18 saat - seminar) ayrılıb. Ölkəmizin pedaqoji, psixoloji, 



mədəniyyət,  incəsənət,  hüquq,  jurnalistika,  filologiya,  tarix,  dilçilik, 

mexanika,  riyaziyyat,  fizika,  informatika  və  s.  təmayüllü  fakültə  və 

ixtisaslarının heç birində  “Sosial  ekologiya”  fənni  tədris  olunmur və bu 



həyati  vacib  məsələ  sanki  tamamilə  unudulub.  Unutmaq olmaz ki, bu 

fənnin tədrisi tələbələrdə və gələcək mütəxəssislərdə ekoloji mədəniyyət, 

psixologiya,  şüur,  əxlaq,  etika  və  s.  formalaşdırır,  onların  ekoloji 

sivilizasiyaya  və  Davamlı  İnkişafa  inteqrasiya  prosesini  stimullaşdırır, 

tənzimləyir,  təbiət-cəmiyyət  münasibətlərində  pozitiv  situasiya  yaradır. 

Mədəniyyət və Turizm Nazirliyinin sərəncamında olan kollec və ali təhsil 

ocaqlarında  “Sosial  ekologiya”  fənninin  tədrisi  mütləq  surətdə  vacib  və 

zəruri məsələdir. Ekologiya hazırda lOO-dən çox müxtəlif elmə və fənlərə 

inteqrasiya etdiyinə görə dünya praktikasında yeganə inteqral (inteqrativ) 

elm  sahəsi  sayılır,  onsuz  heç  bir  elmin  davamlı  inkişafı  mümkün  deyil. 

İnsan  həyatının  və  fəaliyyətinin  hazırda  elə  bir  sferası  (sosial-iqtisadi, 



ailə-məişət,  sağlamlıq,  təhsil,  mədəniyyət,  incəsənət,  poeziya, 

təhlükəsizlik, İKT  və s.) yoxdur ki, ekologiya ona nüfuz etməsin. Məhz 

buna görə də ölkə əhalisinin ekoloji maarifləndirilməsi, müəyyən bilgilər 



əldə  etməsi  və  ekoloji  cəmiyyətin  fəal  üzvünə  çevrilməsi  üçün  təhsil 

sisteminin  mütləq  fonnada,  tamamilə  və  əsaslı  surətdə  ekologizasiyası 

müasir  dövrün  ən  təxirəsalınmaz  problemi  və  aparıcı  prioritetidir. 

Ekoloji  problemlər  həmişə  ölkə  prezidentinin  fəaliyyətində  ən  öncül 

məsələ kimi dəyərləndirilib, əsas prioritet olub və təhsil sistemində dünya 

standartına uyğun olaraq islahatların aparılması ön plana çəkilib. 2008-ci il 

31 

yanvar 


tarixli 

“Azərbaycan  Respublikasının  Ali  Təhsil 

müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi 

tədbirlər  haqqında”  sərəncam  da  ölkə  təhsilinin  Avratlantik 

inteqrasiyası  baxımından  xüsusi  əhəmiyyətə  malikdir.  Bu  baxımdan 

ölkəmizdə  təhsil  sisteminin  dünya  standartına  uyğun  olaraq 



ekologiyalaşması  sahəsində  müvafiq  mütərəqqi  islahatların  aparılmasına 

çox  böyük  ehtiyac  vardır.  Düzdür,  ölkəmizin  bəzi  ali  məktəblərində 

ekologiya yalnız seçmə (fakültətiv) fənn kimi tədris olunur (ekologiyanın 

seçmə fənn kimi tədrisi ilə dünya elminə inteqrasiya absurt bir missiyadır) 

və  bu  sahədə  müvafiq  dərsliklər  də  hazırlanıb.  Lakin  təəssüflə  qeyd 

etməliyik  ki,  ekologiya  fənni  hazırda  ali  təhsil  ocaqlannın  pedaqogika, 



psixologiya,  fəlsəfə,  filologiya,  jurnalistika,  dilçilik,  ədəbiyyat,  tarix, 

hüquq,  politologiya,  diplomatiya,  idarəetmə,  fizika,  riyaziyyat, 

informatika və s. fakültə və ixtisaslarında tamamilə tədris olunmur və bu 

vacib məsələ sanki unudulub. 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə