Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə3/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   2   3   4   5   6   7   8   9   ...   298

Xatırladırıq ki, Avropa və Qərb ölkələrində, o cümlədən Rusiyada həmin 

ixtisasların  təmayülünə  müvafiq  olaraq  ekologiya  aparıcı,  sərbəst, 



prioritet  fənn  kimi  tədris  olunur  (ekoloji  pedaqogika,  psixologiya, 

fəlsəfə,  incəsənət,  mədəniyyətşünaslıq,  hüquq,  idarəçilik,  siyasət, 

riyaziyyat,  informatika,  ekspertiza,  jurnalistika  və  s.).  Narahatlıq 

törədən  haldır  ki,  ölkəmizin  bəzi  ali  məktəblərinin  (Azərbaycan,  Asiya, 

İlahiyyət,  İncəsənət,  Dillər,  Milli  Konservatoriya,  ADPU  və  s. 

universitetlərin)! heç bir fakültə və ixtisasında ekologiya tamamilə tədris 

olunmur. Əlbəttə, bu acınacaqlı hala son qoyulmalıdır, çünki ekologiyanın 

tədris olunması hazırkı dövrün ən ümdə və təxirəsalınmaz tələbidir və buna 

biganə  yanaşmaq  olmaz.  ADPU-də  fəaliyyət  göstərən  ekologiya 

fakültəsinin  bağlanmasına  heç  bir  ad  vennək  olmaz  və  həmin  fakültənin 

bərpa  olunması  məqsədəuyğun  olardı.  Qabaqcıl  dünya  təhsil  sisteminə 

istinadən, unutmaq olmaz kiekoloji bilgilərə malik olmayan mütəxəssis 



istehsalatda, müəllimlər isə məktəbdə öz fəaliyyəti ilə heç bir vaxt özünü 

doğrulda  bilməz.  Bu  həyati  vacib  məsələ,  ixtisasından  asılı  olmayaraq, 



bütün müəllimlərə və mütəxəssislərə aiddir, onların ekoloji bilgilər əldə 

etməsi  mütləqdir,  zamanın  əsas  tələbidir.  BDU,  NDU,  AzMİU,  ADAU, 

GDU,  ADİU,  Texnologiya,  Kooperasiya,  Təfəkkür,  Odlar  Yurdu, 

Naxçıvan, 

Qərb 

universitetlərində, 



Naxçvan 

Mİ-da 


müxtəlif 

modifıkasiyalarda ixtisaslara uyğun olaraq ekologiyanın tədris olunması ali 

təhsil  sistemində  yüksək  tendensiya  kimi  dəyərləndirilməli  və  bu 

təcrübədən geniş istifadə olunmalıdır. Yalnız bu təqdirdə yüksək ixtisaslı 

kadrlar,  mütəxəssislər,  müəllimlər  və  s.  hazırlamaq,  gənc  nəslin  təbiətə, 

onun  sərvətlərinə  münasibətini  pozitiv  istiqamətə  yönəltmək  olar  və 

ölkəmizdə  ekoloji  cəmiyyətin  yaranmasına,  fonnalaşmasma  nail  olmaq 

mümkündür. Bu, ekoloji cəmiyyəti, sivilizasiyanı fonnalaşdıran ən aktual 

faktordur.  Real  faktdır  ki,  bu  gün  ölkəmizdəki  heç  bir  kollec  və 

texnikumlarda  ekologiya  tədris  olunmur.  Bu  məsələ  də  mütləq  formada 

tezliklə  öz  müsbət  həllini  tapmalıdır.  Çünki  bu,  dünya  təhsil  sisteminə 

inteqrasiya prosesinin bir növü sayılır. Güman edirik ki, uzun müddətli və 

çox gərgin əməyimizin məhsulu olan bu ilk fundamental ali məktəb dərsliyi 

insanın  həyat  sferalarını  əhatə  etdiyi  və  hamı  üçün  gərəkli  olduğu  üçün 

ölkəmizdə ekoloji cəmiyyətin və sivilizasiyanın fonnalaşmasma, qismən 

də olsa, əsaslı zəmin yaradacaq, elmi-pedaqoji ictimaiyyət, ümumilikdə isə 

geniş oxucu kütləsi ondan bəhrələnəsək və ekoloji bilgilərə malik olacaqlar. 

Bu dərslik həm də ölkəmizdə müxtəlif əhali qruplarının, həmçinin ayrı-ayrı 

fərdlərin  təbiətə,  onun  sərvətlərinə  pozitiv  münasibətinin  formalaşmasına 

da xeyli köməklik göstərəcəkdir. 



Müəlliflər dərsliyin hazırlanmasında öz dəyərli məsləhətləri ilə 

xüsusi  köməklik  göstərən  elmi  redaktorlara,  rəy  verən  məşhur  alimlərə, 

Dövlət Statistika Komitəsinin şöbə müdiri Elçin Hacıya, Ailə, Qadın və 

Uşaq  problemləri  üzrə  Dövlət  Komitəsinin  sədri,  professor  Hicran 

Hüseynovaya,  sədr  müavini  Aynur  Sofiyevaya,  “İnformasiya  və 

analitik  araşdırmalar”  şöbəsinin  əməkdaşı  Aynur  Veysəlovaya, 

magistrlər  Kəmalə  Səmədovaya,  Aynur  Xudiyevaya,  operatorlar 

Qafur Zamanova, Aysel Kərimovaya və Leyla Bəşirovaya, ETSN- nin 

aparıcı  mütəxəssisi  Sabit  Mustafayevə  məmnunluq  hissi  və  xüsusi 

ehtiramla  öz  dərin  minnətdarlıqlarını  bildirirlər.  Müəlliflər  həmçinin 

bu ilk ali məktəb dərsliyi haqqında öz tənqidi mülahizələrini, irad, məsləhət 

və  təkliflərini  bildirən  alimlərə,  elmi-pedaqoji  personala  və  oxuculara 

əvvəlcədən minnətdarlıq edir. Onlann irad və təkliflərini dərsliyin növbəti 

nəşrində məmnuniyyətlə nəzərə alınacaqlar. 

Müəlliflər 



I

 

FƏSIL

 

Sosial ekologiya, onun predmeti, üsulları, 

prinsiplər, qanunları və inkişaf tarixi 

«Bəşəriyyət yalnız sivilizasiya paradiqmasım dəyişdirə bildiyi halda 

yaşaya bilər». Məşhur ekoloq N.N.Moiseyev 

«Sosial 

ekologiya 

«cəmiyyət-təbiət-texnika-təbii 

mühit» 

sistemindəki 

mürəkkəb  və  çox  mənalı  münasibətləri  öyrənib, 

«cəmiyyət-təbiət» 

sistemində 

qarşılıqlı 

təsirlərin 

ümumi 

qanunauyğunluqlarının  optimal-  laşma  və  harmonizasiya  yollarını 

açıqlayır». Məşhur sosial-ekoloq V.D.Komarov 

1.1.

 

Sosial ekologiyanın predmeti, məqsədi və vəzifələri. 

Sosial ekologiya - “cəmiyyət->insan-^texnika—>təbii mühit” sistemindəki 

mürəkkəb,  çoxmənalı,  qlobal  xarakterli  münasibətləri,  qarşılıqlı  dialektik 

vəhdəti  öyrənən  fundamental  elm  sahəsi  olub,  “cəmiyyət-  təbiət” 

sisteminin  harmonizasiyasmm  və  qarşılıqlı  əlaqələrinin  ümumi 

qanunauyğunluqlannı  və  optimallaşma  yollarını  açıqlayır,  onlan  ətraflı 

surətdə şərh edir. Bu bəşəri və planetar əhəmiyyətli mütərrəqi elm sahəsi 

qlobal  ekoloji  problemlər,  cəmiyyət-təbiət  münasibətlərində  yaranan 

disbalans, çox kəskin xarakterli ziddiyyətlər, disharmoniyalar, ətraf mühitə 

göstərilən  antropogen  və  texnogen  təsirlərin  neqativ  fəsadları,  təbiəti  və 

onun sərvətlərini mühafizənin, eləcə də, ekoloji böhranların, kataklizmlərin 

qarşısının  alınmasının  əsas  yolları  və  ümumi  inkişafın  təhlükəsizlik 

perspektivlərindən  bəhs  edir.  Qeyd  edilən  məqsədlərə  nail  olmağın  ən 

başlıca,  aparıcı  prioriteti  isə  ekoloji  şüurun  inkişafı  sayılır.  Ekoloji  şüur 

mahiyyətcə  ekoloji  qanunların,  “təbiət-cəmiyyət”  münasibətlərindəki 

bərpa  olunmayan  ziddiyyətlərin,  təbii  və  sosial  uyğun-  suzluğun 

qanunauyğunluqlannm dərk edilməsindən, lokal qlobal ekoloji böhranlar və 

problemlər  barədə  dərindən  düşünmək,  həyatı  qoruyub  saxlamaq  üçün 

düşünülmüş strategiyanın hazırlanması və həyata keçirilməsindən ibarətdir. 

Sosial  ekologiyanın  dayanıqlı  inkişafı  üçün  əsas  nəzəri  və  ümumi 

metodoloji bazanı fəlsəfə təşkil edir. Fəlsəfənin və digər humanitar elmlərin 

çərçivəsi  daxilində  fonnalaşan  ekoloji  dünyagörüşü  “cəmiyyət-təbiət” 

münasibətlərində harmonizasiyanm yaranması üçün ən başlıca amil hesab 

olunur.  Sosial  ekologiyanın  öyrənilməsinin  əsas  predmeti  həmin  sistemin 

inkişafının qanunauyğunluqlannm aşkar edilməsi, sosial-mədəni, hüquqi və 

s. aspektlərdən ibarətdir. Başqa sözlə, 




Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə