Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə5/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   2   3   4   5   6   7   8   9   ...   298

-

 

insan və təbiətin qarşılıqlı əlaqələrinin idarəedilməsi və rasionlaş- 



dırılması məsələsinin qoyuluşu

-

 



müasir elmi biliklərə qlobal səviyyədə inteqrasiya etmək prosesinə 

müvafiq zəmin yaratmaq. 

Beləliklə,  sosial  ekologiya  cəmiyyətlə  təbii  mühit  arasındakı 

qarşılıqlı  əlaqələri  tədqiq  edən  və  cəmiyyətin  təbiətə  rasional  münasibət 

strategiyasını fonualaşdıran kompleks elmlər sistemindən təşkil olunan elm 

sahəsidir.  Sosial  ekologiya  “cəmiyyət—>insan—>texnika—>təbii 



mühit”  kimi  olduqca  mürəkkəb  və  çoxmənalı  sistemdə  mövcud  olan 

münasibətləri öyrənir və bu sahədə geniş diapozonlu axtanşlarını dinamik 

surətdə davam  etdiri (V.D.Komarov, 1990).  Bu  perspektivli və çoxşaxəli 

elm  sahəsi  müxtəlif  fundamental  elmlərin  nümayəndələrində  elmi 

təfəkkürləri  dəyişdirir,  onlarda  yeni  nəzəri  yanaşmalar  və  metodoloji 

baxışlar  fonualaşdınr,  son  nəticədə  isə  özünün  kompleks  elm  kimi 

dayanıqlı, davamlı inkişafına əsaslı zəmin yaradır. Sosial ekologiya - hər 

bir elm sahəsi öz tədqiqatlannda həm ümumi, həm də xüsusi elmi axtarış 

üsullarından  istifadə  edir.  Sosial  ekologiyanın  başqa  ekoloji  elmlərlə 

əlaqəsi,  ilk  növbədə  onların  qarşılıqlı  korrelyasiyasının  aşkar  olunmasını 

tələb edir (şəkil 1.1, 1.2). Bunun üçün bir çox ekoloji fənlərin məzmun və 

tərkibinin aşkarlanması və öyrənilməsinin xüsusi əhəmiyyəti vardır. Bioloji 



ekologiya  -  canlı  orqanizmlərin  yaşama  şəraitini  və  şərtlərini, 

orqanizmlərlə xarici mühit arasındakı qarşılıqlı əlaqəni, fərdlərin, növlərin, 

populyasiyalarm  ekologiyasını,  təkamülünü  və  populyasiya  genetikasını 

öyrənir. Qlobal ekologiya - biosferə antropogen, kosmik, coğrafi, geofiziki 

və 

s. 


təsirləri, 

ekosistemlərin 

ekologiyasını, 

biocografiyanı, 

klimatologiyanı,  riyazi  ekologiyanı  və  geoekologiyanı  tədqiq  edir. 

Biocografiya 

canlı  orqanizmlər  cəmiyyətlərinin  və  onların 



komponentlərinin 

Yer 


kürəsində 

yayılma 


və 

paylanma 

qanunauyğunluqlarını  və  s.  öyrənir;  biocoğrafiya  biosfer  haqqında  elm 

olmaqla,  onun  tərkibinə  zoocoğrafiya  və  botaniki  coğrafiya  da  aiddir. 



Ümumi  ekologiya  -  orqanizmlərin  və  onların  cəmiyyətlərinin  xarici 

mühitlə qarşılıqlı əlaqəsinin  ən başlıca qanunauyğunluqlarını  tədqiq edir; 

adətən, ümumi ekologiyaya bioloji və klassik ekologiyanın sinonimi kimi 

baxılmaqla,  onun  tərkibinə  fərdlərin  ekologiyası  (papulyasion 



ekologiya),  cəmiyyətlərin  ekologiyası,  ekosistemlər  haqqında  təlim 

(sinekologiya)  və  biosfer  təlimi  (qlobal  ekologiya)  və  s.  daxil  edilir. 

Tətbiqi  ekologiya  -  ekologiyanın  bir  şöbəsi  olub,  ətraf  mühitə  və 

ekosistemlərə  göstərilən  neqativ  yük  həddinin,  təbii  sərvətlərdən  istifadə 

olunma normalannm, ekosistemlərin 

12 



 

Şəkil 1.1. Müasir ekologiyanın bölmələri (T.A.Akimova, 

V.V.Xaskin, 1998) 

13 


 

Şəkil 1.2. Sosial ekologiyanın elmlər sistemində yeri 

(O.A.Baçinski, 1993) 

idarəedilmə  üsullarını,  təsərrüfatlarını  və  istehsalın  müxtəlif  sahələrinin 

“ekologizasiyasının” 

əsaslarının 

öyrənilməsi 

ilə 


məşğul 

olan 


fundamental-tətbiqi  xarakterli  elmdir.  Bu  elm  sahəsi  həmçinin 

ekosistemlərin, yaxud ekosistem proseslərinin modelləşdirilməsinin tədqiqi 

ilə  də  məşğul  olur.  Radiasiya  ekologiyası  -  radioaktiv  maddələrin 

(nuklidlərin)  orqanizmlərə  təsir  effektini,  ekosistemlərdə  -  torpaqlarda, 

populyasiyalar- da, biosenotik mühitdə, biosenozlarda - onların yayılmasını 

və  miqrasiyasını  öyrənməklə,  yerüstü,  şirin  su  və  dəniz  ekosistemlərinin 

radioeko-  logiyasma  bölünür.  Heyvanların  ekologiyası  -  heyvanat 

aləminin canlı və cansız təbiətə, mühitə münasibətini və onlann qarşılıqlı 

əlaqələrini öyrənir. Mikroorqanizmlərin  ekologiyası  - birhüceyrəli bəsit 

orqanizmlərin, bakteriyalann, göbələklərin, yosunların qarşılıqlı əlaqələrini, 



14 


biosferdə  mövqelərini,  yayılmasını,  miqrasiyasını,  səmərəli  və  qeyri- 

səmərəli  xüsusiyyətlərini  öyrənən  elm  sahəsidir.  Mikroorqanizmlər 

təbiətdə, qida və mikrobioloji sənayedə, məişətdə və istehsalatda baş verən 

proseslərdə  (maddələrin  dövranı,  qıcqırma,  çürümə,  şərabçılıq,  çürümə, 

çörəkbişimıə,  antibiotiklərin,  aminturşularınm,  zülalların,  fer-  mentlərin, 

honnonlarm,  vaksinlərin,  immun  və  diaqnostik  serumlarm  və  s. 

istehsalında) çox böyük vüsətlə və rasional formada iştirak edir, genetika 

mühəndisliyi  vi  biotexnologiyada  geniş  istifadə  olunur.  Bitkilərin 



ekologiyası - bitki orqanizmlərinin və onların əmələ gətirdiyi cəmiyyətlərin 

bir-biri  ilə  və  ətraf  mühitlə  qarşılıqlı  əlaqələrini  öyrənən  elm  sahəsidir. 



Ekoloji  toksikologiya  -  zəhərlərin  fıziki-kimyəvi  xassələrini,  canlı 

orqanizmlərə  təsir  effektlərini,  zəhərlənmələrin  əlamətlərini,  gedişini 

onların  profilaktikası  və  müalicəsi  üçün  vasitələrin  hazırlanmasını, 

tətbiqini, həmçinin zəhərli maddələrin səmərəli toksiki təsirlərindən istifadə 

olunmasını  tətqiq  edir,  iqtisadi  ekologiya  -  təbiətdən  və  onun 

sərvətlərindən  rasional  istifadə  olunmasının  iqtisadi  mexanizmlərini, 

resursların  (su,  ağac  məmulatları,  neft,  qaz  və  s.)  qiymətləndirilməsini, 

onların çirklənməsinə görə cərimələrin ölçüsünü, həmçinin həyata keçirilən 

və  nəzərdə  tutulan  bütün  fəaliyyət  mövqelərinin  ekoloji  iqtisadiyyatını 

işləyib hazırlayır. 



İnsan ekologiyası  - insanın və onun qruplarının (populyasiyalarm) 

dəyişilən  mühit  şəraitinə  (bəzi  hallarda  sosial)  adaptasiya  olunmasını 

(uyğunlaşmasını)  və  təbii  ətraf  mühitin  insanların  sağlamlığına  neqativ 

təsirlərini,  eləcə  də  ailə-məişətdən  və  demoqrafik  situasiyanın  ekoloji 

aspektlərinin  tədqiqi  ilə  məşğul  olur.  Ekoloji  epidemiologiya,  baytarlıq 

təbabəti və təbabət ekologiyası - insan cəmiyyətində, yolxucu (infeksion 

və  insazion)  və  yoluxmayan  daxili  xəstəliklərin,  patologiyaların,  genetik 

anomaliya  və  qüsurların,  metabolik  sindromların və  s.  baş  verməsinin  və 

yayılmasının  qanunauyğunluqlarının  araşdırılmasını  və  onlara  qarşı 

rasional  profilaktika  tədbirlərinin  hazırlanması  və  tətbiq  olunmasını 

öyrənən elm sahəsidir. Ekoloji etika - insanın təbiətə və onun resurslarına 

münasibətinin  mənəvi  (əxlaqi)  aspektlərini,  həmçinin  “insan-təbiət”, 

“cəmiyyət-təbiət”  sistemlərində  humanzimin  və  harmoni-  zasiyanın 

formalaşması  yollanm  öyrənir.  Ekoloji  hüquq  -  təbiətin  mühafizəsi  və 

onun  resurslanndan  rasional  və  məqsədyönlü  surətdə  istifadə  olunması 

barədə müvafiq qanunlar sistemini işləyib hazırlayır. Ekoloji monitorinq 

(latınca  “monitor”  nəzarət  etmək)  müəyyən  məkan  və  zaman  daxilində 

insan  üçün  həddi,  hüddudu  və  heç  bir  ölçüsü  olmayan,  olduqca  böyük 

əhəmiyyət  kəsb  edən  xarici  ətraf  mühitin  və  ekoloji  durumun  keçmişdə, 

hazırda və gələcəkdə gözlənilən vəziyyətinin 

15 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə