Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə6/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   2   3   4   5   6   7   8   9   ...   298

qiymətləndirilməsi əsasında toplanan infonnasiyalann və mütəmadi olaraq 

həyata  keçirilən,  uzun  müddətli  müşahidələrin  nəticələrindən  bəhs  edən 

xüsusi  sistemdən  ibarətdir;  onun  obyektləri  isə  təbii,  antropogen,  yaxud 

təbii-antropogen  ekosistemlər  hesab  edilir.  Ətraf  mühitin  monitorinqi  - 

insanın  təsiri  nəticəsində  ətraf  mühitin  vəziyyətinin  kompleks 

müşahidələr,  qiymətləndirmə  və  proqnozlaşdırma  sistemindən  ibarətdir. 

Monitorinq  həmçinin  meşə  və  otlaq  yanğınlarında*  dəyən  zərərin 

proqnozlaşdıniması  üçün  əlverişli  imkan  yaradır.  Ekoloji  ekspertiza  

yeyinti  məhsullarının,  suyun,  torpaqlann,  havanın,  həyata  keçirilən 

tədbirlərin, proqram və planların, təbii sərvətlərdən istifadə olunmasının, 

tikinti, səhrəlaşma və inşaat layihələrinin ekoloji aspektlərini araşdıran və 

müvafiq  profilaktika  tədbirlərinin  hazırlanmasının  tövsiyəsi  ilə  məşğul 

olan hüquqi elm sahəsidir. 

1.2. Sosial ekologiyanın üsulları. Üsul (metod) 

- (yunanca



 

-

 



“tədqiq etmək”, “öyrənmək”, “müayinə etmək yolu”) - biliyin əsaslan- 

dırılması, qurulması və tətbiq edilməsindən ibarətdir. Elmdə isə üsul yeni 

nəticələrin nailiyyət qaydasını və elmin həqiqiliyini ifadə edir. Fəlsəfə 

özünün inkişaf tarixində ümumi dərketmə - dialektika üsulunu 

hazırlayıb. Dialektika (yunanca - “söhbət edirəm”, “müzakirə edirəm”) 

-

 



düşüncənin, dərketmənin ən vacib formalarından biri və başlıcası hesab 

olunur. İnsan dünyanı dialektik formada, tərzdə dərk edir, dünyanın özü 

isə məhz dialektik qanunlar üzrə inkişaf edir. Sosial ekologiya - nisbətən 

gənc elm sahəsi olduğuna görə, onun üsullan hələlik bir o qədər də for- 

malaşmadığı üçün bu elm sahəsində təbiətşünaslıq və ictimai elmlərin 

üsullarından istifadə olunur. Sosial ekologiyanın üsulu onun predmetini

mahiyyətini təşkil edən müayinələrdən ibarət obyektiv qanunauyğunluq- 

lara əsasən müəyyən olunur. Elmi tədqiqatlann və müayinələrin 

kompleks olması üçün bir neçə müayinə üsullannm sərbəst formada 

aparılması daha səmərəli nəticə verir. Bu da öz növbəsində sosial ekolo- 

giyaya ümumi yanaşma üsülundan geniş istifadə etmək imkanı yaradır, 

bir çox nəzəri problemlərin həlli barədə (dünyanın sistemli və sinergetik 

formada dərk edilməsi, ekoloji böhranlar, kataklizmlər, fəvqəladə 

hadisələr, fəlakətlər, müasir dünyada insan mövcudluğu böhranı, 

industrializm, ekoloji böhranların qarşısının alınması - sivilizasiyalı 

inkişafa cəhd edilməsi, ekoloji problemlərin qloballaşması və onların 

həlli üçün ümumi məsuliyyət, cavabdehlik) düşünülmüş, məqsədyönlü 

fəaliyyət növlərinə üstünlük verməyə əsas zəmin yaradır. Sosial 

ekologiyanın metodoloji aparatında 3 əsas üsullar qrupu ayırd edilir; 

1 1


■  

4

 



W   i *   t   ■ '  

T

I j  




16 


-

 

informasiya  qrupuna  məxsus  olan  üsullarla  həyatın  bütün 

sosail  formalarında  (sferalarında)  mövcud  olan  durum  barədə  ətraflı 

məlumatlar toplanaraqla müvafiq nəticələr çıxarılır, informasiya üsulları 

öz növbəsində sosial və biosferoloji üsullara bölünür; 

-

 



riyazi  modelləşdirmə  qrupunun üsulları ilə həyata keçirilən və 

nəzərdə  tutulan  sosial  həyat  fəaliyyəti  sferalan  haqqında  müvafiq 

müayinələr,  hesablamalar  aparılır,  tədbirlərin  iqtisadi  səmərəliliyi  və 

insan-təbiət münasibətlərinin qarşılıqlı əlaqəsi proqnozlaşdırılır; 

-

 

normativ  -  texnoloji  üsulları  əsasında  antropoloji  fəaliyyətin 



texnoloji əsaslarının dəyişilməsinin, neqativ xarakter almasının, eləcə də 

insan  cəmiyyətinin  təbii  mühitlə  qarşılıqlı  əlaqəsinin  yeni,  müasir 

prinsiplərinin işlənib hazırlanması mqəsədilə tətbiq olunur. 

Sosial-ekoloji 

tədqiqatların 

müayinələrim 

aparılması 

prosesində  ekologiyanın  əsas  tədqiqat  üsulları  -  analitik, 

eksperimental,  kimyəvi,  fıziki-kimyəvi,  ekoloji  monitorinq,  ekspertiza, 

toksikoloji, ekoloji xəritələşdirmə, modelləşdinnə, torpaq profili, transekt, 

proqnoz-  laşdırma,  stasionar,  kontakt  (optik,  spektral-fotometriya, 

rentgenospekt- 

ral, 


atomabsorbsiya, 

lyuminessent, 

fluoresent, 

kontakt-optik, 

refrakto- 

metrik, 


kulonometrik, 

potensio-metrik, 

konduktometrik,  radiometrik,  radioaktiv,  kalorimetrik,  nefelometrik  və 

s.),  marşrut  tədqiqatı,  riyazi  infomıatika,  internet  texnikası,  sistemli 

yanaşma,  sinergetika,  geobo-  tanika  metodları  çox  geniş  tətbiq  olunur. 

Təbii  sərvətlərin  qorunması  və  onlardan  rasional  istifadə  olunması 

ekologiyanın  əsas  tədqiqat  obyekti  sayılır.  Sosial  ekologiyada  idrakın 

məntiqi  metodlarından  (induksiya,  deduksiya,  analogiya,  sintez,  analiz, 

mücərrədləşdirmə,  fərdi  və  ümumi  oxşar  xüsusiyyətlərə  görə 

sistemləşdirmə,  müqayisə  etmək,  elmi  araşdıraıalarm  və  nəticələrin 

çıxarılması,  təhlil,  tərkib,  təsnif  etmə,  müşahidə,  tələb,  təklif,  təkamül, 

bioloji hadisələri qarşılıqlı öyrənmə və s.) da geniş istifadə olunur. Sosial 

ekoloji müayinələr aparılan zaman təbiətdə bütün proseslər və hadisələrin 

ümumi qarşılıqlı əlaqəsinin, təbii sistemlərin yalnız onları əhatə edən ətraf 

mühitin  energetik  və  informasiya  imkanları  hesabına  inkişaf  etməsinin 

araşdırmasına olduqca önəmli yer verilir. 



1.3.

 

Sosial ekologiyanın əsas prinsipləri və missiyası. 

T.A.Kozlova və başqa müəlliflər (1996) sosial ekologiyanın aşağıdakı 

prinsiplərini daha məqsədəuyğun və səmərəli hesab edirlər: 

-

 



Bəşəriyyət,  başqa  populyasiyalar  kimi,  hüdudsuz  yaşaya  və 

inkişaf edə bilməz. 



17 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə