Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə8/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   4   5   6   7   8   9   10   11   ...   298

- ənənəvi (bərpa olunmayan) enerji ehtiyatlarının alternativ - qeyri- 

ənənəvi  enerji  resursları  ilə  əvəz  olunması  prosesinin  daha  da  inkişaf 

etdirilməsi və s. 

1.4.

 

Sosial  ekologiyanın  qanunları. 

Sosial  ekologiya 

cəmiyyət  və  təbiət  münasibətlərində  harmonizasiya  yaradılmasının 

şərtlərini və qanunlarını açıqlayaraq insan fəaliyyətinin bütün sferalan üzrə 

müvafiq nonuativlərin işlənib hazırlanmasını ən başlıca meyar hesab edir. 

Qanun  -  təbiət  və  cəmiyyət  arasında  baş  verən  bütün  hadisələrin  və 

proseslərin  lazımı  və  təkrar  olunan  münasibətlərindən  ibarətdir.  Sosial 

ekologiya  vahid  “cəmiyyət—>texnika  (texnologiya)—>təbiət”  sistemi 

çərçivəsində mövcud qarşılıqlı münasibətləri əks etdirən keyfiyyətcə yeni, 

müasir tipli qanunları öyrənir və onlara daha üstünlük verir. Məhz ilk dəfə 

olaraq,  sosial  ekologiya  sosiotəbii  qanunlar  haqqında  düşünməyi  və 

onların  hazırlanmasını  təklif  edib.  Həmin  qanunlann  əsas  səciyyəvi 

xüsusiyyəti  onların  sosioekosistem-  lərin  davamlı  inkişafının  müxtəlif 

səviyyələrinin şərtlərini müəyyən etməkdən ibarətdir. Bu şərtlər isə insanın 

fəaliyyətlərinin  biosfer  çərçivəsində  həyata  keçirilməsi  istiqamətlərinə 

yönəldilir.  Sosial  ekologiyanın  qanunları  2  qrupa  -  ekoreqress  və 

ekoinkişaf  qanunlarına  bölünür.  Ekoreqress  qanunları  biosferin  və 

bəşəriyyətin  məhvinə,  ekoinkişaf  qanunları  isə  əksinə,  həmin 

məhvolmanın  qarşısının  alınmasına  və  sosio-  ekologiyanın  davamlı 

inkişafına  həsr  olunub.  Sosial  ekologiyanın  qanunları  razılaşmaların 

səvh/yəsini,  maddi  vəsaitlər  və  enerjinin  sinxromluğu-  nu,  informasiya 

axınını  özündə  əks  etdinnəlidir.  Məşhur  amerikan  sosioloqu  və  ekoloqu 

Barri  Kommoner  “Qapalı  dairə”  (“Təbiət,  insan,  texnologiya”)  adlı 

əsərində (1974) 4 əsas qlobal ekoloji (sosial-ekoloji) qanunu şərh etmişdir: 



1.

 

“Hər  şey  bir-biri  ilə  bağlıdır”  (əlaqədardır)  qanununa  əsasən 

insanın təbiəti və onun sərvətlərini ucsuz-bucaqsız fonuada mənimsəməsi 

prosesi nəticəsində “cəmiyyət-təbiət” sistemində pozulma baş verir. Yerin 

istənilən  hər  hansı  bir  təbii  sisteminə  göstərilən  təsir  optimal  inkişaf 

dərəcəsi əvvəlcədən görünməyən çoxlu sayda effektlər törədir. 

2.

 

“Hər şey harasa qetməlidir” (heç nə izsiz yox olmur)  qanunu 

sübut edir ki, insan cinsi - cəmiyyəti sahəsi çevrə şəklində qapalı olan bir 

dünyada - aləmdə (məkanda) yaşayır və buna görə də təbiətdən götürdüyü 

hər bir şeyi, müəyyən yolla yenidən geri qaytarır. Buna görə də kimyəvi - 

ekoloji  sistemdə  hər  hansı  yeni  bir  materiyanın  mövcud  olması  həmin 

sistemi  yaranan  bütün  fəsadlarla  dəyişikliyə  məruz  qoyur,  sanki  hər  şey 

yenidən geri qaytarılır və onun çox güclü izi qalır. 

20 



3.

 

“Təbiət  daha  yaxşı  bilir”  qanunu  bizim  təbiət  və  ona 

göstərdiyimiz  təsirlər  haqqındakı  bilgilərimizin  bağlılığını  göstərir  və 

insanın yenidən təbiətlə daimi ekoloji hanuoniyaya  - həyatın ilki mövcud 

olan fonnasma qayıtmasını həm ifadə, həm də tələb edir. 



4.

 

“Heç  nəyi  təmənnasız  almaq  olmur”  (“Heç  nə  təmənnasız 

verilmir”)  qanununa  görə  qlobal  ekoloji  sistemlər  “bölünməz,  bütöv, 

vahid bir məkan olduğu üçün insna onlardan nə əldə edirsə, götürürsə, 

onun  hamısını  yenidən  geri  qaytarmalı  və  ödəməlidir”.  Buna görə də 

təbii resurslardan istifadə olunmasının müəyyən həddi-hüdudu olmalı və bu 

proses insanm ən başlıca amalına çevirilməlidir, əks təqdirdə, insan özünün 

yaşamasını  və  inkişafını  təhlükə  altında  qoya  bilər.  B.Kommonerin  həm 

klassik,  həm  də  sosial  ekologiyaya  aid  olan  bu  qanunları  cəmiyyətin  və 

təbiətin  qarşılıqlı  təsirinin  bütün  aspektlərini  (məsələn,  sosial-iqtisadi  və 

hüqüqi  mexanizmlərin  təbiətdən  istifadənin  xarakterinə  təsiri, 

mədəniyyətin 

təbiətlə 

münasibətlərinin 



“təbiət^cə- 

miyyət—>istehsalat—^təsərrüfat sisteminin harmoniyasındakı rolu və 

s.) 


əhatə 

etməməsinə 

baxmayaraq, 

“insan->texnika-^təbiət” 

münasibətlərində  yaranan  çox  ciddi  disbalansın  aradan  qaldırılmasında 

onlann, qismən də olsa, müəyyən pozitiv rolu vardır. Sosial ekologiyanın 

qanunlarının dəqiq ifadə olunmasına və formalaşmasına rus sosial- ekoloqu 

V.D.Komarov  çox  böyük  diqqət  göstənuəklə  “Sosial  ekologiya  -  fəlsəfi 

aspektlər” (1990) adlı əsəsrində onların əsas səciyyəvi cəhətlərini (təbiət 

qanunlannın  ümumi  ictimai  inkişafın  mövcud  qanunlarına  əsaslanması, 

ictimai  sistemin  təbii  resurslardan istifadə olunmasının xarakterinin təyin 

edilməsində  rolu,  noosferin  “dalğavan”  tərəqqisi,  təbii  mühitlə  istehsal 

arasındakı  mövcud  qarşılıqlı  əlaqənin  vəziyyəti  və  s.)  geniş  və  əsaslı 

formada  şərh  edib.  Məşhur  rus  alimi  N.F.Reymers  isə  (1993) 



“insan-təbiət” sisteminin aşağıdakı 10 əsas qanununu şərh edib: 

-

 



ekosistemin  cavanlaşması  hesabına  istehsalın  tarixi  inkişafı 

qanunu; 


-

 

ekoloji bumeranq, yaxud əks əlaqə və insnala biosferin qarşılıqlı 



təsiri qanunu; 

-

 



biosferin əvəzolunmazhğı qanunu; 

-

 



biosferin yeniləşməsi qanunu; 

-

 



insan və biosferin qarşılıqlı təsirinin geri qaytaniması qanunu; 

-

 



təbii sistemlərin ölçü həddi (imkanların dərəcəsi) qaydası; 

-

 



təbiilik prinsipi

-

 



təbiətin resursvermə dərəcəsinin azaldılması qanunu; 

21 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə