Elmi redaktorlar: Əziz Məmmədov



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə9/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   5   6   7   8   9   10   11   12   ...   298

-

 

demoqrafik (texniki-sosial-iqtisadi) “doyma” - sıxlaşma qaydası; 



-

 

sürətli tarixi inkişaf qaydası. 



Yuxarıda qeyd edilənləri təhlil edərək N.F.Reymers sosial 

ekologiyanın 5 əsas qanununu fonnalaşdırmağa nail olub: 

-

 



sosial-ekoloji qarşılıqlı təsir qaydası; 

-

 



inkişafla mədəni idarəetmə prinsipi

-

 



sosial-ekoloji əvəzetmə qaydası; 

-

 



tarixi (sosial-ekoloji) geri dönməzlik qanunu

-

 



V.J.Vemadskinin noosfer qanunu. 

Birinci  qanuna  (qaydaya)  əsasən  cəmiyyət  o  zaman  və  o  qədər 

inkişaf  edir  ki,  onun  ətraf  mühitə  təsiri  müvafiq  olaraq  bərabər  (eyni) 

səviyyədə saxlanılsın və mühitin təbii və süni yolla bərpası mümkün olsun, 

ikinci  qanun  ekoloji  çərçivə  daxilində  iqtisadi  inkişafın  məhdud- 

laşdınlmasım,  insnam  və  insan  cəmiyyəti  qruplarının  yaşadığı  məkanda 



insan->cəmiyyət^ictimai qruplar—>təbiət sistemində insan və təbiətin 

qarşılıqlı  təsirinin  idarəedilməsinin  mədəni  inkişaf  istiqamətinə 

yönəldilməsini ifadə edir.  Üçüncü  qanun  (qayda)  insanın sosial-ekoloji 

tələbat-  lannm  müxtəlif  yollarla  dəyişilməsi  imkanının  vacibliyinin  dərk 

edilməsini  ifadə  edir.  Dördüncü  qanun  göstərir  ki,  cəmiyyətin  inkişafı 

müəyyən mərhələlər (fazalar) vasitəsilə baş verir və tarixən geri dönməyən 

bir  prosedir.  Beşinci  qanun  kimi  V.J.Vemadskinin  biosferin  qaçılmaz 

surətdə və formada noosferə çevrilməsi qanunu qəbul edilib. Həmin qanuna 

görə, “insan—>təbiət” sisteminin inkişafında insan dərrakəsi dominantlıq 

təşkil edir. Beləliklə, sosial ekologiyanın bir elm sahəsi kimi əsas məqsədi 

təbii ətraf və sosial mühitin qomnub saxlanması və mühafizəsi üzrə elmi 

əsaslara istinad edən qanunların təsbit edilməsindən ibarətdir. 



1.5.

 

Sosial ekologiyanın inkişaf tarixi. 

Sosial ekologiyanın 

inkişaf tarixi klassik ekologiyanın yaradıcılarının elmi axtanşları, kəşfləri 

və  xidmətləri  ilə  bilavasitə  əlaqədardır.  Ekoloji  biliklərin  arealı  və  əhatə 

dairəsi  olduqca  genişdir.  Bu  elm  sahəsi  inteqral  olmaqla,  yeganə  elmi 

istiqamətdir ki, onun tərkibinə hazırda 100-dən çox müxtəlif aspektli fənlər 

daxildir. Ekologiya (yunanca “oykos” - ev, mənzil; “loqos” - elm) - canlı 

və cansız materiyanın dialektik vəhdətini, qarşılıqlı təsirlərini, canlı aləmin 

mövcudluglugu,  şəraitini,  mühitini,  məkanını,  orqanizmlərin  öz  arasında 

mövcud  olan  əlaqə  formalannı  və  təbii  ətraf  mühitlə  münasibətlərini, 

təbiətin  və  onun  təbii  ehtiyatlannm  mühafizəsini,  onlardan  rasional  və 

məqsədyönlü  istifadə  olunmasını,  bioloji  resursların,  sənaye  və  məişət 

tullantılannm təkrar emala qoşulmasını, onlann əhatə 

22 



dairəsinin daha da genişləndirilməsi yollarını öyrənən, tədqiq edən ən bəşəri 

və  planetar  əhəmiyyətli,  olduqca  geniş  diapozonlu,  mütərəqqi  və 

perspektivli  elm  sahəsidir.  Ekologiya  sözünün  yunan  mənşəli  olmasına 

baxmayaraq, onu elmə daxil edən (1869) və ilk elmi tərifini verən məşhur 

alman zooloqu Emst Hekkel (1834-1919) olub. O, ekologiyanın tərifini ilk 

dəfə olaraq belə ifadə edib: “Ekologiya canlı orqanizmlərin mövcud olmaq, 

yaşamaq  şərtlərini  öyrənən,  müəyyən  edən,  onları  əhatə  edən  aləmə  - 

mühitə münasibətini, qarşılıqlı əlaqələrinin tədqiqi ilə məşğul olan müstəqil 

və əhatə dairəsi çox geniş olan elm sahəsidir”. Ekologiya məhdud prizma 

çərçivəsində  “ev,  yaşayış  nıəkanı”,  geniş  mənada  isə  -  bizi,  bütün  canlı 

materiyanı əhatə edən, canlı və cansız təbiətin vəhdətini, qarşılıqlı təsirlərini 

öyrənən elmi istiqamətdir. Müasir dövrün alimləri E.Elekkelin ekologiyaya 

verdiyi  tərifi  hazırda  çox  yüksək  dəyərləndiri  və  ona  xüsusi  önəmli  yer 

verirlər. 

Müasir 

ekologiya 



olduqca 

mürəkkəb 

xarakterli 

“insan->təbiət-^texnologiya”  sistemində,  sənaye  və  kənd  təsərrüfatı 

istehsalında, nəqliyyatda, təbiətin mühafizəsinin təşkilində yaranan qlobal 

ekoloji problemləri proqnozlaşdırır, modelləş- diri, ekspertiza, monitorinq 

və qiymətləndirmə proseslərini həyata keçirir, müvafiq tədbirlər kompleksi 

hazırlayır  və  problemlərin  rasional  həlli  yollannı  öyrənir.  Yer  planetinin 

yarandığı  4,5  mlrd  II  ərzində  təbiətə  və  onun  resurslanna  göstərilən 

antropogen  təsirlər  son  40  min  ildə  dinamik  surətlə  artaraq  XIX-XX 

əsrlərdə kulminasiya həddinə çatıb. Məhz buna görə də hazırda ekologiya 

bəşəriyyətin  və  planetimizin  tale  yüklü  qlobal  problemlərinin  həllinin  ən 

prioritet açarı sayılır. Ekologiya  - nisbətən gənc elmi fənn olmaqla, onun 

inkişaf tarixi əsasən 5 mərhələyə bölünür: 

I

 



mərhələ  - ayrı-ayrı növlərin yaşayış mühitinin öyrənilməsi 1870- 

1887-ci illəri əhatə edir

II

 

mərhələ - ekosistemlərin öyrənilməsi. Bu termini ilk dəfə 1935- ci 



ildə Artur Corc Tensili işlədib. 1942-ci ildə isə Raymond Linderman onların 

əsas  prinsipləri  və  xassələrini  öyrənərək,  müəyyən  edib  ki,  ekosistemlər 

enerji və maddələr dövranının başlıca mənbəyi və vasitəçisidir. 

III


 

mərhələ  -  (1950-ci  il)  ekosistemlərin  qarşılıqlı  əlaqəsinin 

öyrənilməsi mərhələsidir. 

IV

 

mərhələ - ekologiyanın inkişafında bütün canlı orqanizmlərin, o 



cümlədən  insanın  yaşayış  mühitinin  -  biosferin  öyrənilməsi  mərhələsi 

sayılır, bu dövrdə V.J.Vemadski tərəfindən biosfer təliminin əsası qoyulub 

və  onun  başlıca  xüsusiyyətləri  öyrənilib  (XIX  əsrin  sonu  XX  əsrin 

əvvəlləri). 

V

 

mərhələ - ekologiyanın inkişaf tarixinin müasir dövrü sayılır və 



insanın biosferdə yerini öyrənir. 

23 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə