Elmi redaktorlar: Əziz Məmmədov


Büdcədənkənar ekoloji fondlar



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə281/298
tarix17.01.2018
ölçüsü6,34 Mb.
#20991
1   ...   277   278   279   280   281   282   283   284   ...   298

mühafizəsi fondu və s. Büdcədənkənar ekoloji fondlar təbiəti mühafizəyə 

investisiyalar yardım sisteminin bir element kimi, təxirəsalınmaz mühafizə 

məsələlərinin  təbii  mühitdə  itkilərin  bərpası,  iqtisadi  zərərin 

kompensasiyası  və  s.  Kimi  tədbirlərin  maliyyələşdirilməsi  üçün 

yaradılmışdır.  Ətraf  mühitin  mühafizəsi  ictimai  fondu  əhalinin  vəsaiti 

ictimai  təşkilatların könüllü  yardım və s. hesabina fonualaşır.  Bu fondlar 

ictimai, ekoloji birliklər, həmkarlar birlikləri tərəfindən yaradılır və ancaq 

təbii  mühitin  mühafizəsinə  xərclənir.  Həmin  fondların  formalaşması  və 

istifadəsi bu fondları yaradan ictimai birliklər tərəfindən müəyyən olunur. 

Praktikada cəlb  olunan  vəsaitin  toplanması müxtəlifdir. Təbiəti  mühafizə 

fəaliyyətinin maliyyələşməsi ayrı-ayrı mənbələrdən müxtəlif miqdarda cəlb 

oluna  bilər.  Yəni,  büdcə  vəsaiti  lə  birlikd,  müəssisənin  öz  vəsaiti, 

büdcədənkənar ekoloji fondlar, kreditlər, xarici ölkə, firma və vətəndaşların 

yardımı,  əhalinin  vəsaitləri  də  maliyyələşmədə  iştirak  edə  bilər,  inkişaf 

etmiş  ölkələrin  təcrübəsinə  əsaslanaraq,  təbiəti  mühafizə  işlərinə  cəlb 

olunmuş vəsaitlərin mənbələrinin çox fərqli olduğu diqqəti çəkir. Məsələn, 

ABŞ regionlarında bu fəaliyyyətin maliyyələşməsi həm federal hökümətin 

subsidiyaları, həm də ümumi dövlət gəlirləri hesabına formalaşmış fondlar 

hesabına, həm yerli mədaxillər hesabına, həm xüsusi vergisiz istiqrazların 

vəsaitindən həyata keçirilir. Rayon, yerli və respublika büdcələrində ekoloji 

proqramlar  və  ətraf  mühiti  mühafizə  tədbirlərinin  maliyyələşməsi  ayrı 

sətirdə  verilir  və  maddi-texniki  ehtiyatlarala  təmin  olunur.  Respublika 

büdcəsinin  vəsaiti  hesabına  ancaq  dövlət  proqramların  tərkibinə  daxil 

olmuş təbiəti mühafizə tədbirləri maliyyələşdirilir. Mərkəzləşmiş qaydada 

dövlət  büdcəsi  hesabına  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin 

fəaliyyəti  maliyyələşdirilir.  Ətraf  mühiti  mühafizə  tədbirlərinin 

maliyyələşdirilməsi  vəsaitinin  ümumi  həcmində  xüsusi  diqqət  kapital 

qoyuluşunun  payına  yönəldilməlidir.  Son  zamanlar  təbiəti  mühafizə 

tədbirlərinin  maliyyələşdirilməsinə  yerli  büdcələrin  və  müəssisələrin 

hesabına maliyyələşmənin rolu artmaqdadır. Təbiəti mühafizə fəaliyyətinin 

maliyyələşmə mənbələrinin tərkibində baş verən dəyişikliyə fikir verdikdə 

belə  bir  qənaətə  gəlmək  olar  ki,  təbiəti  mühafizə  tədbirlərinin 

maliyyələşməsi,  əsasən  müəssisələrin  öz  hesabına  aparilmalıdırş.  Ondan 

sonra ekoloji fondların və digər investorların vəsaitindən söz gedə bilməz. 

Sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  təbii  mühitin  çirklənməsi  ilə 

mübarizəyə  ümumi  milli  məhsulun  (ümm)  3%-ə  qədəri  yönəldilir.  Bu 

göstərici  qonşumuz  Rusiyada  da  yüksəkdir.  Orada  Ümumi  Daxili 

Məhsulun (ÜDM) təxminən 2%-i inkişaf etmiş ölkələrdə isə analoji xərclər 

ÜDM-in  1,5-4%-ni  təşkil  edir.  Qeyd  etmək  lazımdır  ki,  inkişaf  etmiş 

ölkələrdə ətraf mühitin keyfiyyəti kifayət qədər yüksək 



619 


səviyyədədir  və  məsrəflər  əsasən  bu  səviyyənin  saxlanmasına  yönəldilir. 

Azərbaycan  Respublikasında  isə  indiki  vəziyyətdə  ətraf  mühitin 

keyfiyyətini  yüksək  qiymətləndimək  hələ  tezdir  və  bu  işlər  ücün  bizim 

məsrəflər daha çox olmalıdır. 



11.7.  Ekoloji  standartlaşma. 

Beynəlxalq  ekoloji  standartlar 

sistemi  əsasən  HACCP,  İSO,  SA  və  OHSAS  sistemlərindən  ibarətdir. 

HACCP (Hazard Analysis and Critical Control Point-Risklərin Analizi və 

Böhran Nöqtəsi Konsepsiyası) ərzaq təhlükəsizliyinin təminatı sistemidir, 

insanlar qəbul etdikləri ərzaqların təhlükəsizliyi və qida üçün yararlı olması 

hüququna  malikdirlər.  Ərzaq  məhsullarının  keyfiyyətinin  aşağı  olması 

digər tərəfdən ticarəti və turizmi pozur, işsizliyə və məhkəmə proseslərinə 

səbəb olur. Ona görə də effektiv sanitar nəzarəti xoşagəlməz xəstəliklərin, 

zədələnmələrin qarşısının alınmasında həyati vacib bir addımdır. HACCP- 

proseslərin elə idarəetmə metodologiyasıdır ki,o, istehsal zəncirinin bütün 

halqalan boyu (xammal, material, qablaşdıraıa, istehlakçıya çatdıraıa və s.) 

istehlakçıların  sağlamlığı  üçün  təhlükə  törədə  bilən  zərərli  maddələrin 

ərzaq  məhsullarına  düşməsinin  və  zərərli  məhsulların  istehsalının 

qarşısının  alınmasına  yönəlmişdir.  Hazırda  HACCP  bütün  inkişaf  etmiş 

ölklərdə  ərzaq  təhlükəsizliyi  üzrə  vahid  metodologiya  kimi  qəbul 

edilmişdir,  bir  sıra  ölkələrdə  (ABŞ,  Aİ  ölkələri)  isə  ərzaq  sənayesi 

müəssisələrində məcburi qanunverici tələb hüququna malikdir. İSO 9000 

standartları  üzrə  sertifıkatlaşdınna  müəssisənin  keyfiyyət  sisteminin 

tələblərə  uyğunuğunu  nəzərdə  tutmaqla  xüsusi  əhəmiyyətə  malikdir  və 

aşağıdakı təlabatlar üçün çox zəruridir: 

 

təşkilatin regionda və məşğul olduğu sahədə imicinin yüksəlməsi



 

xarici təşkilatlarla birgə əməkdaşliq; 



 

sertifikatin ölkə və bələdiyyə büdcəsindən sifarişlərin alinmasi 



zamani zəruri tələb olmasi; 

 



tender müsabiqələrində rəqiblərlə müqayisədə üstünlüklərə nail 

olmaq; 


 

lisenziya və raziliqlarin alinmasi proseslərini asanlaşdirdiği



 

müəssisənin fəaliyyətini asanlaşdirdiği; 



 

qeyri-istehsal xərclərini azaltdiği



 

xidmət və mallarin keyfiyyətini yüksəltdiyi; 



 

idarəetmə sisteminin təkmilləşdirilməsi və onun effektivliyinin 



artırılması üçün. 

İSO  9000  sistemi  ailəsi  1987-ci  ildə  yaradılmışdır.  O  vaxt 

Standartlaşdırma  üzrə  Beynəlxalq  Təşkilat  keyfiyyət  sistemlərinin 

sertifikatlaşdırılması üzrə beynəlxalq sistemlərin ilk versiyasını təsdiq 

620 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə