Elmi, təhsili heç vaxt unutmayan bir



Yüklə 2,04 Mb.
səhifə7/27
tarix20.10.2017
ölçüsü2,04 Mb.
#6127
1   2   3   4   5   6   7   8   9   10   ...   27

MƏNƏVİ GÜCÜN QÜDRƏTİ

Ötən əsrin iki mühüm tarixi hadisəsi daim yaddaşlardadır. Hər ikisi eyni arzunun gerçəkləşməsinə aid idi. Biri 28 may 1918-ci ildə, digəri isə 18 oktyabr 1991-ci ildə baş verdi. Birinin sonu faciəli və uğursuz oldu. İkincini də belə aqibət gözləyirdi. Amma... Bu barədə bir qədər geniş danışaq. 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etdi. Xalqın azadlıq ruhu real, müstəqil dövlət halında faktlaşdı, beynəlxalq normalara uyğun hüquqi formasını aldı. Amma Müstəqillik Aktının qəbulu hələ hüquqi müstəqillik demək deyildi. Vəziyyət getdikcə ağırlaşırdı. Böyük öndər Naxçıvanda əyləşmişdi. Həm partokratlar, həm də cəbhəçilər fasiləsiz olaraq Naxçıvana uçub qayıdırdılar. Qorxu və tərəddüd hamını təhdid edirdi. Hamı tarixdən az-çox xəbərdar idi. Azadlığımıza qənim kəsilmiş qanlı bolşevik maşınının içüzünü isə, bəlkə də Heydər Əliyev qədər görən yox idi. Ulu öndər hamıya bir həqiqəti açıq deyirdi ki, xalqın əsrlərlə gözlədiyi imkan yaranıb. Müstəqilliyi qazanmaq, döv­lətimizi qurmaq üçün qətiyyət göstərmək lazımdır. Moskvadan prosesi diqqətlə müşahidə edir və nəticə çıxarırdılar. Oyanmış mil­ləti əzməkdən ötrü onlar üçün ən böyük maneə Ulu öndərin birləş­dirici fiquru idi. Köhnə müstəmləkə diplomatları bilir­dilər: müsəlmanları birləşdirən fiqur yox olan kimi, onların gü­cü də heçə çəkilir. Çünki onların gücü mütəşəkkilliyində yox, mənəviyyatındadır.

Bu məqsədlə 1987-ci ildən Heydər Əliyev dühasına qarşı böhtan kampaniyası başlanmışdı. Bu, Azərbaycanda vətəndaş müharibəsi yaratmaq planının tərkib hissəsi idi. Heydər Əliyev neytrallaşsaydı, cəbhəçilərlə partokratların toqquşması labüd olacaqdı. Azərbaycan partokratiyası iradəsiz və müti adamlardan ibarət idi. Və Kreml onları öz məqsədləri üçün yetişdirmişdi. Bu insanlar arasında müstəqil siyasətçi yox idi. Azərbaycan sovetlərdən ayrılsaydı, onlar hər şeyi itirəcəkdilər. Amma Kremlin planları baş tutmadı. Çünki Azərbaycanda Ulu öndərə olan inam çox güclü idi. Ona görə də aparılan təbliğat kampaniyaları əks nəticələr verir, Heydər Əliyev tərəfdarlarının daha da mütəşəkkilliyinə gətirirdi. Mətbuatda Ulu öndəri müdafiə edən materiallar işıq üzü görməyə başlamışdı. Onlardan biri belə adlanırdı: “Heydər Əliyevi sevən Azərbaycanı sevər”. O dövrdə rəhbərə öz partiyasını yaratmaq xahişi ilə ardıcıl müraciətlər olurdu. Lakin Ulu öndər tələsmir, zamanın yetişəcəyi məqamı gözləyirdi. O, bütün qüvvəsi ilə çılğın, sadəlövh cəbhəçilərin ziyalılarla və partokratlarla toqquşmasının qarşısını almağa çalışırdı. Nəticədə, müstəqilliyə çatmaq üçün əsas şərtlərdən biri əldə olundu. Vətəndaş müharibəsi təhlükəsi aradan qalxdı. Bütün bunlar xalqın mənəvi gücünün təntənəsinə çevrildi. Bu mənəvi güc müstəqilliyimiz üçün hər bir hərbi qüvvədən daha vacib idi. Çünki hər bir xalqın azadlığının əsas hərəkətverici qüvvəsi onun öz daxilindən gəlir. Müstəqilliyin xilasının ən ağır durumunda Azərbaycan xalqı Heydər Əliyevi siyasi meydana çağırdı.

Ulu öndər millətin mənəvi gücünün, yaşamaq iqtidarının timsalı kimi qəbul olunurdu. Heydər Əliyev xalqı arxasınca aparan, həmişə xalqla olan, onu müşayiət edən yeganə qüvvə idi. Xalqlar ancaq bu güclə qüvvətli olur və qələbə qazanırlar. Bu gücün təmsilçisi olmaq çətindir. Belə missiyanı yalnız seçilmişlər həyata keçirirlər. Çünki bu qabiliyyət elm və kitabla öyrədilmir. O, ancaq tale və qismətdir. Xalqın mənəvi gücünün təmsilçisi olmaq isə, ömür yolu hesabına başa gəlir. Allah və tale sanki onu Azərbaycan xalqı üçün ucaltmışdı. Bu sınaqdan çıxmaq üçün iki şey lazım idi. Düz yol göstərmək və adamların inamı. Ona görə ki, xilas inamda idi, inamdan keçirdi. İnam isə kifayət qədər güclüdür. Hətta Heydər Əliyevin düşmənləri də Ulu öndərin siyasi gücünü etiraf edirdilər. Onlardan biri demişdir: “Heydər Əliyev özü-özünü yaratmış adam idi”. Mən bura Allahın lütfünü də əlavə edərdim. Arzu ilə, maraqla xalqa rəhbər olmaq mümkün deyil. 50 il partiya funksioneri olmaqla da lider yetişmir. Bunun üçün əvvəldən sonadək sınaq yolunu keçməli, saysız-hesabsız haqsız zərbələrə dözməli və düz yolu tapmalısan. Ulu öndərin ömrünün ixtiyar çağlarında tapdığı düz yol isə Azərbaycanın müstəqilliyi idi. Yəqin ki, onun çətin ömür yolunda keçdiyi bütün sınaqlar əsas sınaq üçün hazırlıq idi.

Fəlakətli böhranın kökləri öz daxilimizdə idi. Xalq hərə­katında minlərlə vətənpərvər, namuslu insan təmsil olunurdu. Lakin onların rəhbərliyindəki bir dəstə adam xaricilərin təsiri ilə köhnə təbliğatı davam etdirirdi. Bu, Heydər Əliyevə qarşı aparılan təbliğat, başqa sözlə, Azərbaycan cəmiyyətinin mənəvi qüvvələrinin səfərbər edilməsinə yol verməmək xətti idi. AXC-Müsavat cütlüyü hələ Şuşa və Laçının alınmasına göz yummağa razılıq verəndə, buna hazır olduqlarını gös­tər­miş­dilər. Onların televiziyası, qəzetləri vardı. Hamısı xari­cilərin puluna başa gəlmişdi.

Ümummilli lider Ali Sovetin sədri seçiləndən sonra da xal­qa və orduya xəyanət etmiş hökumətin qalıqları hakimiyyətdən getmək istəmir, dövlət aparatının sabitləşməsinə müqavimət göstərməklə fəlakətli vəziyyətin dərinləşməsinə cəhd edirdilər. Heydər Əliyev isə bu vəziyyətdə böyük dözüm və səbr nümayiş etdirirdi. O, xalqın mənəvi gücünü səfərbər etmək naminə deputat statusu olmayan ağsaqqalları Milli Məclisin iclaslarına dəvət edirdi. Vücudu heç nəyə dəyməyən adamların minbir şıltaqlığına, xəyanətkar təbliğatına səbrlə dözürdü. Böyük rəhbər bütün bunları Azərbaycanın mənəvi gücünü birləşdirmək üçün edirdi. Mentalitetimizdə bu, ən çətin məqamdır. Qarşıda təxminən müstəqillik bəyannaməsinin qəbulu ərəfəsindəki vəziyyət yaranmışdı. Formal müstəqillik var, lakin ona sahib çıxacaq dövlət yoxdur! Müstəqilliyin iflası labüd idi. Siyasi qüvvələr arasında böyük fikir ayrılıqları yaranmışdı. Bunları dəf etməyə dözüm tələb olunurdu. Söhbət mənəvi qüvvədən gedirdi. Dövlət dağıldığından onun güc orqanları iflic hala düşmüş, siyasi oyunlara cəlb edilmişdi. Ölkənin xoşbəxtliyi onda idi ki, dövlət dağılsa da, cəmiyyətdə sağlam qüvvələr üstünlük təşkil edirdi. Lakin bu qüvvələr siyasətdən uzaq idilər. İxtilafçı və destruktiv qüvvələr isə siyasi mühitdə və Milli Məclisin tərkibində kifayət qədər böyük sayla təmsil olunurdular. Heydər Əliyev isə siyasi mühitdəki oyunlara qınaqla baxan sağlam insanlara, ilk növbədə, ziyalılara, sadə əmək adamlarına güvənirdi. Çünki siyasətdən və diplomatiyadan uzaq olsalar da, bu adamlar sağlam düşüncə ilə vəziyyəti düzgün qiymətləndirirdilər. Bu qiymətin formulu sadə idi: xalqı bu vəziyyətdən ancaq Heydər Əliyev çıxara bilər! Belə bir zamanda vəziyyəti dəyişməyin ən asan yolu zorakı qərarların qəbulundan ibarət ola bilərdi. Ulu öndərin böyüklüyü isə onda idi ki, bu yoldan imtina etdi. Bütün cəmiyyətin və siyasi qüvvələrin konsensusu ilə, tam legitim prosedurlarla qərarlar qəbul etmək yolunu tutdu. Bu yol uzun müzakirələr tələb edir və çox vaxt aparırdı. Lakin dağılmış dövləti necə qurmaq barədə qərarlar cəmiyyətin rəyi nəzərə alınmaqla və Milli Məclisdə legitim səsvermə formasında qəbul olunurdu. "Bəy"lər ölkədə yaranmış real vəziyyəti qiymətləndirə bilmir, öz şəxsi maraqları arxasında milli fəlakəti görmür və dövlətin yenidən yaradılmasına müqavimət göstərirdilər. Onlar ölkəyə verdikləri fəlakəti anlamadan və siyasətdən uzaq bir tərsliklə öz iflaslarını yaxınlaşdırırdılar. Bu iflasa “siyasi” sözünü əlavə etmək mümkün deyil. Bu, hər hansı siyasi qərar vermək iqtidarının yoxluğunu ifadə edən iflas idi.

Məncə, böyük öndərin dövlətçilik irsinin ən mühüm tərəfi xalqın mənəvi gücünü səfərbər etmək təlimidir. Əsl müstəqil dövlət də bunun nəticəsi və yekunu kimi ortaya çıxır. Yalnız öz xalqının mənəvi potensialını realizə edə bilən, dövləti, dövlətin daxili və xarici siyasətini bu potensialın üzərində qura bilən millətlər həqiqi azadlıq əldə edir və müstəqil dövləti olan xalqlar siyahısına düşür. Heydər Əliyev bunu dünyadan təcrid kimi yox, dünyaya milli maraqlarla bağlanaraq başa düşür, azərbaycançılıq və siyasi liberalizm xəttini paralel həyata keçirirdi. Azərbaycanın, sözün tam mənasında, müstəqil olmasını Ulu öndər formula çevirmişdi. 1993-1995-ci illərdə dahi rəhbər bu siyasəti böyük çətinliklə, eyni zamanda qətiyyətlə reallaşdırdı. Bu, müstəqil dövlətin sabitləşməsi demək idi.

Cəbhənin iflası daha bir sınanmış həqiqəti təsdiqlədi: İstənilən milləti ağ günə çıxaracaq qüvvələr onun daxilində tapılmalıdır. Kənardan gələn yardımla milli dövlət qurmaq olmaz. Azadlıq, demokratiya, qardaşlıq, dindaşlıq, müsəlman həmrəyliyi, iqtisadi tərəqqi, Avropa mədəniyyəti və sair bu kimi suallar cəlbedici görünə bilər. Lakin bunun arxasında həmişə yad məmləkətlərin eqoist siyasəti dayanır. Çünki böyük dövlətlərin xarici siyasəti elə milli eqoizmin bir təzahürüdür. Xaricilərdən yardım alan siyasətçi bu eqoizmin siyasətçisinə çevrilir. Siyasətin miqyası böyüdükcə, xaricilərə xidmətdən doğan xəyanətin miqyası da böyüyür. Vaxtilə ölməz C.Cabbarlı “Od gəlini” pyesində bu məqamı parlaq şəkildə ifadə etmişdir. Öz qardaşını, Vətənini “təzə dinə” satan Aqşin obrazı 27 aprel istilasından sonra qurulmuş oyuncaq hökumətə işarə idi. Hərbi İnqilab Komitəsi adlanan bu hökumətin bütün üzvləri azərbaycanlılardan təşkil olunmuşdu. N.Nərimanov da başda olmaqla onlar butoforiya vəziyyətində qaldılar. 1937-ci ildə həmin şəxslərin hamısı 15 dəqiqəlik məhkəmələr nəticəsində güllələndi. Onların taleyini 10 il əvvəl xəbər verdiyinə görə C.Cabbarlını pantürkist və panislamist adlandırdılar. Bolşevik lüğətində onlar ən pis sözlər idi...

Cəmiyyətin mənəvi gücü və birliyi ilə bağlı məsələlərin hamısı maarif və informasiya mədəniyyəti, savad məsələləri ilə bağlıdır. Jurnalist, ziyalı cəmiyyətin qabaqcıl adamı olanda, onun tərəqqisinə xidmət etmək istəyəndə, milli gücün təmsilçisinə çevrilir. Bu isə artıq təhsil və tərbiyə məsələsidir.

Qərbdə millətin şüurunu öndə gedən mətbuatda axtarır və ictimai şüur səviyyəsini mətbuatın durumu ilə ölçürlər. Bu, çox doğru üsuldur. Lakin onu özümüzə tətbiq edəndə, adamı ağlamaq tutur. “Siyasətbaz” qəzetlərin fikir və təhlil səviyyəsi aşağıdır, demək azdır. Onlar məhdud bir dərnək mühitini əks etdirirlər. Bu insanların öz intriqaları, öz liderləri, hətta öz məntiqləri var. Dərnək dostları xəstələnəndə onu iztirab əhəmiyyətli hadisə kimi təqdim edirlər. Amma ölkə iqtisadiyyatının, maliyyə bazarının, sosial problemlərin bu qəzetlərdə izi belə, yoxdur. Digər tərəfdən mətbuatın qisasçılıq alətinə çevrilməsi, yaxşı ilə pis, həqiqətlə yalan arasındakı fərqi aradan götürür. Paradoksal vəziyyət alınır: azad mətbuatda həqiqətlə yalanın fərqi yox olur. Bu, dəhşətli haldır. Çünki mətbuatın işi məhz həqiqəti aydınlaşdırmaqdır. Lakin onlarla qəzet muzdla yalanı reklam edir. Bu, artıq mətbuatın yox, cəmiyyətimizin ciddi bir xəstəliyindən xəbər verir. Cəmiyyətdə həqiqətlə yalan arasındakı fərqin itməsi sosial reqres əlamətidir. Həqiqət, onu tanıyan və qoruyan ictimai rəy yoxdursa, deməli, cəmiyyətdə heç bir dəyər də yoxdur. Belə hal dövlətin əsasları üçün də təhlükə yaradır. İstinad dəyərləri olmayan cəmiyyət gücsüz cəmiyyətdir. Xalqımızın son 5 ildə keçdiyi yol göstərir ki, onun mənəvi potensialı böyükdür. Məhz bu potensial sayəsində müstəqil dövlətimizi qura bilmişik. Ən ağır sınaqlardan üzüağ çıxaraq dövlətçiliyimizin əsaslarını möhkəmləndirmişik.

Heydər Əliyev irsi milli hərəkatın müasir mərhələsidir. Böyük rəhbərin elmi, siyasi irsi, onun quruculuq üslubu bizim üçün kompasdır. Ölkəmiz üç ildir ümummilli lider Heydər Əliyevsiz yaşasa da, Ulu öndərin qoyduğu xətt davam edir. Elə Azərbaycanın da xoşbəxtliyi onda oldu ki, Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev dövlətçilik sükanı arxasına keçdi. Ulu öndərin siyasi xətti, quruculuq planları davam etdi. Bu tərəqqinin əsas göstəricisi ölkədəki iqtisadi artım tempidir. MDB ölkələrini qabaqlayan iqtisadi tərəqqimiz göz qa­ba­ğın­dadır. Ən əsası odur ki, bu gün ölkəmiz düzgün yoldadır və uğur­larımızın hamısı bunu təsdiqləyir, Heydər Əliyevin ar­zularının çin olacağından xəbər verir.
“Azərbaycan”qəzeti, 17 noyabr 2006-cı il.
XALQIN MİLLİ İFTİXARI
“…H.Əliyev iti ağlı, güclü məntiqi, fenomen yaddaşı olan qüvvətli bir şəxsiyyət, sözün həqiqi mənasında kompüter insandır…”

(R.Reyqan)

O, nəinki Azərbaycanı və Amerikanı,



bütün dünyanı idarə edə bilər…”

(B.Klinton)
Görkəmli tarixi şəxsiyyətlər zaman-zaman hər xalqın tarixində, taleyində yaşayır. Və həmin xalq bu şəxsiyyətlərlə fəxr etməklə yanaşı, həm də həmin şəxsiyyətlərlə daha çox tanınır. Bu da danılmaz həqiqətdir ki, insanlığın bu uca zirvəsinə, dahiliyə çatmaq hər kəsə müyəssər olmur. Hər xalq özünün görkəmli şəxsiyyətləri ilə ölməzdir. Bu mənada, Azərbaycan xalqı xoşbəxt xalqdır.

Xalqımızın yetişdirdiyi görkəmli şəxsiyyətlər içərisində Heydər Əliyevin müstəsna rolu vardır. Hər cür müqayisə qüsurlu olsa da, bir həqiqət bizim üçün aydındır ki, xalqımız və dövlətimiz üçün Heydər Əliyevin etdiklərini başqa şəx­siy­yət­lərimiz edə bilməmişlər. Ona görə də Heydər Əliyev siyasi tari­ximizə qurucu və xilaskar kimi daxil olmuş görkəmli döv­lət xadimi, milli lider və xalq məhəbbətini qazanan dahi bir şəx­siyyətdir. Xalqımızın tarixi taleyində, siyasi və ictimai hə­ya­tında onun qədər misilsiz xidmətlər göstərən ikinci bir şəxs tap­maq çətindir. Bu mənada o, xalqımızın milli iftixarı, ürək­ləri­mizdə özünə yer tapan milli liderimiz, güvənc yeri­miz­dir.

Onun siyasəti, dahiliyi, bütövlüyü, cəsarəti, qətiyyəti, uzaqgörənliyi, əzəməti, qüruru həmişə xalqımıza mənəvi da­yaq olmuş, Azərbaycan xalqına beynəlxalq aləmdə böyük hör­mət, nüfuz, şan-şöhrət gətirmişdir. Heydər Əliyev şəx­siy­yə­ti­nin müdrikliyini, bütövlüyünü xalqımız həmişə ürəkdən hiss et­miş, bundan qürur duymuş və həmişə fərəh hissi keçirmişdir.

Heydər Əliyev şəxsiyyətinin bütövlüyü və əlçatmazlığı ondadır ki, onun düşüncələri də, əməli fəaliyyəti də təkcə bu günlə məhdudlaşmır, uzaq gələcəyə ünvanlanmış olur. Ona görə də xalqımızın bu günü və sabahı, şərəf və şöhrəti, ümid və güvənc yeri olan Heydər Əliyev dünyəvi dəyərli bir insan, ölkə rəhbəri, güclü siyasətçi, hər məsələdə onunla hesablaşılan bir şəxsiyyət idi.

Möhtərəm Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi illərdə özünü görkəmli dövlət xadimi, fenomen qabiliyyətə malik və bütün sahələrə dərindən bələd olan rəhbər, uzaqgörən siyasi xadim kimi göstərmişdir. Dünyanın az-az dövlət xadimlərinə nəsib olan bütün bu keyfiyyətlər Heydər Əliyevdə cəmlənmişdi. Təsadüfi deyil ki, siyasət sahəsindəki uğurlarına görə Heydər Əliyev dünya siyasətinin patriarxı adını qazanmışdı. Ən böyük siyasət korifeyləri belə, Heydər Əliyevə hörmət hissi ilə yanaşıb, ona qibtə ilə baxıblar.

Xalqımızın və dövlətimizin elə bir problemi yoxdur ki, hə­min problemi kimsə Heydər Əliyev səviyyəsində, Heydər Əliyev yüksəkliyində dərk etmiş olsun. Onun kimi təsərrüfatı təsər­­rüfatçıdan, tariximizi tarixçidən, mədəniyyətimizi sənə­t­şü­n­asdan yaxşı bilən, onun problemlərini həll etməyə isti­qa­mət­ləndirən ikinci adam tapmaq mümkün deyildir. Elə bütün bu­n­lara görədir ki, xalqımız onu əsrin böyük Azərbaycanlısı, xal­qın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin me­marı və Azərbaycanı dünyaya tanıdan insan kimi qəbul edir, hörmət bəsləyir və ürəkdən sevir.

Bu da bir həqiqətdir ki, möhtərəm Heydər Əliyev haqqında söz demək, fikir söyləmək o qədər də asan deyil. Bu gün dünya ictimaiyyəti Azərbaycanı və onun Pezidentini tanıyırsa, onun haqqında yüksək rəyini, fikrini deyirsə, bu özü hər birimiz üçün, hər bir azərbaycanlı üçün böyük şərəfdir, şöhrət­dir. Təkcə belə bir faktı göstərmək kifayətdir ki, hələ bir ne­çə il bundan əvvəl Braziliyanın “Qolos planetı” qəzeti 9 dövlə­tin jurnalistlərinə “Dünyanın hansı üç super siya­sət­çi­si­nin adını çəkə bilərsiniz?” sualını vermiş və 6 dövlətin jur­nalist­ləri birinci olaraq Heydər Əliyevin adını çəkmişlər.

Heydər Əliyevin bu nüfuzu onu xalq və ölkə qarşı­sın­dakı əvəzsiz xidmətləri, özünün nəsillərə nümunə ola biləcək həyat yolu, iti düşüncəsi, əqidə və məsləki ilə onun rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımları ilə bağlıdır. Təsadüfi deyildir ki, dünyanın ən görkəmli siyasi xadimləri, dövlət rəhbərləri, elm və mədəniyyət adamları Heydər Əliyev şəxsiyyətini yüksək qiymətləndirir, ondan çox şey öyrəndiklərini bildirirlər. Onun haqqında deyilən sözlər, verilən qiymətlər bu gün də, sabah da lazımdır, onlar xalqımızın yaddaşına köçürülməlidir.

Heydər Əliyev yüksək bəşəri keyfiyyətlərə, təva­zö­kar­lı­ğa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prin­sip­lə­rinə daim sadiq qalan şəxsiyyətdir. Onun xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, dərin məntiqli nitqi, heyrətamiz enerjisi, bir dövlət başçısı kimi ən yüksək keyfiyyətləri idi.

Xalqımız qarşıya çıxan hər hansı çətin probleminin həl­lin­­də Heydər Əliyevə ümid bəsləyirdi. Bu, on illərlə for­malaş­mış fikirdir, özü də doğru və düzgün fikirdir. Ölkəmizin qa­ran­tı, milli iftixarımız və ümummilli liderimiz olan Heydər Əli­yev bütün problemlərin öhdəsindən yüksək səviyyədə gəlirdi.


Müasir Naxçıvan” qəzeti, 13 yanvar 2007-ci il.


ZƏMANƏMİZİN ƏN BÖYÜK

AZƏRBAYCANLISI
Müdrik rəhbərimiz, alovlu vətənpərvər, dünya miqyaslı siyasətçi Heydər Əliyevin keçdiyi bənzərsiz tale yolu Azərbaycanın müasir tarixində çox mühüm bir mərhələ təşkil edir. Bu məşhur şəxsiyyətin istər sovet hakimiyyətinin mövcud ol­duğu XX əsrin 70-80-ci illərində, istərsə də Azərbaycanın müs­təqilliyi şəraitində həyata keçirdiyi cahanşümal tədbirlərin hər biri araşdırılmağa, öyrənilməyə və təbliğ olunmağa layiq­dir.

Bu gün müstəqil Azərbaycan dövlətinin memarı, ölkəmizin müdrik rəhbəri Heydər Əliyevin gərgin fəaliyyəti, uğurlu strateji və taktiki addımları, çevik xarici və daxili siyasəti nəticəsində respublikamızın həyatında siyasi sabitlik yaranmış, ölkəmiz beynəlxalq aləmdə aparıcı dövlətlərin diqqətini özünə cəlb etmişdir.

1990-cı illərin əvvəllərində təzəcə müstəqillik qazanmış Azərbaycan Respublikasının bəzi xarici dövlətlərin köməyinə arxalanan təcavüzkar Ermənistanın məkrli siyasətinə qarşı mübarizə aparması, Dağlıq Qarabağ uğrunda gedən və geniş miqyas alan müharibədə öz dövləti maraqlarını güdən kənar qüvvələri zərərsizləşdirməyə çalışması və amansız qarşıdurmadan daha az itki ilə çıxmağa səy göstərməsi ən mürəkkəb məsələlər kimi qarşıda dururdu. Üstəlik, xarici düşmənlərin dəyirmanına su tökən daxili qüvvələrin ölkəni vətəndaş müharibəsi uçurumunun kənarına sürükləməsi də problemlərin həllini qat-qat çətinləşdirirdi. Azərbaycanın rayon-rayon, kənd-kənd parçalanması qorxusunu bütün varlığı ilə hiss edən xalq, o dövrdə çox gözəl anlayırdı ki, hamının etimadını və etibarını qazanmış, yüksək təşkilatçılıq və idarəçilik bacarığına yiyələnmiş nüfuzlu bir rəhbər gəlməsə, respublikamızı ağır bəlalardan xilas etmək mümkün olmayacaq. Belə bir rəhbər isə sovet hakimiyyəti dövründə Azərbaycana başçılıq etmiş, respublikamızın sosial-iqtisadi və elmi-mədəni həyatında müsbət dönüş yaratmış, misilsiz xidmətlərinə görə sovet ittifaqında rəhbər vəzifələrdən birinə irəli çəkilmiş, həmin ağır dövrdə isə Naxçıvanda işləyən Heydər Əliyev idi. Uzaqgörən xalqımız etimadında və inamında yanılmadı.

1993-cü ildə hakimiyyət başına qayıdan Heydər Əliyev qısa müddət ərzində milli müstəqillik kursunu məqsədyönlü şəkildə həyata keçirməyə başladı. Azərbaycanı parçalamaq qəsdində olan daxili silahlı qüvvələr tərk-silah edildi, vətəndaş müharibəsi təhlükəsi sovuşduruldu, Milli Ordumuzun formalaşmasında misilsiz işlər görüldü. Dağlıq Qarabağ probleminin sülh və danışıqlar yolu ilə həll olunması üçün aparıcı dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların köməyi ilə Ermənistanla müharibədə atəşkəs elan edildi, beləliklə cəbhə bölgəsindən hər gün əsgər meyitlərinin gətirilməsinə son qoyuldu, anaların ürəyinə dağ çəkilmədi.

Az sonra Heydər Əliyev Azərbaycan neftinin dünya baza­rına çıxarılması üçün ən optimal və əlverişli yolu müəy­yənləşdirdi. Dünyanın ən tanınmış beynəlxalq neft şirkət­lə­rinin fəal iştirakı ilə Azərbaycanın paytaxtı Bakı şəhərində “Əs­rin müqaviləsi” adlandırılan beynəlxalq neft müqaviləsi im­zalandı. Bu müqavilənin tərkib hissəsi olan Bakı-Tbilisi-Cey­han neft boru kəmərinin çəkilməsinə başlanılması isə, bu siyasətin məqsədyönlü inkişafına xidmət edirdi.

Ulu öndərimiz Heydər Əliyev hüquqi və demokratik dövlət quruculuğu prosesini ardıcıl olaraq davam etdirməklə, eyni zamanda Azərbaycançılıq və milli dövlətçilik ideyalarının əsasını yaratmağa başladı.

Bu gün iftixar hissi ilə vurğulamaq lazımdır ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatına əsaslı dəyişikliklər və köklü yeniliklər gətirdi. Onun respublikamızda meydana gələn çətinlikləri məhz xalqla məsləhətləşərək aradan qaldırması milli dövlətçiliyimizin və milli ideologiyamızın formalaşmasına böyük təkan verdi.

Azərbaycanın həyatında baş verən mürəkkəb prosesləri düz­gün qiymətləndirən, sosial-siyasi hadisələri xeyli qabaq­la­yan tale­yüklü məsələlərin həlli yollarını zərgər dəqiqliyi ilə müəy­­yən­ləşdirən bu dərin təfəkkürlü insan özünün çoxsaylı m­əru­­zələrində, çıxışla­rında, nitqlərində, fərman və sərən­cam­la­rın­­da, tövsiyə və göstə­rişlərində, müraciət və bəyanatlarında hə­min problemlərin çözül­məsi yollarını göstərmişdir.

Əlamətdar haldır ki, Heydər Əliyev Azərbayacana rəh­bərlik etdi­yi 34 illik tarixi bir dövrdə nəhəng quruculuq, mi­silsiz təşkilat­çılıq işləri ilə yanaşı olaraq, çox zəngin elmi-nə­zə­ri və mənəvi irs yarat­mışdır.

Bu zəngin irs ən qiymətli mənəvi sərvət kimi milli el­m­i­mi­zin və mədəniyyətimizin “qızıl fondu”na daxil olmuş, milli dövlət qurucu­lu­ğu prosesində əvəzsiz mənbəyə çevrilmişdir.

Müstəqil Azərbaycan Respublikasının müasir inkişaf mər­hə­lə­sində Heydər Əliyev irsinin öyrənilməsi və təbliğ edil­mə­si ölkə­mizin bütün vətəndaşlarının, alimlərinin, mütəxəs­sis­lə­rinin, o cümlə­dən dövlətimizin gələcəyi olan gənc nəslin ən əsas vəzifə­si­dir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan­şü­nas­­lığa böyük töhfə kimi qiymətləndirilə biləcək uğurları bütöv­lükdə qədim və müasir tariximizin, milli ideo­logi­ya­mızın, rəngarəng mədəniyyətimizin və elmimizin müxtəlif sahələrində aparılan elmi araşdırmaların zəngin metodoloji əsasıdır. Bu böyük şəxsiyyətin elmi-nəzəri irsi, eyni zamanda müstəqil Azərbaycan dövlətinin yaranması, qorunması, çiçəklənməsi və inkişaf etdirilməsi üçün elmi əsas rolunu oynaya bilər.

İctimai-siyasi tarix, vətəndaşlıq və vətənpərvərlik əsəri olan Hey­dər Əliyev irsi böyük elmi və nəzəri əhəmiyyətə malikdir. Azərbay­canın gələcək inkişaf perspektivlərinin hazırlan­ma­sın­da və milli tərəqqi konsepsiyasının müəyyənləşdirilməsində Heydər Əliyevin irsi çox zəngin mənəvi sərvətdir. Çünki bu irs xalqımızın müa­sir tarixinin təcəssümü kimi əvəzsiz dəyərə malik­dir. Azərbay­ca­nın gələcək nəsillərinin əsl şəxsiyyət kimi for­malaş­masında, həqi­qi vətənpərvərlər kimi tərbiyələn­mə­sin­də, milli və bəşəri dəyər­lərə dərindən yiyələnməsində bu irsin misilsiz rolu vardır.

Böyük dövlətçilik təcrübəsinə, dərin zəkaya, siyasi müd­rik­li­yə malik olan ümummilli liderimiz Heydər Əliyev bütün səy və qabiliy­yəti ilə dövlətçiliyimizi, müstəqilliyimizi, mövcudluğumuzu qo­ruyub saxlamağı bacardı. Azərbaycanın beynəlxalq aləmdəki imici yüksəldi, respublikaya külli miqdarda xarici investisiyaların gətiril­məsi ölkənin inkişafına böyük təkan verdi. Ulu öndər işıqlı sabahı­mız naminə gecə-gündüz çalışaraq ölkədə ictimai-siyasi sabit­lik yaratdı. Heydər Əliyev dünyanın ən böyük dövlətlərindəki neft şirkətlərini “Əsrin müqaviləsi”ndə iştirakçı etməklə Azərbay­can dövlətini, Azərbaycan xalqını xaos və anarxiyadan, vətəndaş müha­ribəsindən, cinayətkarların silahlı qüvvələrindən, dövlət çevrilişi cəhdlərindən böyük müdrikliklə xilas etdi. O, çox düzgün olaraq deyirdi ki, “dövlət özünü qiyamçılardan müdafiə etməyi bacarmalıdır”.

Heydər Əliyevin hakimiyyətini qüvvətli və qüdrətli edən onun vətənini və millətini sevməsi, həmçinin millətinin də qarşılıqlı olaraq ona dayaq durması, dahi şəxsiyyətə olan məhəbbəti və göstərdiyi etibarı idi. Heydər Əliyev xalqın tələbi və təkidi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra dərhal bəyan etmişdi ki, “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”. O, bütün ömrü boyu həyatının mənasını Azərbaycana, Azərbaycan xalqına xidmətə həsr etmiş və bu yolda böyük işlər görmüşdür. Bu­na görə də xalq Ulu öndərin gördüyü işləri yüksək qiymətləndirir və ona bö­yük ehtiram göstərir. Heydər Əliyev də özünün bütün fəaliy­yətində xalqa arxalanır, onun gücünə, qüdrətinə söykənirdi.

Ulu öndər öz fəaliyyəti ərzində bir çox ölkələrin müka­fatla­rına və eyni zamanda Türkiyənin ən böyük mükafatı olan “Atatürk” mükafatına layiq görülmüşdür. Heydər Əliyevi yalnız türk dünyasında deyil, həm də Avropa ölkələrində sülhsevər bir dövlət xadimi kimi tanıyır, dünyada sülhün və əmin-amanlığın qorunub saxlanılması sahəsində Heydər Əliyevin fəaliyyətini yüksək qiymətləndirirlər.

Həyatının və siyasi fəaliyyətinin amalı, qayəsi doğma Azər­baycanın inkişafı, tərəqqisi və çiçəklənməsi olan ümum­milli liderimiz Heydər Əliyevin fədakar əməyi, böyük zəhməti, fitri istedadı sayəsində bu gün respublikamızın müstəqilliyi daha da möhkəmlənmiş, onun yaradıb işə saldığı idarəetmə maşını xalqımızı uğurla işıqlı sabahlara, xoş gələcəyə aparmaqdadır. Ötən dövrdə Milli Məclis tərəfindən iqtisa­diyyatımızın inkişafını təmin edə biləcək zəruri qanun və qərarlar qəbul edilmiş, ictimai-siyasi sabitlik bərqərar olun­muş, xarici investisiyaların axını üçün etibarlı zəmin yara­dıl­mış­dır. Ölkədə özəlləşdirmə uğurla həyata keçirilmiş, aparılan islahatlar nəticəsində fermer təsərrüfatları formalaşmış, kiçik və orta sahibkarlıq təşəkkül tapmışdır. İqtisadiyyatımızda özəl sektorun çəkisi əhəmiyyətli dərəcədə artmışdır.

Bu gün Heydər Əliyevin yaratdığı idarəçilik məktəbi dövlətimizin davamlı inkişafının və onun gələcək yüksəlişinin qarantıdır. Bu idarəçilik məktəbinin ən layiqli məzunu və yetirməsi olan möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi hamımızda böyük nikbinlik, gələcəyimizin daha da uğurlu olacağına daxili inam hissi yaratmışdır. Azərbaycanın bütün sahələr üzrə beynəlxalq aləmə inteqrasiyası ölkəmizin xoş gələcəyindən xəbər verir. İnanırıq ki, “Əsrin müqaviləsi” adlanan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin artıq 2005-ci ildə istifadəyə verilməsi Azərbaycanı dünya məkanına daha sıx tellərlə bağlayacaq, onu iqtisadi sahədə, sözün əsl mənasında dünyanın şah damarına çevirəcəkdir. Bu gün Azərbaycan Respublikasının qarşısında duran əsas problemlərdən biri - işsizliyin aradan qaldırılması istiqamətində möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının apardığı titanik işlər ümid verir ki, yaxın bir neçə ildə bu problem də aradan qalxacaqdır. Cənab İlham Əliyevin qısa müddətdə həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində xalqımız üçün ən böyük problem olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlverişli şərait yaranmışdır. Artıq ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanılması faktı etiraf edilir və təsdiqlənir. Bu gün tam əminliklə demək olar ki, ümummilli liderimiz Heydər Əliyevin qurduğu dünyəvi Azərbaycan dövləti öz tarixinin coşğun yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bu gün Azərbaycanda demokratiya, din, söz və mətbuat azadlığı kimi ümumbəşəri dəyərlər cəmiyyətimizə daha dərindən nüfuz edərək bütün sahələri əhatə edir. Malik olduğumuz milli sərvətlərimizdən iqtisadiyyatımızın gücləndirilməsi, əhalinin rifahının yüksəldilməsi üçün istifadə olunur.

Bu gün Heydər Əliyev cismən aramızda olmasa da, onun ideyaları həmişə bizimlədir və onun qurub yaratdığı müstəqil Azərbaycan Respublikası hüquqi demokratik dövlət quruculuğu yolunda inamla irəliləyir.
“Müasir Naxçıvan” qəzeti,

17 fevral 2007-ci il.


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə