Elmi-texnoloji xəbərlər Quranda günəşlə bağlı



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə1/18
tarix11.04.2018
ölçüsü0,51 Mb.
#36916
  1   2   3   4   5   6   7   8   9   ...   18


1

Elmi-texnoloji xəbərlər

Quranda günəşlə bağlı 

bildirilən möcüzələr

İslam dünyasında keçən ay

Bir ayə, bir açıqlama

Metamorfoz bir yaradılış dəlilidir

İslam dini incəsənət və estetika 

ilə sıx bağlıdır

Hüceyrənin içindəki ən əsas detal: zülal

Uçan canlıların üstün dizaynı

 və aeronavtika texnologiyası

Yalan danışmaq şeytanın xüsusiyyətidir  

İslamı sevdirmək üçün qurana 

uyğun təbliğ edilməlidir

Fosillər təkamülü təkzib edir

Bunları bilirdinizmi?

4

8

6

19

20

22

29

38

34

48

52

58

42



60

64

14

30

DÜŞÜNƏN İNSAN

Elmi-kütləvi, mənəvi-psixoloji jurnal

Noyabr 2013; № 27

Azərbaycan Respublikası Ədliyyə

Nazirliyində qeydiyyatdan keçmişdir.

Reyestr № 3418  

Təsisçi və redaktor: Ziya Kazımov

Telefon: (077) 381 61 91

E-mail:info@dusuneninsan.az

www.dusuneninsan.az

Poçt ünvanı: AZ1000 abonent qutusu 35

Çapa imzalanma tarixi: 29.10.2013

Şərq-Qərb mətbəəsində çap edilib.

Tiraj: 600

Qiyməti: 2 manat






4

4

Düşünən İnsan, 

 Noyabr  2013

www.elmxeberleri.com

YAŞIL ENERJİDƏ YOSUN

 DÖVRÜ BAŞLADI

 

Almaniyanın 



Hamburq 

şəhərində  dəniz  yosunu  ilə  enerji  hasil 

edən bina inşa edilib. Şüşə lövhələrdən 

təşkil  olunmuş  ağıllı  bina  şüşələrin 

içindəki  mayenin  qaynadılması  ilə 

15  mənzili  isidəcək  enerji  ehtiva 

edir.  Lövhələrin  içindəki  yanacaq  isə 

tamamilə  biolojidir  –  dəniz  yosunu  və 

planktonlardan ibarətdir.

 

Layihənin rəhbəri Martin Kerner sistemi belə xülasələyib:



 

“Lövhələrdə isidilən yosun həlimindən çıxan qaz binanın içindəki borularda dolaşır 

və istər evlərin isinmə ehtiyacını, istərsə də isti suyunu reaktor vasitəsilə təmin edir”.

 

Ekoloji binanın sakinlərindən Laura akvarium mənzərəli balkonunda jurnalistlərin 



suallarını cavablayıb. Laura böyük ölçüdə enerjiyə qənaət etdiklərini vurğulayıb.

 

Binanın memarı Dietmar Valbert isə bu texnologiyanı “Bu, gələcəyin dünyasıdır. 30 



il əvvəl verdiyimiz bütün sualların cavabıdır” sözləri ilə izah edib.

 

Minerallarla çox zəngin olan dəniz yosunu həlimi gələcəyin əsas enerji mənbələrindən 



biri ola bilər.


5

AFRİKADA 40 MİLYONA KİFAYƏT 

EDƏCƏK QƏDƏR SU TAPILIB

 

Elmi  tədqiqatlar  nəticəsində  dünyanın 



ən  quraq  bölgələrindən  birində  40  milyon 

insana çatacaq qədər yeraltı su mənbəyi tapılıb. 

Keniyanın  Turkana  bölgəsində  250  trilyon  litr 

yeraltı su mənbəyi olduğu müəyyən edilib.

 

Bəşəriyyətin 



faydalanması 

üçün 


dünyanın  gizli  təbii  mənbələrini  kəşf  etməyi 

qarşısına  məqsəd  qoyan  “Radar  Technologies 

International”  (RTI)  təşkilatı  Keniyada  böyük 

kəşfə imza atıb.

 

Keniya  hökumətindən  icazə  alaraq 



radar  görüntüləmə  metodu  ilə  tədqiqatlar 

aparan  RTI  Keniyanın  ən  quraq  bölgələrindən 

olan  Turkananın  dərinliklərində  böyük  yeraltı 

su mənbəyi kəşf edib.

 

36  min  km



2

  sahəni  əhatə  edən  su 

mənbəyinin müntəzəm çıxarıldığı təqdirdə, 40 

milyon insana çatacağı bildirilib.

 

RTI  kəşf  edilən  yeraltı  suyun  bir 



qisminin səthə çox yaxın təbəqələrdə olduğunu 

və  su anbarlarında toplandığı təqdirdə, hər gün 

3.45 trilyon su əldə ediləcəyini bildirib.

 

RTI-nin  internet  səhifəsindən  verdiyi 



açıqlamaya  əsasən,  kəşf  edilən  su  quraqlıq 

bölgədə çoxlu sayda insana yardım edə bilər. 

Turkanada  bu  gün  120  min  insanın  yaşadığı 

Kakuma qaçqın düşərgəsi yerləşir.

 

“Newscientist” saytına müsahibə verən 



Britaniya  Geoloji  Tədqiqat  Mərkəzindən Alan 

Makdonald: “Kenya hökuməti istifadədən əvvəl 

suyun  keyfiyyətini  təhlil  etməlidir”,  -  deyib. 

Bundan  əlavə,  Makdonald  su  anbarlarından 

suyun  çox  sürətlə  geri  çəkilməməsi  və  su 

ilə  dolmaması  üçün  lazımi  zamanın  dəqiq 

hesablanmasının zəruri olduğuna  diqqət çəkib.

5

Düşünən İnsan, 

 Noyabr  2013

Düşünən İnsan, Noyabr 2013




6

Səudiyyə Ərəbistanının kralı 

Abdullah İslam dünyasını məzhəb 

ayrı-seçkiliklərindən əl çəkərək 

birləşməyə çağırıb

 

  Səudiyyə  Ərəbistanının  kralı 



Abdullah  İslam  dünyasını  məzhəb  ayrı-

seçkiliklərindən  əl  çəkərək  birləşməyə 

çağırıb. “Bir-birimizi daha yaxşı anlamalı və 

birləşməliyik. Fərqlərimizin İslam ümmətinə 

mənfi  təsir  etməsinə  icazə  verməməliyik”,  - 

qeyd edib.

 

Türkiyə Cümhuriyyətinin prezidenti 



Abdullah  Gül  Kral  Abdullah  ilə  görüşüb. 

Türkiyəyə  və  türk  xalqına  dərin  sevgi 

və  məhəbbət  bəslədiyini  vurğulayan 

Kral  Türkiyə  və  Səudiyyə  Ərəbistanının 

əlaqələrinin  getdikcə  güclənəcəyini  qeyd 

edib.


6

www.imanisaytlar.com

Azərbaycanda dini məbədlərin 

istilik sisteminə təbii qaz 

təmənnasız veriləcək 

 

Azərbaycan 



Prezidenti 

İlham 


Əliyevin tapşırığına əsasən, ölkə ərazisində 

fəaliyyət  göstərən  bütün  məscidlərin 

və  digər  konfessiyalara  mənsub  dini 

məbədlərin  istilik  sisteminə  təbii  qazın 

təmənnasız  verilməsi  qərara  alınıb.  Bu 

barədə  Azərbaycan  Respublikası  Dövlət 

Neft  Şirkətinin  (SOCAR)  rəsmi  saytında 

məlumat verilmişdir.

Düşünən İnsan, 

 Noyabr  2013




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə