Elnurə musayeva



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə10/18
tarix22.05.2018
ölçüsü0,53 Mb.
#45314
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

29 

 

T



1/2 

-19 gündür. Erqokalsiferol orqanizmdə 42 saat qalır və kumulyativ xüsusiyyətə 

malıkdir.  

     Qaraciyər və böyrək funksiyası pozğunluğunda D vitamini aktiv formaya keçə 

bilmir, hipovitaminoz yaranır. Hipovitaminozunda sümüklərdə kalsiumun miqdarı 

azalır,  sümüklər  yumşalır,  asanlıqla  öz  quruluşun  dəyişir,  raxit  xəstəliyi, 

osteomalyasiya  və  osteoporoz  törənir.  Raxit  xəstəliyində  qan  zərdabında  kalsium 

və  fosforun  miqdarı  azalır,  qələvi  fosfatazanın  aktivliyi  6  -  10  dəfə  artır.  Qan 

zərdabında  kalsium  və  fosforun  miqdarının  azalması  osmotik  təzyiqi  aşağı  salır, 

qandakı  suyun  bir  hissəsi  diffuziya  yolu  ilə  damar  divarından  toxumalara  keçir, 

ödem  əmələ  gəlir,  əzələnin  tonusu  zəifləyir.  İştahın  pozulması,  narahat  yuxu, 

həddən artıq tərləmə, ənsə nahiyəsində tüklərin tökülməsi, dalaq və periferik limfa 

vəzlərinin  böyüməsi,  ətraf  sümüklərin  və  döş  qəfəsinin  deformasiyası  kimi  klinik 

əlamətlər meydana çıxır. Qan dövranının pozulması, toxumalarda suyun ləngiməsi 

ilə  əlaqədar  qanın  həcminin  azalması,  həcm  vahidinə  düşən  formalı  elementlərin 

sayının artması, eləcə də osteomalyasiya (yetkin şəxslərdə) müşahidə olunur.   

     Hipervitaminoz  halı  qəbul  olunan  D  vitamininin  miqdarı  20000  BV  -  dən  çox 

olduqda  yaranır.  Yüksək  dozada  istifadə  etdikdə  iştahanın  itməsi,  ürəkbulanma, 

başağrısı,  ümumi  zəiflik,  qıcıqlanma,  yuxu  pozğunluğu,  bədən  temperaturunun 

azalması,  sidikdə  hialin  həlqəsi,  zülal,  qanda  kalsiumun  miqdaının  artması  kimi 

əlamətlər  meydana  çıxır.  Damar,  ağciyər  və  böyrəklərdə  kalsinoz  törənir. 

Hipervitaminozun müalicəsində qlikokortikoidlər təyin edilir. 

     İstifadəsinə 

göstəriş

raxit 


xəstəliyinin 

müalicə 


və 

profilaktikası, 

qalxanvariətraf  vəzlərin  patologiyasında  yaranan  tetaniya,  hipoparatrioz,  

kalsiumun reabsorbsiyasının pozulması ilə nəticələnən böyrək xəstəlikləri, kalsium 

mübadiləsinin  pozulması  ilə  gedən  sümük  xəstəlikləri,  sınıqlar,  osteoporoz, 

osteomielit,  osteomalasiya,  hipokalsiemiya,  hipofosfatemiya,  vərəm  xəstəliyinin 

bəzi formaları, furunkulyoz, psoriazda, malosorbsiya sindromlu xronik enterit. 

     İstifadəsinə  əks  -  göstəriş:  hiperkalsiemiya,  ağciyər  vərəminin  aktiv  forması, 

dekompensə olunmuş ürək çatışmazlığı, böyrək, qaraciyər xəstəlikləri, mədə xorası 

və ateroskleroz.  




30 

 

Oksidevit, alfakalsidol, kalsitriol, kalsipotriol xolekalsiferolun sintetik preparatıdır. 



     E vitamini – hazırda bu vitaminin 8 növü alınıb. Yeyinti məhsullarında α, β, γ, 

formada  rast  gəlinir,  ən  aktivi  α  -  tokoferoldur.  Təbii  α-tokoferol  D-fəza 

quruluşuna malikdir, sintetik törəməsi rasemat formada olur.  Gündəlik təlabat 25 - 

30  mq,  maksimal  100  mq  -  a  qədərdir. 1  mq  α  -  tokoferol  1,49  BV  -  ə,    1  BV  E 

vitamini - 1 mq α - tokoferola bərabərdir. 

      İlk dəfə 1920 – ci ildə E vitamininin reproduktiv prosesdə rolu müəyyən edildi. 

1922 – ci ildə Evans və Bishop pəhriz fonunda (qida rasionundan yağı çıxartdıqda) 

müəyyən  etdilər  ki,  bu  halda  mayalanma  və  ovulyasiya  normal  olsa  da,  dölün 

ölümü  baş  verir.  1936  -  cı  ildə  ekstraksiya  yolu  ilə  alındı  və  α  -  tokoferol 

adlandırıldı  (tocos  -  doğum,  phero  -  daşımaq).  1938  -  ci  ildə  İsveçrəli  kimyaçı 

Paulem  Karrer  tərəfindən  sintez  edildi.  Sonradan  müəyyən  edildi  ki,  E  vitamini 

təkcə reproduktiv funksiyada deyil, digər mühüm proseslərin tənzimində də iştirak 

edir. 

     Farmakoloji  xüsusiyyəti:  E  vitamini  oksidləşmə  prosesini  ləngidir, 



antioksidant xassəyə malikdir, A vitamininin toxumalarda sərf olunmasını nizama 

salır,  hüceyrə  proliferasiyasında  iştrak  edir,  Na

+

-  K


+

-  ATF  -  azanın,  sitoxrom  C 

oksidazanın  fəaliyyətini  tənzim  edir.  Ubixinonun  sintezini  stimullaşdırmaqla 

toxuma  tənəffüsündə  və  metobolizmin  digər  vacib  proseslərində  iştirak  edir, 

lipidlərin oksidləşməsini stimulə edir, onların məhsullarının orqan və toxumalarda 

toplanmasının  qarşısını  alır.  Orqanizmi  ağır  metal,  zəhərli  maddə,  dərman 

preparatları,  radiasiya  və  sərbəst  radikallardan  qoruyur,  hüceyrə  membranına 

birbaşa  stabilləşdirici  təsir  edir,  toxumanın  hipoksiyaya  qarşı  dözümlülüyünü 

artırır.  Qaraciyər  fermentlərinin,  skelet  və  saya  əzələlərin,  miokardın  əzələsinin 

yığılmasını  təmin  edən  zülalların  sintezini  artırır,  qlikoneogenezi  requlə  edir, 

karbohidrat,  zülal  və  lipid  mübadilləsini  normallaşdırır,  birləşmiş  xolesterinlə 

sərbəst 


xolesterin  arasında  tarazılığı  saxlayır,  qaraciyərdə  bilirubinin 

metobolizmini  aktivləşdirir.  Kardiotrop  və  antikanserogen  təsirə  malikdir,  qanın 

sirkulyasiyasını və reoloji xüsusiyyətini yaxşılaşdırır, qanın laxtalanmasını artırır, 

eritrositlərin  hemolizinin  qarşısını  alır,  eritropoezi  aktivləşdirir  və  hemin  əmələ 




31 

 

gəlməsini təmin edir, trombositlərin aqreqasiyasını azaldır, eritrositlərin membran 



tamlığını  qoruyur,  regenerasiyanı  təmin  edir,  kapillyar  damarların  divarını 

möhkəmləndirir. Hüceyrəarası elastik liflərin və kollagenin, hipofiz hormonlarının 

əmələ  gəlməsinə  təsir  edir,  plasentanın  formalaşmasını  təmin  edir,  esterogenin 

təsirini  gücləndirir,  ağciyərdə  surfaktantın  sintezinə  təsir  edir,  skelet  əzələsi 

trofikasını  yaxşılaşdırır,  infeksiya  və  ya  bir  sıra  dərman  maddələrinin  əlavə 

effektləri nəticəsində yaranan miodistrofiyanı tormozlayır. 

     Farmakokinetikası:  əsasən  nazik  bağırsağın  proksimal  hissəsində  ödün 

təsirindən  sorulduqdan  sonra,  əvvəl  limfaya,  oradan  da  qana  keçir.  E  vitamininin 

təsiri  qəbuldan  4  saat  sonra  meydana  çıxır.  Qan  plazması  lipoproteinlərilə  90% 

birləşir.  Ən  yüksək  konsentrasiyada  böyrəküstü  vəz,  hipofizin  ön  payı,  cinsiyyət 

vəzləri,  cift,  miokard,  piy  toxumasında  (90  %)  depolaşir,  bundan  başqa  əzələlər, 

mədəaltı  vəz,  dalaq,  qaraciyər,  böyrək,  beyində  də  təsadüf  edilir.  Qaraciyərdə 

qlükuronidləşmə və oksidləşməyə məruz qalır. 70 – 80 % bağırsaq, 20 – 30 % - i 

böyrəklərlə orqanizmdən xaric olur.  

    Piy toxumasında E vitaminini aktiv şəkildə doymamış yağ turşuları azaldır. Qida 

rasionunda  linol  turşusu  2  %  -  dən  çoxdursa,  E  vitamini  çatışmazlığının 

ağırlaşması, 7 % - dən artıq olduqda nəsil törətmə qabiliyyətinin itməsi müşahidə 

olunur. E vitamini çatışmazlığında dişi fərdlərdə mayalanma qabiliyyəti saxlanılsa 

da, döl  hamiləliyin  sonuna qədər  yaşaya  bilmir.  Əks  cinsin nümayəndələrində isə 

nəsil  törətmə  qabiliyəti  tamamilə  itir.  Toxumluqlarda  toxum  kanalcıqları 

atrofiyalaşır,  cinsiyyət  hormonunu  sintezi  zəifləyir,  spermatogenez  pozulur, 

spermatozoidlər  qeyri  -  normal  formada  (quyruqsuz)  olur  və  mayalandırma 

qabiliyyətini  itirir.  Skelet  və  ürək  əzələsi  və  sinir  toxumasında  degenerativ 

pozğunluqlar  baş  verir,  kapillyarların  keçiriciliyi  və  elastikliyi  artır,  eritrositlərin 

miqdarı  azalır,  qaraciyər  parenximasının  zədələnməsi,  yeni  doğulmuşlarda 

hemolitik sarılıq, malabsorbsiya sindromu yaranır, eninəzolaqlı əzələlərin nekrozu 

və  distrofiyası  baş  verir.  Əzələ  distrofiyası  maddələr  mübadiləsi  pozğunluğu  ilə 

birlikdə meydana çıxır, əzələlərdə Na

+

 artır, K



+

, Mg


2+

, qlükogen, kreatinin miqdarı 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə