Elnurə musayeva



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə11/18
tarix22.05.2018
ölçüsü0,53 Mb.
#45314
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

32 

 

azalır,  əzələ  liflərinin  parçalanması  nəticəsində  sidiyin  tərkibinə  çoxlu  miqdarda 



kreatin keçir (kreatinuriya).  

     E  vitamininin  hipervitaminozu  istifadə  dozası  3000  BV  -  dən  çox  olduqda 

yaranır. Yüksək dozada qəbul etdikdə sərbəst radikalları tamamilə neytrallaşdırır, 

nəticədə  neytrofil  və  faqositlərin  mikrorqanizmləri  tutma  qabiliyyəti  pozulur, 

sepsis meydana çıxır. Bağırsaq epiteli, qaraciyər və böyrək toxumasına toksiki təsir 

edir, epiqastral nahiyədə ağrı,  ürəkbulanma, diareya, arterial təzyiqin yüksəlməsi, 

insulinin  sekresiyasının  azalması,  trombositopeniya,  qanın  laxtalanmasının 

azalması və allergik reyaksiyalar baş verir. 

     İstifadəsinə_göstəriş'>İstifadəsinə  göstəriş:  hipovitaminoz,  birincili  əzələ  distrofiyası,  hipotrofiya, 

dermatomikoz,  aterosklerozun  profilaktikası,  menstral  sikil  pozğunluğu,  vegetativ 

klimakterik  pozğunluq,  kişi  cinsiyyət  vəzlərinin  funksiyasının  pozulması,  astenik 

sindrom, periferik damarların spazmı, psoriaz, sklerodermiya, gözün torlu qişasının 

degenerativ  və  iltihabi  xəstəliklərində,  hipoxrom  anemiya,  hiperbilirubinemiya, 

hemolitik  anemiya,  yüksək  fiziki  iş,  travmadan  sonra  ikincili  miopatiya,  onkoloji 

xəstəliklərin profilaktikası.  

     İstifadəsinə 



əks  -  göstəriş:  ağır  kardioskleroz,  miokard  infarktı, 

trombemboliya. 

Tokoferol asetat formasında yerli və əzələdaxili təyin edilir. 

     K vitamini - antihemorragik və antikoqulyant vitamin adlanır. Təbiətdə 2 növü 

var:  K


1

  və  K


2

  vitamini,  onlar  menaxinon  törəmələridir.  K

1

  vitamini  -  filoxinon, 



fitilmenaxinon,  qida  ilə  orqanizmə  daxil  olur,  K

2

  vitamini  -  farnoxinon, 



multiprenilmenaxinon,  bağırsaq  saprofit  bakteriyaları  tərəfindən  sintez  olunur.  K

3

 



sintetik  formadır.  K  vitamininə  olan  gündəlik  təlabat  kişilərdə  45  -  80  mkq, 

qadınlarda 45 - 65 mkq, hamiləlik və laktasiya dövründə 65 mkq, uşaqlar üçün 10 -

30  mkq,  maksimal  360  mkq  -  a  qədərdir.  Bu  birləşməni  ilk  dəfə  1935  -  ci  ildə 

Henrik Dam  ayırıb, K vitamini adlandırmışdır. 

     Farmakoloji  xüsusiyyəti: K vitamini selikli qişaların və kapillyarların endotel 

qişasının  fəaliyyətinə,  qanın  laxtalanmasına  (qaraciyərdə  protrombin  sintezini 

sürətləndirməsi  ilə  əlaqədardır)  təsir  edir.  K  vitamini  protrombin  (II  faktor), 



33 

 

prokonvertin (VII  faktor), Kristmass  (IX faktor), Prauer  -  Styuart  (X  faktor) kimi 



laxtalanma faktorlarının sintezini sürətləndirir. Sümük zülalı olan osteokalsın aktiv 

formasının  sintezini  təmin  edir,  mineralizasiya  prosesində  kalsium  mübadiləsini 

tənzim edir, osteoporozun qarşısını alır, oksidləşmə - bərpa prosesində iştirak edir. 

     Farmakokinetikası:  Qida  ilə  qəbul  olunan  K  vitamini  nazik  və  yoğun 

bağırsaqdan  öd turşuları və mədəaltı vəz lipazasının təsirindən sorulur. Qəbuldan 

2  -  8  saat  sonra  qanda  maksimum  konsentrasiyada  toplanır.  Sidik  və  ödlə  xaric 

olur.  

     Bağırsaqlarda  saprofit  bakteriyalar  tərəfindən  sintez  olunduğuna  görə  qidada 



çatışmazlığı  avitamininoza  səbəb  olmur.  Antibiotiklərlə  yüksək  dozada  və 

uzunmüddətli  müalicə  zamanı  bağırsaqlarda  sintezi  pozulur.  Hipovitaminoz  halı 

qaraciyər,  öddaşı  xəstəliyi,  ödün  əmələ  gəlməsi  və  sekresiyasının  pozulması, 

dizbakterioz və diareya zamanı meydana çıxa bilər. Hipovitaminozda protrombinin 

miqdarı 35 % - dən aşağı düşdükdə qansızmalar, 15 – 20 % - dən aşağı düşdükdə 

isə ağır qanaxmalar baş verir.  

     K  vitamini  hipervitaminozunda  –  hiperprotrombinemiya,  hiperbilirubinemiya, 

yeni doğulmuşlarda hemolitik anemiya yarana bilər. 

     İstifadəsinə  göstəriş:  hipotrombinemiyalı hemorragik  sindrom, hepatit, sirroz, 

kolit, mədə xorası, Kron xəstəliyi, əməliyyatdan sonrakı qan axma, xroniki diareya, 

hemorragik  diatez,  bağırsaq  atoniyası,  qeyri  -  düz  təsirli  antikaqulyantların 

antaqonisti  kimi,  əzələ  zəifliyi,  antibiotik,  salisilat,  trankvilizatorların  törətdiyi 

hemorragiya.  

     İstifadəsinə əks - göstəriş : qanın laxtalanmasının yüksəlməsi, trombemboliya, 

tromboz.  Hemofiliya  və  Verlhof xəstəliyində  K  vitamini  preparatları  müsbət  təsir 

göstərmir. Dozası və müalicənin müddəti protrombin indeksindən asılıdır.  

Fitomenadion - suda həll olmur, spirtdə zəif həll olur.   

     K


3

  (vikasol)  vitamini  yuxarıda  qeyd  etdiyimiz  kimi  K  vitaminin  sintetik 

analoqudur. Suda yaxşı, spirtdə pis həll olur. Hipotrombinemiya, ödün bağırsaqdan 

keçməsinin zəifləməsilə əlaqədar baş verən sarılıq, kəskin hepatit, parenximatoz və 

kapillyar qan axması zamanı istifadə edilir.  



34 

 

     Xolin  (B



4

  vitamini)  -  amin  etil  spirtinin  tərkibində  olan  amin  qrupunun  metil 

radikalı  ilə  əvəz  olunmuş  törəməsidir.  Suda  həll  olan  vitaminəbənzər  maddədir. 

Xolinə sutkalıq təlabat 500 mq, maksimal 1000 mq - qədərdir.  İlk dəfə 1849 - cu 

ildə ödün tərkibində tapılmış və 1862 – ci ildə xolin adlandırılmışdır. 1891 – ci ildə 

A. Danilevcki xolinin lesitinin əsas komponenti olduğunu müəyyən etdi. XX əsrin 

ikinci yarsında vitaminəbənzər maddələr qrupuna aid edildi. 

     Farmakoloji  xüsusiyyəti:  Xolin  orqanizmdə  sərbəst  halda  olmur  əsasən 

hüceyrə  membranı  və  liflərin  aktiv  komponenti  olan  lesitin  fosfolipidinin  və 

mediator  asetilxolinin  tərkibinə  daxildir.  Asetilxolin  parasimpatik  sinir  sisteminin 

neyromediatoru  olub,  MSS  və  periferiyada  sinir  impulslarının  ötürülməsində 

iştirak edir.  

 

Tərkibundə  dissosasiyaya  uğramaq  xüsusiyyətinə  malik  hidroksil  qrupu  olduğuna 



görə,  əsaslar  üçün  xarakterik  olan  reaksiyalara  girir,  xolesterinin  utilizasiyasına 

təsir  edir,  qaraciyərdə  piy  infiltrasiyasını  azaldır.  Lipotrop  maddədir, 

membranoprotektor  təsir  edir.  Orqanizmdə  metionin,  purin  və  pirimidin  əsasları, 

fosfolipidlərin  sintezində  metil  qrupunun  donatoru  kimi  iştrak  edir.  Zülal  və 

karbohidratların  karboksilləşməsində,  dezaminləşməsində,  toxuma  və  sinir 

sisteminin diferensasiyasında vacib komponentdir, qlikokinazanın sintezini stimulə 

edir, insulinə həssaslığın artırır, eyni zamanda qlikogenezi stimulə edən fermentləri 

tormozlayır. 

     Xolin  çatışmazlığı  B

12

  vitamini  və  fol  turşusu  az  qəbul  etdikdə  yaranır. 



Çatışmazlığı  qaraciyər  və  böyrəklərin  hemorragik  degenerasiyasına  səbəb  olur, 

çəki artıqlığı, mədə xorası, diareya, boy atmanın ləngiməsi, hipertenziya, aritmiya, 

qalxanabənzər vəzin involyusiyası, cinsi fəaliyyətin pozulması baş verir.   

     Hipervitaminozunda  bağırsaq  pozğunluğu,  ürəkbulanma,  tər  və  tüpürcək  vəz 

sekresiyasının  pozulması,  arterial  təzyiqin  enməsi,  pis  balıq  iyi  və  allergik 

reaksiyalar meydana çıxır.  

    İstifadəsinə  göstəriş:  Botkin  xəstəliyi,  hepatit,  sirroz,  hipotireoz,  ateroskleroz, 

xroniki alkoqolizm, dəri xəstəlikləri, saç tökülmə, psixoemosianal pozğunluq.  




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə