Elnurə musayeva



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə14/18
tarix22.05.2018
ölçüsü0,53 Mb.
#45314
1   ...   10   11   12   13   14   15   16   17   18

41 

 

     İstifadəsinə  göstəriş:  qaraciyər  xəstəlikləri,  hepatit,  sirroz,  şəkərli  diabet, 



diabetik polinevrit, görmə funksiyası pozğunluğu, neyropatiya, koronar damarların 

aterosklerozu, xronik yorğunluq sindromu, piylənmə.  



     S-metilmetioninsulfon  (U  vitamini)  -  Suda  həll  olan  vitaminəbənzər 

madddədir. Gündəlik təlabat 200 - 500 mq - a qədərdir. 1948 - 50 ci ildə amerikalı 

bioloq  Çinin tərəfindən  kələm  şirəsindən alınmışdır.  Xoraəleyhinə  faktor, “ulcus” 

sözünün ilk hərfi ilə adlandırılmışdır.  

     Farmakoloji  xüsusiyyəti:  S  -  metilmetioninin  tərkibindəki  mütəhərrik  metil 

qrupu müxtəlif maddələrin sintezində iştirak edir, mədə - bağırsaq selikli qişasında 

olan  zədələrin  sağalmasına  stimuləedici  təsir  edir,  mədə  turşuluğunu  azaldır, 

histamini  metilləşdirərək  qeyri  -  aktiv  birləşməyə  çevirir  və  sekresiyasını  azaldır, 

ağrıkəsici  təsirə  malikdir,  xolinin  endogen  sintezini  sürətləndirir,  lipotrop, 

antisklerotik  təsir göstərir. 

Hipovitaminozunda mədə turşuluğu artır, mədədə xora əmələ gəlir. 

Hipervitaminozunda törənən dəyişikliklər müəyyən edilməyib. 



     İstifadəsinə göstəriş: qastralgiya, xroniki qastrit. 

     F  vitamini - yağda həll olur, antixolesterin vitamin də adlandırılır. Doymamış 

yağ turşuları linol (Omeqa - 6), linolen (Omeqa - 3), araxidon turşusu (Omeqa - 6) 

və.s.  F  vitamini  adı  altinda  birləşir.  Gündəlik  təlabat  1000  mq  -  dır.  Bitki 

yağlarında daha çox olur. F vitamini 1928 - ci ildə amerikalı alimi Qerbert Evans 

tərəfindən müəyyən edilib (ing. dilində “fat” - “yağ “ deməkdir).  

     Farmakoloji  xüsusiyyəti:  Həm  vitamin,  həm  də  hormonabənzər  maddə  kimi 

baxmaq  olar.  Hormonabənzər  maddə  kimi  hüceyrə  hormonu  prostaqlandin  və 

tromboksana  çevrilir.  Prostaqlandinin  sintezini  artırmaqla  iltihab  və 

allergiyaəleyhinə  təsir  edir,  tromboksan  isə  trombositlərin  aqreqasiyasını  artırır. 

Xolesterin metabolizmi və xaric olmasında iştirak etməklə, onun damar divarında 

toplanmasının  qarşısını  alır,  spermatogenezdə,  kalsiferol  ilə  birlikdə  kalsium  və 

fosforun  sümükdə  toplanmasını  təmin  edir,  immuniteti  artırır,  qlükozanın 

oksidləşməsini  tormozlayır,  xolinin  lipotrop  təsirini  artırır,  histaminin  xaric 

olmasının qarşısını alır. Linol turşusu qanın laxtalanmasını azaltmaqla insultun və 




42 

 

infarktın  qarşısın  alır.  Hüceyrə  membranı  fosfolipidlərinin  tərkibinə  daxildir, 



hüceyrə daxili tənəffüsdə energetik substrat rolunu oynayır. 

    Farmakokinetikası:  Öd  turşusunun  təsirindən  bağırsaq  divarından  qana 

xilomikronlar  formasında  sorulur.  Ürək,  qaraciyər,  böyrək,  beyin,  qan,  əzələdə 

toplanır.  Linolen  orqanizmdə  əvəzolunmayan  qamma  -  linolen  turşusuna  çevrilir 

və membran hüceyrəsinin əsas komponenti sayılır. 

   F  vitamini  çatışmazlığında  boy  atmanın  zəifləməsi,  `çəki  azalması,  dəri 

xəstəlikləri,  nəsil  törətmə  qabiliyyətinin  pozulması,  skleroz  əlaməti,  qanda 

xolesterinin miqdarının artması, damar endotel qişasında aterosklerotik düyünlərin 

əmələ  gəlməsi,  paradontoz,  mədə  -  bağırsaq  pozğunluğu,  yüksək  arterial  təzyiq, 

artrit,  menustral  siklin  pozulması  və  ağrı,  depressiya,  yorğunluq,  anoreksiya 

yaranır. 

   Yüksək  dozada  qəbul  etdikdə  çəki  artır,  mədədə  ağrı  və  yanğı  hissi,  dəridə 

allergik səpgilər meydana çıxır.  

   İstifadəsinə  göstəriş:  şəkərli  diabet,  dermatoz,  allergik  reaksiyalar,  flebitin 

profillaktikası,  iltihabi  xarakterli  autoimmun  patologiya,  ekzema,  yağ  mübadiləsi 

pozğunluğu.  

Dərman  preparatlarından  essensial,  linolen  və  librederim  kreminin  tərkibinə 

daxildir.  



   Ubixinon  (Koenzim  Q

10

)  -  cavanlıq  vitamini  də  adlandırılır.  Kimyəvi 

strukturuna görə E və K vitamininə uyğundur. Yağda həll olur. Yan zəncirində 10 

izoprenoid qalığı var. Orqanizmdə mevalon turşusu, fenilalanin, tirozinin mübadilə 

məhsulları,  B

2

,  B



3

,  B


6

,  B


12

,  C,  fol,  pantoten  turşusu  iştirakı  ilə  və  ya 

mikrorqanizmlər  tərəfindən  sintez  olunur.  Sutkalıq  təlabat  30  mq,  maksimal  120 

mq - a qədərdir. 1957 - 58 ci illərdə Fredrik Kreynom və Karl Folkers tərəfindən 

alınıb və kimyəvi strukturu müəyyən edilib. 1965 - ci ildə Umamura həmkarları ilə 

birlikdə ürək damar sistemi xəstəliklərində istifadə etdi. 1978 - ci ildə Pitre Mitçel 

müxtəlif proseslərdə rolunu açıqladığı üçün Nobel mükafatına layiq görüldü. 

   Farmakoloji  xüsusiyyəti:  Toxuma  membranında  H

+

  transportunda  iştirak  edən 



NADF,  suksinil  -  ubixinonreduktaza,  sitoxrom  fermentlərin  prostetik  qrupudur. 


43 

 

Əsasən  hüceyrənin  mitoxondirində  olur,  toxuma  tənəffüsündə  bioloji  oksidləşmə 



prosesində  elektronların  membran  dehidrogenazalarından  sitoxrom  sisteminə 

keçməsində  iştrak  edir,  qaraciyər  aldehidoksidazasının  da  tərkibində  var. 

Antioksidant  xüsusiyyətə  malikdir,  onkoprotektor,  hepatotrop  təsir  edir, 

xolesterinin  miqdarını  requlə  edir,  miokard  və  əzələlərin  yığılmasını 

normallaşdırır,  damar  elastikliyini  artırır,  qanyaranmanı  stimulə  edir,  qırmızı  qan 

hüceyrələrinin əmələ gəlməsində iştirak edir.  

     Farmakokinetikası:  Qəbuldan  6  -  8 saat  sonar  qanda  maksimum  konsentrasi-

yada toplanır. Ən yüksək miqdarına əzələ, ürək və qaraciyərdə rast gəlinir. HEB - i 

keçmir.  

     20 yaşdan sonra sintezi proqressiv olaraq azalır. Ürək - damar, onkoloji, şəkərli 

diabet  xəstəliyində  qanda  miqdarı  azalır.  Çatışmazlığında  energetik  təlabat 

zəifləyir,  toxumalar  distrofiyalaşır  və  degenerasiyaya  uğrayır,  nəticədə  ÜİX, 

Alsheymer xəstəliyi kimi ciddi ağırlaşmalar meydana çıxır. Ubixinon orqanizmdə 

25% azaldıqda bioenergetik defisit, 75% azaldıqda isə toxumaların məhvinə səbəb 

olur.   

     Yüksək  dozada  qəbul  etdikdə  allergik  reaksiyalar,  ürəkbulanma,  epiqasrtal 

nahiyədə ağrı baş verir. 

     İstifadəsinə  göstəriş:  vegetativ  damar  distoniyası,  əzələ  distrofiyası,  ÜİX, 

ateroskleroz,  anemiya,  hipertenziya,  miokardiodistrofiya,  kardiomiopatiya, 

hiperxolesterinemiya, şəkərli diabet, nefroskleroz, paradontoz. 

     İstifadəsinə  əks  -  göstəriş:  həssaslığın  yüksəlməsi,  kəskin  qlomerulonefrit, 

mədə xorası, hamiləlikdir. 

 

 

 



 

 

 



 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə