Elnurə musayeva



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə2/18
tarix22.05.2018
ölçüsü0,53 Mb.
#45314
1   2   3   4   5   6   7   8   9   ...   18

 

bağırsaqlarda  bifidobakteriyalar tərəfindən  K  və  B  qrup  vitaminlər  sintez olunur. 



Vitaminlərin bakteriyalar tərəfindən hansı miqdar və nisbətdə sintez olunduğu tam 

məlum  deyildir.  Bununla  belə,  bəzi  vitamin  sintez  edən  bifidobaktreiyalar 

haqqında 1- ci cədvəldə məlumat verilmişdir (bax.: cəd.1).  

     Orqanizmin  vitaminlərə  qarşı  təlabatı  cinsdən,  yaşdan,  fizioloji  vəziyyətdən,  

əmək  intensivliyindən  asılıdır.  Normada  orqanizmin  vitamin  ehtiyatının 

ödənilməsinin  ilkin  şərti,  qida  rasionuna  vitaminlə  zəngin  olan  yeyinti 

məhsullarının (meyvə - tərəvəz və heyvani mənşəli qidalar və s.) daxil edilməsidir 

(Vitamin  və  vitaminəbənzər  maddələrin  xarakteristikası,  hansı  qida  maddələrinin 

tərkibinə daxil olması və onlara qarşı təlabat 2 - ci cədvəldə verilmişdir).  

     Vitaminlər  çox  yüksək  aktivliyə  malik  birləşmələrdir.  Orqanizmin  vitaminlərə 

qarşı  təlabatı  mq  -  ın  onda  bir  hissəsi  ilə  ifadə  olunur,  hətta,  B

12

  vitamini  mkq 



dozada öz spesifik təsirini göstərir. Vitaminlərə qarşı normal təlabat şərti xarakter 

daşıyır,  belə  ki,  optimal  doza  minimal  təlabata  görə  müəyyən  edilir,  çünki  bu 

maddələr  mədə  -  bağırsaq  traktında  parçalanır,  orqanizmdə  utilizasiyaya  uğrayır. 

Vitaminin  bağırsaqdan  sorulması  və  toxumalara  nəql  olunması  pozulduqda, 

kofermentinin sintezi azaldıqda, vitaminin parçalanması sürətləndikdə, orqanizmdə 

müsbət  və  mənfi  istiqamətdə  vitamin    balansı  yaranır.  Vitamin  balansının  mənfi 

istiqamətə  dəyişməsi  vitamin  çatışmazlığı  adlanır.  Vitamin  çatışmazlığı 

hipovitaminoz  (hər  hansı  vitamin  çatışmazlığı),  avitaminoz  (vitaminin  tamamilə 

olmaması), polihipovitaminoz (bir neçə vitaminin çatışmazlığı) şəklində meydana 

çıxır.  Hipovitaminozda  orqanizmdə  bir  sıra  dəyişikliklər  baş  verir,  lakin  kəskin 

klinik əlamətlər olmur. Avitaminozda dəqiq simptomlar və qabarıq klinik əlamətlər 

meydana çıxır. Bu gün avitaminoza təsadüf olunmasa da, hipovitaminoz subklinik 

formada, xüsusən, zəif inkişaf etmiş və sosial həyat şəraiti aşağı olan ölkələrdə çox 

geniş  yayılmışdır.  Hipovitaminoz  endogen  və  ekzogen  səbəblərdən  yarana  bilər. 

Ekzogen  səbəb  keyfiyyətsiz  qidalanma,  aclıq,  endogen  səbəb  isə,  orqanizmin  bir 

sıra patoloji (mədə - bağırsaq traktı xəstəlikləri, yolxucu xəstəliklər,  triotoksikoz, 

qızdırma və s.) və fizioloji (gərgin fiziki iş, hamiləlik, laktasiya, fiziki inkişaf və s.) 

halı ilə əlaqədardır.  




 

     Qeyd etmək lazımdır ki, bəzi maddələr antivitamin xüsusiyyətə malikdir. Onlar 



fərqli  xarakterli  təsirə  malik  maddələrdir.  Bu  qrupun  bəzi  nümayəndələri  

antimetabolitlər  hesab  olunur.  Başqa  sözlə,  onlar  vitaminlərin  kimyəvi  analoqu 

olub,  daxil  olduğu  biokimyəvi  prosesləri  blokada  edir,  ikinci  qrup  maddələr 

vitaminlərin spesifik inaktivatorudur (məs. askorbinaza, tiaminaza) və orqanizmdə 

vitaminlərin  təsirinin  qarşısını  alır.  Məs.:  sulfanilamidlər  para-aminobenzoy 

turşusunu,  piridin-  3  -  sulfon  nikotin  turşusunu,  dezoksipiridoksin  B

6

  vitaminini, 



pantotiltaurin pantoten turşusunu, piritamin B

vitaminini, dikumarin K vitaminini 



neytralaşdırır,  avidin  biotinlə  kompleks  birləşmə  əmələ  gətirir  və  onu 

inaktivləşdirir və s. (antivitaminlərdən eksperimental tədqiqatda daha geniş istifadə 

edilir).  

     Nəzərə almaq lazımdır ki, vitamini orqanizmin təlabatı miqdarında qəbul etmək 

lazımdır, əks halda (məs. normadan artıq qəbul etdikdə) orqanizmə zərər verir və 

hipervitaminoz  törədir.  Digər  tərəfdən,  vitaminləri  yüksək  dozada  qəbul  etdikdə, 

onların  sorulma  əmsalı  da  azalır.  Hər  bir  konkret  hipo  və  hipervitamininoz  növü 

orqanizmdə  spesifik  dəyişikliklər  törətdiyi  kimi  (məs.  maddələr  mübadiləsində) 

spesifik klinik əlamətlərlə özünü göstərir. Vitamin preparatlarından istifadənin əsas 

üstünlüyü, onların dəqiq dozalanma, eləcə də parenteral istifadə imkanlarına malik 

ola bilməsidir. 

     Tibbi praktikada təbii və sintetik vitamin preparatları 3 tərkibdə istifadə olunur - 

mono,  mürəkkəb  və  kompleks  vitamin  tərkibdə  (bax.:  cədvəl  3).  Vitamin 

preparatlarının  mono  tərkib  şəkildə  verilməsinin  əsas  məqsədi,  qida  ilə  lazimi 

miqdarda  mənimsənilməyən  vitamin  ehtiyatının  bərpa  edilməsidir.  Mürəkkəb  və 

kompleks formada elə vitaminlər verilir ki, onların mono tərkibdə sorulması çətin 

olur  və  maddələr  mübadiləsində  biri  -  digərinin  təsirini  dəyişə  bilir.  Vitaminlər 

arasında  qarşılıqlı  təsiri  bilmək,  onların  fəsadsız  istifadəsi,  müsbət  farmakotera-

pevtik effekti və s. zəruri təsir xüsusiyyətləri haqqinda tam təminat verir (cəd. 4).  

     Orqanizmin  sağlam  olması  üçün  vitamin  balansını  saxlamaq  lazımdır.  

Vitaminlərin  yeməkdən  sonra  qəbulu  məsləhət  görülür,  çünki  mədə-bağırsaq 

traktında  zəif  hərəkət  edir,  praktik  olaraq  toxumalar  tərəfindən  daha  tez  və 




 

tamamilə  mənimsənilir,  lazımi  müalicəvi  effekt  törədir.  Yemək  vaxtı  və  ya 



acqarnına  qəbul  etdikdə  isə,  mədə  -  bağırsaq  traktından  tez  keçir,  tamamilə 

mənimsənilə  bilmir  və  orqanizmdən  tez  xaric  olur.  Odur  ki,  farmakoterapevtik 

effektini  tam  göstərə  bilmir.  Bütün  vitaminlər  yüksək  biomənimsənilmə 

qabilyyətinə 

malikdirlər. 

Yağda  həll  olan  vitaminlər  limfa  sistemilə 

xilomikronların  tərkibində  qaraciyərə  daşınır.  Suda  həll  olan  vitaminlər  daxilə 

qəbul  olunduqdan  sonra  əsasən  nazik  bağırsaqdan  sorulur.  Vitaminlər  bütün 

hüceyrələrdə  az  miqdarda  depolanır.  Bəzi  vitaminlər  isə,  əsasən,  qaraciyərdə 

depolanır. 

     Nəzərə  almaq  lazımdır  ki,  vitamin  preparatlarını  digər  qrupdan  olan 

preparatlarla  birlikdə  istifadə  etdikdə,  biri  -  digərinin  farmakoloji  effektini  dəyisə 

bilər.  Odur  ki,  kompleks  terapiyada  vitamin  preparatlarından  istifadə  etdikdə  bu 

hal mütləq nəzərə alınmalıdır (bax.: cəd. 5). 

     Vitamin  preparatlar  ilə  müalicə  vitaminoterapiya  adlanır.  Vitaminoterapiya 

əsasən  4  istiqamətdə  aparılır:  əvəzedici,  patogenetik,  farmakodinamik, 

adaptasiyon.  

     Əvəzedici  vitaminoterapiya  -  hipo  və  avitaminozun  müalicəsində  (məs. 

pellaqranın müalicəsində  nikotin turşusu, sinqada askorbin turşusu verilir və s.). 

     Patogenetik  vitaminoterapiya  –  Xəstəliyin  patogenezi  müəyyən  vitamin 

çatışmazlığı  ilə  əlaqədar  olduqda  (məs.  miokardın  karbohidrat  mübadiləsi 

pozulduqda tiamin və ya onun kofermenti kokarboksilaza verilir və s). 

     Farmakodinamik vitaminoterapiya – bu maddələrin digər xəstəliklərdə (hipo və 

avitaminozla  əlaqədar  olmayan)  istifadəsi.  Məs.  nikotin  turşusu  yüksək  dozada 

damarları  genəldir,  aterogen  lipidlərin  miqdarını  azaldır,  fibrinolizi  aktivləşdirir, 

trombositlərin  aqreqasiyasının qarşısını  alır  və s. Odur ki, genezində  mübadilə və 

immun pozğunluqlar duran bəzi xəstəliklər (məs. ateroskleroz) zamanı da effektiv 

müalicə vasitəsi sayılır.  

     Adaptasiyon  vitaminoterapiya  –  bu  halda  vitamin  preparatlarından,  əsasən, 

polivitamin  formada  istifadə  edilir  (məs.  sağlam  adamlarda  qeyri-spesifik 

rezistentlik yaratmaq üçün).  



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə