Elnurə musayeva



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə4/18
tarix22.05.2018
ölçüsü0,53 Mb.
#45314
1   2   3   4   5   6   7   8   9   ...   18

11 

 

     Riboflavin (B



2

 vitamini) – Orqanizmdə sutkalıq təlabat kişilərdə 1,5 - 2,2 mq, 

qadınlarda 1,3 - 1,8 mq, hamiləlik dövründə 0,3 mq və laktasiya müddəti 0,5 mq 

(əlavə olaraq), uşaqlar üçün yaşdan asılı olaraq 0,4 - 1,8 mq, maksimal 6,0 mq - a 

qədərdir. 1913 - cü ildə Osborn və Mendel süddə heyvanların boy artımına səbəb 

olan maddə müəyyən etdi. 1938 - ci ildə Kun tərəfindən kimyəvi formulu müəyyən 

edildi  və  sintezi  həyata  keçirildi.  Alim  onu  “laktoflavin”  və  ya  B

2

  vitamini 



adlandırdı. Tərkibində riboza saxladığından riboflavin adlandırılır. 

  Farmakoloji  xüsusiyyəti:  Karbohidrat,  zülal,  yağ  mübadiləsində  iştrak  edir, 

hemoqlobinin sintezində, A vitamini ilə birgə gözün görmə funksiyasında əsas rol 

oynayır,  qaranlığa  adaptasiyada  iştirak  edir,  göz  yorğunluğunu  aradan  qaldırır. 

Hidrogenin  daşınmasında,  oksidləşmə  -  bərpa  prosesində,  toxuma  tənəffüsündə 

iştrak  edən  sitoxromreduktaza,  dehidrogenaza,  oksidaza  fermentlərinin  tərkibinə 

daxildir,  aminturşuların  aminsizləşməsini  təmin  edən  oksidazaların  prostetik 

qrupudur.  B

2

  vitamini  ürək  ritminin  və  tənəffüsün  tənzimlənməsində  mühüm  rol 



oynayır,  yağların  mənimsənilməsinə  və  endogen  sintezinə  tənzimedici  təsir 

göstərir,  beyin  qabığının  fəaliyyətini  normallaşdırır,  mədəaltı  vəzə  təsir  edir. 

Qaraciyərin  metobolitik  funksiyasını  yaxşılaşdırır,  qanda  bilirubinin  miqdarını 

azaldır,  eritropoetinin  sintezinə  təsir  edir,  antihistamin  effekt  törədir,  infeksiyaya 

qarşı rezistentliyi artırır və sinir sisteminin oyanıqlığını azaldır. 

  Farmakokinetikası:  B

2

  vitamininin  sorumlasında  mədədə  duz  turşusu  vacib  rol 



oynayır.  Orqanizmdə  B

2

  vitamini  adenozintrifosfat  turşusu  ilə  qarşılıqlı  əlaqəyə 



girərək FMN (flavinmononukleotid) və FAD (flavinadeninnukleotid) əmələ gətirir, 

hansı  ki,  flavinproteinlərinin  prostetik  qrupuna  daxildir.  Əsasən  qaraciyər,  əzələ, 

sinir toxuması və gözdə toplanır. Orqanizmdən böyrəklərlə xaric olur, sidiyi açıq 

sarı rəngə boyayır. 

      Hiporiboflavinozda iştaha və bədən çəkisi azalır, uşaqlarda boy atma pozulur, 

zəiflik,  üzün  dərisində,  burun-dodaq  büküşündə,  göz  qapaqlarının  xarici  səthində 

dermatit inkişaf edir, blefarit, konyuktivit baş verir, buynuz qişa zədələnir, işıqdan 

qorxma  inkişaf  edir,  ağız  və  gözün  selikli  qişasının  zədələnməsi,  tüklərin 

rəngsizləşib  tökülməsi,  ağızda  anqulyar  stomatit  (xeyloz)  meydana  çıxır, 



12 

 

dodaqların  selikli  qişası  solğunlaşır,  kənarında  ağrı,  yarıqlar  əmələ  gəlir,    ağız 



bucağı, dilin üst səthinin selikli qişası atrofiyalaşır, ağız suyu əmələ gəlməsi artır, 

kapilyarlar  genişlənir,  gözün  vaskulizasiyası  pozulur,  anemiya  olur,  qaraciyərdə 

qlikogen ehtiyatı azalır, hipoqlikemiya əmələ gəlir, qalxanabənzər vəzin fəaliyyəti 

zəifləyir, yuxusuzluq, ataksiya, qıcolma meydana çıxır.  

Hipervitaminozunda allergik reaksiya törənir. 

     İstifadəsinə  göstəriş:  irit,  keratit,  konyuktivit,  hemorolopatiya,  şua  xəstəliyi, 

asteniya,  gec sağalan  yara  və xora,  spru xəstəliyi,  Botkin  xəstəliyi,  hepatit, kolit, 

enterokolit,  bağırsaq  funksiyasının  pozulması,  tireotoksikoz,  revmatizm,  xronik 

ekzema, dermatit, neyrodermatit, nevrasteniya, hipoxrom anemiya, hipoksiyadır.   

Riboflavin - mononukleorid riboflavinin fosforlaşmış məhsuludur. 

Flavinat riboflavindən fərqli olaraq parenteral yeridilir. 

     PP  vitamini  (B



3

  vitamini)  –  piridin  -  3  karbon  turşusu  törəməsidir,  nikotin 

turşusu və nikotinamid adı altında buraxılır. Ona olan gündəlik təlabat kişilərdə 16 

-  28  mq,  qadınlarda  14  -  20  mq,  hamiləlikdə  2  mq  və  laktasiya  dövründə  5  mq 

(əlavə  olaraq),  uşaqlara  yaşdan  asılı  olaraq  5  -  20  mq,  maksimal  60  mq  -  a 

qədərdir.  Orqanizmdə  triptofandan  sintez  olunur.  60  mq  L  -  triptofandan  1  mq 

nikotin  turşusu  əmələ  gəlir.  Heyvani  qidalarda  nikotinamid,  bitkilərdə  nikotin 

turşusu  formasında  olur.  İlk  dəfə  1926  -  cı  ildə  Goldberger  tərəfindən  pivə 

mayasında  (termostabil  faktor  -  antipelleqra  faktoru)  müəyyən  edilmiş  və  PP 

vitamini  adlandırılmışdır  (ing.  pellagra  “preventive”  -  pellaqranın  qarşısını  alan  

deməkdir). 

     Farmakoloji  xüsusiyyəti: PP vitamini orqanizmin həyat fəaliyyətində mühüm 

rol oynayır, toxuma tənəffüsünü katalizə edən kodehidraza I (NAD), kodehidraza 

II  (NADF)  kimi  fermentlərin  kofermentidir.  Kodehidraza  I  H

+

,  kodehidraza  II  



fosforların  daşınmasında  iştirak  edir.  Karbohidrat  mübadiləsində  iştirak  etməklə, 

piroüzüm  turşusunun  toxuma  daxili  parçalanmasını  sürətləndirir,  piruvatları 

azaldır,  MSS  fəaliyyətini  nizama  salır,  azot  mübadiləsində  iştirak  edir,  qırmızı 

sümük iliyi və hemopoezdə iştirak edən digər sistemlərin fəaliyyətini tənzim edir, 

lipolizi  tormozlayır,  hipolipidemik  aktivliyə  malikdir,  qanda  ASLP,  xolesterin, 



13 

 

triqliseridləri azaldır, YSLP və sidik turşusunun miqdarını artırır. Tiroksini stimulə 



edir,  histaminin  çıxmasını  sürətləndirir,  tromboksan  A

2

  –  nin  əmələ  gəlməsini 



azaltmaqla,  trombositlərin  aqreqasiyasını  aşağı  salır,  antiaqreqant  təsir  edir, 

rodopsinin  sintezini  artırır,  ödün  sekresiya  və  ekskresiyasını  sürətləndirir. 

Qaraciyərdə  qlükogen,  zülal  sintezini  stimulə  edir,  toksiki  maddələrin  metilləşmə 

və 


konyuqasiya 

prosesini 

aktivləşdirməklə 

qaraciyərin 

antitoksik 

və 


dezintoksikasiyaedici funksiyasını artırır, qaraciyərə yağ turşusunun daxil olmasını 

azaldır, mədənin motorikasını, duz turşusunun sekresiyasını artırır, mədəaltı vəzin 

ferment  sekresiyasını  stmulə  edir.  PP  vitamini  oksidləşmə  -  bərpa  prosesində  də 

iştrak  edir,  eritropoezi  stimulə  edir,  fibrinolizi  artırır,  periferik  kapliyar  və 

arteriolaları genişləndirir, arterial təzyiqi aşağı salır, orta dozada vena damarlarını 

genişləndirir, yüksək dozada vena damarlarını daraldır, venoz təzyiqi artırır, ürəyin 

yığılma ritmini sürətləndirir, miokardda mikrosirkulyasiyanı yaxşılaşdırır. 

     Farmakokinetikası:  Əsasən,  mədə  və  nazik  bağırsaqdan  tez  və  dəyişilməmiş 

formada  adsorbsiya  olunur,  müəyyən  hissəsi  bağırsaq  bakteriyaları  tərəfindən 

parcalanır.  Mədə  və  12  -  barmaq  bağırsaq  xorasında  sorulması  zəifləyir.  Qaraci-

yərdə  biotransformasiyaya  uğrayaraq,  piridin  nukleotidlərinə  çevrilir,  orqanizmdə 

qeyri  -  bərabər  paylanır. Ən  çox  qaraciyər, beyin, ürək, böyrək, skelet  əzələsi, az 

miqdarda isə eritrositlərdə depolanır. T

1/2 


- 45 dəq - dir. N - metilnikotinamid son 

məhsuludur və bu şəkildə əsasən sidiklə xaric olur. 

     Çatışmazlığında  kəskin  və  xronik  pellaqra  xəstəliyi,  ümumi  zəiflik,  həzm 

pozğunluğu törədir. MSS - də piridin nukleotidinin çatışmazlığına səbəb olur ki, bu 

da  depressiv  və  demensiv  psixozun  yaranmasına  gətirib  çıxarır.  Dermatit  törədir, 

ağız boşluğu selikli qişası hiperemiyalaşır, dil əvvəlcə tünd qəhvəyi ərplə örtülür, 

tədricən  al  qırmızı  rəng  alır,  dil  məməcikləri  şişir,  sonra  atrofiyalaşır,  mədə 

şirəsində  HCl  azalır,  ishal,  meteorizm  müşahidə  olunur,  dərinin  açıq  yerlərində 

simmetrik iltihab və piqmentləşmə meydana çıxır, ətrafların piqmentləşmiş sahəsi 

əlcəyi və ya corabı xatırladır, qaşınma olur, minestik pozğunluq, ruh düşkünlüyü, 

onurğa  beyin  yan  və  arxa  buynuzunda  degenerativ  dəyişiklər  və  ağıl  zəifliyi 

meydana çıxa bilir.  




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə