Elnurə musayeva



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə6/18
tarix22.05.2018
ölçüsü0,53 Mb.
#45314
1   2   3   4   5   6   7   8   9   ...   18

17 

 

müşahidə  olunan  piridoksindən  asılı  fermentopatiya,  premenstrual  sindrom, 



hipoxrom anemiya, depressiya, eləcə də autizm (yüksək dozada) və enurez zamanı. 

Nəzərə  almaq  lazımdır  ki,  piridoksin  epilepsiyaəleyhinə  preparatların  təsirini 

potensə edir. 

     İstifadəsinə əks - göstəriş: mədə xorası və ağır qaraciyər xəstəlikləri (kəskin və 

xronik  hepatitlərdən  başqa).  Ürəyin  işemik  xəstəliklərində  ehtiyatla  istifadə 

olunmalıdır. 

Piridoksalfosfat piridoksinin koferment formasıdır 

Daxilə, dərialtına, əzələ və vena daxilinə yeridilir. 



     Sianokobalamin  (B

12

vitamini)  –  Kimyəvi  strukturunun  əsasını  kobalt və  sian 

qrupu  təşkil  edir.  Orqanizmə  sutkalıq  lazım  olan  miqdarı  kişilərdə 1,5  -  2,4  mkq, 

qadınlarda  1,3  -  1,8  mkq,  hamiləlik  və  laktasiya  dövründə  0,3  mkq  və  0,5  mkq 

əlavə olaraq, uşaqlar üçün yaşdan asılı olaraq 0,4 - 2 mkq, maksimal 9,0 mkq - a 

qədərdir.  1926  –  cı  ildə  Minot  və  Murphy  tərəfindən  pernisioz  anemiya  zamanı 

müalicəvi  təsiri  müəyyən  edilmiş,  1948  -  ci  ildə  Rickes  və  Spies  bu  birləşməni 

(antianemik faktor) ayırmış və onu B

12

 vitamini adlandırmışdır. 



    Farmakoloji xüsusiyyəti: B

12

 vitamininin aktiv formaları: siano -, akva -, metil 



-, hidroksi - və S - dezoksiadenozilkobalamindir. B

12

 vitamini bir sıra fermentlərin 



kofermentidir, çox müxtəlif biokimyəvi proseslərin idarə olunmasında aktiv iştirak 

edir.  Belə  ki,  zülal  və  metionin  amin  turşusu,  xolin,  nuklein  turşusu  və  kreatin 

sintezini  sürətləndirir,  asetilləşmə  reyaksiyasında,  sirkə  və  piroüzüm  turşusunun 

bioloji  oksidləşməsində,  koenzim  –  A  ln  sulfidril  qrupunun  reduksiyasında, 

fosfatidlərin sintezində, purin və pirimidin əsaslarının, tirozin, qlutation və sistein 

mübadiləsində  müstəsna  rol  oynayır.    Metilkobalamin  formada  metiltetrahidro-

folat, homosisteinmetiltransferazanın kofermentidir, hansı ki, N - metiltetrahidrofol 

turşusunun  metil  qrupunu  daşımaqla  metionindən  homosisteinin  resintezini 

katalizə  edir.  Karbohidrat,  yağ  mübadiləsini  aktivləşdirir.  Ateresklerozda 

xolesterini  azaldır,  lesitin  -  xolesterin  indeksini  artırır.  Yüksək  bioloji  aktivliyə 

malikdir,  boy  faktorudur,  qanyaranmanın  normal  gedişi,  eritrositlərin  yetişməsi 

üçün  vacibdir.  Laxtalanma  sistemini  aktivləşdirir,  reduktazanın  tərkibində  fol 




18 

 

turşusunu  hidrofola  bərpa  edir,  nəticədə  regenerasiya  prosesi  fəallaşır,  DNT, 



nukleoproteid sintezi yaxşılaşır, zülal və fermentlərin sulfhidril qrupunun fəallığını 

təmin edir. 

    Farmakokinetikası:  Mədə  şirəsinin  tərkibində  B

12

  vitamininin  bağırsaqdan 



sorulmasını təmin edən mukoprotein tərkibli xüsusi maddə - Kaslın daxili faktoru 

vardır.  Əsasən  böyrək,  qaraciyər,  bağırsaq  divarında  toplanır.  Qaraciyərdə 

depolanan  B

12

  vitamini  orqanizmin  tələbatını  1il  müddətinə  təmin  edəcək 



miqdardadır.  Daxilə  qəbul  etdikdə  pis  sorulur,  fol  turşusu  ilə  verdikdə  sorulması 

nisbətən asanlaşır.  

    B

12

  vitamini  çatışmazlığında  qan  azlığı  və  periferik  sinirlərin  zədələnməsi  baş 



verir. Mədə selikli qişasında atrofiya meydana çıxarsa, bu halda pernisioz anemiya 

inkişaf  edir.  Belə  xəstələrdə  ümumi  zəiflik,  ürək  döyünmə,  fiziki  iş  zamanı 

təngnəfəslik,  dəridə  solğunluq,  paresteziya,  vətər  refleksinin  zəifləməsi,  ağrı 

hissinin itməsi, eritrositlərlə hemoqlobin arasında dinamizmin pozulması baş verir. 

Eritrositlər həddən artıq azalır, hemoqlobinin miqdarı aşağı düşür, rəng göstəricisi 

yüksək olur, qanda anizositoz, poykilositoz müşahidə olunur (yeni eritrositlər həm 

forma,  həm  də  ölçüsünə  görə  fərqlənir), eritrositlərin  osmotik  təzyiqə  davamlılığı 

azalır, qeyri - normal eritrositlərin parçalanması sürətləndiyinə görə, qanda sərbəst 

biluribinin miqdarı artır.  

      Yüksək  dozada  tromboplastik  və  protrombin  aktivliyini  artırır,  ataksiya, 

oyanıqlıq yaranır. Kardionevroloji pozğunluq hematoloji pozğunluqdan ağır keçir.  

       İstifadəsinə  göstəriş:  müxtəlif  tip  (posthemarragik,  dəmirdefisitli,  alimentar, 

toksiki,  aplastik  və  s.)  anemiya,  Botkin,  hepatit,  sirroz,  uşaq  serebral  iflici, 

polinevrit,  radikulit,  diabetik  nevrit,  Daun  xəstəliyi,  psoriaz,  fotodermatoz, 

neyrodermatit və s.  



     İstifadəsinə  əks  -  göstəriş:  kəskin  trombemboliya,  eritrema,  eritrositoz. 

Stenokardiyası  olan  xəstələrdə  ehtiyatla  istifadə  olunmalı  və  kiçik  dozada 

verilməlidir.  

     Oksikobalamin - farmakoloji xüsusiyyətinə görə B

12

 vitamininə yaxındır, lakin 



orqanizmdə  aktiv  ferment  formaya  tez  çevrilir,  qanda  uzun  müddət  qalır,  qan 


19 

 

plazması  zülalları  ilə  daha  möhkəm  birləşir,  sidiklə  zəif  xaric  olur.  B



12

  defisitli 

anemiyada, sianidlərlə zəhərlənmə, diabetik nevropatiya, dəri xəstəliyində istifadə 

edilir.  

Kobamid  -  B

12

  vitaminindən  fərqi  β-5-dezoksiadenozidin  olması  ilə  fərqlənir. 



Anabolik aktivliyə malikdir.  

Vitohepat  -  qaramalın  qaraciyərindən  alınır.  Tərkibində  10  mq  (1ml  –  də)  B

12

 

vitamini var. 



    Fol  turşusu  (B

c

  və  ya  B



vitamini)  –  Suda,  spirtdə  praktik  olaraq  həll  olmur, 

qələvidə  zəif  həll  olur,  işığın  təsirindən  tez  parçalanır.  Gündəlik  təlabat  kişi  və 

qadınlarda 200 mkq, laktasiya dövründə 300 mkq, hamilələrdə 400 mkq, uşaqlarda 

100 - 200 mkq, maksimal 600 mkq - a qədərdir. İlk dəfə 1930 - cu illərdə Mitchell 

və Snell tərəfindən ispanaq yarpağından (bakteriyanın boy artmasını stimulə edən 

fraksiya  şəklində)  alınmış  və  fol  turşusu  adlandırılmışdır  (“folium”-  yarpaq 

deməkdir). 1945 - ci ildə  qaraciyər və mayadan sintez olundu, kimyəvi quruluşuna 

görə pteroilqlutamin turşusudur. 

  Farmakoloji  xüsusiyyəti:  Fol  turşusu,  tərkibinə  bir  karbon  atomu  daxil  olan 

kimyəvi  radikalların  bir  substratdan  digərinə  keçməsilə  nəticələnən  biokimyəvi 

reaksiyalarda  iştirak  edən  fermentlərin  kofermentidir.  Normal  qan  hüceyrələrinin 

əmələ  gəlməsində,  meqoblastların  yetişməsində  və  normoblastlara  çevrilməsində, 

B

12

 vitamini ilə birlikdə eritropoezi stimulə etməsində, metionin, seritonin, nuklein 



turşusu, purin, pirimidin sintezində, xolin mübadiləsində iştirak edir. Qaraciyərdə 

piy  infiltrasiyasını  azaldır,  bağırsaq  funksiyasına  müsbət  təsir  edir,  hamiləlikdə 

embrionun  sinir  sisteminin  formalaşmasında,  regenerasiya  prosesində,  qlutamin 

turşusunun  əmələ  gəlməsini  və  triozinin  orqanizm  tərəfindən  mənimsənilməsini 

artırır.  

     Farmokokinetikası: Bağırsaqdan sorulduqda tetrahidrofol turşusuna metilləşir, 

orqanizmdə  fol  turşusunun  reduksiya  edilmiş  forması  tetrahidropteroilqlutamin 

(tetrahidrofol turşusu) turşusu şəklində təsadüf edilir. Əsasən sidiklə xaric olur. 

    Fol  turşusu  çatışmazlığı  diareya,  yaşlanma  dövründə,  alkoqolizmdə, 

epilepsiyaəleyhinə,  vərəməleyhinə  preparatlar  və  hormonal  kontraseptivlər,  eləcə 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə