Elnurə musayeva



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə7/18
tarix22.05.2018
ölçüsü0,53 Mb.
#45314
1   2   3   4   5   6   7   8   9   10   ...   18

20 

 

də aspirini yüksək dozada qəbul etdikdə yaranır. Çatışmazlığının ən kəskin əlaməti 



qanın  formalı  elementlərinin  azalmasıdır.  Bu  zaman  həm  leykositlərin,  həm  də 

eritrositlərin əmələ gəlməsi zəifləyir, meqoloblastlar normoblastlara çevrilə bilmir. 

Uzun  müddət  davam  etdikdə  trombositlərin  əmələ  gəlməsi  pozulur,  hamiləlik 

zamanı  dölün  eybəcərliyinə  səbəb  olur,  dilin  qızarması,  yorğunluq,  yuxusuzluq, 

həzmin pozulması, boyartmanın zəifləməsi, yaddaşın pozulması baş verir. 

     Fol  turşusun  uzun  müddət  yüksək  dozada  istifadə  etdikdə  MSS  -  də  oyanıqlıq 

yarana  bilər,  esterogenəbənzər  təsir  meydana  çıxa  və  böyrək  epitel  hüceyrəsi 

hipertrofiyası baş verə bilər.  

     İstifadəsinə  göstəriş:  makrositar,  meqoloblast,  hipoxrom  və  aplastik  anemiya, 

leykopeniya,  gec  sağalan  yaralar,  selikli  qişa  zədələnməsi,  enterit,  şua  xəstəliyi, 

hepatit, sirroz, ateroskleroz, psoriaz, depressiya. 

     Pernisioz anemiyada, nevroloji pozğunluq baş verdiyi hallarda  B

12

 vitamini ilə  



birlikdə istifadə edilir. Aplastik anemiyada təsiri zəifdir.  Preparatla müalicə kursu 

20 - 30 gündür. 

     Kalsium  folinatdan  (Leykoverin)  şişəleyhinə  preparat  metotreksatın  əlavə 

təsirlərinin  qarşısını  almaq  məqsədilə  (antaqonist  kimi)  istifadə  edilir 

(metotreksatın təsiri DNT - nin biosintezi üçün lazım olan tetrahidrofol turşusunun 

əmələ  gəlməsində  iştirak  edən  tetrahidrofolatreduktaza  fermentinin  blokada 

olunması ilə əlaqədardır). 

     Askorbin  turşusu    (C  vitamini)  -  Antixolesterin  vitamin  də  adlandırılır.  C 

vitamininə gündəlik təlabat 70 - 100 mq - dır (kişilər üçün 50 - 100 mq, qadınlar 70 

- 80 mq, hamilələrə 10 mq və süd verən qadınlara 30 mq əlavə olaraq, uşaqlar üçün 

30  -  90  mq).  Təbii  meyvə  və  tərəvəzin  sinqa  xəstəliyinin  müalicəsində  rolu  hələ 

Hipokratın dövründən məlumdur. 1912  = ci ildə Hols və Frolich dəniz donuzları 

üzərində  apardığı  təcrübədə,  təbii  tərəvəzdə  olan  faktorun  sinqanın  qarşısını 

almasını  müəyyən  etdi.  1919  –  cu  ildə  Drummond  bu  maddəni  C  vitamini 

adlandırdı. 1928 – ci ildə Send Gtargy onun kimyəvi formulunu müəyyənləşdirdi. 

     Farmakoloji  xüsusiyyəti:  C  vitamini  orqanizmin  həyat  fəaliyyəti  üçün  zəruri 

olan amillərdən biri olmaqla, insan orqanizmində 300 - dən artıq bioloji prosesdə 




21 

 

iştirak  edir.  Həm  hormon,  həm  də  provitamin  funksiyası  yerinə  yetirir.  Hormon 



kimi 

prostaqlandinin, 

leykotrienin, 

tromboksanın 

metabolizmində, 

kortikosteroidlərin  sintezində,  böyrəküstü  vəzin  qabıq  maddəsi  hormonlarının 

hidroksilləşməsində,  karbohidrat  mübadiləsində  iştirak  edir,  tənəffüs  fermentini 

aktivləşdirməklə  sitoxrom  P

450 

 

fermentinin  iştirakı  ilə  hepotositlərin 



detoksikasiyasında  vacib  rol  oynayır.  C  vitamini  hialuron  turşusunu  parçalayan 

hialuronidazanın  aktivliyini  azaldır,  birləşdirici  toxumaların  tərkibinə  daxil  olan 

kollagen, prokollagen, dentin, xondromukoid və başqa maddələrin əmələ gəlməsini 

tənzimləyir. Kollagenin yaranmasında iştirak etməklə toxumaların regenerasiyasını 

artırır,  yaraların  sağalmasını  sürətləndirir.  C  vitamininin  dienol  qrupu  (-

COH=COH-)  onun  oksidləşmə  -  reduksiya  reaksiyasında  aktiv  iştrak  etməsinə 

imkan yaradır. Güclü antioksidantdır, peroksid radikallarının superoksid anionunu 

neytrallaşdırır,  ubixinon  və  E  vitaminini  bərpa  edir,  orqanizmdəki  depolardan  Fe 

ayrılması,    Fe

+3 


-  Fe

+2

  çevirilməsi  və  sorulmasında  iştirak  edir,  Fe  –  lə  xroniki 



zəhərlənmədə  deforoksaminin  təsirin  artırır,  qlikozanın  sorbitə  çevrilməsini 

tormozlayır.  Qaraciyərdə  qlükogenin  yaranmasına  və  toplanmasına  təsir  edir, 

xolesterin  mübadiləsində  iştirak  etməkə  qaraciyərdə  xolesterinin  öd  turşusuna 

çevrilməsini təmin edir, qaraciyərin zülal əmələ gətirici funksiyasını və protrombin 

sintezini  artırır,  ödün  xaric  olmasını  yaxşılaşdırır,  qalxanabənzər  vəzin  inkretor, 

mədəaltı  vəzin  sekretor  funksiyasını  bərpa  edir,  immun  reyaksiyada  -  antitel,  C

3

 

komplement  və  interferon  sintezin  artırır,  faqositozu  gücləndirməklə,  orqanizmin 



infeksiyaya  qarşı  dözümlüyünü  yüksəldir.  Allergik  və  iltihabi  proseslərdə  iştirak 

edən  histaminin  xaric  olmasını  tormozlayır,  histaminin  parçalanmasını 

sürətləndirir,  hemoqlobinin  aktivliyini  artırır.  C  vitamini  fenilalanin,  tirozin,  fol 

turşusu,  norepinefrin,  dofamin,  histamin  və  serotoninin  hidroksilləşməsində, 

qlükozanın  trikarbon  turşusu  siklində  iştirak  edir.  Dehidroaskorbin  turşusu 

formasında  bir  sıra  biokimyəvi  reaksiyalarda  H

+

  transportunu  tənzim  edir, 



kalsidiolu  kalsitriola  çevirir,  enerji  mənbəyi  olan  yağların  utilizasiyasında  rol 

oynayan karnitinin sintezində iştirak edır.  




22 

 

     Farmakokinetikası:  C  vitamini  mədə  -  bağırsaq  traktının  bütün  şöbələrindən, 



xüsusən, nazik bağırsağın yuxarı hissəsindən passiv diffuziya yolu ilə  sorulur. Qan 

və  toxumalarda  sərbəst, həm  də  birləşmiş  formada  olur  (plazma  zülalari ilə  25  % 

birləşir). C vitaminin konsentrasiyası qan plazması və eritrositlərdən çox, leykosit 

və trombositlərdədir. Orqanizmdə hipofizin arxa payı, böyrəküstü, qalxanabənzər, 

və  mədəaltı  vəz,  ürək,  əzələ,  qaraciyər  və  dalaqda  depolaşır.  Qaraciyərdə 

dehidroaskorbin,  sonra  diketoqulon  turşusuna  çevrilir.  Orqanizmdən  böyrək, 

bağırsaq, süd və tər vəzləri vasitəsilə  xaric olur.  

     C  vitamini  çatışmazlığında    hialuronidaza  fermentinin  aktivliyi  artır,  qan 

damarlarının  keçiriciliyi  yüksəlir,  qansızmalar  meydana  çıxır,  ruh  düşgünlüyü, 

əsəbilik,  taxikardiya  baş  verir,  dodaqlar  və  ağızın  selikli  qişası  göyərir,  şişir, 

yumşalır,  ağrılı  olur,  dəridə  tünd  qırmızı  ləkələr  əmələ  gəlir.  Xəstəlik  inkişaf 

etdikcə  ümumi  zəiflik  artır,  ətraflarda  revmatoid  ağrılar,  arterial  təzyiqin  enməsi, 

mədə  şirəsinin  miqdarı  və  turşuluğunun  azalması,  bağırsaqların  hərəki 

funksiyasının  pozulması,  əzələ  tonusunun  zəifləməsi  kimi  klinik  əlamətlər 

meydana çıxır. 

     Hipervitaminoz  halında  hemorragiya,  böyrək  daşı,  qlomerulonefrit  baş  verə, 

mədəaltı  vəzin  insulyar  aparatının  funksiyasının  pozulması,  hiperqlikemiya, 

qlikozuriya,  şəkərli  diabetin  kəskinləşməsi,  qanın  laxtalanmasının  yüksəlməsi, 

yuxusuzluq, narahatlıq, diareya və dəri allergik reaksiyalar meydana çıxa bilər.  

   İstifadəsinə  göstəriş:  hipo  və  avitaminoz,  gec  sağalan  yaralar,  hipoksiya, 

metobolik  asidoz,  qaraciyər  xəstəlikləri,  Addison  xəstəliyi,  nevrit,  sisteinuriya, 

skorbut,  hemoragik  diatez,  ekzema,  seboreya,  antikoqulyantlardan  yüksək  dozada 

istifadə  etdikdə,  eləcə  də  alkoqolizm,  bakterial  və  virus  təbiətli  infeksion 

xəstəliklər, ürəyin işemik xəstəliklərinin müalicə və profilaktikası.  

Natrium askorbinat, halaskorbin , itburnu meyvəsi tinkturası formasında buraxılır. 



     Bioflavonoidlər (P vitamini) – molekulunun struktur əsasını flavon təşkil edir, 

2000  -  dən  çox  müxtəlif  bioflavanoidlər  məlumdur,  bunlardan  flavonlar  -  rutin, 

kversetin;  flavonollar  -  hesperidin,  eriodiktin,  naringin;  katexinlər  -  pirokatexin, 

epikatexin;  xalkonlar  -  hesperidin  metilxalkon;  kumarinlər  -  eskulin,  halloy 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə