Elnurə musayeva



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə8/18
tarix22.05.2018
ölçüsü0,53 Mb.
#45314
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

23 

 

turşusunu  göstərmək  olar.  P  vitamini  tərkibində  C  vitamini  olan  bitki  mənşəli 



qidalarda  qlikozid  fomasında  olur.  Gündəlik  təlabat  rutinə  30  mq,  kversetinə  15 

mq,  hesperidinə  100  mq  -  a  qədərdir.  1936  -  cı  ildə  A.  Send  -  Derdi  tərəfindən 

limon qabığından alınmış (damar keçiriciliyini azaldan  maddə kimi) və P vitamini 

adlandırılmışdır (ing. “permeability” keçiricilik deməkdir).  



     Farmakoloji  xüsusiyyəti: Hialuronidaza fermentinin inhibitorudur, C vitamini 

ilə  birlikdə  hialuron  turşusunun  parçalanmasının  qarşısını  alır,  ödeməleyhinə, 

yüngül ağrıkəsici təsir edir, histamin və serotoninin əmələ gəlməsinin qarşısını alır. 

C  vitamininin  oksidləşərək  dehidroaskorbin  turşusuna  çevrilməsində  iştirak  edir, 

orqanizmdə  yağların  parçalanmasını  sürətləndirir, hüceyrə  strukturunu  bərpa  edir.  

C  vitaminini  və  epinefrini  oksidləşmədən  qoruyur,  toxuma  tənəffüsünü  stimulə 

edir,  endokrin  vəzlərin  fəaliyyətini  və  infeksiyaya  dözümlülüyünü  artırır,  arterial 

təzyiqi  aşağı  salır.  Oksidləşmə  -  fosforlaşma  zəncirində  elektron  daşıyıcısıdır, 

oksibenzoy turşusu və bioxinonun sələfidir, C vitamini ilə sinergist təsir göstərir, 

antioksidant  kimi  lipoproteinlərin  və  lipidlərin  peroksid  yolu  ilə  oksidləşməsini 

tormozlayır,  kapilyyar  damar  keçiriciliyini  və  damarların  elastikliyini 

normallaşdırır. 

     Farmakokinetikası:  Nazik  bağırsaqdan  sorulur.  Orqanizmdə  toplanmır  və  tez 

fenol  turşularına  qədər  (oksibenzoy,  vanil,  pirokatexin)  oksidləşir.    Sidiklə  xaric 

olur. 

P vitamini çatışmazlığında hialuron turşusu parçalanır, damar keçiriciliyi artır.  



Hipervitaminozunda allergik reaksiyalar meydana çıxır. 

     İstifadəsinə  göstəriş  -  damar  keçiriciliyi  pozulması,  hemorragik  diatez,  şüa 

xəstəliyi,  septik  endokardit,  revmatizm,  qlomerulonefrit,  hipertoniya,  allergik 

xəstəliklərdə, trombopenik purpura.  

     Dərman preparatı kimi rutin, kversetindən istifadə edilir. 

     A vitamini - retinoidlər qrupunun törəməsidir. A vitaminin daha geniş yayılmış 

forması – retinol (A

1

 vitamini), retinal (A



vitamini) və retinol turşusudur. Retinal   

A  vitamini  mübadiləsində  əsas  rol  oynayır,  oksidləşmədə  retinol  turşusuna, 

bərpada  retinola  çevrilir.  Retinol  asetatın  trans  forması  tretinoin,  sis  forması 




24 

 

izotretinoindir. Dərman kimi sintetik retinolun trans forması, retinol turşusunun hər 



iki  forması  istifadə  edilir.  Bitkilərdə  A  vitamininin  provitamini  olan  karotinlər  

formasında rast gəlinir və 2 molekul A vitamini mənbəyi olmaqla, qaraciyərdə və 

bağırsaqda karotinazanın təsirindən 2 molekul A vitamininə parçalanır. Karotinlərə 

α və β karotin, likopin, lyutein aiddir. β - karotinin aktivliyi digərlərindən 2 dəfə 

çoxdur.  Qarğıdalı, naringi qabığı və buğdadan alınan kriptoksantin də A vitaminin 

provitaminidir. 6 mq  β - karotindən 1 mq retinol (6:1), digər karotinoidlərdən 12:1 

nisbətində  əmələ  gəlir.  A  vitamininin  1  BV  -  0,3  mkq  retinol,  1,8  mkq  karotinə, 

1mkq  β  - karotin  - 0,167  mkq  retinola uyğundur.  Orqanizmə  sutkalıq  lazım  olan 

miqdarı kişilərdə 1000 mkq (1mq), qadınlarda 800 - 1000 mkq, hamiləlik dövründə 

200  mkq  və  laktasiya  müddəti  400  mkq  (əlavə  olaraq),  uşaqlar  üçün  yaşdan  asılı 

olaraq 400 mkq dan 1000 mkq, maksimal 3000 mkq – a qədərdir.  İlk dəfə 1909 – 

cu 


ildə 

Stepp 


tərəfindən 

yağın  tərkibində  olduğu  (boy  faktoru) 

müəyyənləşdirilmişdir.  1913  –  16  =  cı  illərdə  Mak  Kollem  və  Denis  bu  maddəni 

almış,  “faktor  A”  və  ya  A  vitamini  adlandırmışdır.  1930  -  cu  illərdə  kimyəvi 

qurluşu müəyyənləşdirilmiş və sintezi həyata keçirilmişdir. 

     Farmakoloji  xüsusiyyəti:  Retinol  hormon  olaraq,  retinal  -  görmə  piqmenti 

rodopsinin  sintezində,  retinal  turşusu  isə  epitelizasiyada  iştirak  edir.  Tərkibində 

böyük miqdarda doymamış əlaqələr olduğuna görə oksidləşmə - bərpa prosesində 

mühüm  rol  oynayır,  qalxanabənzər,  böyrəküstü  vəz  və  somatotrop  hormonların 

relizini  artırır,  qlikokortikoid,  xolesterin,  progesteron  və  preqnanolun  sintezində 

iştirak edir. Əzələ, qaraciyər, ürəkdə qlükogenin toplanmasını aktivləşdirir, qanın 

reoloji 


xüsusiyyətlərini 

normallaşdırır,  immun  sisremində  interferonun, 

immunoqlobulin  A  -  nın,  lizosimin  sintezini  və  faqositozu  stimulə  etməklə  

orqanizmin infeksiyaya qarşı dözümlülüyünü artırır, borulu sümüklərin epifizinin 

kalsifikasiyasına  mane  olmaqla,  boy  artmanı  sürətləndirir.  İltihab  və  travmadan 

sonra  toxumaların  bərpasını  təmin  edir,  epitelizasiyanı  stimulə  edir  və  epitel 

hüceyrələrin  tamlığının  qorunmasında  iştirak  edir.  Dəri,  saç,  dırnaqların  

vəziyyətini,  göz,  piy,  tər  vəzlərinin  funksiyasını  tənzimləyir,  sinir  sistemi,  skelet 

əzələləri,  miokard  və  qaraciyərin  trofikasını  yaxşılaşdırır,  RNT,  DNT,  zülal  və 



25 

 

fermentlərin  sintezi,  eləcə  də  fosfolipid  mübadiləsini  tənzimləyir.  Gözün  torlu 



qişası  A  vitamini  ilə  zəngindir.  İşıq  hissi  torlu  qişada  olan  rodopsindən 

(molekuluna  opsin  və  prostetik  qrup  vəzifəsi  daşıyan  retinal  daxildir)  asılıdır. 

Rodopsin  görmə  sinirinin  işıq  qıcıqlarını  qəbul  edən  uc  aparatıdır,  fotokimyəvi 

sensibilizator  rolu  oynayır.  A  vitamini  işığa  adaptasiya  prosesində  mühüm  rol 

oynayır, çöpcüklərin biosintezində iştirak edir.  A vitamini törəmələri orqanizmdə 

trans  formada,  gözün  torlu  qişasında  sis  formada  olur.  A  vitaminini 

infeksiyaəleyhinə  vitamin  də  adlandırırlar.  Antioksidant,  antisklerotik  təsir  edir, 

qadınlarda  plasenta  və  embrionun  formalaşmasında,  kişilərdə  isə  testesteronun 

əmələ gəlməsi və spermatogenezin normallaşmasında  iştirak edir.  

  Farmakokinetikası: Mədə - bağırsaq traktından  asan sorulur. Normal sorulması 

üçün  bağırsaqda  lazımi  miqdarda  öd  turşularının  və  qida  rasionunda  yağların 

olması  vacibdir.  Daxilə  qəbuldan  4  saat  sonra  qanda  maksimum  konsentrasiyada 

toplanır.    Qaraciyər  kupfer  toxumasında  yığılır  və  hissə  -  hissə  plazmaya  keçir. 

Qaraciyərdə  depolanan  A  vitamini  ehtiyatı  orqanizm  ücün  5  -  10  aya  qədər 

yetərlidir.  Spesifik  qlobulin  və  prealbumin  hesabına  daşınır.  Hipoproteinemiyada 

sidiklə  xaric  olması  artır  (normada  sidikdə  A  vitamini  olmur).  Bağırsaq 

möhtəviyyatı  ilə  orqanizmdən  çox  az  faizi  (3  -  4%)  xaric  olur.  Karotin  retinola 

nisbətən  zəif  sorulur,  onun  adsorbsiyası  üçün  bağırsaqda  öd  turşusunun  olması 

vacibdir, karotin öd turşusu təsirindən bağırsaq divarında retinola çevrilir. Karotini 

yüksək dozada qəbul etdikdə dəri sarı rəngə boyanir.  

     A vitamininin çatışmazlığı tədricən baş verir. Hipovitaminozun erkən meydana 

çıxan  əlamətləri  -  arıqlama,  iştaha  pozğunluğu,  yorğunluq,  qaranlığa 

uyğunlaşmanın zəifləməsi, konyuktivit, hemeralopiyadır. Bu halın qarşısı vaxtında 

alınmazsa,  gözdə  üzvi  dəyişiklər  baş  verir  -  gözün  buynuz  qişasının  quruması  – 

kseroftalmiya,  buynuz  qişanın  sürətlə  nekrozlaşıb  dağılması  -  kseromaliyasiya, 

görmənin pozulması  (korluğa qədər), spermatogenezin  zəifləməsi, dərinin buynuz 

təbəqəsinin  və  selikli  qişasının  zədələnməsi  kimi  dəyişikliklər  baş  verir,  epitel 

qişanın buynuzlaşması sürətlənir, dəri və selikli qişalar quruyur, qabıqlaşır, epitel 

örtüyünün baryer funksiyası, metaplaziya və keratinizasiyası pozulur. Follukulyar 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə