Elnurə musayeva



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə9/18
tarix22.05.2018
ölçüsü0,53 Mb.
#45314
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

26 

 

hiperkeratoz, piodermiya, furunkulyoz törənir, tüklər seyrəkləşir, parlaqlığını itirir, 



iybilmə qabiliyyəti pozulur, sidik və böyrəkdaşı xəstəliyi daha çox təsadüf olunur. 

İrinli  dəri  və  ağız  boşluğu  xəstəliyinə  meyl  artır,  yaralar  gec  sağalır,  çapıqlaşma 

prosesi  ləngiyir,  yolxucu  xəstəliklərə  qarşı  müqavimət  qabiliyyəti  azalır,  ümumi 

arıqlama  müşahidə  olunur,  boy  artımının  dayanması,  dispeptik  pozğunluq,  mədə 

sekresiyasının pozulması, qastrit, kolit, pielit, uretrit, sistit, larinqobronxit, bronxit, 

pnevmaniya yaranır.  

     Vitamin  kimi  istifadə  zamanı  A  vitamini  hipervitaminozu  16650  BV  dozada 

törənir.  Bu  halda  temperatur  artır,  yuxululuq,  əzginlik,  başağrısı,  üzün  hipere-

miyası,  ürəkbulanma,  qusma,  qıcolma,  aşağı  ətraf  sümüklərində  ağrı,  diplopiya, 

qarında ağrı, görmə sinirinin ödemi, öddaşı və xroniki pankreatitin kəskinləşməsi 

baş  verə  bilər.  Xronik  hipervitaminozda  dəridə  quruluq,  dırnağın  qırılmas,  saçın 

tökülməsi,  dalaq,  qaraciyərin  böyüməsi,  hepatosplenomeqaliya,  anoreksiya, 

dispeptik  pozğunluq,  oyanıqlıq  müşahidə  olunur.  Nəzərə  almaq  lazımdır  ki, 

qlikokortikoidlər qaraciyərdə A vitamininin metobolizmini artırır. 

     İstifadəsinə  göstəriş:  hipo  və  avitaminoz,  hipotrofiya,  raxitin  kompleks 

müalicəsi, onkoloji  xəstəliklərin  profilaktika  və  müalicəsi, infeksion  xəstəliklərin, 

qaraciyər,  mədə  və  bağırsaq  xəstəliyinin  kompleks  müalicəsi,  öd  və  sidik  daşı 

xəstəliklərinin  profilaktikası,  keratoz,  psoriaz,  yanıq,  donma,  hemeralopatiya, 

keratit, kseroftalmiya, xroniki bronx - ağciyər xəstəlikləri, gingivit, stomatit. 

     İstifadəsinə əks - göstəriş - kəskin və xroniki nefrit, dekompensə olunmuş ürək 

çatışmazlığı,  qanın  laxtalanmasının  azalması,  orqanizmdə  kalsium  itkisilə 

müşahidə  olunan  xəstəliklər,  ağır  qaraciyər  zədələnməsi.  Laktasiya  dövründə 

ehtiyatla  istifadə  olunmalıdır.  Hamiləliyin  birinci  3  ayında  istifadəsi  məsləhət 

görülmür. Teratogen təsirə malikdir.  

     A vitamini daxilə, əzələdaxili və xaricə təyin edilir. Milliqram və BV dozalanır. 

1 mq A vitamini 3300 BV - ə  (1 BV- 0,344 mkq retinola) uyğundur. 

     Balıq  yağının  tərkibində  (1  q  -  da)  1000  BV  retinol  asetat,  100  BV 

erqokalsiferol  olur.  Ondan  orqanizmi  möhkəmləndirən  vasitə  kimi,  raxitin 




27 

 

müalicəsində,  sümük  sınıqlarının  birləşməsini  sürətləndirmək  məqsədilə,  dəri  və 



selikli qişaların termiki və kimyəvi yanıqlarında istifadə olunur.  

     A  vitamini  aktivliyinə  malik  preparatlara,  həmçinin,  karotin  qrupu  preparatlar 

da – karotin, karotolin, karotilin aiddir. A vitamininin istifadəsinə göstəriş olduğu 

xəstəliklərdə təyin edilir. Son illər kimyəvi quruluşuna görə retinola yaxın birləşmə 

etretinat  (tiqazon),  asetretin  (neotiqazon),  izotretinoin,  tretinoin  kimi  yeni  sintetik 

preparatlar  alınmışdır  və  müxtəlif  dəri  xəstəliklərinin  müalicə və  profilaktiksında 

müvəffəqiyyətlə istifadə edilir.  

     D  vitamini  -  əsas  funksiyası  orqanizmdə  kalsium  və  fosfor  mübadiləsində 

iştirak  etməklə  sümük  toxumasının  mineralizasiya  və  bərpasını  təmin  etməkdir. 

Gündəlik təlabat 5 - 10 mkq (400 BV), maksimal 15 mkq - dır. D vitamininin 1 BV 

- 0,025 mkq - a (1 mkq - 40 BV-ə) bərabərdir.  D vitamininin 2 növü var - D

və D


3

 

vitamini.  D



-  vitamini  (xolekalsiferol)  dərialtı  piy  qatında  geniş  yayılmış 

xolesterindən  əmələ  gələn  7  -  dehidroxolesterinin  ultrabənövşəyi  şüaların 

təsirindən  fotoizomerasiyaya  uğraması  nəticəsində  sintez  olunur.  D

2

  vitamini 



(erqokalsiferol) əsasən heyvanı mənşəli qidalarda, eləcə də az miqdarda bitkilərdə 

provitamin  -  erqosterin  formasında    olur.  Orqanizmə  qida  vasitəsilə  daxil  olur. 

Erqokalsiferol  kimyəvi  quruluşuna  görə  xolekalsiferoldan  C

22

  və  C



23

  –  cü 


vəziyyətdə ikili rabitənin, C

24

 – cü vəziyyətdə metil qrupunun olması ilə fərqlənir. 



Bioloji aktivlikləri praktik olaraq eynidir.  

    Uşaqlarda  raxit  probleminin  səbəbini  öyrənən  zaman  1914  -  cü  ildə  amerkalı 

alim  Elmas  Makkolum  balıq  yağında  A  vitamini  və  onunla  birləşmiş  maddənin 

raxit  xəstəliyini  aradan  qaldırdığını  müəyyən  etdi.  1922  -  ci  ildə  o,  balıq  yağında 

olan A vitaminini neytrallaşdırdı, aldığı digər vitamini latın əlifbası sırası ilə 4-cü 

alınan vitamin olduğundan D vitamini adlandırdı. 1924 - cü ildə Qarri Stenbok D 

vitamininin  ultrabənövşəyi  şualar  tərəfindən  dəridə  sintez  olunduğu  müəyyən 

edildi. 


     Farmakoloji  xüsusiyyəti:  D  vitamininə  həm  vitamin,  həm  də  hormon  kimi 

baxmaq olar. Vitamin kimi kalsium (Ca

2+

), fosfat (HPO



4

2- 


) mübadiləsində, hormon 

kimi böyrəkdə əmələ gələn 1,25(OH

2

) D


3

 - dihidroksikalsiferol formada bağırsaq, 




28 

 

böyrək,  əzələ  hüceyrələrinə  təsir  edir.  D  vitamini  limon  turşusunun  çoxalmasına 



səbəb olur.  Bu da onun oksalat  - kəhraba   turşusuna  çevrilməsi  prosesini  katalizə 

edən  fermentləri  inaktivləşməsilə  əlaqədardır.  Limon  turşusu  kalsium  fosfatla 

kompleks birləşmə şəklində qığırdaqda toplanır. Makrositlərin faqositar aktivliyini 

artırır,  hipofizdə  tireotrop  hormonunun  əmələ  gəlməsini  stimulə  edir,  dəridə 

fibroblastların  və  keratositlərin  proliferasiyasını  tormozlayır.  Qanda  qələvi 

fosfatazaları azaldır, qalxanabənzər ətraf vəzə təsir edir. 

D vitamininin, əsasən 3 effekti var: 

1.

 



Nazik  bağırsaq  selikli  qişa  hüceyrələrində  qələvi  fosfatazanı  aktivləşdirir, 

Ca

2+



- un bağırsaq tərəfindən tutulmasını stimulə edir, toxumaları zədələyici 

təsirlərdən qoruyur.  

2.

 

Böyrək  kanalı  epitel  hüceyrələrində  qələvi  fosfatazaları  aktivləşdirir, 



böyrəklərdən Ca 

2+

 ekskresiyasın azaldır.  



3.

 

Sümüklərdə osteoklası və zülal sintezini artırır, matrisanın ostifikasiyasında 



rol oynayır. 

Təsir  mexanizmi  steroid  hormonlara  uyğundur,  belə  ki,  membranı  keçərək 

sitoplazmatik  reseptorlarla  kompleks  əmələ  gətirir,  nüvədə  kalsiumun  nəqli  və 

fiksasiyasında iştirak edən genləri aktivləşdirir, nəticədə kalsium birləşən spesifik 

və qeyri - spesifik zülallar sintez olunur.  

     Farmakokinetikası:  bağırsaqlarda  öd  turşularının  iştirakı  ilə  sorulub,  limfa 

damarlar  ilə  qaraciyərə  daşınır,  qaraciyərdə  α

-  hidroksilazanın  (α



hidroksilazanın  aktivliyini  parathormon,  somatotrop  hormon,  C,  E,  B



vitamini 

tənzim  edir)  təsirindən  az  aktiv  birləşmə  kalsidiola  çevrilir,  α  -  qlobulinlə 

birləşərək qanda dövr edir. D

3

 vitamini D



 vitamininə nisbətən daha asan sorulur.  

Sonra qaraciyərdə hidroksilləşərək 25 - hidroksikalsiferola (kalsifediol), böyrəkdə 

parathormonun  iştirakı  ilə  1,25  -  dihidroksikalsiferola  (kalsitriol)  və  24,25  – 

dihidroksixolekalsiferol  (sekakalsifediol)  çevrilir.  Qaraciyərdə,  sümükdə,  nazik 

bağırsağın selikli qişasında toplanır. Pəhrizli qidalanmada qaraciyərdə depolanan D 

vitamini 2 - 4 ay yetərlidir. Orqanizmdən əsasən bağırsaq və böyrəklərlə xaric olur. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə