Els-müstəqil Araşdırmalar Mərkəzi



Yüklə 18,05 Kb.
tarix14.06.2018
ölçüsü18,05 Kb.

ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi www.els.az; www.meneviservetimiz.az
Tel.: (012) 408 1889; Mob.: (050/055) 334 1014logo els.jpg

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin
rolunun gücləndirilməsi


30 sentyabr 2016 il

Cəmiyyətimizin əksər hissəsi mövcud ailə, qadın və uşaq problemlərinin həllində milli mənəvi və ailə dəyərlərinin qorunmasının sağlam ailə münasibətlərinin qurulmasında böyük rolunu dərk etsə də, etiraf etmək lazımdır ki, bu gün bu dəyərlərin təbliğində və nəsillərə ötürülməsində böyük problemlər vardır. "ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi milli-mənəvi dəyərlərin ailə institutunun qorunması, ailə münasibətlərinin düzgün qurulmasında rolunun, cəmiyyətimizdə mənəviyyata, əxlaqi qaydalara dəyişən münasibətin, bir çox problemlərin araşdırılması və ictimailəşdirilməsi məqsədilə “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsinin həyata keçirilməsini zəruri hesab etmişdir. Layihəyə AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkəti informasiya, texniki və təşkilatçılıq dəstəyi göstərirlər.

Gənc nəslin cəmiyyətin özəyini təşkil edən ailəyə dair təsəvvürləri və gözləntilərinin öyrənilməsi məqsədilə “ELS” gənclər arasında sorğu keçirmişdir. Ümumilikdə 21 ali təhsil müəssisəssinin 1050 tələbələri sorğuda iştirak etmişlər. 39,1%-i kişi, 60,9%-i - qadın təşkil edən respondentlərin əksəriyyəti (94,0%) subaydırlar. Onların 92,9%-i tam (iki valideynli) ailədə, 6,4%-i-natamam (bir valideynli) ailədə böyümüşlər.

Ailədəki münasibətlərin qurulmasına dair suala cavab verən respondentlərin 18,4%-i patriarxal ailə (ailə başçısı kişidir, əsas qərarları da o verir), 0,6%-i matriarxal ailə (ailə başçısı qadındır, əsas qərarları da o verir), 81,0%-i demokratik (ailədə eynihüquqlu ər-arvad, qərarlar birgə verilir) ailəni seçiblər. Maraqlıdır ki, patriarxal ailəni kişilərin 34,0%-i, qadınların isə 8,2%-i, demokratik ailəni isə kişilərin 65,4%-i, qadınların isə 91,1%-i qeyd ediblər.

Müasir ailələri ənənəvi Azərbaycan ailələrindən fərqləndirən cəhətləri qeyd edən respondentlər müasir ailələrin daha müstəqil, demokratik, qərarlar birgə verdiklərini, qadınların daha sərbəst olmalarını, uşaqların tərbiyəsinə daha demokratik yanaşmaları ilə göstəriblər. Digər tərəfdən onlar müasir ailələrdə dözümsüzlüyün, qarşılıqlı anlayışın zəifləməsi, ailə dəyərlərinin zəifləməsi, boşanmağa meyilliliyin artmasını, qohumluq əlaqələrinin, ünsiyyətin azalmasını qeyd ediblər. Maraqlıdır ki, maddi və sosial problemlərin artmasını qeyd edənlər azlıq təşkil ediblər.

Ailə münaqişələrinin səbəblərini qeyd edən respondentlərin 37,7%-i (39,5%-kişi, 36,6%-qadın) maddi çətinlikləri, 23,8%-i (18,5%-kişi, 27,0%-qadın) dözümsüzlüyü, 20,2%-i (26,3%-kişi, 16,6%-qadın) sosial problemləri, 17,0%-i (14,4%-kişi, 18,5%-qadın) ailə quran cütlüklərin biri-birilərini kifayət qədər tanımamasını göstəriblər. Maraqlıdır ki, valideynlərin və ətrafdakıların müdaxiləsi qeyd edilsə də, bu cavabı respondentlərin cəmi 1,0%-i veriblər.

Ümumilikdə isə son 20 ildə Azərbaycan ailəsinin dəyişilməsini qiymətləndirən respondentlərin 33,6%-i bu dəyişməni müsbət, 54,3%-i mənfi, 12,1%-i isə dəyişilmədiyini deyiblər.

Gənc ailələrin problemləri ilə bağlı suala cavab verən respondentlər ailənin düşünülmədən qurulmasını (34,0%), ailə həyatına hazır olmamaları/qarşılıqlı anlaşılmaya hazır olmamalarını (28,9%), valideynlərin müdaxiləsinı (19,9%), maddi problemlərini (16,4%) qeyd ediblər.

Gənclərin ailə qurarkən güddüyü niyyətləri respondentlər belə hesab ediblər: övlad sahibi olmaq (ümumi-29,8%, kişilər-44,4%, qadınlar-21,3%), adətə uyğun digərlərindən geri qalmamaq / qınaq obyekti olmamaq (ümumi-27,9%, kişilər-24,5%, qadınlar-29,9%), müstəqil şəkildə ailə başçısı olmaq (ümumi-20,3%, kişilər-12,5%, qadınlar-24,9%), maddi vəziyyəti yaxşılaşdırmaq (ümumi-15,9%, kişilər-15,2%, qadınlar-16,3%), sevdiyi şəxslə xoşbəxt olmaq (ümumi-5,2%, kişilər-2,7%, qadınlar-6,6%).

Ailə qurarkən hansı nigahı məqbul hesab etdiklərini qeyd edən respondentlərin yarıdan çoxu dini və rəsmi nigahların bağlanmasını (ümumi-65,0%, kişilər-54,0%, qadınlar-72,0%), yalnız rəsmi nigahı (ümumi-26,7%, kişilər-33,2%, qadınlar-22,5%), vətəndaş nigahı, bir neçə müddətdən sonra rəsmi nigahı (ümumi-5,2%, kişilər-7,0%, qadınlar-4,1%), yalnız dini nigahı (ümumi-1,7%, kişilər-3,2%, qadınlar-0,7%), yalnız vətəndaş nigahı (ümumi-1,0%, kişilər-2,1%, qadınlar-0,3%) məqbul hesab ediblər.

Ailədaxili münasibətlərə təsir edənləri qeyd edən respondentlər televiziyanın (20,7%), mobil telefonların (15,0%), İnternetin (17,3%), sosial şəbəkələrin (9,3%) müsbət təsirini, eyni zamanda göstərilənlərin mənfi təsirini də qeyd ediblər: televiziyanın (34,6%), mobil telefonların (61,4%), İnternetin (60,4%), sosial şəbəkələrin (76,8%).

Gənclərin ixtisas seçiminə təsir edənləri qeyd edən respondentlər ilk növbədə valideynləri (91,9%), peşəyə olan tələbatı (77,5%), peşənin dəbdə olmasını (74,2%), ali məktəbə daxil olmamaq riskini azaltmaq istəyini (66,5%), məktəbi (50,9%), dostları (38,0%), İnternet və sosial şəbəkələri (37,4%) və ən sonda televiziyanı (29,9%) göstəriblər.

Gənclərin birmənalı olaraq ali məktəblərə üz tutmalarının səbəblərini izah edən respondentlərin təxminən yarısı digərlərindən geri qalmamaq (41,2%), ali təhsilin işə düzələrkən ilkin şərt olduğunu (36,4%), orta ixtisas peşələrinin nüfuzunun aşağı olması (12,3%), hərbi çağırışla bağlı güzəştlərdən yararlanmaq üçün (8,9%) qeyd ediblər. Cəmi 1,1% respondent ali təhsilin ən önəmlisi olduğunu bildirmişdir.

Beləliklə, ailənin qorunması, yaranan problemlərin milli-mənəvi, əxlaqi qaydalara uyğun həlli yollarının araşdırılması və ictimailəşdirilməsi məqsədilə yüksək reytinqə malik İctimai Televiziyanın efirində ictimai müzakirələrin keçirilməsi nəzərdə tutulub. Verilişlər cari ilin oktyabr-noyabr aylarında təşkil olunacaqdır.



Verilişlərin mövzularının adları aşağıdakılardır:

  1. Multikultural dəyərlər Azərbaycan ailəsi müstəvisində;

  2. İnformasiya-kommunikasiya texnologiyalarının ailə münasibətlərinə təsiri: müsbət və mənfi çalarlar;

  3. Ailədə milli-mənəvi dəyərlərin qorunması Azərbaycançılığın təməli kimi;

  4. Sosial şəbəkələr canlı ünsiyyətin alternativi kimi: baxış bucaqları;

  5. Ailə institutunun formalaşmasının müasir problemləri;

  6. Yeniyetmələrin ixtisas seçiminə təsir edən amillər.



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə