"els" Müstəqil Araşdırmalar Mərkəzi



Yüklə 24,7 Kb.
tarix25.06.2018
ölçüsü24,7 Kb.

"ELS" Müstəqil Araşdırmalar Mərkəzi
Tel/Faks: (994 12) 440 53 03 www.els.az Mob.: (994 50) 334 10 14

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində

UŞAQ YARADICILIQ KOLLEKTİVLƏRİNİN
PROBLEMLƏRİ VƏ PERSPEKTİVLƏRİ


24 may 2011 il

Hər bir şəxsə uşaq yaşlarında göstərilən qayğı və diqqət gələcəkdə onun fiziki, əqli və mənəvi cəhətdən inkişafına və dünya görüşünə ciddi şəkildə təsir edir. Qeyd edilməlidir ki, uşaq hüquqlarının təmin edilməsi, o cümlədən problemlərinin ardıcıl həlli bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qəbul edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda (1998, №499-IQ) uşaqların tərbiyəsinin ailədə, məktəbdə, məktəbəqədər və məktəbdənkənar uşaq təlim-tərbiyə müəssisələrində aparılması və bu işdə uşaqların yaradıcılıq qabiliyyətinin, estetik tərbiyəsinin inkişafı üçün müxtəlif müəssisələrin dövlət tərəfindən yaradılması, habelə belə müəssisələrin yaradılmasında ictimai təşkilatlara köməklik göstərməsi qeyd olunmuşdur (maddə 11).

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2011-ci ilin yanvar ayından başladığı “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində gənc nəslin təlim-tərbiyəsində və kamil bir şəxsiyyət kimi formalaşmasında incəsənətin rolununun bu gün dəyərləndirilməsini və yaradılmış imkanlardan istifadə edilməsinin mövcud vəziyyəti və problemlərinin araşdırılmasını davam etdirmişdir. Növbəti sorğu Bakı şəhəri məktəblərinin ibtidai sinif şagirdlərinin valideynləri arasında keçirilmişdir. Sorğu zamanı incəsənətin uşaqların formalaşmasında rolu respondentlər tərəfindən əsasən müstəsna rol kimi qiymətləndirilmişdir. Valideynlərin yalnız 2,0%-i övladlarının dərnəklərə getdiklərini demişlər. “Xeyr” cavabını verən valideynlərin hamısı bunu arzuladıqlarını demişlər. Onların 6,4%-i uşağı aparıb-gətirməyə vaxtlarının və ya imkanlarının olmadığını, 76,8%-i uşaqların ev tapşırıqlarının hazırlanması üçün çox vaxt tələb edilməsi nəticəsində asudə vaxtının qıtlığınını, 14,8%-i isə sadəcə olaraq mövcud imkanlar, yəni dərnəklər barədə məlumatsız olduqlarını demişlər.

Lakin rəsmi məlumatlara əsasən hazırda AR Təhsil Nazirliyi nəzdində 83 Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə 6691 qrupda 89628 uşaq məşğul olur, 2827 pedaqoji işçi çalışır. Müxtəlif səpkili dərnəklərdə uşaqlar rəqs, mahnı, dram, qiraət, tikiş, modelçilik və s. sahələrdə bacarıqlar əldə edirlər.

Bakı şəhərində apardığımız araşdırmalar hər bir şəhər rayonunda Uşaq Yaradıcılıq Mərkəzlərinin həqiqətən fəaliyyət göstərməsini aşkar etmişdir. “Həqiqətən” ifadəsindən ona görə istifadə etmişik ki, bu kollektivlərin mövcudluğu və fəaliyyətləri barədə məlumatlandırma yox səviyyəsindədir, hətta müasir axtarış üsullarından ən önəmlisi olan İnternetdə də. Yeganə öz saytına malik olan “Günay” Uşaq Teatrını və “Facebook”da iki kollektiv: “Şərq Çırağı” uşaq yaradıcılıq mərkəzi və “Təbəssüm” uşaq studiyasının yerləşdirdiyi məlumatı tapa bilmişik. Halbuki, bu gün uzun illər fəaliyyət göstərən və ölkəmizi xaricdə müvəffəqiyyətlə təmsil edən bir çox uşaq kollektivləri var. Burada uşaqlarımızın fiziki və mənəvi cəhətdən sağlam böyümələri üçün bacarıqlarını əsirgəməyən və fədakarcasına çalışan uşaq kollektivlərinin rəhbərlərinin və digər işçilərinin əməyini qeyd etmək istərdik.

İncəsənətin möcüzəli gücünün təsirini Daun sindromlu şəxslərin assosiasiyasının “Dəcəllər” teatrının üzvlərinin səhnədəki mahir çıxışlarında görmək olar. İncəsənətin və yardımçı olan peşəkarların köməyi ilə onlar çətin talelərinə baxmayaraq cəmiyyətin digər üzvləri kimi özlərini hiss edə bilirlər.

Uşaq yaradıcılıq mərkəzlərinə dair məlumat ilk növbədə müvafiq rəsmi qurumların saytlarında yerləşdirilməlidir: Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyi. Bu gün Mədəniyyət və Turizm Nazirliyinin saytının “Mədəniyyət obyektləri” bölümündə tabeçiliyində olan dörd kollektivin yalnız adlarını və telefon nömrələrini görmək olar. Onların fəaliyyəti və nailiyyətləri ilə bağlı heç bir məlumat yoxdur.

AR Təhsil Nazirliyi tabeçiliyində fəaliyyət göstərən uşaq yaradıcılıq mərkəzlərinin çox sayda olduqlarına baxmayaraq nazirliyin saytında “Məktəbdənkənar təlim və tərbiyə” bölümündə yalnız ümumi xarakterli məlumatlar yerləşdirilib. Halbuki, heç olmasa uşaq yaradıcılıq mərkəzlərinin siyahısı, onların ünvanları, əlaqə telefon nömrələri, orada fəaliyyət göstərən dərnəklərin adları kimi məlumatların yerləşdirilməsi məqsədəuyğun olardı.

Digər tərəfdən məktəblər və uşaq yaradıcılıq mərkəzləri arasında əlaqələrin qənaətbəxş tərzdə qurulmaması da mövcuddur. Nəticədə isə valideynlər uşaqlar üçün yaradılmış imkanlar barədə xəbərsizdirlər: sorğu zamanı valideynlərin 85,3%-i mərkəzlər barədə bilmədiklərini qeyd etmişlər.

Məlumatlandırmanın aşağı səviyyədə olması həmçinin uşaq kollektivlərinin arasında olan əlaqələrə də təsirini göstərir, onlar biri birinin fəaliyyətindən bəzən ümumiyyətlə xəbərsiz olurlar.



Apardığımız araşdırmalar bu və digər problemlərin mövcudluğunu müəyyən etmişdir ki, aşağıda onları sizlərə təqdim edirik:

    • Uşaq və gənclərin mədəni inkişafı üçün yaradılmış imkanlar barədə cəmiyyətin məlumatlandırılmasının qənaətbəxş vəziyyətdə olmaması;

    • Uşaq və gənclər yaradıcılığına dair qanunvericilikdə boşluqların mövcudluğu.

    • Uşaq və gənclər yaradıcılıq kollektivlərinin maddi-texniki bazasının zəif olması;

    • Sponsorlar tərəfindən marağın azalması;

    • Uşaq yaradıcılığının, uşaqlara dair incəsənət əsərlərinin təbliğində müasir elektron texnologiyalardan istifadə olunmaması;

    • Yaradıcılıq kollektivlərinin inkişafı üçün çox vacib olan çıxış üçün səhnənin əldə edilməsində çətinliklərin olması;

    • Uşaq və gənclər üçün teatr tamaşalarına pulsuz abonement və ya biletlərin təşkil olunmaması;

Aşkarlanan problemlərin həlli üçün “ELS” Müstəqil Araşdırmalar Mərkəzi cari ilin fevral ayında irəli sürdüyü təkilflərdən birini – “Uşaq yaradıcılığının işıqlandırılması və təbliğini təmin edən bütün ölkə ərazisinə yayımlanan uşaq televiziya kanalının açılmasını”, yenidən gündəmə gətirir və eyni zamanda aşağıda göstərilənlərin həyata keçirilməsini təklif edir:

  1. Uşaqların mədəni inkişafına yönəlmiş layihələrin dəstəyi məqsədilə Müstəqil təşəbbüslərə dəstək Dövlət Qrant Fondu yaradılması. Fond uşaq yaradıcılığının inkişafına yönələn fərdi təşəbbüslərin, peşəkar musiqiçilərin uşaqlar üçün musiqi əsərlərin yazılması və yayımlanması, və digər məsələlərin həlli ilə məşğul olmalıdır.

  2. Uşaq yaradıcılığına dair mövcud qanunvericiliyin təkmilləşdirilməsi;

  3. Uşaq yaradıcığına xeyriyyəçilik edən təşkilatların vergilərin azaldılması yolu ilə stimullaşdırılması;

  4. Uşaq və gənclərin mədəni inkişafı üçün yaradılmış imkanlar barədə cəmiyyətin məlumatlandırılması mexanizminin təkmilləşdirilməsi;

  5. Uşaq İnternet Portalının yaradılması. Portalda müxtəlif yaş kateqoriyalarına ünvanlanmış səhifələrdə uşaqlar üçün yaradılmış incəsənət əsərləri və bədii ədəbiyyat, uşaq yaradıcılıq Mərkəzləri barədə məlumatın bir neçə dildə yerləşdirilməsi;

  6. Məktəblilərin mədəni irsə yiyələnməsi məqsədilə teatr və digər sənət ocaqlarına pulsuz (Təhsil nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, xeyriyyə fondları və digər mənbələr biletlərin dəyərini ödəməklə) və ya güzəştli abonement kart sisteminin tətbiqinə başlanılması;

  7. Uşaq yaradıcılıq kollektivlərinin inkişafı üçün vacib olan çıxışları təmin etmək, habelə uşaq və gənclərin mədəni-mənəvi tərbiyyələndirilməsi, asudə vaxtın mənalı və faydalı keçirilməsini təşkili məqsədi ilə uşaq əyləncə mərkəzlərinin (uşaq mədəniyyət evləri) açılması;

Qeyd edək ki, "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin könüllülük prinsipi və təşkilatın daxili imkanları hesabına həyata keçirdiyi layihə ilin sonunadək davam edəcək.
: wp-content -> uploads -> 2014
2014 -> «xalqların psixologiyası»
2014 -> Yeni tanı almış hastada ilk danışmanlık, anamnez, muayene ve laboratuar testleri
2014 -> “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında
2014 -> Journey to Sacred India
2014 -> Qrup liderinin rol və funksiyaları, liderin mənimsədiyi nəzəri yanaşmadan, liderlik tərzindən və liderlik bacarıqlarından, aldığı təhsildən, etik qaydalara uyğun davranıb davranmayışından, şəxsiyyəti və fərdi xüsusiyyətlərindən təsirlənir
2014 -> Mühazirə Tarix, elm və fəlsəfə. Anlayışlar və ideyalar Keçmiş və Tarix
2014 -> Kişisel arzu, istek ve ihtiyaçları için ürünleri satın alan ya da satın alma kapasitesinde olan gerçek kişidir
2014 -> Lt scientific
2014 -> Microsoft Word Konflikt Gruppen Manus Q. doc
2014 -> Yazılı Bacarıqlar (yazma- oxuma)


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə