Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə33/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   29   30   31   32   33   34   35   36   ...   44

bazarının  lisenziyalaşdırılmış  iştirakçılarının  məcmu  kapitalında  dövlətin  payı
böyükdür və ya kifayət qədər hiss olunandır. Fransa və İtaliyada o 50%, Almaniyada
isə 33% təşkil edir” [1, s.133].
Bank fəaliyyətinin dayanıqlığı və iqtisadi təhlükəsizlik meyarları üzrə tənzim-
lənməsi ümumi, qеyri-tipik, хüsusi, o cümlədən, balans, məqsədli proqram, normativ
mеtodlarının tətbiqini nəzərdə tutur.
İqtisadiyyatın  bütün  sahələrinin  bir-biri  ilə  balanslaşdırılması  onların  tarazlı
inkişafının zəruri şərtlərindəndir və balans mеtodu makrosəviyyədə ümumi tarazlığın
təminatı vəziyyətini qiymətləndirməyə imkan verdiyinə görə bank fəaliyyətinin
dayanıqlığı və iqtisadi təhlükəsizlik meyarları üzrə tənzimlənməsində istifadə olunur.
Sadalanan digər metodlar haqqında (məqsədli proqram, normativ) da analoji fikirlər
söyləmək olar.
Bank fəaliyyətinin dayanıqlığı və iqtisadi təhlükəsizlik tələblərinə adekvatlığı
tənzimlənmənin müstəqim (inzibati) və qеyri-müstəqim (iqtisadi) metodlarından
birgə istifadəni nəzərdə tutur. Bank sisteminin idarə edilməsi təcrübəsi qeyd olunan
metodların üzvi vəhdətdə tətbiqinin məqsədəuyğunluğundan xəbər verir. Bununla
belə qеyri-müstəqim metodlara üstünlük verilməsi tövsiyə olunur. O cümlədən,
ehtiyyatlara görə ödəmələr, kreditə görə faiz və kredit güzəştləri, valyuta məzənnələri
və valyuta mübadilə şərtləri daha çevik təsir metodları kimi diqqətə layiqdir. Qeyri-
müstəqim tənzimləmə mеtodları fəaliyyət sərbəstliyini gеnişləndirdiyinə görə onlar
dövlətin iqtisadi siyasətinin, habelə maliyyə-krеdit, valyuta siyasətinin əsasında
durur.
Bank fəaliyyətinin realığa və dayanıqlı inkişaf prioritetlərinə adekvat tənzimlən-
məsi mexanizmi islahatların müxtəlif mərhələlərində fərqli yanaşmaları nəzərdə
tutur. Belə ki, bank sisteminin idarə edilməsi təcrübəsi Azərbaycanda bank islahat-
larının ilkin mərhələsində dövlət banklarının restrukturizasiyası və sağlamlaşdırıl-
ması tədbirləri həyata keçirilmiş, özəl bank sisteminin institusional təşəkkülü təmin
olunmuşdur. Həmin mərhələdə kapitalın həcminə aşağı tələblər qoyuldu, sistemə
daxil olmaq üçün son dərəcədə liberal şərtlər müəyyənləşdirildi və bank fəaliyyətini
tənzimlənməsində yumşaq tənzimləmə alətləri tətbiq edildi. 
Belə yanaşma bank sisteminin institusional genişlənməsinə və özəl bankların sayı
sürətlə artmasına imkan verdi. 2000-ci ildən başlayaraq həyata keçirilən bank isla-
hatlarının növbəti mərhələsində  özəl bankların sağlamlaşdırılmasına yönəlik təd-
birlər,  o  cümlədən  konsolidasiya  xətti  bank  sisteminin  dayanıqlığının
möhkəmlənməsinə  və  maliyyə  vasitəçilik  funksiyasının  yaxşılamasına  əlverişli
şərait yaratdı. Mərkəzi Bank tərəfindən kommersiya banklarının minimal kapitala
tələbinin mütəmadi artırılması və artıq qeyd edilən konsolidasiya prosesinin təşviqi
sistemin kapital bazasını möhkəmləndirmiş, bankların iriləşməsinə rəvac vermişdir.
Daha iki il keçəndən sonra (2002-ci ildən) bank sisteminin restrukturizasiyasına
başlanmışdır. Neft gəlirlərinin ölkəyə axınını və bankların artan maliyyə resurslarının
81
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.


2002-2005-ci illərdə inkişafın dayanıqlığı, iqtisadi təhlükəsizliyin təminatı və digər
strateji prioritetlər baxımından səmərəli istifadəsini nəzərdə tutan inkişaf strategiyası
hazırlandı. “Həmin strategiyanın əsas məqsədini neft gəlirlərinin qeyri-neft sektoruna
səmərəli və təhlükəsiz trasformasiyası, əhalinin və regionların bank xidmətlərinə
çıxış imkanlarının artırılması və bu əsasda yoxsulluğun azaldılması üçün bank sis-
teminin maliyyə vasitəçilik funksiyasının inkişaf etdirilməsi, bank sisteminin davam-
lılığının və etibarlılığının möhkəmləndirilməsi, bank xidmətləri bazarında azad və
sağlam rəqabət mühitinin təmin edilməsi təşkil edirdi” [2].
Azərbaycanın  böyük  iqtisadi  qüdrətinə  və  maliyyə  imkanlarına  söykənən
şaxələndirilmiş iqtisadiyyatın qurulması və resursların qeyri-neft bölməsinin kapi-
tallaşmasına yönəldilməsində maliyyə-bank sektoru özünəməxsus rol oynamışdır. 
“İqtisadiyyatın kapitallaşma tələbatına uyğun maliyyə resurslarına çıxışın yeni
mexanizmlərinin  və  institutlarının  təşviqinin  təmin  olunması,  xüsusilə, region-
larda  bu  prosesin  sürətlənməsinə  diqqət  verilməsi  pul  siyasətinin  əsas  is-
tiqamətlərindəndir” [3, s.189].
Kredit siyasətinin səmərəli struktur parametrləri dinamik inkişaf və iqtisadi təh-
lükəsizlik  tələblərinə  cavab  verən  ümumi  struktur  dəyişmələrinin  mühüm
şərtlərindəndir. Sahibkarlığın müxtəlif səviyyələrinin spesifik cəhətləri nəzərə alın-
maqla investisiyaların kreditləşdirilməsi yüksək texnologiyaların istifadəsi təşviq
edilir. 
İnnovasiyalı inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, kredit ayırmalarının
strukturunu təkmilləşdirməklə yanaşı, tənzimləyici vasitələrlə: milli bank sisteminin
modernləşdirilməsini,  resurs  bazasının  möhkəmləndirilməsini,  kapitallaşma
səviyyəsinin  yüksəldilməsini,  yeni  uzunmüddətli  resurs  mənbələrinin  aşkar
edilməsini, real iqtisadiyyata investisiya axınının gücləndirilməsini tələb edir.
Azərbaycan hökumətinin və Mərkəzi Bankın koordinasiya edilmiş fəaliyyəti
qlobal iqtisadi böhranın dünya təsərrüfat sisteminə fəal inteqrasiya olunan milli iqti-
sadiyyata təsirlərinin minimuma endirilməsinə yönəlmişdir. 
Həyata keçirilən tənzimləmə siyasəti idxal olunan əmtəələrin qiymətindəki sürətli
artımın və əmanətlərinin qiymətdən düşməsinin qarşısını alan stabil valyuta məzən-
nəsi, aşağı səviyyəli inflyasiya təmin olunmuş, devalvasiya və dollarlaşma gözlən-
tilərinin  qarşısı  alınmışdır.  Milli  valyutanın  məzənnəsinin  stabil  saxlanması,
həmçinin xarici valyutalarla kreditləşmə üzrə borc yükünün artmasına imkan ver-
məmişdir.
Mərkəzi Bank tərəfindən bank sisteminin dayanıqlığının təmin edilməsi məqsədi
ilə həyata keçirilmiş tənzimləmə tədbirləri real iqtisadiyyatın prioritet sahələrində
investisiya fəallığını dəstəkləmək üçün əlverişli mühit formalaşdırmışdır. Daxili
mənbələr hesabına cəlb edilmiş məcburi ehtiyat normasının azaldılması, kommersiya
banklarına xüsusi kreditlərin ayrılması, yenidən maliyyələşmə dərəcəsinin bir neçə
mərhələdə aşağı salınması, artıq qeyd olunduğu kimi dövlət tərəfindən sığortalanan
82
A.Quliyeva. Bank fəaliyyətinin tənzimlənməsi və nəzarət sisteminin səmərəliliyinin yüksəldilməsi


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə