CONTENT
OFFICIAL
It has been held the meeting of Cabinet of Ministers with President Ilham Aliyev’s chairmanship
that devoted socio-economic development of the first term of 2011................................................. 5
PRESENTATION
Presentation of Tvinninq Project, “Supporting to Ministry of Taxes of Azerbaijan Republic
in area of computer based audit system” ........................................................................................ 8
TAXATION
R. Maharramov. Property tax: theory and practice ........................................................................ 16
ECONOMIC THOUGHT
I. Alıyev, S. Samandarov. Taxation and other economic issues in Nizam al-Mulk ......................... 25
AUDIT SERVICE
F.Hajiyev. The role of audit services in carrying out economic reforms ........................................ 33
COOPERATION
H.Israfilov. Prospects for the development of the cooperative sector in the context
of globalization ............................................................................................................................... 43
HIDDEN ECONOMY
E.Bagirzadeh. The problem of forming of common approach to conception of hidden economy... 51
BANKING
A.Kulieva. Regulation of bank activities and increasing of efficiency of control system ................ 79
CORYPHAEUSES OF SCIENCE
Laureates of Nobel on Economics .................................................................................................. 91
INTERESTING FACTS
Interesting events connected with taxes ........................................................................................... 94
TERMINOLOGY
Dictionary of Economic Terms ....................................................................................................... 95
METHODOLOGY
Appendix of Declaration of Income Tax (rule of filling) ............................................................... 97
INFORMATION
Rules for contributors (in Azerbaijani, English and Russian) ........................................................ 105
Prezident İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş
iclası keçirilmişdir
5
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
Aprelin 12-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2011-ci ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclası keçirilmişdir. İclası giriş nitqi
ilə açan dövlətimizin başçısı son 7 il ərzində
ölkədə ümumi daxili məhsul təxminən 3 dəfə,
hətta böhranlı 2009 və 2010-cu illərdə iqti-
sadiyyatımızın 14 faiz artdığını diqqətə çatdır-
mışdır.
Bu möhkəm təməl üzərində 2011-ci ilin bi-
rinci rübündə də müşahidə edilən 1,6 faizlik
iqtisadi artımın çox sevindirici olduğunu
bildirən Prezident İlham Əliyev qeyri-neft sek-
torunda artımın 5,6 faiz təşkil etdiyini
bildirmişdir.
Birinci rübdə inflyasiyanın 9,1 faiz art-
masının narahatlıq doğurduğunu vurğulayan
ölkə rəhbəri, bununla belə, əhalinin pul gəlir-
lərində real artım müşahidə olunduğunu, bu
meyillərin il ərzində özünü daha da böyük
həcmdə göstərəcəyinə əminliyini ifadə et-
mişdir. Prezident İlham Əliyev valyuta ehti-
yatlarımızın 34,2 milyard dollara bərabər
olduğunu qeyd edərək, bunu ölkəmizin iqti-
sadi və maliyyə gücünü göstəricisi kimi dəyər-
ləndirmişdir.
Dövlətimizin başçısı demişdir ki, birinci
rübün yekunlarına görə ölkəmizdə orta
əməkhaqqı 340 manat səviyyəsindədir. Əgər
biz dollarla hesablasaq, bu, haradasa 430 dol-
lara yaxındır. Bu, yaxşı göstəricidir. Orta
əməkhaqqının artımı ölkədə həm iqtisadi, həm
də sosial sahədə aparılan siyasətin əlamətidir.
Biz bazar iqtisadiyyatına sadiq olan ölkəyik.
Eyni zamanda, sosial məsələlər də Azərbay-
canda uğurla öz həllini tapır. Əlbəttə, bunun ən
gözəl göstəricisi ondan ibarətdir ki, Azərbay-
canda yoxsulluğun səviyyəsi ildən-ilə aşağı
düşür. 2010-cu ilin yekunlarına görə Azərbay-
canda yoxsulluq 9,1 faiz səviyyəsində idi. Mən
ümid edirəm ki, bu il ərzində həm iqtisadi
sahədə, həm sosial sahədə görüləcək işlər
nəticəsində, eyni zamanda, bu il maaşların və
pensiyaların gözlənilən artımları hesabına
Azərbaycanda yoxsulluq şəraitində yaşayan-
ların sayı yenə də aşağı düşəcəkdir. Nəticədə,
biz bir neçə il bundan əvvəl qarşıya qoyulmuş
məqsədə çatacağıq.
Prezident İlham Əliyev regionların sosial-
RƏSMİ
iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra
edildiyini, bu ilin birinci rübündə nəzərdə tu-
tulmuş bütün investisiya layihələrinin vaxtında
həllini tapdığını, bu üç ayda regionlarda
təxminən on yeddi min, bütövlükdə birinci
proqramın icrasından ölkəmizdə 930 min
yeni iş yeri açıldığını, sahibkarlara kömək
məqsədi ilə kreditlər ayrıldığını və bu kre-
ditlərin gözəl nəticələr verdiyini bildirmişdir.
O, qeyd etmişdir ki, regionların sosial-iqtisadi
inkişafı proqramının icrası ilə bərabər, Bakı-
ətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proq-
ramı da hazırlanır.
«
Mən hesab edirəm ki,
geniş, çox dəqiq v ə konkret proqram qəbul
olunandan sonra 2013-cü ilə qədər biz
qəsəbələrdə mövcud problemlərin böyük ək-
səriyyətini həll etməliyik. Baxmayaraq ki, bu
çox böyük proqramdır. Qəsəbələrdə hazırda
800 mindən artıq əhali yaşayır. Bu özlüyündə
böyük bir şəhərdir. Ancaq bu məsələ öz həllini
tapmalıdır
»
, - deyə ölkə rəhbəri bildirmişdir.
Dövlətimizin başçısı infrastruktur layi-
hələrinin də uğurla icra edildiyini diqqətə çat-
dırmışdır. Bu layihələr arasında Heydər Əliyev
Beynəlxalq Aeroportunun yeni binasının,
Beynəlxalq Dəniz Ticarət Limanının, Gəmi-
qayırma zavodunun tikintisini qeyd etmək
olar. 2012-ci ildə isə Bakı-Tbilisi-Qars dəmir
yolu istismara verilməlidir.
İnformasiya-kommunikasiya sektorunda bu
ilin birinci rübündə çox böyük artım olduğunu
vurğulayan Prezident İlham Əliyev Azərbay-
canın bölgədə informasiya-kommunikasiya
texnologiyaları üzrə mərkəzə çevrildiyini, bu
sektorun inkişafının ölkənin ümumi intellek-
tual potensialının və intellektual imkanlarının
inkişafına xidmət göstərəcəyini demişdir. Süni
peykin yaradılması proqramı icra edildiyini
qeyd edən dövlətimizin başçısı Azərbaycanın
yaxın zamanlarda öz peykinə malik olacağına
əminliyini ifadə etmişdir.
Ölkəmizdə hərbi sənaye potensialının
sürətlə inkişaf etməsini də xüsusi vurğulayan
Prezident bu yeni sənaye sahəsindıə həm də
minlərlə yeni iş yerinin açıldığını, yüksək
maaşlar verildiyini və müasir hərbi sənaye
məhsulları istehsal olunduğunu bildirmişdir.
Dövlətimizin başçısı Ermənistan-Azərbay-
can, Dağlıq Qarabağ münaqişəsinin həllində
beynəlxalq təşkilatların ədalətsizlik, ikili stan-
dartlar və ayrı-seçkilik nümayiş etdirməsinin
heç bir səbəblə izah olunmadığını bildirərək
demişdir:
«
Azərbaycanın beynəlxalq birlik
tərəfindən tanınmış əraziləri uzun illərdir ki,
işğal altındadır. Təhlükəsizlik Şurasının 4 qət-
naməsi qəbul edilib, ATƏT-in qərarları,
Avropa Parlamenti, Avropa Şurası, İslam Kon-
fransı Təşkilatı, NATO-nun qərarları - bütün
bu qərarlar işğal edilmiş torpaqlardan erməni
qoşunlarının çıxarılmasını tələb edir. Ancaq
məsələ öz həllini tapmır. Belə olan halda haqlı
olaraq Azərbaycan vətəndaşları sual verirlər
ki, nə üçün bizə qarşı münasibət fərqlidir?
Bunun səbəbi nədir? Mən bu sualı beynəlxalq
ictimaiyyətə, beynəlxalq aləmdə nüfuza malik
olan ölkələrə ünvanlayıram. Azərbaycanın
ərazi bütövlüyü bərpa olunmalıdır, işğala son
qoyulmalıdır və bu məsələ tezliklə öz həllini
tapmalıdır. Çünki Azərbaycan xalqının səbri
tükənməz deyildir
»
.
Prezident İlham Əliyevin giriş nitqindən
sonra bir sıra dövlət qurumlarının rəhbərləri
hesabat məruzəsi ilə çıxış etmişlər. Maliyyə
naziri Samir Şərifov dövlətin məqsədyönlü və
kompleks siyasəti nəticəsində 2011-ci ilin 1-ci
rübündə də ölkəmizin sosial-iqtisadi inkişaf di-
namikasının uğurla davam etdiyini vurğula-
yaraq demişdir:
«
Cari ilin birinci rübündə
dövlət büdcəsinin mədaxili 2 milyard 768 mil-
yon manat və ya 118,0 faiz yerinə yetirilmiş,
bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,2
faiz çox olmuşdur.
Vergilər Nazirliyi büdcəyə 1 milyard 161
milyon manat, ötən ilin eyni dövrünə nisbətən
151,0 milyon manat və ya 15,0 faiz çox və-
saitin daxil olmasını təmin etmişdir. Bu və-
saitin 58,7 faizi və ya 681,0 milyon manatı
qeyri-neft sektorundan daxilolmaların payına
düşür ki, bu da 2010-cu ilin müvafiq dövrünə
nisbətən 132,0 milyon manat və yaxud 24 faiz
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
6
Dostları ilə paylaş: |