Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə19/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

H.İsrafilov.  Qloballaşma şəraitində kooperativ sektorun inkişaf perspektivləri
48
başlıca komponentinə çevrilmək imkanı əldə edirlər. Son nəticədə onlar ən nəhəng
və köhnə, daha universal qeyri-dövlət təşkilatlarından birinə çevrilirlər [11].
Qloballaşma prosesləri iqtisadiyyatda böhran xarakterli hadisələri ilə də müşayət
olunur. Lakin öz işini düzgün qurmağa nail olmuş kooperativlər, digər xüsusi müəs-
sisələrə nisbətən az zərər çəkirlər. Çünki onların fəaliyyəti payçıların kapitalına
əsaslanır və o, heç bir spekulyasiya xarakterli fəaliyyətə cəlb olunmur. Bununla belə,
insanların arzu və ya istəklərindən asılı olmadan inkişaf etmiş dövlətlər və iri trans-
milli korporasiyalar və tərəfindən dünyanın bölüşdürülməsi prosesi gedir. İstehlak
kooperativləri isə öz növbəsində bu prosesə daha çox müqavimət göstərmək iqti-
darına malikdirlər.
Kooperativlər öz fəaliyyətlərini nəqliyyat, sığorta, səhiyyə və sosial xidmətlər
sahəsində daha geniş həyata keçirməlidirlər. İnkişaf etmiş ölkələrin əksəriyyətində
yerli hakimiyyət strukturları bu və ya digər xidmət göstərilməsi üçün kooperativlərlə
xüsusi kontraktlar bağlayırlar. 
İnkişaf  etmiş  ölkələrin  təcrübəsi  göstərir  ki,  bütün  kooperativləri  birləşdirən
ümumi əlamət, onların bir-birləri ilə əməkdaşlıq etməsidir [1, 3, 9]. Əgər koopera-
tivlər öz potensiallarından tam istifadə etmək və əhali arasında cəlbediciliklərini
saxlamaq niyyətində olsalar onlar buna yalnız daimi əməkdaşlıq əsasında nail ola
bilərlər. Müasir dövrdə kooperasiyanın inkişaf perspektivlri istiqamətində kooperativ
idarəetmənin müxtəlif formaları müzakirə olunmaqdadır. Bünların içərisində ən
mühümü isə kooperativ menecmentin üstün texnologiyası sayılan operativ qərar
qəbul etmənin təminatı ilə bağlıdır. Səmərəli operativlik isə iqtisadi artım və rəqabətə
davamlılığın meyarıdır. 
Bununla belə, kooperativ menecmentdə kadr seçimi də az əhəmiyyət daşamır.
İdarəetmə  orqanlarına  kadrlar  seçilərkən,  onların  şəxsi  keyfiyyətləri  ilə  yanaşı,
konkret fəaliyyət proqramına yiyələnmələri, müasir informasiya texnologiyalarından
istifadə imkanlığı və bacarığı, mənəvi saflıq və ən başlıcası isə profesional idarəetmə
qabiliyyətinə malik olmaları kimi keyfiyyətlər tələblər nəzərə alınmalıdır.
Qloballaşma prosesində kooperativ hərəkatının inkişafı, kooperasiyanın yeni məz-
mun və ahəngdə canlandırılmasıda müxtəlif məqsəd və təyinatlı kooperativlərin
yaradılması təcrübəsindən istifadə olunması zəruri və məqsədəuyğundur. Burada xü-
susən əhalinin kasıb təbəqələri yaşayan ərazilərdə yerli ehtiyaclara hesablanmış və
bunula da regional mahiyyət daşıyan müvafiq profilli kooperativlərin yaranışı özünü
daha çox doğruldur. Çünki həmin təbəqənin alıcılıq qabiliyyəti aşağı olduğundan,
ixtisaslaşdırılmış  kooperativlərin  fəaliyyətin  özünü  doğrultmur.  Lakin  bu  gün
çoxməqsədli kooperativlərin yaranması prosesi trasmilli korporasiyaları (TMK) qane
etmir. Onlar hər vəcdlə bu prosesə mane olmağa çalışır, özünün manevrliyi geniş
məhsul assortimenti ilə üstünlüyü əldə saxlamağa cəhd edirlər. Bütün bu maneələrə
və çətinliklərə baxmayaraq, kooperativlərin sosial missiyalarının əhəmiyyəti yük-
səlir. 


Nəticələr
Qloballaşma şəraitində  kooperasiya  münasibətlərinin təhlili göstərir ki,  onlar
tədricən öz irəliləyişlərini təmin edir, ayrı-ayrı kontekstlərdə qlobal arenanın aparıcı
strukturları olan TMK-ların kəskin irəqabətinə cəsarətlə davam gətirirlər. Bununla
belə qloballaşma şəraitində yeni inkişaf meyllərini təmin etmək üçün müasir dövrdə
kooperativlər qarşısında bir sıra vəzifələr öz həllini gözləyir ki, onları da aşağıdakı
kimi səciyyələndirmək olar:

kooperasiya  prinsiplərinin  daim  möhkəmləndirilməsi  istiqamətində
fəaliyyətlər davam etdirilməli;

qloballaşma və koopersiya vəhdəti təşviqatı gücləndirilməli və davamlı xarak-
ter almalıdır;

kooperativ fəaliyyətlər növ müxtəlifliyi və yeni təsərrüfatçılıq metodları ilə
zənginləşdirilməlidir;

kooperasiyanın institusional bazasının təkmilləşdirən, fəaliyyət səmərəliliyini
stimullaşdıran daha əlverişli iqtisadi mühitin formalaşdırılmalıdır;

rəqabətqabiliyyəti yüksək və yerli tələbləri dolğun ödəyəcək müqabil bazar
əsasları yaratmalıdır;
Bütün bunlarla yanaşı, qloballaşmanın mənfi təsirlərini təcrid etməkdə kooperativlər
öz işlərində sosial xidmətlər, təhsil, idman-sağlamlıq, ətraf mühitin mühafizəsi is-
taiqamətində fəaliyyətini səmərəliləşdirməli, peşəkarlıq funksiyalarını artırmalıdırlar.
İstifadə olunmuş ədəbiyyat
1.  İsrafilov  H.A.  «Qloballaşma  şəraitində  istehlak  kooperasiyasının  təkmilləşdirilməsi  is-
tiqamətləri» Bakı: «Elm», 2010. 476 s
2. Бринк Линдси. Глобализация. Повторение пройденного. М.: «ИРИСЭН», 2008, 416 с.
3. Вахитов К.И. Кооперация: теория, история, практика. М.: ИТК Дашков и К, 2004, 348 с.
4. Гутман Г.И., Дигилина О. Б., Чукин Н. И., Ситько В. П., Калмыков В.В. «Формы коопе-
ративного движения в условиях рыночных реформ», М.: «Дашков и К», 2006. 376 с.
5. Крашенинников А.И. Кооперация в современном мире. М.: «Экономика», 2004, 345 с
6. Макаренко А.П. Теория и история кооперативного движения. М.: «Маркетинг», 2002,
328 с.
7. «Мировая Экономика» (под ред. проф. Ю.А. Щербанина), М.: «ЮНИТИ-ДАНА», 2004.
318 с.
8. Михайлова В. А. Глобализация. М.: «РАГС», 2008. 544 с.
9.  Пажитнов К.А. Основы кооперации. М.: «Экономика», 1997, 459 с.
10.Туган-Барановский М. И. Социальные основы кооперации. М.: «Экономика», 1989. 496 с.
11.Уткин А.И. Глобализация: процесс и осмысление. М.: «Логос», 2002. 254 c.
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
49


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə