Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   10   11   12   13   14   15   16   17   ...   50

29 
 
olunmasını  qarşısına  məqsəd  qoyur.    Siyasətin  fəlsəfəsi  cəmiyyəti  dərin 
obyektə  çevirir  və  insanların  şəxsiyyət  kimi  yetişməsinə  xidmət  etməyə  
yönəlir.  Hakimiyyət  dövlət  resurslarından  səmərəli  istifadə  edir  və  öz  nizam 
yolu  ilə  öz  gücünü  artırır.  Fəlsəfə  resurslardan  tarazlı  qaydada  istifadə 
olunmanın  əsaslarını  meydana  gətirir.          Cəmiyyətin  nəbzinin  tutulması, 
cəmiyyətin  tələblərinin  ödənilməsinin  yüksək  həddi  siyasətin  fəlsəfəsini 
meydana  gətirir.  Siyasətin  fəlsəfəsi  dövlətin  fəlsəfəsi  ilə  eyni  mənalar  kəsb 
edir;  çünki  siyasət  fəaliyyəti  elə  dövlətə  məxsusdur.  Dövlət  özünün  siyasi 
məzmununu sosial təminat məsələsində, mədəniyyət və digər məsələlərdə  əks 
etdirir.  Dövlətin  quruculuq  fəaliyyəti  onun  məhz  təşkilatçılıq    fəaliyyətindən 
doğur. Burada fəlsəfi məzmun dərin tərkiblərə ayrılır.   Dövlətin təminedicilik 
siyasəti,  qoruyuculuq  və  dəyərləri  irsi  ötürmə  fəaliyyəti  də  (dövlətin  irsən 
qorunub  nəsillərə  ötürülməsi  dövlətçilk  ənənəsinin  davam  edilməsi)  məhz 
siyasət  adlanır.  Bu  fəaliyyətin  əsasları  məzmunda  əks  olunur.          Dövlətin 
başlıca    funksiyası  onu  təşkil  edən  elementlərin  vəhdətini  yaratmaqdan 
ibarətdir. Buradan da sistem formalaşır və sistem daxilində müxtəlif strukturlar 
yaranır.  Dövlət  sistemini  siyasətlə  təşkil  edir,  yenidən  qurur  və  sisteminin 
fəaliyyətini də siyasətlə müəyyən edir.   Dövləti təşkil edən elementlər isə cəm 
halda dövlətin özünün mövcudluğuna xidmət edir. Deməli, dövlət həm özünü, 
həm  də  daxilini  təmin  edən  bir  qurumdur,  qoruyucu  və  mühafizəedici 
strukturdur,  mexanizmdir.  Dövlətin  fəlsəfəsi  düşüncələrdə    ölkə  daxilində  və 
xaricində (sərhədlərdən kənarda) fəaliyyətin pozitiv əsaslarını müəyyən etmək 
funksiyasını yerinə yetirir. Dövlət siyasəti müxtəlif bucaqlardan formalaşır. Bu 
aspektdə  dövlət  siyasəti  çoxlu  sayda  tərkib  fənlərin,  elmlərin  predmetinə 
çevrilir.  Siyasətin  fəlsəfəsi  inkişafa  doğru  aparan  prosesləri  təmin  etməkdən 
ibarətdir.  Siyasətin  fəlsəfəsi  (dərinə  düşüncələri)  məkan  etibarilə  proseslərin 
cərəyan  etdiyi  məkanlarda  (dövlətlərin  daxillərində  və  beynəlxalq  əlaqələrdə) 
meydana  gəlir.  Bu  baxımdan  da  beynəlxalq  münasibətlərin  fəlsəfəsi  elə 
siyasətin fəlsəfəsinin tərkib hissələrini təşkil edir. 
Dövlət müəyyən sərhədlər daxillərindəki məkanlarda yaşayan xalqlardan, 
təşkilatlanmış xalqlar olan millətlərdən, ümumən isə insanlardan ibarətdir.  Bu 
elementlərin  fəlsəfəsi    məhz  dövlətin  və  siyasətin  fəlsəfəsini  meydana  gətirir. 
Siyasətin  fəlsəfəsi  bütövlüyün  və  tərkibin  düşünülməsində  formalaşır. 
Siyasətin  fəlsəfəsi  xarakterdə  (elementlərin  qarşılıqlı  əlaqələr  fonunda 
hərəkətlərindən  meydana  gələn  xüsusiyyətlərində)  yaranır.  Xalqların  etnik 
xüsusiyyətləri,  bu  xüsusiyyətləri  yaradan  həyat  vərdişləri,  bioloji  amillər,  
onların təşkilatlanma əsasları, məkanların əsasları, xalqların təbiətə və dövlətə 
olan  münasibətləri,  xalqlararası  beynəlxalq  əlaqələr  məhz  siyasətin  fəlsəfi 
tərkibini formalaşdırır. Bu aspektdə siyasət elmi tərkiblərdən ibarət olan fəlsəfi 
düşüncələr məcmusudur.  
Hər  bir  cəmiyyətin  öz  inkişaf  xüsusiyyətləri  və  tempi  mövcuddur.  Buna 
görə  də  hesab  etmək  olar  ki,  dövlət  hakimiyyətinin  siyasəti  fərdi  fəlsəfi 


30 
 
məzmunu  əks  etdirir.  Dövlət  hakimiyyətinin  universal    məzmunu  universal 
fəlsəfi  mahiyyəti  özündə  cəmləşdirir.  Siyasətin  fəlsəfəsi  burada  həm  ümumi 
olur,  həm  də  fərdi  fəlsəfi  aspektləri  özündə  cəmləşdirir.    Dövlətə  və  siyasətə 
xüsusiləşmiş  aspektdən  yanaşılır,  həm  də  ümumiləşmənin  tərkibi  olaraq 
mürəkkəb və zənginlik baxımından yanaşmalar edilir. 
Siyasətin  fəlsəfəsi  siyasət  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  təşkilati 
funksiyanı  yerinə  yetirmənin  səviyyəsindən  asılıdır.  Siyasətin  fəlsəfəsi 
həmçinin  siyasəti  icra  edən  tərəflərin  addımlarının  mənası  ilə  də  bağlıdır. 
Hüquq  normaları  sisteminin  təkmilləşmiş  məzmunu  siyasətin  fəlsəfəsini 
meydana gətirtir. Hüquq normalarının pozitiv mahiyyəti siyasətin fəlsəfəsində 
büruzə  verir.    Hüquq  normaları  insanların  şəraitə  və  zamana  müvafiq  olaraq 
maraqlarını təmin edirsə, onda siyasətin fəlsəfəsi (müdrik siyasət) ortaya çıxır. 
Siyasət  hüquq  sistemindən  ibarət  olan  bir  sistemdir,  hüquq  sistemi  siyasətin 
nəzəri  istiqamətlərini  meydana  gətirir.  Bu  baxımdan  da  hüquq  sistemi  siyasət 
sistemi  ilə  vəhdət  və  uyğunluq  təşkil  edir.  Siyasətin  baza  əsasları  məhz 
hüquqlarda, onu müəyyən edən normalarda  yaranır. 
Siyasətin fəlsəfəsi onun tətbiq olunduğu sahələrdə: iqtisadiyyat, sosial və 
mədəni  sahələrdə;  humanitar  və  elmi  sahələrdə;  texnika  və  informasiya 
sahələrində,  ümumiyyətlə,  siyasətin  bütün  sahələrində  yaranır.  Hər  bir  sahə 
düşünülür.  
Siyasətin  fəlsəfəsi  müdrik  və  pozitiv  siyasətdə,  əxlaq  və  davranış 
kodekslərində  əks  olunur.  Dövlətin  maddi  (həm  də  fiziki)    və  mənəvi 
kompozisiyası  məhz  siyasətin  fəlsəfəsini  meydana  gətirir.  Dövlətin  mahiyyəti 
hər  bir  kəsi  düşündürür.  Siyasət  digər  tərəfdən  çirkin  və  məkirli    oyunlardan 
ibarət olduğundan öz pozitiv mənasına kölgələr də salır. 
Siyasətin  fəlsəfəsini    düşüncə  cərəyanları  da  meydana  gətirir.  Siyasətin 
forma  və  məzmunu  müxtəlif  bucaqlardan  düşünülür.  Siyasət  hər  hansı  bir 
məkanda  formalaşır,  hadisələr  məkanı  əhatə  edir,  nəticə  etibarilə  siyasətin 
forması ortaya çıxır.    
 
Siyasət və hadisələr  
 (fəlsəfi baxış)  
 
Burada  siyasətin,  dövlət  fəaliyyətinin    forma  (forma-məkanda  olan 
elementlər  strukturunu  meydana  gətirir.  Forma  obrazlanmanı  yaradır)    və 
məzmunu  (formanın,  strukturun  nəticələrdən  meydana  gələn  mənası)    fəlsəfi 
baxımdan  izah  olunur.  Yəni,  tərkibin  forma  və  mahiyyəti  açılır.  Siyasəti  əks 
etdirən  hadisələrin  mahiyyəti  fəlsəfi  düşüncələr  yolu  ilə  işıqlandırılır. 
Hadisələrdə  mənalar  axtarılır.  Fəlsəfə  (filosof)  hadisələrin  başlanğıc 
səbəblərini,  gedişat  əsaslarını  və  nəticələrini    düşünür.  Hadisələri  təşkil  edən 
tərkib elementlər axtarılır. Düşüncələr əsnasında hadisələrin səbəb və nəticələri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə