Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   2   3   4   5   6   7   8   9   ...   50


 
GİRİŞ: 
  
Fəlsəfə  və  elm. 
Siyasət  fəlsəfənin  (ali  məcmu  düşüncələrin)    və  elmin 
(tərkib  düşüncələrinin)  obyektidir.  Buradan  da  siyasi  predmet  formalaşır. 
Fəlsəfə və elm siyasəti özünə predmet edə bilir. Siyasət predmetə çevrildikdə 
onun  tərkibinin  müəyyən  edilməsi  zərurəti  meydana  gəlir.      Siyasətin 
(anlayışın,  konkret  və  mücərrəd,  həm  də  mütləq  ifadənin)  tərkib  hissələri 
çoxluq  təşkil  etdiyindən,  onun  tərkib  hissələrinin  sintez  və  analiz  formasında 
müəyyən  olunması  məhz  özlüyündə  elmi  meydana  gətirir.    Siyasi  predmet  
düşüncələrin  məcmusundan  və  sintezindən  əldə  olunan  nəticələrdən  meydana 
gəlir.    Burada  predmet  rolunu  siyasət  aktları  oynayır.  Aktların  ardıcıllığı, 
onların  məzmunu  və  kompleksliliyi  məhz  siyasət  elminin  əsaslarını 
formalaşdırır.  Siyasət  elmi    siyasətin  tərkiblərinə  və  tərkib  hissələrinin 
qruplaşmasına  müvafiq  olaraq  ayrı-ayrı  elmi  sahələrdən  və  istiqamətlərdən 
ibarətdir. Siyasət elmi (politologiya), təlimi,  fənni siyasi proseslərin tərkib və 
konstruksiya əsaslarla izah olunmasından formalaşır.   
Siyasi predmet fəlsəfəni (öz dərin və kompleksli tərkibinə görə)  və siyasi 
məzmunlu 
elmi 
meydana 
gətirir. 
Siyasətin 
fəlsəfi 
mahiyyətində 
universallaşmış və nəticə etibarilə məxsusi xarakter almış nəticələr iştirak edir. 
Məsələn, dövlət konsepsiyası nəticə etibarilə bir fəlsəfi məcmudur.   Fəlsəfə və 
elm-bu iki anlayış, ifadə, konsepsiya bir-birinə immanent olmaqla,   bir-birinə 
xidmət  edəndir  və  bir-birini  məzmunca  yetkinləşdirən  və  tamamlayandır.  
Sistemlərdə, sintezlərdə   bir-birini aşkar edəndir. Elm və fəlsəfə şərtləndirici, 
müəyyənedici    və  tamamlayıcı  hissələrdir.  Bu  anlayışlar  bir-birilərinin 
içərisində  olmaqla  şərti  tərəflərdir.      Elmin  bütöv  (müəyyən  mərhələdə 
tamamlanmış)  mahiyyəti  və  tərkibi  fəlsəfədir,  fəlsəfənin  tərkibidir.  Elm  öz 
tərkibini  aça-aça  fəlsəfənin  də  tərkibini  meydana  gətirir.    Fəlsəfə  elmin 
yaratdığı  tərkiblərə  görə  nəticə  etibarilə  bitkin  forma  alır.  Elmi  təfəkkür 
məcmusu  elə  fəlsəfi  düşüncə  bütvüdür.  Burada  fəlsəfə  və  elm  mahiyyətcə 
eyniləşir.    Digər  aspektdə  yanaşma  etsək,  belə  qənaətə  gələ  bilərik  ki,  fəlsəfə 
haradasa  elm  deyil,  elmlər  üçün  sahələr  yaradandır.  Fəlsəfə  ilə  yaranan  mətn 
elmdir.  Fəlsəfə  başlanğıc  və  bütövləşdirici  düşüncə  olaraq  sahələrə  ayırandır, 
sahələrə başlanğıclar verəndir. Məsələn, kainatın ümumi düşüncələri bu yöndə 
elmi  istiqamətlərin  yaranmasına  zəruri  etmişdir.    Elmin  başlanğıcı  da  nəticə 
etibarilə  fəlsəfəni  yaradır.  Ən  əsası  fəlsəfədə  elmi  tərkib  meydana  gəlməlidir.  
Fəlsəfədən tərkib istiqamətlər ayrılır. Fəlsəfənin forma və məzmun baxımından 
meydana  gələn    universallığından,  sahələrdə  kateqoriyaların  tətbiqindən, 
müxtəlif  kriteriyalardan  elm sahələri yaranır. Yəni, hər bir elmdə ali düçüncə 
(dialektika  və  tezis  olaraq)    var  ki,  o  da  fəlsəfi  məzmuna  malikir.    Fəlsəfə 
düşüncələr  ilə  elm  sahələrini  yaradır.  Məsələn,  kainatın,  təbiətin  düşünülməsi 
astronomiyanın,  fizikanın,  kimyanın,  həndəsə    və  digər  elmlərin  və  fənlərin 



 
(öyrənmək  istiqaməti  kimi)    yaranmasına  səbəb  olmuşdur.  Təbiətin 
düşünülməsi həm də riyaziyyat elminin əsaslarını ortaya qoymuşdur.    
Düşüncə  istiqamətləri  elmin  istiqamətlərini  meydana  gətirir.  Hər  bir  elm 
də  sahələrdə  cəmləşərək    öz  sahəsini  yaradır.    Sahələrdə  həm  də  fəlsəfə 
mövcuddur. Elmin qənaəti elə fəlsəfi nəticədir.   Bu baxımdan da hər bir elmin 
tərkibində fəlsəfə var. Elmin nəticələri təsirli düşüncələr ardıcıllığını yaradırsa, 
fəlsəfədir,  çünki  geniş  məzmun  tərkiblərdən  və  sintezlərdən  meydana  gəlir.  
Fəlsəfə məntiqlə əldə olunan elmlər məcmuəsidir. Deduktiv nəticələrlə fəlsəfi 
düşüncələr  tərkibə  ayrılır,  tezislərdən  sintez  yaranır  və  analizlər  bütövü 
meydana  gəlir.    Deməli,  haradasa  fəlsəfə  bütöv,  elm  onun  tərkibidir. 
Düşüncə vəhdəti elə öz tərkibindən ibarətdir. Düşüncə bütövü, vəhdəti elə 
fəlsəfə və elmdir. 
  Fəlsəfə universallıqda bütövdür. Lakin elm sahələrində elm 
daxilində  bir  nəticədir,  tərkibdir.  Elmin  tərkib  mahiyyəti  və  məzmunudur.  
Fəlsəfə həm bütöv və başlanğıcdır, həm də tərkib və nəticədir. Bu nəticə də bir 
başlanğıcdır. Elmin qənaəti fəlsəfidir və fəlsəfəni təsdiq edəndir. Deməli, elm 
fəlsəfəni  yaradır,  fəlsəfə  elmə  başlanğıclar  verir. 
Təbii  ki,  müəyyən 
ziddiyyətlər  də  mövcud  olur.  Hipoteza  elmi  sübutlar  tərəfindən  inkara  məruz 
qala  bilir.  Bu  baxımdan  da  elmin  əsas  funksiyası  hipotezanın  həqiqətə  nə 
dərəcədə  yaxın  olmasını  sübuta  yetirməkdən  ibarətdir.
      Məntiqlə  əldə 
olunan  elmdir,  məntiqi  istiqamətləndirən  fəlsəfədir.  Fəlsəfə  bu  baxımdan 
zərurətdir.  Şərti  olaraq,  fəlsəfə  bir  bütöv  anlayış  kimi  məntiqlə  əldə  olunan 
nəticələrdən,  yəni  ayri-ayrı  sahələrdə  olan  elmlərdən  ibarətdir,  nəticələr 
məcmuəsidir.  Buna  görə  də  siyasətin,  iqtisadiyyatın,  mədəniyyətin  fəlsəfəsi 
yaranır. Hər bir elmi istiqamətlər özündə fəlsəfi mahiyyətlidir.    
Fəlsəfənin  məqsədi  xeyirxahlıqdır,  elmdə  də  bu  belə  şərtlənir.  Lakin  
elmdə  bu  aspekt    bir  qədər  kasadlıq  təşkil  edə  bilər.  Məsələn,  atom  silahları 
elmin nəticəsidir. Ola bilər ki, başlanğıcı, zərurəti (yaranma zərurətini)  fəlsəfə 
verib.    Lakin  silahların  mövcudluğu  bəşəriyyət  üçün  ən  böyük  təhlükədir, 
risqlərlə  doludur.  Nəticə  həm  müsbət,  həm  də  mənfidir.  Düzdür,  qorxu 
baxımdan  müharibələrin  qarşısını  alan  faktordur.  Belə  qəbul  edək  ki,  atom 
silahını  qorxu  fəlsəfəsi  meydana  gətirib.    Elm  təbiətə  nüfuz  edə  bilir.  Fəlsəfə 
isə daha çox təbii olanı düşünür.   Elmdə bəzən müdriklik olmaya bilər. Nəticə 
həm  fəlsəfi,  həm  də  “qeyri-fəlsəfi”  ola  bilər.    -Bir  fərq  də  budur.  Elm  və 
fəlsəfəni  tamamilə  ayrımaq  bir  qədər  çətindir.  Bəlkə  də  mümkün  deyil.  
Forma  etibarilə,  -  bəlkə,    biri  makrodur,  digəri  isə  tərkibdir.  Bütöv 
fəlsəfədir,  tərkib  elmdir.
  Bu  baxımdan  elmin  nəticələri  fəlsəfə  yarada  bilər. 
Fəlsəfi  fikirlər  ardıcıllığı  da  elmi  yarada  bilir.  Ancaq  fəlsəfənin  tərkibini  elm 
də aça bilir. Bu baxımdan da fəlsəfə və elm bir-birinə başlanğıc ola bilir. Fərq 
odur  ki,  təqribən  deyək  ki,  elm  daha  çox  empirik,  fəlsəfə  isə  daha  çox 
rasionaldır.
  Əqli  düşüncələrə,  əqli  nəticələrə  bağlıdır.  Fəlsəfə  həm  də 
intuitiv  düşüncələrə  bağlıdır.  Lakin  empiriklik  də  rasionallığı  təsdiq  edə  bilər 
və  yaradar.  Bu  baxımdan  da  fəlsəfə  ideallığa,  şüurun  özünün  fəaliyyətinə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə