Elşən Misir oğlu Nəsibov


daha çox bağlıdır. (Qeyd: belə qəbul edək ki, insanlarda ruh birinci, cisim



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   2   3   4   5   6   7   8   9   ...   50


 
daha çox bağlıdır. (Qeyd: belə qəbul edək ki, insanlarda ruh birinci, cisim 
isə  onun  nəticəsidir.  Bu  fikir  “geo”  və  “kosmos”  anlayışına  uyğun  gəlir. 
Deyək 
ki, 
ruhumuz 
kosmosdan, 
cismimiz 
isə 
planetdəndir, 
materiyadandır.    Geonun  özü  də  kosmosun  tərkibidir.  Axı,  kosmos  da 
elementlərdən  ibarətdir.  Ruhumuz,  fikrimiz  də  zərrəciklər  axındır. 
Deməli, bütün başlanğıclar elə varlıqdadır. Yoxluq yoxdur. İlahi Tanrı da 
Var olandır. Bu baxımdan da insanların şüurları elə varlqıdan ibarətdir. 
Bu  varlıq    Yerdən  və  Göydən  tamamlanır.  İlahi  varlıq  cismimizin  və 
ruhumuzun  sahibidir.  Fikir  insanlarda  kosmosdan  (yaxın  və  uzaq 
kosmosdan),  fövqətbiətdən  və  Yer  üzündən  formalaşır.  Fikir  cismə  təsir 
edir  və  cismə  bağlıdır.  Cisim  də  fikri  tamamlaya  bilir.  Vəhdət  varlığı 
anlayışı meydana gəlir).  
Fəlsəfi  düşüncə  prosesləri    obrazlanmadır  və  qavramadır,  yüksək  emalın 
ümumən  konkret ifadəsidir. Elm də emalın empirik və əqli nəticəsidir.  Elm və 
fəlsəfə müəyyənliyin başlanğıcına görə də fərqlənə bilər. Məsələn, fəlsəfə hər 
hansı bir məsələ barəsində əvvəlcə deyə bilər. Filosof öz daxili müəyyənliyi ilə 
özünüdərkini (daxili aləminin dərk olunması  yollarını) aça bilər. Üfiqdə olan, 
uzaqda  olan  obyekti  əvvəlcə  görə  bilər,  aşkarlama  qabiliyyəti  çox  ola  bilər. 
Koordinatları hardasa konkret deyə bilər. Elm isə bu deyiləni aşkar etməlidir. 
Yəni, sistemin, müstəvinin  tərkibini sintezlə elm aça bilər. Fəlsəfə əqli birinci, 
elmi isə onun arxasında görür. Əqli nəticələrə isə məntiqi yolla gəlinir. Burada 
fəlsəfə və elm məntiqi nəticələrə gəlmək üçün əsasları ortaya qoyur.  Lakin bu 
başlanğıc  elmin  nəticəsi  də  ola  bilər.  Yəni,  filosof  elmin  bir  başlanğıcını 
düşünmə  obyekti  kimi  götürə  bilər  və  sistemi  bütöv  halda  müəyyən  səviyədə 
dərk edə bilər. Bir sözlə, fəlsəfə yüksək əqlin özüdür. Onun ifadəsidir. Bu əqlə 
müdriklik də əlavə olunmalıdır. Fəlsəfə zaman amilinə görə də elmi qabaqlaya 
bilir. Bu aspektdə başlanğıc fəlsəfədə olur. Məsələn, beş min il bundan qabaq 
deyilən fikri elm indi sübut etmək iqtidarında ola bilər. Burada filosofun (beş 
min il bundan qabaq fikir bildirən filosofdan söhbət gedir)  daxili müəyyənlik 
faizi  çox  ola  bilər.  Bu  da  özlüyündə  öncəgörməyə  və  intuitiv  təfəkkürə  bağlı 
olar.  Deməli,  fəlsəfə  (şəxsin  ali  düşüncə  və  müdriklik  qabiliyyəti)    ağılla 
hissiyyatın vəhdətində güclüdür.  
Fəlsəfə məsafəni qısaldır zamanı sürətləndirir. Elmdə isə zaman uzun ola 
bilər.  Çünki  sistemin  tərkibini  aydınlaşdırmaqla  məşğuldur.  Fəlsəfə  konkret 
obyektin  kiçik  modelini,  xəyali  təsvirini  yarada  bilir,  elm  isə  onun  tərkibini 
aşkarlayır. Elm bu baxımdan daha çox tərkib müəyyən edir.  
Filosof  və  alim. 
Filosof  taraz  və  enerjili,  güclü  dərrakəli  insandır. 
İ
ntuitivdir  və  hissiyyatlıdır,  daha  çox  duyğuludur.  Düşüncələrinin  kompleks 
ə
sasları  var.    Filosof  düşüncələrində  sistemlilik  və  müstəvilik  haradasa  qeyri-
müəyyən  olaraq  mövcuddur.  Filosof    daha  çox  intuitiv  təfəkkürə  malikdir. 
Geniş  duyğulu  olduğundan  siqnalları  çox  qəbul  edir    və  emal  sayəsində 
həqiqətləri, ədalətli həqiqətləri öz daxilində axtarır. Filosof uzaqgörəndir. Uzaq 



 
obyekti  düşüncələrində  daha  tez  görür.    Filosof  müəyyən  obyekti  incələyib 
predmetə çevirirsə, onda alimə dönür. Sistemin tərkibini axtaran filosof, mətn 
yaradan  filosof  alimdir.  Filosof  öz  düşüncələri  ilə  müəyyən  bir  sahə  üzrə 
konstruksiya  yaradırsa,  onda  o,  alimə  çevrilir.  Filosof  başlanğıc  və  sonu 
müəyyən edir və induktiv və deduktiv metodlarla tezisləri birləşdirməklə,   bu 
iki  koordinat  arasında  müstəvi  əmələ  gətirir.  Bu  baxımdan  da  alimə  çevrilir. 
Nəticədə bir fəlsəfi əsər yaradır. Bu bitkinlik, bütövlük özündə elmin nəhsulu 
olmaqla  bərabər,  həm  də  fəlsəfi  məzmuna  malik  olur.    Filosof  tezislər 
bildirəndir.  Bu  tezisləri  qeyri-məyyənliyi  müəyyənliyə  çevirmə  və  müəyyən 
olunmuş    tezislərdən  sintezlər  yaratmaq  yolu  ilə  filosof  əqli  nəticələrlə  elmi 
yaradır. Filosofun əqli  nəticələr  yolu  ilə  gəldiyi qənaət isə    empirik  üsullarla 
təsdiq  olunur.  Bu  halda  təbiət  elmləri  formalaşır.  Filosof  müşahidələr  aparır. 
Düşünür,  düşüncələrini  dərinləşdirir.  Düşüncələrin  dərinləşməsi  sayəsində 
elmi  müstəvi  formalaşır.  Filosof  həm  də  universal  olmaqla,  universallığı    və 
daha  çox  bütövü  düşünməklə  elmlər  arasında  koordinativ  əlaqələri  meydana 
gətirir.  
Fəlsəfi fikir.
 Hər bir mənalı nəticələr verən, istiqamətlər yaradan, pozitiv 
mənalar  üzərə  çıxaran  fikir  məzmun  etibarilə    fəlsəfidir.  Fəlsəfi  fikirlər 
konseptuallıqdan  meydana  gəlir.  Fikirlər  həm  də  sintez  olunaraq  
konseptuallığı  yaradır.  Başlanğıc  və  nisbi  və  mütləq  son  fikir  arasında  olan 
müstəvi  fəlsəfi  mətni  meydana  gətirir.  Fəlsəfi  məzmun  həm  də  yaradıcılıq  və 
quruculuq  nümunələrində:  ədəbiyyatda,    musiqidə,  incəsənət  vasitələrində 
(rəssamlıq 
heykəltəraşlıq), 
memarlıq 
vasitələrində 
(inşaatda); 
dövlət 
quruluşunda,  siyasi  sistemlərdə,  cəmiyyət  strukturlarında  öz  əksini  tapır. 
İ
stənilən bitkin bir əsərdə, nümunədə (memarlıq vasitələri, incəsənət vasitələri 
də  bir  əsərdir)  sistemlilik,  ahənglik,  uyğunluq,  rəngarənglik,  bu  baxımdan 
çoxlu  sayda  istiqamətlilik  varsa,  deməli,    bu  əsər  fəlsəfidir.  Çünki  geniş 
məzmunludur.  Çalarları  çoxdur.  Təsir  istiqamətləri  də  çoxluq  təşkil  edir. 
Fəlsəfi fikir dərinə olan fikirdir.    
Fəlsəfi düşüncələr obyektlər üzrə predmetlər  yaratmaqla,  şaquli və üfiqi 
düşüncələrdir.  Fəlsəfi  düşüncələr  hər  hansı  bir  predmeti  xəyali  dairələr  üzrə 
həmin  dairələri böyütməklə düşünmə prosesidir. Müəyyənetmə ilə xarakterizə 
olunan  ardıcıl  düşüncələr  dairələri  silindr  formasında  xəyali  böyütmək 
funksiyasına  malik  olur.      Ardıcıl  proseslər  sayəsində  dairələrin  qatı  çoxalır, 
düşüncələr  artır.    Dairələri  eninə  də  artırmaq,  horizontal  trayektoriya  üzrə 
dairələr qrupunu  yaratmaq da fəlsəfi  düşüncələrin əsaslarını  meydana gətirir. 
Fəlsəfi  düşüncələr  yaradıcılığı  və  quruculuğu  özündə  hasil  etməklə 
müəyyənliyə  çevirmə  prosesini  təşkil  edir.  Dərinə  düşünmə  dərinə  mənaları, 
yəni  geniş  mənaları    üzərə  çıxarmaqdan  ibarətdir.  Dərin  mənalar  da  əqli 
nətiəclər yolu ilə formalaşır. Empirizm rasionalizmdən, əqlin obyektə (vahidə, 
tərkibə)  tətbiqindən  yaranır.  Təcrübədən  meydana  gələn  obrazlanma  əqli 
nəticələr üçün müəyyən başlanğıc rolunu oynamaq funksiyasını  yerinə yetirir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə