Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   38   39   40   41   42   43   44   45   ...   50

86 
 
diktə  edənlərin,  sərt  iradə  ortaya  qoyanların  şəxsi  maraqlarına  xidmətlərə 
yönəlir. Diktatorluq cəmiyyətlərdə azadlığın boğulması və məhdudlaşdırılması 
ilə xassələnən bir idarəçilik rejimidir.  
Diktatorluq  inkişaf  etmiş  rasional  cəmiyyətlərdə  nadir  hallarda  yarana 
bilən  bir  forma  ola  bilər.  Çünki  belə  cəmiyyətlərdə  xalq  ayıq  olur  və  öz 
hüquqlarını  yaxşı  dərk  edə  bilir.  Xalqın  hüquqi  və  mədəni  –maarifçilik 
səviyyəsi  yüksək  olur  və  bu  baxımdan  da  qeyri-liberal  idarəçiliyin  baş 
qaldırmasının qarşısını alırlar. Sistem daxilən özünü dağılmağa qoymur; çünki 
sistemin  immuniteti  güclü  olur.  İdarəedən  şəxslərin  sistemə  tabeçiliyi  güclü 
olur və sistemin böyük axarı onların yönlərinin dəyişməsinin qarşısını alır. Zəif 
dövlətlərdə  isə  idarəedən  şəxslər  pərakəndə  resursları  öz  iradələri  ilə 
yönləndirə bilirlər. Bu da nəticədə yeni sistemliliyə gətirib çıxara bilir. O halda 
baş  verir  ki,  idarəedən  qrupun  mənafeyi  xalqın,  cəmiyyətin  mənafeyini 
üstələmir. Sonda bərk rejim liberal rjimlə əvəzlənə bilir.   
Diktatorluq  digər  bir  istiqamətdə  başlıca  olaraq  dövlət  rəhbərinin  və 
hakimiyyət  rəhbərlərinin  şəxsi  xüsusiyyətlərindən  də  meydana  gəlir.  Bu 
baxımdan  da    hakimiyyətdə  olanların  şəxsi  portreti  onların  idarəçilik 
xüsusiyyətlərini əks etdirir.  
Diktaturalarda  hüquq  normaları  ya  işləmir,  ya  da  insanların  hüquqi 
təminatına  cavab  vermir.  Hüquq  normaları  mövcud  olsa  da  belə,   vətəndaşlar 
öz  hakimiyyətləri  tərəfindən  gərgin  vəziyyətdə  saxlanılırlar.  Resurs 
çatışmazlığı,  hərəkətlərin  “daşması”    qorxusu  hakim  qrupu  çaşqınlıq 
vəziyyətində  qoyur.  Nəticələr  etibarilə  bərk  rejimlər,  sərt  nəzarət  rejimləri 
meydana  gəlir.    Diktatura  rejimlərinin  əsas  xüsusiyyətləri  hakimiyyətləri 
tərəfindən (biq qrup tərəfindən)  ayrı-ayrı şəxslərin, təşkilatların güclü şəkildə 
təqib olunmasıdır. Şəxslərin açıq və gizli şəkildə fəaliyyətinin, həyat şəraitinin 
izlənilməsidir. Bu kimi hallar cəmiyyətlər üzərində gərgin rejimlərin, idarəçilik 
üsullarının  yaradılması xüsusiyyətlərini özündə ehtiva edir. 
Avtoritar rejimlərin də əsas xüsusiyyətləri cəmiyyət üzərində gərginliklər 
yaratmaqdan  ibarətdir.  Bir  şəxsin  və    ya  da  bir  qrupun  iradəsinə  tabe  olan 
halların yaranması, bir çox hallarda dövlət qanunlarının öz mənafelərinə uyğun 
şə
kildə qəbul etdirilməsi elə avtoritar rejimlərin xarakterik cəhətlərindən hesab 
oluna  bilər.  Avtoritar  rejimlərin  əsasları  həm  də  cəmiyyətdə  rəhbərliyə  kor-
koranə  inamdan  ibarət  olur.  Şəxsiyyətə  pərəstiş,  şəxsiyyətin  bütləşdirilməsi 
diktaturalar  və  avtoritar  rejimlərin  əsaslarını  təşkil  edir.  Bərk  rejimlərin  digər 
bir  qorxusu  hakim  təbəqəni  daxilində  olan  qorxudur.  Bu  qorxu  satqınlığa, 
vəzifə  uğrunda  qeyri-insani  hərəkətlərə  rəvac  verir.  Yalançı  etimad  məsələsi 
ortaya çıxır.  
Onu da demək lazımdır ki, hər iki bərk xassəli rejimdə tətbiq olunan sərt 
üsul  idarələr  bir  çox  hallarda  ölkələrinin  tərəqqisinə  gətirib  çıxara  bilir.  
Resursların  böyük  və  çoxlu  sayda  insan  əməyi  hesabına  mənimsənilməsi, 
istiqamətləndirilməsi özlüyündə inkişafı yaradan amillər hesab oluna bilir.  


87 
 
Ümumiyyətlə, diktaturalar uzun müddətə yaşaya bilmirlər. Onların daxili 
və  xarici  siyasəti  həm  daxildə,  həm  də  beynəlxalq  aləmdə  gərginliklərlə 
müşahidə  olunur.  Diktaturalar  dünyada,  eləcə  də  regionda  baş  verən 
liberallaşma  tendensiyalarının  təsirlərinə  məruz  qalır.  Ətraf  cəmiyyətlərdə 
güclənmə  təbii  olaraq  bərk  rejimlərin  hökm  sürdüyü  cəmiyyətlərə  də  öz 
təsirlərini edir.  
Bu  rejimlərin  əsas  qorxusu  itkilərlə  üzləşməkdən  ibarət  olur.  Buna  görə 
də  daima  xarici  siyasətlərini  və  daxili  siyasətlərini  gərginləşdirirlər. 
Regionlarda  digər  ölkələrlə  müharibələrə,    böhranlara,  münaqişələrə,  ərazi 
mübahisələrinə    gətirib  çıxara      biləcək  aktlara  əl  atırlar.  İqtisadi  və  siyasi 
ə
laqələr zəif vəziyyətdə olur. Diktaturalar üçün plüral cəmiyyətlər qorxu hesab 
olunur.  Bu  baxımdan  da  ölkənin  siyasi  və  ictimai  quruluşu  zəif  olur.  Bərk 
rejimlər  daxildən  parçalanma  ilə  də  rastlaşır.  Rejimin  yaratdığı  kəskin 
maraqlar qruplaşmanı formalaşdıra bilir.  
Diktaturalar  və  avtoritar  rejimlər  üçün  xarakterik  xüsusiyyətləri  bu 
kimi konkret əsaslarla təsnif etmək olar: 
-insan  hüquqlarının  lazımi  səviyyədə  təminatını  yerinə  yetirə  bilməyən 
hüquq normalarının çatışmazlığı; 
-hüquqların təminatı üşün lazımi resursların çatışmazlığı; 
-iqtisadiyyatın bir qrupun əlində cəmləşməsi; 
-siyasi idarəçiliyin bir qrupun əlində cəmləşməsi; 
-orta və yerli idarəçiliyinin ali hakimiyyətdən sıx asılı vəziyyətdə qalması 
və yalnız özünü qorumağa çalışması; 
-xarici  iqtisadi  əlaqələrin  bir  qrupun  əlində  cəmləşməsi  və  klan 
hakimiyyətinə xidmətlərə yönləndirilməsi; 
-elmin bir qrupun maraqlarına xidmət etməsi; 
-elmin gərgin rejimlərə və beynəlxalq böhranlara xidmət etməsi; 
-ictimai-siyasi fikrin şəxsiyyətin pərəstişinə yönləndirilməsi; 
-ictimai-siyasi fikrin şəxsiyyətin bütləşdirilməsinə yönləndirilməsi; 
-alternativ siyasi fikrin azlığı və alternativ fikir üzərində bir qrupun ciddi 
nəzarəti; 
-ictimai-siyasi fikrin bir qrup tərəfindən nəzarətə alınması; 
-fərqli düşünənlərə qarşı terrorların və sui-qəsdlərin mövcudluğu; 
-hakimiyyətə  təhlükə  törədə  biləcək  şəxslərin  mənəvi-fiziki  baxımdan 
zərərsizləşdirirlməsi; 
-hüquq-məhkəmə  sisteminin sifarişli işləməsi; 
-yalan  iqtisadi  məlumatların  cəmiyyətə  ötürülməsi  və  bu  baxımdan  da 
saxta cəmiyyətin, riyakar cəmiyyətin formalaşdırılması; 
-dövlət-xalq birliyinin saxta rəqəmlər üzərində köklənməsi və  əlaəqlərin  
təhlükə risqlərindən kövrəkləşməsi; 
-dövlət-xalq arasında köklü olaraq qarşılıqlı inamın qeyri-mövcudluğu; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə