Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   40   41   42   43   44   45   46   47   ...   50

90 
 
parlamentin özündə təcəssüm olunur. Parlament hüquqi dövlətin qurulmasında 
mühüm  rol  oynayır  və  güclü  parlament  bu  istiqamətdə  sabit  və  güclü 
cəmiyyətlərin, dövlətlərin yaranmasına xidmət edir.  
Parlament dövlət hakimiyyətinin qanunverici qoludur. Məlumdur ki, hətta 
monarxik dövlətlərdə və parlamentli respublikalarda hökumət də parlamentdən 
formalaşır. Bu baxımdan da parlament hakimiyyət mənbəyi kimi xüsusi önəm 
kəsb  edir.  Parlament  həm  öz  qolunu,  həm  də  icra  hakimiyyəti  qolunu 
formalaşdırır. Bir çox ölkələrdə dövlət rəhbərini də parlament seçir, təyin edir. 
Bu  aspektdə  parlament  çox  məsuliyyət  tələb  edən  və  məsuliyyət  tələb  olunan 
bir qoldur. 
Ümumiyyətlə,  hakimiyyət  dövlət  siyasətinin  əsas  aparıcı  qüvvəsidir  və 
ayrı-ayrı  qollarını  özündə  əks  etdirir.  Dövlət  dedikdə,  başlıca  olaraq  bir  tərəf 
kimi  hakimiyyət  başa düşülür. Düzdür, dövlətin tərəfləri onun tərkibini təşkil 
edən  elementlərdir.  Hakimiyyət  dövlətlə  vətəndaş  arasında  birlik  yaradan, 
vətəndaşın  və  dövlətin  marağını  tərəflər  olaraq  təmin  edən,  bu  istiqamətdə 
idarəçilik  həyata  keçirən  tərəfdir.  Hakimiyyət  pilləlidir  və  qollar  arasında 
nəzarət  mövcuddur.  Parlament  həm  də    hakimiyyyət  (qanunverici)    üzərində 
cəmiyyət  nəzarətini  təmin  edən  əsas  qurumdur.  Burada  icra  hakimiyyətinin 
hesabatları  dinlənilir.  Parlamentdə  hesabat  xalq  qarşısında  ola  hesabat 
mənasını verir.  
Parlamentçiliyin ən böyük müsbət tərəfi həm də bu qurumun gücündə əks 
olunur.  Parlament  güclü  dövlətin  dayağıdır.  Azərbaycanda  parlament  ənənəsi 
artıq  formalaşıb.  Müstəqil  Azərbaycanda  nizamlı  parlamentin  əsası  1993-cü 
ildə  Ümummilli  Lider  Heydər  Əliyevin  parlamentin  sədri  postuna 
gətirilməsindən  sonra  qoyulub.  Müstəqilliyin  ilk  illərində  isə  parlament 
anarxiyası dövrü hökm sürüb. Parlament etikasızlığını anarxiyanı demokratiya 
kimi  başa  düşənlər  yaradırdı  ki,  bu  da  nəticə  etibarilə  parlamentin  zəifliyinə, 
qərarlarının əksər hallarda gücsüzlüyünə, təsirsizliyinə səbəb olurdu. Dövlət də 
bundan sarsılırdı. Hakimiyyətin digər qollarında fəaliyyətsizliyə səbəb olurdu. 
Parlament  nizamı  özü  belə  bu  qurumun  dəyərini  artırır  və  onun  dövlətdə  və 
cəmiyyətdə gücünü çoxaldır. Nəticəsi isə hakimiyyətin qanunverici qurumuna 
olan  inamını  və  etibarını  gücləndirir.  Cəmiyyətdə  və  dövlətdə  parlamentin 
nüfuzu artmış olur. Bu hal da hakimiyyətlə cəmiyyət və xalq arasında möhkəm 
birliyin təməlinə xidmət amilini ortaya qoyur. 
Etikalı,  nizamlı,  mən  deyərdim  ki,  "savadlı  parlament"  ümumiyyətlə, 
güclü  və  sabit  dövlətçiliyə  xidmət  edir.  Belə  tərkibli  parlament  dövlətçilik 
anlayışını  çox  yüksək  səviyyədə  özündə  cəmləşdirir.  Hüquqi  dövlət,  qanuni 
dövlət,  möhkəm  təməlli  siyasi sitemi olan dövlət obrazları,  modelləri  yaranır. 
Parlamentin  qanunvericilik,  ideyavericilik  funksiyasının  yüksək  səviyyədə 
yerinə  yetirilməsi  nəticə  etibarilə  dövlətin,  məhz  sabit  inkişaf  strategiyasını 
seçmiş  dövlətin  öz  inkişaf  yolunda  böyük  uğurları  demək  olur.  Yeni-yeni 
qanunlar  cəmiyyətin  nəbzini  tutur  və  cəmiyyət  və  dövlət  də  sürətlə  inkişafa 


91 
 
gedir.  Parlament  inkişaf  qaydalarının  nəzəri  və  təcrübi  əsaslarını  hazırlayan 
qurum  kimi  də  özünəxas  rola  malik  olur.  Nəticə  etibarilə  deyək  ki,  ölkəmizə 
daha güclü parlament lazımdır və parlamentçilik ənənəsini özündə cəmləşdirən 
quruma  ehtiyac  var.  Yuxarıda  sadalananlardan  belə  qənaətə  gələ  bilərik  ki, 
güclü  parlament  üçün  xalqımız  məhz  kimlərə  səs  verib,  onları  özlərinin 
nümayəndələri  seçməlidir.  Parlamentin  gücü  xalqı  bu  qurumda  təmsil 
edənlərdən  asılıdır.  Təmsilçilik  ən  yüksək  mədəniyyətdir  ki,  öz  daxilində 
yüksək  etik  göstəriciləri  ehtiva  edir.  Bu  mədəniyyət  kompozisiyasının 
tərkibinə şəxsin (təmsil edənin) etik davranış göstəriciləri aid olur. Şəxsin bilik 
və  bacarığı,  istedadı  və  dünyagörüşü,  maarifçilik  səviyyəsi  və  digər  müsbət 
keyfiyyətləri də kompozisiyanı təşkil edir.  
Onu  da  sadalamaq  lazımdır  ki,  parlamentdə  təmsil  olunan  şəxs  onu 
təmsilçi  edənlərdən  öz  bilik  və  bacarığına,  istedad  və  savadına  görə, 
cəmiyyətdə qazandığı nüfuz baxımından geri qala bilməz. Parlamentdə həm də 
savadlı insanlar ona görə cəmləşməlidir ki, dialoqlarda, fikir mübadilələrində, 
müzakirələrdə  daha  çox  şəxslər  iştirak  etsinlər  ki,  qaranlıq  məqamlar  çox 
aydınlaşsın.  Parlamentin  potensialı  da  artsın.  Parlament  yüksək  tərkiblə 
fəaliyyət göstərsin. 
Təmsilçilər  qanunvericiliyin  əsaslarını,  bu  baxımdan  sənədlərin 
xarakterini,  onların  tənzimləmə  sahələrini,  normativ-hüquqi  aktların  tətbiqi 
dairələrini,  qanunvericiliyin  təyinatını,          dövlətin  konstitusion  əsaslarını 
nəzəri  və  təcrübi  əsaslarla  bilməlidirlər.  Qanunların  məkana  və  zamana  
müvafiq  tənzimləmə  xassələrini  dərk  etməlidirlər.    Qanun  və  siyasət 
anlayışlarının  vəhdətini  bilməlidirlər.  Onlar  hüquqi  islahatların  avanqard 
subyektləri və aktiv iştirakçıları rolunu oynamalıdırlar.  
Ə
ziz xalqımız, gəlin elə adamları seçək ki, parlamentimiz də güclü olsun, 
dövlətimizə  və  bizlərə  yaxşı  xidmət  etsin.  Həm  də  parlamentimizi  güclü 
dövlətimizin dayağına çevirək. Bu şəxslər aşağıdakı kateqoriyalara aid olanlar 
ola bilərlər: 
Dövləti bütöv və tərkib etibarilə, siyasi sistemi, hüququ sistemini, iqtisadi 
sistemi  yaxından  dərk  edən  şəxslər-mütəxəssislər,  ictimaiyyət  nümayəndələri, 
cəmiyyət  və  elm  sahələrinin  aktivləri,  institutlarda,  universitetlərdə  və 
partiyalarda yetişən şəxslər; 
onların içərisindən (peşələrinə görə), 
-təcrübəli  hüquqşünaslar-dövlət  və  hüquq  anlayışına  dərk  etdiklərinə 
görə, 
qanunçuluq, 
hüquqi-nomativlik 
anlayışlarını 
bildiklərinə 
görə; 
-politoloqlar-dövlət  və  siyasət  anlayışlarını  yaxşı  dərk  etdiklərinə  və  dövlətin 
daxili  və  xarici  siyasətindən  nəticələr  çıxarmağı  bacardıqlarına  görə; 
-iqtisadçı  ekspertlər-  iqtisadi  sistemi  və  iqtisadi  siyasət  dərk  etdiklərinə  görə; 
-tarixçilər-tarixi məqamları bildiklərinə görə; 
-mədəniyyət  və  incəsənət  xadimləri-bu  sahələrdə  qanunların  qəbulu 
zamanı aktiv iştirak etmək zərurətinə görə; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə