Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   42   43   44   45   46   47   48   49   50

92 
 
-jurnalistlər-ictimai-tədqiqatı  həyata  keçirdiklərinə  və  ictimai  psixikanı 
bildiklərinə görə; 
-təhsil,  səhiyyə,  elm  və  digər  sahələrin  tanınmış  nümayəndələri-aidiyatı 
sahələrdə təcrübələri olduqlarından və s. 
Ümumiyətlə,  parlament  ciddiliyi,  şəxsi  və  ictimai  həyatında  uğuru  olan 
şə
xslərin toplaşdığı,  mənəvi əxlaqı  yüksək olan şəxslərin bir araya  gəldiyi bir 
qurum olmalıdır. 
 
Seçki proseslərinin  rasional və irrasional (kortəbii) əsasları 
 
Çoxlarımıza  məlumdur  ki,  ağıl  və  məntiqin  əsas  vəzifəsi  dəyərləri 
müəyyən  etməkdən  ibarətdir.  Dəyərlər,  yaxşılar,  keyfiyyətlər    seçim  və 
təsnifat  yolu  ilə  müəyyən  olunur.  Ağıl  və  məntiq  səmərəli  müqayisədə 
daha çox  öz gücünü göstərir. Dəyərli elementlər tərkibinə görə müəyyən 
olunur.  Məkanda  olan  zənginlik  dəyərləri  yaradır.  Tərkib  zənginliyi  və 
funksional  faydalar  dəyərləri  sübuta  yetirir.  Həyatın  bütün  sferaları  da 
dəyərləri  seçməklə  və  dəyərlərdən  düzgün  və  məntiqi  əsaslarla    istifadə 
yolu  ilə  kompleks  şəkildə  inkişafa  məruz  qalır.  İnkişaf  kompleks  olaraq 
dəyərlərin mərkəzi elementlərə çevrilməsindən meydana gəlir.  
Rasionallıq 
 
fəlsəfi 
anlayş 
olaraq, 
məntiqə 
və 
ağılauyğun, 
məqəsədəmüvafiq olmaq mənasını verir.  Bu mənada sistemlilik, strukturluluq, 
məntiqi    mexanizmlik,  tarazlılıq,  harmoniyalılıq,  uyğunluq  və  simmetriyalılıq  
var.  Rasionallıq  bir  anlayış  kimi  özündə    elə  keyfiyyətlilik  və  dəyərlilik 
mənasını da verə bilir. Çünki mərkəzdə ağıl və məntiq dayanır.  Ağılın yüksək 
səviyyəsi  daha  çox  dəyərləri,  keyfiyyətləri  üzərə  çıxarır.  Əlaqələrin  və 
münasibətlərin  rasional  əsasları  dövlətlərdə,  cəmiyyətlərdə,  institutlarda, 
təşkilatlarda  formalaşır.  Xalqın  özünün  rasional  təfəkkürü  dövlətin  və 
cəmiyyətin  tərəqqisini  təmin  edir.  Rasionallıq  gücü  artırdığından  dövlətin 
beynəlxalq  münasibətlərdə  geosiyasi  gücü  də  çoxalmış  olur.  Rasionallığın 
altında  səbrli  seçim,  dözümlü  davranış,  ehtiyatlı  hərəkətlər  də  dayanır.  Bu 
istiqamətdə rasionallıq mədəniyyətin yüksəkliyini şərtləndirmiş olur.   
Rasional  cəmiyyətlərdə  və  dövlətlərdə  demokratiyanın  bir  elmi-məntiqi 
ə
sasları  mövcud  olur.  Ağıllı  demokratiya  məhz  rasional  təfəkkürün 
məhsuludur.    Bu  əsasda  insanlar  öz  təbii  və  pozitiv  hüquqlarının  tərkibi  olan 
ali siyasi  hüquqlarını  məntiqlə, ağılla   müəyyən edirlər.   Dövləti təşkil etmək 
hüququ,  hakimiyyəti  təşkil  etmək  hüququ,  idarəçilikdə  iştirak  hüququ, 
idarəçiliyi  təşkil  etmək  hüququ,  idarəetmə  qurumlarına  seçmək  və  seçilmək 
hüququ,  vəzifələrə  təyinat  hüququ,  müəyyən  məsələlərə  səs  vermək  hüququ  
məhz  ali  siyasi  hüquqların  tərkibini  təşkil  edən  komponentlərdir.  Bütün  bu 
proseslərdə hüquqilik, normativ tənzimləmə  məhz rasionallıqdır.  Rasionallıq 
siyasi  sistemliliyin,  bu  da  özlüyündə  sabitliyin  əsasıdır.  Proseslərin  rasional 
ə
sasları o mənaları verir ki, burada hadisələr ardıcıl və sistemli şəkildə məntiqi 


93 
 
şə
rtləndiricilikilə  baş  verir.  Bu  zaman  ardıcıl  inkişaf  prosesləri  yaşanır. 
Rasionallıq  şəbəkəsi  formalaşır.  Deməli,  sabit  dövlətlər  və  cəmiyyətlərdə 
proseslərin  sistemli  axarı  dövlətlərin  və  cəmiyyətlərin  sistemli  və  sürətli 
inkişafını  təmin  edir.  Rasionallıqda  demokratiya  sabit    hüquqi  və  siyasi 
ə
saslarla formalaşır. 
İ
rrasionallıq
 isə  məntiqə əsaslnamayan, elmi qaydalara  uyğun olmayan, 
ağılın  və  məntiqin  qaydalarından    “kənara  çıxan”  və  qeyri-sistemli 
proseslərdən  meydana  gələn  vəziyyətlərdir.    İrrasionallıq  qeyri-kafilik  və 
qeyri-yetişkənlikdir.  Burada  kəmiyyət  ola  bilir  ki,  keyfiyyəti  üstələyir.  Hətta 
ardıcıllığın pozulmasından xaotiklik meydna gəlir.   
Seçki  prosesləri  də  rasional  və  irrasional  xarakterə  malik  olur.    Rasional 
seçki  o  deməkdir  ki,  bütün  proseslər  qanunuvericiliyin  tələblərinə  uyğun 
olaraq  təşkil  olunur  və  tənzimlənir.  Hüquq  normalarına  əməl  edilməklə 
seçkinin  həyata  keçirilməsi  özlüyündə  rasionallığı  meydana  gətirir.  
Proseslərin  təşkilində  sistemlilik  mövcud  olur.  Səsvermə  və  namizədlərin 
müəyyən  olunması  prosesləri  də  rasional  olur.  Namizədlərin  müəyyən 
olunmasında  rasional  yanaşma  əsasdır.  Bu,  o  deməkdir  ki,  namizəd  seçimi    
ağıllı,  düşünülmüş  olmalıdır.  Namizədin  özünün  rasional  tələblərə  cavab 
verməsi  ilkin  şərtdir.  O,  ağıllı,  savadlı,  məntiqli,  nizam-intizamlı  olmalıdır. 
Ə
məlləri ilə cəmiyyətə və dövlətə faydalar gətirən olmalıdır.  
Güclü  dövlətlərdə,  sabit  və  inkişaf  etmiş  cəmiyyətlərdə  seçki  prosesləri 
müqayisədə daha da rasional olur. Çünki belə cəmiyyətlərdə fərdin namizədin 
müstəqil  dəyərləndirməsi  halları  yaşanır.  Fərd  özünün  namizəd  seçimində 
müstəqil  olur  və  özü  obyektinin  qabiliyyətini  müstəqil  müəyyən  edə  bilir. 
İ
rrasional,  ənənəvi  cəmiyyətlərdə,  eləcə  də  infantil  (qüsurlu,  qeyri-yetişkən) 
cəmiyyətlərdə    isə  proseslər  daha  çox  irrasionallığı  (kortəbiiliyi)  ilə  fərqlənir. 
Namizədin  seçimində  ailənin  digər  hüquqlu  üzvləri  üçün  ailə    başçılarının 
seçimi,  tayfa  ağsaqqallarının  seçimi  önəm  kəsb  edir.  Seçki  proseslərində 
məişət xarakteri və məişət adətləri önə gəlmiş olur və şərtləndiriciliyi yaradır. 
Kasıb  və  qeyri-müstəqil,  məişət,  sosial  və  siyasi  krietriyalarına  görə 
asılılığın ifrat formasının mövcud olduğu cəmiyyətlər üçün irrasional proseslər 
xarakterikdir.  
Kortəbii  seçki  zamanı  namizədin  təsadüfiliyi  meydana  gəlir.  Kütlənin 
kortəbii seçimi sonradan onların siyasi faydalanmamalarıan səbəb olur. Qeyri-
rasional  kriteriyalara,  tələblərə  görə  seçim  yalnışlıq  yaradır  və  seçilmiş 
namizədin  təmsilçilik  keyfiyyətlərini  yerinə  yetirə  bilməməsinə  səbəb  olur. 
İ
rrasional  seçki  prosesləri  öz  mahiyyətinə  görə  şou  xarakteri  kəsb  edə  bilir. 
Təbliğat və təşviqat seçiciləri ilkin təəssüratda ruhlandıra bilir.   Sonradan isə 
dəyərli təmsilçilik ortaya çıxmır. Bundan daha çox seçici əziyyət çəkir; çünki 
siyasi hakimiyyətdə öz nümayəndəsi ilə layiqincə  iştirak edə bilmir.   
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə