Elşən Misir oğlu Nəsibov


iştirak  etməlidir.  Burada  onun  bilik  və  bacarığı,  istedad  və  qabiliyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   42   43   44   45   46   47   48   49   50

96 
 
iştirak  etməlidir.  Burada  onun  bilik  və  bacarığı,  istedad  və  qabiliyyəti 
önəmlidir.  İdeyavericilik,  gələcəyə  yönəlik  yeni  siyasi  baxışlar  da  bu  kimi 
kriteriyaların köməyi ilə yaranır: 
-yeni  formalaşacaq  parlamentin  yeni  funksiyalarının  (konstitusion 
səlahiyyətlər  daxilində)  müəyyən  olunmasında  gələcək  deputatın  rolunun 
ə
sasları; 
-namizədin  deputat  seçiləcəyi  təqdirdə  parlamentin  yeni  funksiyasında 
(yəni  yeni  tərkibli  parlamentdə)    iştirakçılığının    əsasları-təşkilatçılıq  və 
müəyyənedicilik baxımından oynayacağı rollar; 
-namizədin ideyavericiliyi və təşəbbüskarlığının əsasları; 
-dövlətin  daxili  və  xarici  siyasətinin  yeni  konturlarının  normativ-hüquqi 
ə
sasları; 
-dövlət siyasətinin yeni strateji və taktiki məzmunu və forması; 
-qanun layihələrinin hazırlanması və qəbulu proseslərində seçilmişin aktiv 
iştirakı; 
-deputatın nizam-intizamlı parlament ənənəsinin qorunub saxlanılmasında 
rolu və parlament etikasının qorunmasında iştirakı; 
-dövlətin  və  xalqın  mövcud  maddi  və  mədəni  dəyərlərinin  qorunub 
saxlanılması və inkişafı üçün siyasətdə iştirak qaydaları və formaları; 
-parlamentin  cəmiyyətin  aynası  kimi  qorunub  saxlanılmasında  gələcək 
deputatın fəaliyyəti və xidmətləri; 
-digər hakimiyyət qolları ilə əlaqəli fəaliyyətin göstərilməsi əsasları; 
-xalqın  mənəvi-mədəni  irsinin  qorunmasında  və  inkişafında  parlamentin 
rolunun müəyyən olunması; 
-parlamentlə cəmiyyətin bağlılığında deputatın rolu; 
-dövlətdə  parlamentçiliyin  qorunması  və  demokratiya  və  plüralizm 
mərkəzi kimi qurumun cəmiyyətdə hörmət və dəyərinin qorunub saxlanılması 
ə
sasları; 
-parlamentə olan inam və etimadın doğruldulması əsasları; 
-seçici  etimadının  daima  yüksək  səviyyədə  qorunması  və  seçici-
nümayəndə  və  parlament  hakimiyyəti  arasında  sintezin  və  vəhdətin 
yaradılması və s. 
Proqramlarda  yerli  sosial  problemlərin  mərkəzi  dövlət  siyasəti 
çərçivəsində  də  həll  edilməsinin  əsasları  əksini  tapmalıdır.  Buna  görə  də 
deputat olacaq şəxs mütləq dövlət siyasətinin yerli və mərkəzi mahiyyətini və 
onlar arasında sintezləşmiş bağlılığı dərk etməlidir 
Proqramın  müddəlarını  çox  yazmaq  olar.  Hər  bir  namizədin  isə  məxsusi 
proqramı olmalıdır və müddəalar konkret yazılmalıdır.  
 
Parlament seçkilərində vətəndaş cəmiyyətinin rolu 
 
İ
ndiki  müstəqil  Azərbaycan  tarixində  stabil,  nizamlı  parlamentin  əsasları 
1993-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. 
Onun  parlamentə  sədr  seçilməsi  ilə  qurumda  bir  etika  formalaşıb  və 


97 
 
qərarlarının  siyasi  gücü  artıb.  Xalq  arasında  parlamentə  inam  və  etiqad 
məsələsi  də  yüksək  dəyərlərlə  reallaşıb.  Parlament  ictimai-siyasi  hakimiyyət 
qolu  olaraq  öz  dəyərini  əldə  edib.  İndi  Azərbaycanda  nizamlı  parlament 
ə
nənəsi  davam  edir.  Xalqımızın  bu  yöndə  böyük  təcrübəsi  mövcudur. 
Parlament  öz  xassəsinə  görə  nizamlı  demokratik  əsaslara  malikdir.  Bu  gün 
Azərbaycan  parlamenti  Azərbaycan  xalqının  iradəsini  özündə  cəmləşdirən 
möhkəm  təməlli  bir  hüquqi-siyasi  qurum  rolunu  oynayır.  Parlament  məktəbi 
və  parlamentçilik  ənənəsi  sivil-rasional  yollarla  xalqın  siyasi  və  ictimai 
iradəsinin 
realizə 
mərkəzinə 
çevrilib.  
İ
nsan  hüquqları  çoxtərkiblidir.  Müasir  dövrün  svil  insanları  cəmiyyətdə  və 
dövlətdə dünyaya gəlirlər və yaşayıb-yaradırlar. Dövləti və cəmiyyəti insanlar 
təşkil  edirlər.  Dövlətlər  insanların  firavan  həyatlarına  xidmətlər  üçün  təşkil 
edilir.  Bu  qurumlar,  strukturlar  insan  maraqlarının  təmin  olunmasını  həyata 
keçirən  siyasi  və  sosial  kompozisiyalardır.  Dövlət  və  cəmiyyət  insan 
hüqüqlarının  reallaşdırılması  vasitələridir.  Dövlət  və  cəmiyyət  hüququ, 
hakimiyyət  formalaşdırmaq,  hakimiyyətdə  təmsil  olunmaq,  dövlətdə  təmsil 
olunmaq,  cəmiyyətdə  mövqe  tutmaq  insan  hüqularının  tərkibidir.  Hüquqlar 
çoxsahəlidir və bütün sahələrdə olan qurumlar və fəaliyyət insan hüquqlarında 
vasitələrdir  və  hüquqların  təminat  istiqamətləridir.  Demokratiya  hüququ,  yəni 
xalq  hakimiyyəti  hüququ  insan  hüquqlarının  tərkibi  olaraq  təsbitedici 
hüquqdur və onun təmin olunması üçün bir çox proseslər  həyata  keçirilir. Bu 
proseslər  içərisində  hakimiyyətdə  təmsil  olunmaq  və  hakimiyyətin  işində 
iştirak  etmək  məsələsi  də  qərarlaşır.  Prosesləri  dövlət  təmin  edir.  Lakin 
cəmiyyətdən,  onun  seçilmiş  nümayəndələrindən  kənar  iş  görmür;  çünki 
hakimiyyətin  mənbəyini  xalq  formalaşdırır.  Dövlət  hüquq  norması  qəbul 
etməklə və təşkiatı funksiyanı həyata keçirməklə hakimiyyət hüquqlarıni təmin 
etmiş  olur.  Bu  gün  əksər  dünya  dövlətləri  antik  və  klassik  nəzəriyyə  və 
təcrübələrə 
müvafiq 
olaraq, 
dövlətin 
tərkibi 
olan 
hakimiyyətin 
formalaşmasında seçki (ümumxalq və yerli əsaslı) üsullarından istifadə edirlər. 
Xalqın  hakimiyyətdə  təmsil  olunması  və  bu  yolla  da  öz  iradəsini  bildirmək 
üçün  tətbiq  olunan  seçki  metodu  alternativsiz  metod  hesab  olunur.  
Vətəndaş  cəmiyyətlərində  həm  fərdi  olaraq  vətəndaşlar,  həm  də  vətəndaş 
birlikləri  təmsil  olunurlar.  Vətəndaş  cəmiyyətləri  hüquqi  dövlətlərin 
formalaşmasında və fəaliyyətində sanki bir tərəf kimi iştirak edirlər. Vətəndaş 
cəmiyyətləri  siyasi  partiyalarda,  ictimai  birliklərdə,  istehsal  kollektivlərində, 
həmkarlar birliklərində, təhsil və elm müəssisələrində, səhiyyə təşkilatlarında, 
ictimai 
fondlarda, 
mətbuat 
və 
informasiya 
qurumlarında, 
hüquq 
kollektivlərində  və  digər  bu  kimi  birləşmələrdə  təcəssüm  olunur.  Vətəndaş 
birlikləri xalqın siyasi və digər hüquqlarının təmin olunması məqsədilə dövlət 
siyasəti və hakimiyyət fəaliyyəti ilə koordinasiya olunmuş, əlaqəli işlər həyata 
keçirirlər.  Dövlət  hakimiyyətinə  ictimai  nəzarət  funksiyasını  vətəndaş 
cəmiyyətləri  təmin  edirlər.  Məsələn,  seçkiləri  dövlət  hakimiyyəti  müəyyən 
edir,  prosesləri  təşkil  edir,  vətəndaş  cəmiyyəti  isə  bu  proseslərdə  öz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə