Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   42   43   44   45   46   47   48   49   50

100 
 
strategiya və taktika ifadələri öz klassik mənalarını daha da genişləndirmiş və 
demək  olar  ki,  bütün  mühüm  sahələrdə  işlədilir.  Dövlətin  təşkili  və 
idarəolunması  sahələrində  də  bu  kimi  ifadələr  geniş  yer  alır.  Dövlətin 
idarəolunmasının  makro  forması  strategiya,  ondan  kiçik  olan  forması  isə 
taktika  hesab  olunur.  Ümumiyyətlə,  siyasətdə    məzmunlu  proseslərin  ifadə 
olunması  məqsədilə    strategiya  və  taktikanın  vəhdət  halında  işlədilməsi 
mövcuddur. Dövlət özünün daxili və xarici siyasət strategiyasını müəyyən edir. 
Bütün  resurslarını  bu  strategiyanın  taktiki  yollarla  icrasını  həyata  keçirir.  Bu 
baxımdan  da  qəbul  etmək  olar  ki,  strategiya  müəyyənedici,  təsbitedici 
müddəalardan  ibarətdir.  Taktika  isə  icraedici,  təminedici  müəddəaları  özündə 
cəmləşdirir.   
Dövlətin  kompleks  xarakter  kəsb  edən  bütün  sahələrində  strategiya  və 
taktika  ifadələri  işlədilir.  Strategiya  ümumi  məzmunlu  müəyyənedici 
sənədlərdə  bütövləşdirici  məzmunu  ifadə  edir.  Strategiya  konstitusiyaların,  
konsepsiyaların, proqramların,  doktrinaların, fəaliyyət planlarının  və digər bu 
kimi sənədlərin başlıca məğzini ifadə edir.   Bu sənədlərin əksəriyyəti həm də 
taktiki sənədlər kimi qəbul edilə bilər. Belə qənaətə gəlmək olar ki, strategiya 
daxilində  strateji  və  taktiki  sənədlər  toplusu  mövcuddur.  Məsələn, 
konsepsiyalardan  doktrinalar  törəyə  bilər.    Bu  halda  doktrinalar  həm  strateji, 
həm  də  taktiki  məzmunlu  olur.  Konsepsiyalardan  çərçivə  üzrə,  sahələr  üzrə 
strateji  sənədlər  yarana  bilər.  Bu  baxımdan  da  qəbul  etmək  olar  ki,  strateji 
sənədlər universal konsepsiyalara və çərçivə strategiyalarına bölünür.   
Taktiki  məzmunlu  sənədlər  baza  olaraq  qaydalar  müəyyən  edir.  Onu  da 
nəzərə alsaq ki, strateji sənədlərin müddəaları da qaydalar müəyyən edir, yollar 
göstərir, üsullar təqdim edir, onda qərara gələ bilərik ki,  strategiya və taktika 
bir  o  qədər  də  bir-birindən  fərqlənmir.  Ümumi,  məcmu  ifadələr  toplusu, 
konseptuallığı  əks  etdirən  sənədlər  strateji,  qaydalar  müəyyən  edənlər  isə 
taktiki əhəmiyyət kəsb edə bilirlər. Taktikanı törəmə baxımından strategiyanın 
tərkibi kimi görmək lazmdır. Məsələn, konstitusiya strateji bir sənəddir. Ondan 
qanunlar və digər qanunvericilik aktları meydana gəlir. Bu halda strategiyanın 
törəməsi  yaranır.  Törəmə  vasitələrinə  həm  strateji,  həm  də  taktiki  sənədlər 
kimi  baxmaq  lazımdır.    Çünki  strateji  sənədlərdən  doğan  sənədlərin  özləri  də 
(məsələn, konstitusiya və qanunlara istinadən qəbul olunmuş dövlət rəhbərinin 
qərarları) strateji əhəmiyyətlidir. 
 
Strategiya  və  taktika  anlayışlarının  məzmunu  ilə  bağlı    bu  kimi 
ümumiləşdirici yanaşmalar etmək olar: 
 
-strategiyanın  bir  anlayış  kimi  forması  müddəalar  məcmuəsindən 
ibarətdir; 
-takikanın  forması  da  müddəalardan  ibarətdir;  çünki  planlardan,  icra 
qaydalarından  formalaşır; 


101 
 
-strategiya      universallaşdırıcıdır;  taktika  isə  tərkiblərə  ayırandır,  bu 
baxımdan məxsusidir; 
-strategiya da məxsusidir; 
-strategiyanın  tərkibi  əhatəlidir  və  bu  tərkibin  icrası  taktika  ilə  təmin 
edilir; 
-taktika bir anlayış kimi tətbiqedicidir; 
-taktika tərkib hissələrə ayrılan elementlərin əks olunmasıdır; 
-strategiya daha çox uzun hədəfli, uzaq zamanlı  və uzaq məsafəlidir; bu 
baxımdan da tərkibini genişləndirəndir; 
-taktika tərkibin əsasıdır; icra olunan proseslərin zamanına bağlıdır; 
-strategiyadan  taktikalar  meydana  gəlir  və  yeni    ümumiləşdirilmələr  və 
məxsusiləşdirilmələr  ortaya  çıxır; 
-strategiya  icraya  başlayanda  (normaları,  müddəaları    yerinə  yetiriləndə) 
taktikaya çevrilir və s.  
 
Dövlətin strateji və taktiki sahələri  
 
Dövlət  strateji  sahələrin  məcmusundan  ibarət  olan  bir  kompleksləşdirici 
bütövdür.  Dövlətin  güclü  fəaliyyəti  onun  artan  tərkib  elementləri  ilə  və 
fəaliyyətinin  artan  treyektoriyası  ilə  müəyyən  olunur.  Düzgün  müəyyən 
edilmiş  və  tələbata  cavab  verən  strategiya  dövləti  gücləndirir.  Dövlət  özü 
daxilən  və  zahiri  bütöv  etibarilə    strateji  bir  fenomendir. 
Ona  görə  ki, 
elementlər  çox  vacibdir  və  elementlər  öz-özünü  təmin  etməyə  yönəlir.  Bu 
aspektdə  dövlətin inkişafı məqsədilə daima ardıcıl və silsilə xarakterli strateji 
proqramlar  (dövlətin  makro  iqtisadiyyatına  və  digər  makro  sahələrinə, 
məsələn,  təhsilə  aid  olan  universal  və  əhatəli  proqramlar),  layihələr  qəbul 
olunur  və  icrası  təmin  edilir.  Dövlət  bir  varlıq  və  ali  siyasi  qurum  olaraq  
pilləli,  iyerarxiyalı  əsaslı  strateji  sahələr  məcmusundan  formalaşır.  Dövlətin 
strateji  sahələrinin  genişlənməsi  elə  ümumi  elementlərin  (burada  əhalinin 
artmasından  tutmuş,  resursların,  resursları  idarə  edən    strukturların, 
potensialın,  potensialı  yaradan  elementlərin  çoxalması  da  daxil  olmaqla) 
genişlənməsindən formalaşır.    
Dövlətin  tərkib  elementləri  vəhdət  prinsipləri  altında  baza  və  üst 
elementlərə  bölünə  bilir.  Baza  elementlər  başlıca  olaraq  dövlətin  baza 
dayaqlarını  təşkil  edir.  Baza  dayaqların  hərəkət  vəziyyətində  olması  üst 
hissələrin  də  hərəkətdə  olmasını  təmin  edir.  Üst  hissələr  də  hərəkət 
dövriyyəsinin  genişlənməsi  sayəsində  bazaya  çevrilir.  Burada  elementlər 
silindr  formasında  cəmləşirlər.    Dövlətin  strategiyası  baza  sahələrin 
stimullaşdırılmasından,  yenidən  qurulmasından,  üst  proseslərə  cavab  olaraq 
yenidən istiqamətləndirilməsindən asılıdır. (Qeyd: dövlət hüquqi tənzimləməni 
yeniləmək  və  yeni  norma  və  qaydaları  müəyyən  və  tətbiq  etmək  məqsədilə 
daima islahatlar həyata keçirir. Strategiyanı yeniləyir. Yenilənmiş strategiyanın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə