Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   2   3   4   5   6   7   8   9   ...   50

10 
 
prinsiplərində  özünümüdafiə  və  inkişaf  strategiyasını  və  taktikasını  meydana 
gətirir. 
Dövlətin və onun fəaliyyətinin düşünülməsi anları  ali düşüncələr sirasına 
aid    olur.  Çünki  dövlət  ali  bir  dəyərli  mövcudluqdur,  komponentdir.  Dövlət 
pozitiv  varlıqdır  və  konkretlilikdir.  Dövlət  sistemli  olaraq  insan  maraqlarının 
bütün  sahələrini  əhatə  edən  kompozisiyadır.  Dövlət  ictimai  dəyərləri  müdafiə 
edən, qoruyan kompleksdir.   
Hər bir sistemin tərkibini izah etmək, mənasını aşkarlamaq öz-özlüyündə 
həmin sistemin fəlsəfi izahını yaratmaq deməkdir. Əsərdə dövlətin və siyasətin 
fəlsəfi  aspektləri  izah  olunur.  Dövlətə  siyasi  bir  bütövlük  vahidi  kimi  baxılır. 
Dövlətin  zamana  və  inkişaf  tendensiyalarına  tələb  verəcək  səviyyədə  insan 
maraqlarına  cavab  verməli  olan  siyasətinin  fəlsəfi  əsasları  şərh  olunur. 
Siyasətin  əhatə  olunduğu  sahələr,  tətbiq  olunduğu  məkanlar  şərh  obyektinə 
cəlb  olunur.  Siyasətin  daxildə  və  beynəlxalq  əlaqələrdə  maraqlara  cavab 
verməsinin əsasları izah edilir. 
Həqiqət və haqq.
  Hər bir həqiqət kimlərsə üçün haqq olmaya bilər.   Hər 
bir  həqiqət  haqq  deyil.  Yalnız  tarazlı,  pozitiv  həqiqət  haqdan  ibarətdir.  Buna 
görə də həqiqət nisbi və mütləq haqlardan ibarətdir. Ədalətli həqiqət  başqa bir 
ş
eydir. Dövlət ədalətli həqiqəti yaratmaq funksiyasını yerinə yetirməldir. Bu da 
tarazlı siyasətdir. Deməli, bərabərlik siyasəti özlüyündə bir ədalətli həqiqətdir.  
Filosof  həqiqətin  müəyyən  tərəflərini  əvvəlcədən  görüb  deyə  bilir.  Elmin 
funksiyası isə həqiqətin aşkarlanmasının faiz dərəcəsini artıra bilir. 
Həqiqət odur ki, mövcuddur.  Mövcud obrazlanır, həqiqət meydana gəlir. 
Həqiqət olan şeydir. Bu, subyektiv və obyektiv ola bilər. Həqiqətin öz məkanı 
olur.  Hamı  üçün  görünən,  aydın  olan  həqiqət  universaldır,  obyektivdir.  Lakin 
müəyyən  məkanda  olan  həqiqət  də  ola  bilir.  Bu  artıq  hamı  üçün  görünməyə 
bilər.  Lakin  mövcuddur.  Həqiqət  hamıya  görünə  bilən-universal,  hamıya 
görünə  bilməyən-fərdi  və  məsxsusi,  lokal  ola  bilər.  Buna  görə  də  müəyyən  
bucaqlardan həqiqət dərk oluna bilir. 
Dövlət  həqiqət  və  haqq  fenomenidir.  Belə  ki,  onun  mövcudluğu  və 
fəaliyyəti  universal  aşkarlıqdadır.  Dövlətin  bütün  arxitektonikası  (strukturu) 
aşkardır  və  duyulur.  Dövlət  həqiqəti  və  haqqı  hiss  olunur.  Çünki  aşkarlıqda 
xidmət edən tərəfdir.  Dövlət hamı üçün aşkardır. Çünki hər kəs onun içindədir 
və  onu  dərk  edir.  Onu  görür.  Dövlətin  fəaliyyəti  hər  kəsə  şamil  olunur.  Bu 
aspektdə  hər  kəs  üçün  dərrakə  obyektidir.  Dövlət  həm  də  haqq  qurumudur. 
Onun  fəaliyyəti  ədaləti  tərənnüm  edir.  Dövlət  pozitiv  tərəfdir  və  hüquq 
normaları hər kəs üçün faydavericidir.      
Rasionallıq
  əqli  nəticələr  çıxarmaqdan,  həm  də  müqayisədə  nisbətən 
yüksək  səviyyəli,  dərin  əhatəli  əqli  nəticələr  ortaya  qoymaqdan      meydana 
gələn      bir haldır. Rasionallıq sistemli,  bu baxımdan da məkanlar üzrə ardıcıl 
şə
kildə dərk etməkdir.  Rasionallıq və irrasionallıq müəyyən obyektə yanaşma 


11 
 
tərzidir.  Əqlin,    dərketmənin  dərəcəsidir.    Rasionallıq  sistemli  yanaşma 
üsuludur və tərzidir. 
Rasional  yanaşma  o  deməkdir  ki,  insan  obyektə,  proseslərə  daha  geniş 
düşüncəli (burada praktik nəticələrdən meydana gələn empirik təfəkkür də rol 
oynayır)   və sistemli yanaşır və ondan şüuru, faydalı  nəticələr ortaya çıxarır. 
Elə nəticələr  ki, belə nəticələr  məntiqli olur, normativ  və təsirli olur. İnsanlar 
proseslərin  nəticələrini  dərk  edir.  Nəticələrin  faydasını  anlayır.  Sistemli 
düşünür və nəticələrin də sistemli olmasını dərk edir. Sistemli düşüncə ardıcıl 
nəticələri  olan  bağlı  düşüncədir.  Bu  da  özlüyündə  müəyyənlik  şəbəkəsindən, 
onun yaranması və elementlərin açılmasından  asılıdır. Onu da qeyd etmək olar 
ki, rasionallıqda sistemliliyin  öz dərəcəsi var. Sistemlilikdə də rasionallığın öz 
dərəcəsi  mövcuddur.    Məsələn,  bir  prosesin  müəyyən  gedişat  anında  və 
trayektoriyasında  nə  kimi  nəticələr  verməsini  əvvəlcədən  və  proseslərin 
gedişatında dərk etmək səviyyəsi yüksək olanda rasionallıq bir qədər artıq olur. 
Rasionallıq  bu  baxımdan  müəyyənliyi  əvvəlcə  görmək  vəziyyətidir, 
formasıdır.  Dəyərləndirmək  də  elə  rasionallığın  əsasında  durur.  Hər  kəs  bir 
prosesi eyni  səviyyədə dəyərləndirmək imkanlarına  malik  ola bilməz. Onu da 
nəzərdən qaçırmaq olmaz ki, rasionallıq və sistemlilik məsələsində rasionallıq 
müxtəlif  olmalıdır  ki,  cəmiyyət  tarazlı  və  rəngarəng  olsun.  Yəni,  “robot” 
cəmiyyəti  olmasın,  hər  şey  eyni  ölçüdə  və  standartlarda  olmasın.  Düşüncə 
fərqi  elə  sistemliliyin  və  bağlılığın  əsasında  qərarlaşır.  Hissələri  bir  birinə 
bağlayır.  
İ
rrasionallıq
  isə  təbii  ki,  rasionallığın  müəyyən  səviyyəsinin  mövcud 
məkandakı  həmin səviyyədən  aşağılıq nisbətidir. Düşüncə və enerji azlığıdır.    
İ
rassionallıq çox zaman qeyri-sistemliliklə xarakterizə edilə bilər.  Xaosun 
özü  bir  tərəfdən  başqa  sistemlilikdir,  digər  tərəfdən  isə  irrasionallıqdır. 
Qeyri-sistemlilik başqa sistemə  keçid vəziyyəti də ola bilər. Bu zaman da 
məkan  dəyişməsi  özünü  irrasionallıqda  və  rasionallıqda  göstərə  bilər. 
Burada ağıllı keçid və mövcud sistemin faydalı nəticələri  olmayan şəkildə 
dağıdılması ilə xarakterizə olunan irrasional keçid formaları ola bilər.  
 
 
Dövlət və onun mahiyyəti 
(dövlət –fəlsəfi məzmun kimi)  
 
 
Dövlət
 və onun fəaliyyəti olan siyasət bir-birini  tamamlayıcıdır. Dövlət 
tərkib  etibarilə  canlı  vəziyyətdə  olan  strukturlar  (subyektlər  və  obyektlər)  
məcmusudur.  Siyasət  (dövlət  hərəkətlərinin  məcmu    adıdır.  Dövlət 
fəaliyyətinin  ayrı-ayrı  istiqamətləri  də  siyasət  adlanır.  Məsələn,  elm  siyasəti, 
səhiyyə  siyasəti,  təhsil  siyasəti  və  s.)    strukturları  canlı  vəziyyətdə  saxlayan 
fəaliyyətdir,  aktdır.  Dövlətin  canlı  obrazı  onun  siyasəti  ilə  formalaşır.  Siyasət 
strukturları  tələb  və  təklif  əsasında  hərəkət  vəziyyətində  saxlayır.  Hərəkətlər 
dövlətin  daxilini  təşkil  edən  strukturları  bir-birindən  asılı  edir  və  iyerarxik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə