Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   42   43   44   45   46   47   48   49   50

102 
 
tərkibi  olaraq  hakimiyyət  strategiyasını  formalaşdırır.  Hakimiyyətin  daxili 
strukturlarında  islahatlar  həyata  keçirir,  yeni  strukturlar  yaradır.  Yeni 
islahatların  məqsədi  sahələr  və  obyektlər  üzərində  yeni  tənzimləmə 
strategiyasını və taktikasını tətbiq etməkdən ibarət olur).   Dövləti təşkil edən 
elementlərin hərəkətləri (üst və alt elementlərin hərəkətləri) daima yeni strateji 
və taktiki əhəmiyyət kəsb edən vəziyyətlərin ortaya çıxmasını təmin edir.  
Dövlətin mühüm əhəmiyyət kəsb edən sahələri, strukturları onun strateji, 
yəni vacib, fundamental, aparıcı avanqard   sahələri adlanır. Hansılar ki, dövlət 
baza  etibarilə  bu  sahələr  üzərində  qurulur.    Dövlətin  əsas  fəaliyyətini  təmin 
edən,  onu  baza  olaraq  hərəkət  vəziyyətində  saxlayan    baza  sahələr  strateji 
sahələrdir. Baza sahələrdə proseslər mahiyyətinə və miqyasına görə strateji və 
taktiki  adlanır.      Strateji  sahələr  dayaq  sahələridir  və  genişlənmə  həm  də 
taktika ilə  müəyyən olunur.  Yəni, strateji sahələrdə həyata keçirilən islahatlar 
özlüyündə  taktiki  məzmun  kəsb  edir.      Dövlətin  fəaliyyəti  strateji  və  cari 
taktiki  sahələrdən  ibarətdir.  Strategiyanın  cari  olaraq,  yəni  zamanla  həyata 
keçirilməsi  özlüyündə  taktiki  sahələrin,  üst  sahələrin  də  formalaşmasını  və 
yenilənməsini təmin edir.   
Fəaliyyətin  strateji  və  taktiki  məzmununu  miqyas  və  kəmiyyət,  həcm 
müəyyən  edir.  Strateji  fəaliyyət  makro,  takitiki  fəaliyyət  isə  mikro 
strukturladan  ibarətdir.  Taktiki  sahələr  makro  sahələrin  içərisində  qərarlaşır. 
Taktika həm də strategiyanın qorunmasına yönəlir. Məsələn, elə konstitusiyaya 
ə
məl  olunması,  qanunların  icrası,  proqram  və  doktrinaların,  digər  konseptual 
və  çərçivə  sənədlərinin  icrası    özlüyündə  strategiyanın  inkişaf  və  müdafiə 
təminatını  yerinə  yetirir.    Müəyyən  olunmuş  strategiya  taktikaların  tətbiqi  ilə 
tamamlanır.  Strateji  sahələrdə  elementlər  toplusu  çoxluq  təşkil  edir.  Strateji 
sahələrdə miqyas genişlənir. Elementlərin sayı və tətbiqi sahələri çoxalır.  
Strateji  sahələr  daha  çox  proqnozlaşdırıcı  və  planlaşdırıcı  əhəmiyyətə 
malik  olur.  Strateji  sahələr  şaxəli  olduğundan  burada  proqnozlaşdırma  və 
planlaşdırma  şaxəli  və  konseptual  əhəmiyyət  kəsb  edir.    Strateji  sahələr 
ölkənin  daxilində  və  beynəlxalq  münasibətlərdə  mövcud  olur.  Dövlət  öz 
mövcudluğunu  daxili  və  xarici  strategiyasının  icrası  ilə  təmin  edir.    Hər  iki 
sahədə  olan  strateji  sahə  bir-birini  tamamlayır.  Nəticəsi  isə  dövlətin 
güclənməsinə 
və 
möhkəmlənməsinə 
xidmət 
edir. 
Strateji 
sahələr 
təsərrüfatda makroiqtisadi sahələrdir.
 Təbii ki, makro sahələr də elə mikro 
sahələrin cəmidir. Makroiqtisadi strukturlar özləri də strateji subyektlərdir. Bu 
subyektlər  strateji  sahələrin  nizamlanmasını  təmin  edir.    Dövlət  özünün  baza 
gəlirini  bu  sahələrdən  götürür.  Strateji  sahələrə  təhsil,  elm  və  səhiyyə  kimi 
sosial-xidmət  sahələrini  də  aid  etmək  olar.  Dövlət  baza  sahələrində  strateji 
ə
həmiyyətli  siyasət  müəyyən  edir.  Bu  siyasət  sahələrin  təkmilləşməsini  əsas 
məqsəd  kimi  qarşıya  qoyur.  Strategiya  dövlətin  gələcək  fəaliyyətinin 
ə
saslarını, inkişaf konturlarını  özündə əks etdirir. 


103 
 
Strateji  sahələrin  inkişafı  üçün  dövlət  tərəfindən  strateji-konseptual 
sənədlər  (konsepsiyalar,  proqramlar,  doktrinalar,  strateji  fəaliyyət  planları) 
qəbul  olunur.  Bu  kimi  sənədlər  dövlət  qanunvericiliyndən  meydana  gəlir  və 
qanunvericiliyin  tərkibi  kimi  onun  təmin  olunmasında  mühüm  rol  oynayır. 
Qanunvericilik  istiqamətlərin  yaranması  üçün  əsas  stimul  rolunu  oynayır, 
strateji sənədlərin qəbuluna əsas verir.  
Strateji  sahələr  o  sahələrdir  ki,  orada  daha  çox  planlar  qurulur.  Tərkibi 
taktiki  hissələrdən  daha  çox  ibarətdir.  Strateji  sahələr  faydaları  çox  olan 
sahələrdir. Strateji sahələr elementlərin təminatını (məsələn, dövləti təşkil edən 
elementlərin)  daha  çox  həyata  keçirən  sahələrdir.  Belə  sahələrdə  hərəkət  və 
forma dəyişmələri,  məkan dəyişmələri daha çox xarakterikdir. Strateji sahələr 
daha  çox  sistemli  və  strukturlu,  geniş  mexanizmli  sahələrdir.  Məsələn, 
iqtisadiyyat  burada  öncül    yerdə  dayanır.  Bütün  iqtisadiyyat  sistemi    dövlətin 
ilk  strateji  elementlərindən
  (əhali,  məkan,  sərhədlər,  coğrafi  amil)  sonra  ən 
mühüm strateji sahədir. 
Dövlətin  hüquq,  siyasət,  iqtisadiyyat  sistemləri,  bu  sistemlərin  tərkibini 
təşkil  edən  sistemlər  (bunalar  subsistemlər  də  demək  olar)    məcmu  halda 
strateji sistemlərdir.  
 
Dövlətin strateji və taktiki  sahələrini bu şəkildə ümumiləşdirmək  olar: 
 
-dövlətin  (coğrafi  anlamda-  ölkənin,  dövlət  daha  çox  siyasi 
məfhumdur. Dövlətin strategiyası da mahiyyətcə siyasi anlayışdır)  özünü 
təşkil  edən  baza  və  ilk  elementlər.
  Bu  elementlər  dövlətin  gücünü  də 
şə
rtləndirir.  İlk  elementlərə  aiddir:  dövlətin  sərhədləri  (burada    ərazisinin 
geoloji  (təbii  sərvətləri  baxımından)  və  coğrafi  xarakterik  xüsusiyətləri  də 
nəzərə alınır). Coğrafi  xüsusiyyətlərə fiziki  və siyasi amillər aid olur; ölkənin 
ə
razisi  və    əhalisi.  Ə
halinin  demoqrafiyası,  miqrasiyası,  tərkibi,  elmi 
potensialı,  əmək  qabiliyyətliliyi,  təhsil  səviyyəsi  və  digər  fiziki  və  sosial 
kriteriyalar və onların əks olunduğu məkanlar  strateji sahələrin tərkibini təşkil 
edir; 
-dövlətin  fəaliyyətini  həyata  keçirən  subyektlər  və  onların  fəaliyyət 
sahələri
-bura  hakimiyyətin  qolları  və  qollarında  olan  strukturlar  və  onların 
fəaliyyət  spektləri,  sahələri  aid  olur.  Dövlətin  subyektləri,  onun  fəaliyyətini 
təmin edən subyektlər dövlətin marağını güdürlər. Dövlətin baza strategiyasını 
qoruyurlar.  Dövlətin bütün sahələrdə  müdafiəsini həyata  keçirirlər. Dövlətin 
müdafiəsi  də  özlüyündə  məzmun  etibarilə    xalqın  və  cəmiyyətin  müdafiəsinə 
söykənir.    Dövlət  siyasəti  onların  fəaliyyəti  sayəsində  büruzə  verir.  Bu 
strukturlar  ölkənin  daxilində  (dövlət  rəhbərinin  administrasiyası,  mərkəzi  icra 
hakimiyyəti  orqanları,  yerli  icra  hakimiyyəti  orqanları,  qanunverici  qurum, 
məhkəmə  qurumları  )  və  xaricində  (diplomatik  qurumlar)  mövcud  olur. 
Deməli,  dövlətin  daxildə  və  xaricdə  fəaliyyət  sahələri  cəm  halda  (makro 
olaraq)  strateji sahələrdir. Bu baxımdan dövlət siyasəti və onun xarici siyasət 


104 
 
qolunda olan diplomatiya da dövlətin strateji sahələri hesab olunur. Makro 
siyasət sahələri elə strateji sahələrdir;  
Qeyd:
  diplomatiya  özü  xarici  siyasəti  həyata  keçirmə  üsulu  vasitəsi  və 
yoludur.  Diplomatiya  ilə  ölkələrin  strateji  sahələri  arasında  bağlılıq  yarana 
bilir.  Diplomatiya  ölkələrin  daxili  strateji  sahələri  arasında  bağlılıq  meydana 
gətirir.  Diplomatiya  ona  görə  stratejidir  ki,  “bağlayıcı-  infrastruktur” 
strategiyasını təmin edir. Beynəlxalq əlaqələr sisteminin ünsürlərini,  sistemin 
tərkib  elementlərini  (məsələn,  dövlətlərin  iqtisadi  strukturlarını)  koordinativ 
şə
kildə  bir-biri  ilə  əlaqələndirir.  Diplomatiya  üsul  olaraq  dövlətin  ölkələr  və 
təşkilatlar üzrə xarici siyasət strategiyasının icrasında mühüm rol oynayır. 
-iqtisadiyyat. İ
qtisadiyyat məcmu halda sosial və ictimai təsərrüfatı əhatə 
edən ən böyük kompleksdir. Dövlətin  ölkənin resurslarından istifadə etməklə 
mövcudluğunu  təmin  edən  əsas  cəm  sahədir.  (Qeyd:  iqtisadiyyat  həm 
təsərrüfat,  həm  də  siyasət  terminidir.  Təsərrüfatda  “ölkə”,  siyasətdə  “dövlət” 
anlayışlarını  ifadə  edir).    İqtisadiyyat  konseptualdır.  Sistemlidir  və 
mexanizmlidir.  Həm  özünə,    həm  də  üst  qatına-dövlətin  strukturlarına, 
cəmiyyətə, insanlara xidmət edir. İqtisadiyyatda istehsalat əsas və baza strateji 
sahədir.  İstehsalat  ölkənin  sərvətlərindən  insan  maraqlarına  uyğun  şəkildə 
istifadəni  nəzərdə  tutur.  Burada  xammal  və  xammaldan  əldə  edilən  yeni 
məhsul  sahələri  strateji  sahələrdir.  İqtisadiyyatda  istehsalat-yeraltı  və  yerüstü 
sərvətlərin  istehsalı  və  elmtutumu  strateji  sahələrin  tərkibini  əhatə  edir. 
İ
stehsalı hərəkətə gətirən istehsalçı ilə obyekti bağlayan vasitə isə maliyyədir. 
Pul əsasən əmək dəyəri ilə (sərf olunan əmək vaxtı enerji, tutum, yəni zamanda 
obyektə  tətbiq  olunan,    sərf  olunan    əmək  kəmiyyəti)  obyekt,  təsirə  məruz 
qalan  vasitə  arasında  nisbi  və  mütləq  uyğunluğu,  tarazlığı  yaradır.  Bu 
baxımdan  da  maliyyə  sahələri  iqtisadi  strategiyanın  əsas  tərkibindən  biridir. 
Maliyyə  sahələrində  dövlət  büdcəsi  və  fondlar  da  önəmlidir.  Bu  sahələr  də 
stratejidir.      Dövlətin  ümumilikdə  maliyyə  siyasəti  sahələri  onun  strateji 
sahələrinə aid olur. İqtisadiyyatda elmin tətbiqi və əldə olunan nailiyyətlər də 
strateji  əhəmiyyətə  malik  olur.  Məsələn,  dövlətlər  var  ki,  təbii  sərvətlərdən 
asılıdırlar.  Bir  qrup  dövlətlər  sənayenin  güclü  olmasından  qazanclar  əldə 
edirlər.  Dövlətlər də var ki, elmdən asılı olurlar. Elm daha çox qazanc gətirir. 
Elm  iqtisadiyyatı  dünya  iqtisadiyyatına  nüfuz  edir.  Təbii  ki,  bütün  istehsalat 
sahələri  elmin  qanunauyğunluğu  ilə  təşkil  olunur.  Lakin  elmin  daha  çox  güc 
gəldiyi istehsalat sahələri xüsusilə  strateji olur. Məsələn, bütün dünyanı əhatə 
edən  kommunikativ  əhəmiyyət  kəsb  edən,  dünyanı  birləşdirən  informasiya 
texnologiyaları  sahələri  müasir  zamanın  daha  çox  strateji  sahələridir.  Bu 
sahələrin  məhsullarına  bir  qayda  olaraq  bütün  dünyada  ehtiyac  duyulur. 
Dünyanın  iqtisadi,  onun  tərkibi  olan  maliyyə  vəhdəti  məhz  yeni  nəsil 
informasiya  texnologiyaları  ilə  yaranır.    Bu  texnologiyalar  infrastruktur 
ə
həmiyyətə    malik  olur.  Təkmil  informasiya  texnologiyaları  iqtisadi  sistemdə 
sürətli  və  zəngin  informasiya  ötürücülüyünü  təmin  edir.  Bu  da  özlüyündə 
iqtisadi-təsərrüfat həyatın sürətlənməsini, kompleks şəkildə daha tez inkişafını 
zəruri edir. 


105 
 
İ
qtisadi bazarlar
 amili də strateji sahələrə aid olur. Bütün istehsal olunan 
məhsullar  öz  istifadə  təyinatı  obyektini,  subyektini  tapır.  Bu  baxımdan  da 
xarici  və  daxili  bazar  məkanları  strateji  məkanlar  hesab  olunmalıdır.  İqtisadi 
ə
laqələr sisteminin böyüməsi həm də bazarların genişlənməsi ilə əlaqəlidir; 
-infrastruktur sahələri
-bu sahələr iqtisadiyyatın bir sistem kimi özünün 
elementlərinin  sürətli  hərəkət  vəziyyətini  təmin  edir.  Eləcə  də  iqtisadiyyatla 
ondan  yararlanan  bütün  qurumlar  arasında  koordinativ  əlaqələr,  birbaşa 
ə
laqələr  sürətli  qaydada    təmin  edilir.  Yollar,  yük  və  sərnişindaşıma 
vasitələrinin mövcud olduğu sahələr bu qəbildəndir; 
-qazanc  gətriən  digər  iqtisadiyyat  sahələri
-məsələn,  iqtisadiyyatın 
xidmət sahəsi olan  turizm və müalicə mərkəzləri sahələri; 
-ölkənin  müdafiəsini  təmin  edən    sahələr  –
bura  hərbi  və  digər  silahlı 
qüvvələrin cəmləşdiyi sahələr aid olur; 
-sosial  təminat  sahələri-
sosial  təminat  insanların  mövcudluğuna  və 
sağlamlığa    xidmət  edir.  Sağlamlıq  sağlam  dövlətin  və  cəmiyyətin  təməlində 
dayanır. Buraya sağlam qida ilə təminat, yaxşı həyat şəraiti ilə təminat aid olur 
-elm  və  təhsil  sahələri-
təhsil      sistemli  həyatın  sistemli  və  rasional 
təfəkkürün  bazasında  dayanır.  Təhsil  elmli  cəmiyyətin  aparıcı,  avanqard 
vasitəsidir.  Təhsil almaq, tədris yolu ilə elm öyrənilir. Elm həm də innovativ 
olur  və  həyatın  bütün  sahələrinə  tətbiq  edilir.  Elm  və  təhsil  bütün  strateji 
sahələrin  aparıcı  dayağıdır.  Elm  və  təhsillə  xalqın  və  dövlətin  strateji  marağı 
olan rasional cəmiyyət də formalaşır; 
-hüququ  təminetmə  və  müdafiə  sahələri
-bu  sahələr  qanunvericilik 
sahələri  və  eləcə  də  qanunları,  hüquqları  qoruyan  sahələrə  aid  edilir.  Strateji 
sahələrin tənzimlənməsi onun qorunmasından da ibarət olur.  
Ümumiyyətlə,  dövlətin  strateji  sahələrini  funksiyasına  görə  təminedici, 
təşkiledici 
və  müdafiəedici  sahələrə  bölmək  olar.  Hansılar  ki,  bu  sahələrdə 
dövlətin  və  cəmiyyətin  maraqları  təmin  edilir.  Bu  sahələr  dövlət  marağını 
güdür.  
Dövlətin  taktiki  sahələri  gündəlik  olaraq  həyata  keçirilən  siyasətin  əks 
olunduğu  sahələrdir.  Bu  sahələrdə  proseslər  cari  olaraq  daima  baş  verir.  
Taktika strateji sahələrin tərkibində daimi dəyişikliyi təmin edir.    
 
Parlament strategiyası və taktikası  
 
Dövlət  özü  ümumən  strateji  və  taktiki  bir  fenomendir.  Çünki  bütün 
fəaliyyəti konseptual olaraq layihələr, planlar, proqramlar, proqnozlar əsasında 
təşkil  olunur.  Dövlətin  strateji  sahələri  subyekt  və  obyekt  məzmunludur. 
Məsələn,  hakimiyyət  aparatları  subyektdirlər.  Bu  aparatlar  həm  də  strateji 
obyektlərdir.  Qurumlar  da  strateji  layihələrlə  (qanunvericiliklə)  təşkil  olunur. 
Dövlət öz strategiyasını müəyyənləşdirmək və təmin etmək məqsədilə subyekt 
və obyektləri təşkil edir. Strateji subyektləri ilə obyektlərini tənzimləyir strateji 
sahələri ayırd edir.  


106 
 
Strateji  subyektlər  və  sahələr  əsasən  böyük  səlahiyyətli    qurumlar  və 
geniş  potensiallı    sahələrdir.  Məsələn,  biz  hakimiyyətin  ali  və  mərkəzi 
qurumlarını strateji subyektlər hesab edirik. Dövlətin makro iqtisadiyyatı onun 
strateji  sahələrindən  ibarətdir  Strateji  sahələr  baza  olaraq  ilkin  və  vacib 
tələbatları  ödəyən  sahələrdir.  Bu  aspektdə  dövlət  və  onun  ali  hakimiyyəti,  ali 
qanunu, digər qanunvericilik aktlarının olması vacib və təməl şərtdir.   
Dövlətin strateji sahələrindən biri də hakimiyyət və onun  təşkili sahələridir.   
Hakimiyyətin təkmil  formada  strateji əsaslarla  formalaşdırılması  və  hakimiyyətin 
işinin təşkili strategiyası möhkəm təməlli dövlətin meydana gəlməsinin bazasında 
dayanır.  Hakimiyyət  strategiyası  dövləti  idarəetmə  məqsədləri  üçün  təşkil 
olunur;  çünki  dövlət  özünü  tənzimləmə  funksiyasında  təsdiq  edir.
  Dövlətin 
mahiyyəti  onun  maraqların  təminatını  məqsəd  kimi  qarşıya  qoyan  idarəçiliyində 
büruzə  verir.    Hakimiyyət  subyektləri  strateji  əsaslarla  təşkil  olunur  (strateji 
sahələrdə  idarəçiliyi  təmin  etmək  məqsədilə)    və  subyektlərin  özləri  də  öz 
fəaliyyətlərini  strateji  istiqamətlərdə  təşkil  edirlər.  Subyektlər  strateji  sahələrdə 
yeni-yeni  strategiyalar  müəyyən  edir  və  icrasını  təmin  edirlər.  Strategiyanın 
məqsədləri  isə  yeniliyi  aşkarlamaqdan,  formalaşdırmaqdan  ibarət  olur.  
Strategiyanın icrası təkmilləşdirmə fəaliyətinin tərkibini təşkil edir. Dövlət struktur 
islahatları  həyata  keçirməklə  öz  strateji  sahələrində  dəyişiklikləri  təmin  edir. 
Dəyişikliklər  fəaliyyətin  yeni  axarını  meydana  gətirir.  Strategiyanın  dəyişməsi 
qismən  və  köklü  olaraq  həyata  keçirilir.  Strategiyanın  qismən  dəyişməsi  təbii  ki, 
taktiki  fəaliyyəti 
meydana  gətirir.  Strategiya  dövlətçiliyin  möhkəmlənməsinə 
xidmət  edir.  Ən  əsası  isə  məqsədyönlü  strategiyanı  müəyyən  etməkdən  və 
taktikasını  həyata  keçirməkdən  ibarərdir.  Dövlət  piramidal  strategiyanı  müəyyən 
edir. Eləcə də şaxələnmə strategiyasının icrasını təmin edir.  
Hakimiyyətin strategiyasında parlament strategiyası da önəm kəsb edir.  
Parlament  strategiyası  digər  strateji  sahələr  üçün  nəzəri  layihələri,  strateji 
kursu, taktiki qaydaları müəyyən etmək funksiyasını həyata keçirir. Parlament 
strategiyasında  iki  baza  kursu  müəyyən  etmək  olar:  birincisi,  təkmil 
parlamentin  formalaşdırılması  (dövlət  hakimiyyətinin  təşkili  strategiyası); 
ikincisi,
 
formalaşmış 
parlamentin 
işinin 
məqsədyönlü 
şə
kildə 
istiqamətləndirilməsi.  Parlament  özünütəşkil  strategiyasının  ardınca  strateji 
sahələrin  layihələrini  müəyyən  etmək  strategiyasını  yerinə  yetirir.      Burada 
quruculuq,    təşkilatçılıq  və  fəaliyyət  strategiyaları  (təşkil  olunmuş  qurumun 
fəaliyyət mexanizmləri) bir-birilərini tamamlayır.  Parlamentin qurulmasından 
sonra  onun  qurucu,  yaradıcı  fəaliyyəti  parlament  strategiyasında  önəm  kəsb 
edir.  Gələcəyə  yönəlik  taktiki  addımlarla  parlament  həm  daxildən  güclənir, 
həm də öz gücü ilə strateji sahələri qabağa aparır.  
Güclü  parlament  ilk  növbədə  ona  üzv  seçilmiş  nümayəndələrdən 
formalaşır.  Bu  nümayəndələrin  səmərəli  fəaliyyəti    parlamentin  daxili 
gücünü
 möhkəmlədir. Qızğın müzakirələr, yeni ideya və təkliflərin verilməsi, 
siyasi və hüquqi sistemin aktivləşdirilməsi  təşəbbüskar funksiyalı parlamentin 
formalaşmasına gətirib çıxarır. Parlament dialoq məktəbinə çevrilir. Dialoqlar 
sayəsində  müəyyənliklər  də  çoxalır.  Bu  artım  sayəsində  yeni  siyasət 


107 
 
istiqamətləri  formalaşır.  Parlament    eyni  zamanda  bir  hüquqi-siyasi  mərkəz 
rolunu oynayır.  Parlament həm də ictimai strategiya mərkəzinə çevrilir.  
Parlament  daima  yeni  müəyyənliklərin  ortaya  çıxmasında  məsuliyyət 
daşıyır və bu, onun  strateji kursunun əsaslarını təşkil edir. Parlamentin strateji 
hədəfləri müəyyən edilir. Bu hədəflər ölkənin daxili və beynəlxalq siyasətinin 
təkmilləşməsinə  söykənir.  Parlamentin  kostitusiya  səlahiyyətləri  təsbitedici 
strategiyanı  əks  etdirir.  Burada  parlamentin  müəyyən  etdiyi  və  həll  etdiyi 
məsələlər  təsbit  və    təsdiq  olunur.  Parlament  strategiyası  bu  səlahiyyətlərdən 
irəli gələrək gələcəyə yönəlik siyasi dəyişikliklər üzərində formalaşır. Dəyişən 
strategiyalı  parlament  dəyişən  strategiyalı  sahələr  üçün  nəzəri  əsasları,  xətləri 
müəyyən edir.   
Parlament  strategiyası  onun  gələcək  fəaliyyətinin  əsaslarını  təşkil  edir. 
Bu, həm də parlament proqramını, parlament fəaliyyət planını meydana gətirir.  
Parlament strategiyası çoxistiqamətli olur və sahələri əhatə edir. Bu baxımdan 
da çərçivə strategiyalarından ibarət konseptual strategiya formalaşır.  
 
Parlament strategiyasının və taktikasının  əsas məqsədləri: 
 
-dövlət və ümumxalq mənafeyinin nəzərə alınması və təmin olunması; 
-ölkənin daxildə və beynəlxalq aləmdə maraqlarının təmin edilməsi üçün 
səmərəli qanun layihələrinin qəbul edilməsi; 
-ölkə  resurslarından  tarazlı  istifadə  üçün    tənzimləyici  qanunların  qəbul 
edilməsi; 
-dövlətin  hüquq  və  siyasət  sisteminin  təkmilləşdirilməsi-bu  sistemlərin 
insanların  daha  çox  maraqlarına  uyğunlaşdırılması.  Sosial  əsaslı  hüquq  və 
siyasət sisteminin formalaşdırılması; 
-strategiyanın cəmiyyətin ruhu üzərində qurulması; 
-hüquq  sisteminin    siyasət  sistemi  üzərində  nəzarətinin  təmin  edilməsi-
ümumiyyətlə, hüquqların icrası elə siyasətdir. Ən əsası hüququ baza götürmək 
lazımdır. Bu halda hüquq siyasətə nəzarət edir; 
-icra hakimiyyəti üzərində hüquq nəzarəti  funksiyasının gücləndirilməsi; 
-hüquq  və  siyasət  sisteminin  insanların  dəyişən  maraqlarına  müvafiq 
olaraq islahatlarla təmin olunması; 
-ictimai  funksiyanın  gücləndirilməsi  və  dövlətdə  ictimaiyyətin  rolunun 
artırılması; 
-sifarişli və ictimai təkliflər üzərində siyasətin müəyyən edilməsi; 
-daha çox sadələşdirici məzmunlu  qanun layihələrinin qəbul edilməsi; 
-qanun layihələrinin reallıqlarla uyğunlaşdırılması; 
-qanun layihələrinin ideya və fəlsəfi məzmunlarının zənginləşdirilməsi; 
-daha  çox  ictimai  nəbzə  uyğun  və  ictimai  və  siosial  müşahidələrin 
nəticələrindən irəli gələrək  qərarların qəbul edilməsi; 
-hüquq  və  siyasət  sistemini  daxildən  və  xaricdən  genişləndirən,  eləcə  də  
stereotipləri aradan qaldıran  normaların qəbulu və s.   


108 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Elşən Misir oğlu Nəsibov 
 
 
DÖVLƏT VƏ SİYASƏT FƏLSƏFƏSİ 
 
 
SİYASƏT III CİLD 
Kitabın   Birinci bölümü 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Elm və təhsil ” nəşriyyat-poliqrafiya müəssisəsi
 
 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə