Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   2   3   4   5   6   7   8   9   ...   50

12 
 
formanı  meydana  gətirir.  Bu  baxımdan  da  tərkib  hissələr  də  təsnif  olunur. 
Yəni, dövlət bütövü içərisində, dövlət bütövü  anlayışı içərisində çoxlu  sayda 
tərkiblər  mövcud  olur.      Bu  tərkiblərin  qarşılıqlı    canlı  vəziyyəti  dövləti 
ümumilikdə bütöv halda canlı vəziyyətdə saxlayır.  
Dövlət 
məfhumu 
siyasət 
məfhumunu 
şə
rtləndirəndir. 
Siyasət 
düşüncələrdə  həm  bütöv,  həm  də  tərkiblərlə  qavranılır.  Siyasətin  subyekti  və 
obyekti çoxluq təşkil etdiyindən düşüncələrin də “rəngi”, “çaları” çoxluq təşkil 
edir.  Siyasət  düşüncəsi  ümumən  dövlət  və  onun  fəaliyyətini  özündə 
məcmuələşdirir.   Hər iki ifadənin (dövlətin və siyasətin)  fəlsəfi məzmunu çox 
dərindir. Dövlət öz tərkibindəki elementlərin qarşılıqlı əlaqələr istiqamətlərinin 
çoxluğu    nöqteyi-nəzərdən  zəngindir.  Dövlət  iyerarxik  sistem  quruluşu 
baxımından  zəngindir.  Bu  iyerarxiya  sahələr  çoxluğunu  və  elementlər 
zənginliyini  meydana  gətirir.  Dövlət  tərkibindəki  proseslərin  zənginliyi 
baxımından dərin fəlsəfi məzmunludur. Dövlət nəzəri idarəetmə müddəalarının 
çoxsahəliliyi  aspektindən,  yəni  hüquq  normalarının  çoxluq  təşkil  etməsi 
baxımından da zəngindir. Dövlət öz tərkibindəki sahələrin qarşılıqlı harmonik 
vəhdətinə  görə  dərin  fəlsəfi  bütövdür.  Dövlətin  daxilində  sistemli  proseslər 
sayəsində  çoxlu  sayda  nəticələr  əldə  olunur.  Dövlət  hasilat  baxımından  da 
zəngin  bütövdür.    Dövlətin  daxili  harmonik  məzmunu  dövlətin  dərin  fəlsəfi 
mahiyyətini 
yaradır. 
Dövlətdaxili 
proseslərin 
qeyri-müəyyənlikdən 
müəyyənliyə keçməsi zamanı fəlsəfi mahiyyət daha da dərinləşir.  
Dövlət  siyasəti  ilə  hüquq  normaları  qəbul  edir,  hüquq  normaları  ilə 
insanların  maraqlarını  təmin  edir,  insanların  sosial-fiziki  və  sosial-mənəvi 
statuslarını  müəyyən  edir.  Hüquq  normaları  və  idarəetmə  aparatları  ilə  dövlət 
öz  vətəndaşlarını  və  əcnəbiləri,  vətəndaşlığı  olmayan  şəxsləri    öz  tərkibi  və 
bütövü  ilə  tamamlayır.  Dövlətin  subyekti  və  normaları  (vasitələri,  fəaliyyət 
qaydaları, fəaliyyət yolları) vəhdət halında dövlət məfhumunu meydana gətirir.  
Burada normalar (qanunlar,  referendum aktları, qaydalar, beynəlxalq normalar 
və digər   qərarlar)    və aparatlar, icra aparatları (inzibati və siyasi aparatlar) 
bağlayıcı  vasitələr  qismində  iştirak  edir.    Siyasət  aktları  və  onların  məzmunu 
(xidmət  səviyyəsi  və  tələbata  cavab  vermək  səviyyəsi)    dövlətin  fəlsəfi 
mahiyyətini  aşkarlayır.  Dövlət  ərazidə,  sərhədlərdə,  atributlarda,  dövlət 
rəmzlərində, xalqın milli və etnik mədəniyyətində, siyasi sistemində öz fəlsəfi 
mahiyyətini  aşkar  edir.  Dövlət  fəlsəfi  mənası  onun  fəaliyyətinin  nəticəsinin 
düşüncələrdə  obrazlanmasından    meydana  gəlir.  Dövlət  dərk  olunur, 
onun  tərkibi  qavranılır,  fəaliyyətinin  məqsədləri  müəyyən  edilir.  Nəticə 
etibarilə  düşüncələrdə  dövlət  və  onun  bütöv  mahiyyəti  meydana  gəlir. 
 
Dövlət hüququ (daxildə və beynəlxalq əlaqələrdə) onu funksiyalarını, vəzifə və 
öhdəliklərini  şərtləndirən  amil  rolunda  çıxış  edir.  Dövlətin  hərəkət  subyekti 
olması 
onun 
fəlsəfi 
mövcudluğunu 
şə
rtləndirir. 
Dövlətin 
hərəkət 
subyektliliyini  onun  idarəetmə  aparatları  yaradır.  Bu  aspektdə  dövlətin 
mövcudluğunu  onun  siyasəti  fəlsəfi  məzmuna  çevirir.  Yəni,  siyasət  bir 


13 
 
fəaliyyət  kimi  şərtləndiricidir.  Fəlsəfi  məzmunu  aşkaredicidir.      Dövlət 
subyekti  də  siyasətin  fəlsəfəsini  meydana  gətirir.  Yəni,  dövlət  qurumunun 
məcmu mahiyyəti siyasətin istiqamətlərini formalaşdırır.   Dövlətlər müəyyən 
məkanda olan resurslar üzərində təsir məqsədilə, resursları mənimsəmək üçün 
insanlara  hüquq  normaları  ilə  sanki  məkanı  aralayıb  hüquqlar  verirlər.  Daha 
doğrusu  hüquqlarını  məkanlarda  təsbit  edirlər,  təsdiqləyir  və  təmin  edirlər. 
Dövlət  bu  aspektdə  hüquq  məkanını  insanlara  və  tərəflərə  təqdim  edir. 
Dövlətlər  məkan  içərisində insanların  vəsaitlərdən istifadə etmələri  məqsədilə 
onlara  hüquqlar  müəyyən  edirlər.  Şəraitlər  yaradırlar.  Məkanları  ayrıd  edirlər 
və universal və məxsusi hüquqlar müəyyənləşdirirlər.  
Dövlət siyasəti ilə özünün daxili məkanda və beynəlxalq aləmdə qoruyur, 
mövcudluğunu  təmin  edir.  Dövlətin  beynəlxalq  siyasəti  daxili  siyasəti  ilə 
tamamlanaraq, eləcə də   onun fəaliyyətindən irəli gələrək beynəlxalq aləmdə 
bir  subyekt  kimi  mövcudluğu  dünya  siyasəti    fəlsəfəsini  meydana  gətirir. 
Dünya  siyasətinin  fəlsəfəsi  özündə  beynəlxalq  münasibətlərin  fəlsəfəsini  də 
cəmləşdirməklə,  rəngarəng  tərkib  alır.  Dünyanın  məzmunu  açılır.  Dünya 
siyasəti  fəlsəfəsi  dövlətlərin  iyerarxik  quruluşlarından  başlayaraq,  öz 
aralarında olan əlaqələr fonunda da yaranır. Mövcudluq və fəaliyyət vəhdətdə 
fəlsəfi  bütövü  meydana  gətirir.  Dünya  siyasəti  fəlsəfəsi  dövlətlərin  qlobal  və 
regional, yerli əlaqələrindən tutmuş universal və məxsusi-konkret formanı və 
dövlətlərin  ümumən bəşəriyyətə xidmətlərinin əsaslarına söykənən  məzmunu 
özündə  cəmləşdirir.    Dövlət  fəlsəfəsi  də  dövlətin  strukturunu  (bu  struktur 
genişlənən  və  məhdudlanan    ola  bilər)  və  məzmununu  meydana  gətirən  iki 
şə
rti  hissələrin  birləşməsindən  formalaşır.  Deməli,  dövlət  əslində  özünün 
forma və məzmunu ilə fəlsəfi düçüncələrin obyektini təşkil edir.  
Dövlətlər  vəsaitləri  tərəqqiyə  yönəldirlər,  bu  halda  inkişaf  baş  verir  və 
tarazlıq  və  sabitlik  yaranır.  Dövlətin  xidmət  məzmunu  məhz  bu  məsələdə 
özünə  fəlsəfi  çalar  qatır.    Dünyanın  siyasi  quruluşu  fəlsəfə  üçün  formanı, 
dünyanın  hərəkət  mənzərəsi,  fəaliyyət  əsasları  isə  fəlsəfə  üçün  məzmunu 
yaradır. 
Dövlət  siyasi  bütövü  həm  beynəlxalq  əlaqələrin  (burada  həm  də 
xalqlar arasında olan əlaqələr), həm də dövlətdaxili əlaqələrin vəhdətindən və 
tamamlayıcı formasından ibarət olan dünya siyasi fəlsəfəsini formalaşdırır.   
Qeyd  olundu  ki,  dövlət  fəlsəfi  düşüncələrin  obyektidir.    Burada 
düşüncələr  məcmuəsi  mövcuddur.  Dövlətin  struktur  məzmunu  o  qədər 
ə
hatəlidir  ki,  bu  geniş  məzmun    fəaliyyətin  dərinliyini  özündə  ehtiva  edir. 
Dərinləşmə  zamanı  mənalar    şəbəkəsi  meydana  gəlir.  Bu  anda  komplekslilik 
üzrə çıxır.  Dövləti bütöv halda və tərkib strukturları ilə müxtəlif bucaqlardan 
düşünmək  mümkündür.  Dövlətin    təsvirinə  müxtəlif  bucaqlardan  yanaşmaq 
mümkündür.  Ən  əsası  isə  dövlətin  baza  anlayışının  məzmunu  və  dövlət 
forması  dəyişməz  olaraq  qalır.  Qeyd  olunduğu  kimi,  dövlət  fəlsəfəsi  siyasi 
fəlsəfənin  tərkibi  kimi  də  nəzərdən  keçirilə  bilər.  Ona  görə  ki,  dövlət    siyasi 
qurumdan ibarətdir. Siyasət fəlsəfəsi də dövlətə və onun fəaliyyətinə bağlıdır. 
Hər  iki  ifadə  insanların  sosial  –mənəvi  varlıqlarının  daxilində  qərarlaşır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə