Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   2   3   4   5   6   7   8   9   10   ...   50

14 
 
İ
nsanların  sosial  statusları  dövlət  fəlsəfəsini  siyasi  fəlsəfədən  bir  qədər  ucada 
tutur.  
Dövlət  fəlsəfəsi  özündə  fiziki,  sosial-maddi  və  mənəvi  dərketməni, 
düşüncə  ayırıcılarını  birləşdirir.  Dövlət  fəlsəfəsi  dövləti  həm  də  cəmiyyət 
üstündə  görə  bilir.  Bu  baxımdan  da  öz  məzmununu  və  formasını  özündə 
cəmləşdirir.  Dövlətin  mənbəyi  cəmiyyətdən  gəlir,  dövləti  və  cəmiyyəti  çoxlu 
sayda  oxşar  prinsiplər  birləşdirir.  Dövlət  cəmiyyəti  öz  ağuşuna  almaqla 
bərabər,  həm  də  cəmiyyətə  xidmət  edir.  Dövlət  fəlsəfəsi  sosial  fəlsəfə  ilə 
vəhdətləşir.  İnsanın  bioloji-ruhi  vəhdətinin  düşüncələrini    meydana  gətirən 
sosial fəlsəfə dövləti bir obyekt və tərəf kimi özünəxidmətdə axtarır.  Dövlətin 
hədəfində  cəmiyyətin  rifahı  dayanır.  Hər  iki  fəlsəfənin  mərkəzində  isə  insan 
amili  durur.    Dövləti  düşünməklə  insan  maraqlarının  və  həyatının  forması  və 
mənasını  düşünmək  mümkündür.  Çünki  dövlət  insan  maraqlarını  əhatə  edən, 
insan  maraqlarına  xidmət  edən    bir  qurumdur.  İnsan  maraqlarının 
rəngarəngliyindən də dövlət və onun strukturları meydana gəlir. Deməli, sosial 
fəlsəfədən dövlət fəlsəfəsi formalaşır. Dövlət insan fəaliyyətinə uyğun şəkildə 
özünün  strukturlarını  yaradır.  İnsan  fəaliyyətinin,  əməyinin  (fiziki  və  zehni 
ə
mək) əsas hədəfi cəmiyyətdə xoşbəxtlik qazanmaqdan ibarətdir. Bu aspektdə 
dövlət  cəmiyyətə  xidmət  edir.  Onun  sifarişlərini  qəbul  edir.  Buradan  da  yenə 
dövlətin  insan  tərəfindən  insana  xidmət  üçün  yaradılması  sübuta  yetirilir.  
Dövlət  forma  etibarilə    konstruktiv  bir  modeldir.
  Burada  strukturlar 
cəmindən konstruksiyalar yaranır.  
Dövlət  insanların  sosial    dayaq  elementidir.  Sosial  maraqlar  hüquq 
normaları ilə təmin edilir. Dövlət cəmiyyət üçün hüquq normalarını qəbul edir.  
Dövlət  özündə  bu  dayağı  yaratmaq  üçün  kifayət  qədər  element  cəmləşdirir. 
Dövlət  resurslar  əldə  etmək  və  resursların  dövriyyəsini  təmin  etmək,  əhaliyə 
çatdırmaq  məqsədilə  tənzimləmə  siyasətini  həyata  keçirir.    Dövlət  forma 
baxımından  mərkəzəqaçma  və  mərkəzdənqaçma  ilə  xarakterizə  olunan, 
siyasətini  mərkəzlərə  cəmləşdirən  və  ətraflara  şaxələndirən    bir  kompleksdir. 
Bu  kompleks  daxilində  və  sərhədlərdə  proseslər  istiqamətlər  üzrə  yaranır  və 
istiqamətlər  və  istiqamətləri  əks  etdirən  xətlər      şəbəkələri  yaradır.  Bu 
baxımdan  da  dövlət  subyektlərdən  və  onların  fəaliyyətini  əks  etdirən 
şə
bəkələrdən-strukturlardan, infrastrukturlardan ibarətdir. Hər bir qurum da öz 
fəaliyyətində  fəlsəfi  məzmunludur.  Qurumun  fəlsəfi  məzmunu  dövlətin 
ümumfəlsəfi  mahiyyətini  aşkar  edir.      Dövlət  siyasətinin  fəlsəfi  mahiyyəti 
nəzəri  və  təcrübi  yollarda  əks  olunur.      Dövlət  fenomeninə,  dövlət  formasına  
fəlsəfi  düşüncələrdə    iki  aspektdən  yanaşmaq  lazımdır:  birincisi,    dövlət  ali 
formadır,  kompozisiyadır,  özündə  insanların  ali  maraqlarını    formalaşdırır. 
Ə
sas təyinatını, obyektini insanların ali maraqlarına yönəldir. İnsanlar  kimi ali 
məxluqların  ünsiyyət  və  əlaqə  məkanlarıdır.  İnsana  ali  dəyər  verən,  insanlığı 
qoruyan  vasitədir.  Dövlət  həm  vasitə,  həm  tərəf,  həm  subyekt,  həm  də 
obyektdir.  Dövlət  insan  fenomeninin  ali  dəyərlərini  özündə  qoruyur.  İnsan 
mədəniyyətinin  (quruculuğunun  və  yaradıcılığının)  məskənidir,  məkanıdır. 
Dövlət bu yöndə ali mədəniyyət ünsürüdür.  İnsan mədəni olanda, yəni qurucu 


15 
 
və yaradıcı olanda, əxlaq normalarına əməl edəndə bir varlıq kimi  ali məzmun 
kəsb  edir,  fəaliyyəti  dövləti  də  tərəf  kimi  dərin  məzmuna  çevirir;  ikincisi, 
dövlət insan üçündür və bu baxımdan da  insandan ali ola bilməz. Xidmətləri 
insan maraqlarına yönəlir. Bu aspektdə sadəcə olaraq bir vasitədir. Dövlətin ali 
dəyəri  insanın  ali  dəyəri  ilə  meydana  gəlir.  Dövlət  insan  dəyərlərini  qoruyan 
tərəf rolunda çıxış edir. Dövlət cəmiyyətdə tələblərə olan  cavabları verməklə, 
tələbatları  ödəməklə    məşğuldur.  Dövlət  tələbatların  ödənilməsində  həm 
iştirakçıdır,  həm  də  kənardan  nəzarətçidir  və  müşahidəçidir.    Dövlət  ali 
vasitədir,  çünki  maraqların  məcmusuna    malikdir,  dövlət  sadə  və  ali  olmayan 
vasitədir,  çünki  maraqların  yerinə  yetirilməsi  ilə  məşğuldur.  Ali  məxluq  olan 
insanların  yaradıcılıq  və quruculuq  məskənləridir. Dövlətin  makro  forması  və 
ali məzmunu insan düşüncələrində onun dəyərlərini artırır. Fəlsəfə dövlətə ali 
bucaqdan  yanaşma edir. Çünki dövlət  tərkiblərdən ibarətdir. Dövlət hər  halda 
makro  güc  tərəfidir,  potensial  mənbədir,  bu  baxımdan  da  ali  bir  dəyərdir. 
Dövlət  mənbə  rolunu  da  oynayır.  Məsələn,  dövlətin  maliyyə  fondları,  digər 
resurslar  ehtiyatları  müəyyən  təbii  fəlakətlər  zamanı  və  ehtiyaclar  yarandıqda 
insanların  tələbatlarını  ödəmək  funksiyasını  yerinə  yetirir.  Dövlət  arxa  və 
ehtiyat  fondudur.    Dövlət  nizamlayıcı  və  maraqları  istiqamətləndirici  tərəfdir. 
Bu  aspektdə  dövlətin  idarəetmə  funksiyası  vardır.  Dövlətin  idarəetmə  və 
tənzimləmə  funksiyası  onu  ali  dəyərli  mövcudluğa  çevirir.  Dövlət  insanları 
qoruyan tərəf olduğundan dəyərli vasitədir. Dövlət resursları insanlar arasında 
böldüyündən  və  maraqları  tarazlı  olaraq  təmin  etdiyindən  ali  dəyərli  tərəfdir, 
vasitədir.  Dövlət  insan  maraqlarını  məkanda  və  zamanda  dəyişən  bir  tərəfdir.  
Dövlət idarəetmə tərəfi olduğundan da alidir.  İdarəçilik proseslərində dövlətin 
mahiyyəti  də  böyüyür,  mənaları  genişlənir.  İdarəçilik  məfkurəsi  dövlətin 
pozitiv bir qurum olmasını və pozitiv aktlar həyata keçirməsini özündə ehtiva 
edir.  
Dövlət  fəlsəfəsi  həm  də  dövlətçilik  düşüncələrini  əhatə  edir.  Beləki, 
insanlar yalnız dövlətlər daxilində öz xoşbəxtliklərini təmin etmək iqtidarında 
olurlar.  İnsanlar  lazımi  resursları  dövlətlərindən  əldə  edirlər.  Dövlət 
cəmiyyətdaxili  qurumlar  arasında  əlaqələri  tənzimləyir.    Dövlət  istehsala, 
istehlaka  şərait  yaradır.  Vəsaitlər  də  insan  maraqlarının  təmin  olunmasını 
hədəf  kimi  müəyyən  edir.      Dövlətçilik  fəlsəfəsi  dövlətə  xidmətləri  və 
dövlətdən faydalanmaları əks etdirən baxışları  özündə tamamlayır. Dövlətçilik 
fəlsəfi  təfəkkürü  insan  və  rahat  həyat  şəraiti  fəlsəfi  təfəkkürünü  özündə 
cəmləşdirir.    İnsanlar  öz  pozitiv  əməlləri  ilə  onların  maraqlarını  təmin  edən 
tərəfi,  yəni  dövləti  qoruyurlar.  Öz  quruculuq  və  yaradıcılıq  məhsulları  ilə 
dövləti  zənginləşdirirlər.  Dövlətçilik  fəlsəfəsi  xidmət  fəlsəfəsinin  əsaslarında 
dayanır.  Dövlət-insan,  insan-dövlət  kompozisiyası  bu  baxışlarda  əks  olunur. 
Dövlətçilik fəlsəfi düşüncələri özündə mühafizəkarlıqla liberallığı cəmləşdirən 
bir  düşüncədir.  Dövlətçilik  fəlsəfəsinin  əsasında  xalqın  və  insanların  milli 
mədəniyyət  amilləri  də  dayanır.  Bu  həm  də  özündə  hakimiyyət  fəlsəfi 
baxışlarını cəmləşdirir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə