Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   4   5   6   7   8   9   10   11   ...   50

16 
 
Dövlət  insanların  təbii  hüquqlarını  müəyyən  edir.  İnsanların  fəaliyyət 
nəticələrinə  münasib  olan  resurslara  münasibətdə    paylarını  müəyyənləşdirir. 
Dövlət insanların resurs əldə etmələrinin əsaslarını formalaşdırır. Resurs-insan; 
insan-resurs əlaqələrinin tənasüblüyünü müəyyən edir. Bu baxımdan da dövlət 
norma  müəyyənedici  tərəf  rolunu  oynayır.  Dövlət  hüquq  normaları  ilə 
sərhədlər    hədlər,  ölçülər  müəyyən  edən  tərəf  kimi  əhəmiyyətə  malik  olur. 
Dövlət müdafiəedici, təminedici, qoruyucu, fəaliyyəti genişləndirici, məkanları 
böyüdücü  və  məkanları  çoxaldıcı,  artırıcı  rol  oynayır.  Məsələn,  insanların 
hüquqlarını  müəyyə  etməklə,  onların  sistemlərdə  olan  məkanlarını  da 
müəyyənləşdirir. 
 
Dövlət fəaliyyətinin səciyyəvi fəlsəfi  xüsusiyyətlərinə bunları aid etmək 
olar: 
 
İ
darəçilik fəaliyyəti, bu baxımdan,  
 
-təşkilatlanma; 
-sistemləşdirmə və strukturlaşdırma; 
-mühafizəetmə və qoruma; 
-tənzimləmə; 
-koordinasiyaetmə; 
-inteqrasiya və əməkdaşlıq; 
-təminat; 
-hüquqları müəyyənetmə və nizamlama; 
-resurs əldəetmə; 
-fondlar yaratma; 
-məkanı genişləndirmə; 
-məlumatlandırma; 
-istiqamətləndirmə; 
-fəaliyyət xətlərini artırmaq və element axınlarını gücləndirmək; 
-sərhədlər kənarında xarici əlaqələri genişləndirmək; 
-digər sistemlərlə (burada dövlətlərlə və beynəlxalq təşkilatlarla) əlaqələri 
təşkil etmək; 
-humanitar məzmunlu əməkdaşlıq  və s. 
Dövlət təşkilatçılığın,  idarəçiliyin ruhu ilə öz fəlsəfəsini yaradır. Dövlətin 
fəlsəfəsi  forma  və  məzmunda,  hərəkətlərdə,  aktlarda  meydana  gəlir.      Dövlət 
fəlsəfəsi  düşüncələrdə  ona  görə  ali  olur  ki,  insanlar  bütün  çıxılmaz 
vəziyyətlərdə  yalnız  öz  dövlətlərinə  arxayın  olurlar.  Öz  dövlətlərini  insanlar 
bəzən özlərindən üstün də tuturlar. Lakin bir çox ölkələrdə hakimiyyətin xalqla 
qeyri-rəvan  əlaqəsi  insanlarda  dövlətə  olan  inamı  və  etibarı  azaldır.  Bu  halda 
insanlar  çaşqın  vəziyyətində  qalırlar.  Bir  çox  depressiya  hallarında,  böhranlı 
vəziyyətlərdə insanlar öz cəmiyyətlərinə arxalanırlar və cəmiyyətləri onları və 
dövlətlərini  xilas  edirlər.  Cəmiyyət  böhranlı  anlarda  öz  potensialını  səfərbər 
edir və tərkib strukturları ilə dövlətin tənəzzülünün qarşısını alır.  


17 
 
Dövlətin quruluş fəlsəfəsi   
 
Hamı üçün bəlli olan belə bir prinsipdən çıxış etmək olar.  Hər bir vahid 
böyüdükcə öz tərkibini genişləndirir. Çünki böyümə tərkib elementlər hesabına 
baş  verir.  Hərəkətlərin,  fəaliyyətin  sayı  çoxalır.  Bu  çoxalma  həm  də  əlavə 
olunan  elementlər  hesabına  baş  verir.    Dövlət  tam  idarəetmə  ünsürüdür. 
Məkana  və  məkan  üzərindəki  elementlərə  təsir  etmək  xassələri  idarəetmənin 
ə
sas  məğzini  təşkil  edir.  Quruluş  idarəetməni  özündə  ehtiva  edir.  Quruluş 
idarəçilik ruhunu  yaradır.  İdarəetmə də quruluşu zəruri edir. Bu iki qarşılıqlı 
anlayış  vəhdətdir.  Bir-birinə  xidmət  fəlsəfəsinin  üzərindədir.  Belə  bir  sual 
üzərində  fikir  mübadiləsi  aparmaq  olar:-nəyə  görə  dövlət  struktura  malikdir? 
Cavabı  ondan  ibarət  ola  bilər  ki,  idarəçilik  trayektoriyalarını  uzatmaq 
məqsədilə  (burada  iyerarxik  pilləkəni  böyütmək  və  sahələrdə  maraqları 
artırmaq  nəzərdə  tutulur),  eləcə  də  maraqları  fəlsəfi  kateqoriyalara  (subyekt, 
obyekt,  məkan,  zaman,  şərait,  vəsait,  qanunauyğunluq  və  s.)  müvafiq  olaraq 
təmin  etmək  üçün  dövlət  quruluşa  malikdir.  Dövlət  quruluşu  hakimiyyətin 
təşkilati  əsaslarını  da  meydana  gətirir.      Dövlətin  tərkib  elementləri  və 
vəsaitləri,  vəsaitlərin  əldə  edilməsi,  sərf  edilməsi  və  digər  ehtiyacları  ödəyən 
faktorlar  dövlətin  quruluş  fəlsəfəsinin  əsaslarını  ortaya  qoyur.  Dövlətin 
quruluşu prinsipləri nəzəri və praktik real məsələlərdə onun hakimiyyəti təşkil 
etmək  və  ərazini  inzibati  və  siyasi  əsaslarla  formalaşdırmaq  xassələinə  
bağlıdır.    Dövlət  quruluşu  dövlətin  siyasi-fiziki    formasını-unitar,  federativ, 
idarəçilik  üsulunu-monarxiya,  respublika,  qarışıq-  əks  etdirməklə  iki 
istiqamətə  ayrılır.  Dövlətin  unitar  və  ya  da  federativ  olması  da  elə  idarəetmə 
prinsiplərinə  söykənir.  Dövlətin  ərazi  quruluşu  dövlətin  tərkibini  təşkil  edən 
xalqlardan asılıdır. Burada toplu hal özü elə quruluşu meydana gətirir.  Dövlət 
birinci  növbədə  ərazisinin  siyasi  quruluşunu  müəyyən  edir,  sonra  da  onun 
idarəolunmasını  müəyyənləşdirir.  Bu  baxımdan  fiziki  aspekt  idarəçilik 
formasına  cavab  verir  və  idarəçilik  forması  fiziki  quruluş  üzərində  meydana 
gəlir. Dövlətin hakimiyyəti onun ərazi quruluşu prinsipindən də meydana gəlir. 
Yəni, əvvəlcə dövlət  mövcud olur, onun elementləri  məkanda cəmləşir, sonra 
da  bu  elementlərin  istiqamətləndirilməsi,  məkanlarda  tənzim  olunmasının 
hüquqi  əsasları  meydana  gəlmiş  olur.    Dövlətin  idarəçilik  quruluşu  onun 
ünsürlərinin sahələr üzrə əlaqələr formasından meydana gəlir.  
Dövlətin  quruluş  fəlsəfəsi    özündə  dövlətin  struktur  fəlsəfi  şüurunu  əks 
etdirməklə,  onun  tərkib  elementlərinin  xidmət  əsaslarını  ifadə  edir.  Dövlət 
məcmu  və  yekun  fəlsəfi-fiziki    quruluşa  malikdir.  Çünki  dövlətin  maraqları 
sahələri  çoxdur.  Maraqlar  daxilən  və  ətraflar  üzrə  genişlənmə  funksiyasına 
malik olur.  Daxili maraqların böyüməsi elə xarici maraqların artmasını təmin 
edir  və  zəruriləşdirir.  Dövlət  öz  tərkib  elementləri  ilə  həm  universal,  həm  də 
bütöv  və  tərkib  məzmunu  etibarilə  düşüncə  obyekti  rolunu  oynayır.  Dövlətin 
quruluşu  pilləli  idarəetmənin  əsaslarını  özündə  vəhdətləşdirir.    Dövlətin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə