70
mərkəzləri arasında koordinativ əlaqələr təmin olunur. Bu baxımdan da
dövlətdə siyasət mərkəzləri məcmusu meydana gəlir.
Siyasət mərkəzləri tərəfindən sülh siyasəti tətbiq olunur. Bu baxımdan da
sülh planları, konsepsiya və proqramları hazırlanmış olur. Siyasət mərkəzləri
resursları sülhün təmin olunmasına doğru yönəldir. Eləcə də vəsaitlərdən
tərəflərin barışığının təmin olunması üçün istifadə olunur.
Siyasət mərkəzlərini siyasətin hazırlandığı və icra olunduğu istiqamətlərə
bölmək olar. Siyasətin mərkəzləri təsnif oluna bilir. Siyasət iyerarxik qaydada
sahələrə bölünür. Mərkəzi qurumlar aşağı siyasət qurumlarının təklifləri
ə
sasında siyasətlərini müəyyən edirlər. Mərkəzi siyasət qurumlarında
hazırlanan siyasət ətraf qurumlara doğru şaxələnir. Bu anda siyasət mərkəzləri
arasında əlaqə meydana gəlir. Siyasət mərkəzləri şəbəkələri yaranmış olur.
Siyasət mərkəzləri maraqları təmsil edən və maraqları müdafiə edən
qurumlar olduğundan sülh siyasətinin tətbiqi başlıca strateji və taktiki hədəfə
çevrilir. Siyasəti mərkəzləşdirən siyasi sistemdir. Siyasi sitem daxilində çoxlu
sayda, sahələri əhatə edən mərkəzlər meydana gəlir.
Müstəqil siyasət və onun həyata keçirilməsi əsasları
Siyasət məkanlarda və sahələrdə qərarlar qəbul etməkdən və onu icra
etməkdən ibarət olan davamedici bir prosesdir. İnsanlar (burada siyasət tərəfi
kimi dövlət hakimiyyəti) qərarları həm müstəqil-öz düşüncələrinə və
istəklərinə müvafiq olaraq, həm də qeyri-müstəqil (yaxud da qismən müstəqil),
ə
trafların diktəsi, tövsiyyəsi və məsləhətləri ilə qəbul edirlər. Qərarların qəbul
olunması zəruru və icbari, məcburi şəraitdən də doğur. Könüllü, zəruri və
məcburi qərarlar məhz subyektlərin təsirləri və ətraf aləmin-obyektlərin
təsirləri ilə qəbul olunur. Meydana çıxan zəruri şərait zəruri qərarların
qəbulunu və icrasını həyata keçirir. Qərarlar tələbatların ödənilməsinə doğru
yönəlir. Eyni zamanda yeni şəraitlərin yaranması zərurətlərini də özündə
cəmləşdirir. Qərarlar ardıcılı olaraq və sahələr üzrə qəbul olunur. Bu, silsilə
xarakteri kəsb edir. Qərarlar dövlətin daxili vəziyyəti təhlil olunmaqla və
beynəlxalq aləm dərk olunmaqla qəbul olunur. Çünki dövlət daxili və
beynəlxalq siyasət subyektidir. Dövlətin daxili siyasətinə və onun
istiqamətlənməsinə məhz xarici amillər də təsir edir. Dövlət hakimiyyəti
dünyada baş verən proseslərdən nəticələr çıxarmaqla qərarlar qəbul edir.
Qərarlar ümumiyyətlə, təminedici (hərəkətəgətirici, istiqamətlərverici),
qoruyucu (müdafiəedici, mühafizəedici, məkanı sərhədləyici), bu baxımdan da
qabaqlayıcı əhəmiyyətə malik olur. Qərarlar mövcudluğu qorumaq və inkişaf
etdirmək strategiyasını əsas hədəf kimi qarşısına qoyur. Qərarlar siyasət
mərkəzlərində-subyektlərində qəbul olunur. Hər bir qərarın hazırlanması
prosesləri, bu baxımdan qəbula qədərki mərhələsi mövcud olur. Qərarın
yetişməsi mərhələsi meydana gəlir. Qərarlar qəti və birdəfəlik aktlar şəkilində,
71
eləcə də kollektiv formada çox zaman üçün tətbiq olunan şəkildə qəbul
olunur.
Müstəqil siyasət anlayışı həm mütləqdir, həm də nisbidir, şərtidir. Təbii
ki, mövcud zamanın inteqrasiya, koordinasiya, qloballaşma dövründə
beynəlxalq aləm sıx bir bütövdür. Bütün sahələr demək olar ki, bir-birinə
bağlıdır.
Dövlətlər daxillərində müstəqildirlər. Lakin buna tam müstəqil demək
olmaz. Dövlət rəhbəri və dövlət hakimiyyəti təbii ki, xalqdan asılı vəziyyətdə,
xalqın iradəsinə cavab olaraq qərarlar qəbul edirlər.
Beynəlxalq əlaqələrin sıx bağlılığı beynəlxalq münasibətlər sahəsində
qərarların qəbulu məsələsini dövlətin tam müstəqil şəkildə daxili işi hesab edə
bilmir. Bu baxımdan da müstəqil siyasət yürütmək anlayışı bir qədər şərti
xarakter kəsb edir. Hər bir siyasətin nəticəsindən doğaraq siyasət həyata
keçirilir. Qərarlar qabaqlayıcı olur və siyasətin axarını müəyyən edir,
yönləndirir, dəyişir. Ümumiyyətlə, bütün qərarlar sistemin qorunmasına və
müdafiəsinə əsaslanır.
Dünyada adətən kiçik dövlətlər böyük dövlətlərlə əlaqələr fonunda çox
müstəqil qərarlar qəbul etmək iqtidarında olmurlar. Qərarların müstəqilliyinin
artması ələlxüsus resurslara bağlı olan məsələdir.
Referendumlar–siyasi təzyiq vasitələri kimi.
Beynəlxalq münasibətlərin gərginləşdirilməsi vasitələri kimi
Dövlət hər kəsin marağını təmin edən mərkəzi bir qurumdur. Dövlətin
siyasətinin müəyyən olunmasında hər kəs ya birbaşa (siyasətdə qərarverici və
icraçı tərəf kimi iştirak etməklə), ya da dolayı yolla (burada idarə olunan tərəf
nəzərdə tutulur) iştirak edir. Bu aspektdə dövlət komplekslərin cəmindən ibarət
olan bir kompozisiyadır.
Beynəlxalq vərdiş olunmuş sabitliyə, eləcə də dövlətdaxili sabitliyə
referendumlar mənfi təsirlər edir. Referendumlar xalqların öz müqəddaratını
təyin etmək, xalqın rəyini öyrənmək vasitəsi olaraq dövlətlərin ərazi
bütövlüklərinə köklü zərbələr vurur.
Dövlət xalqındır, xalqın sifarişini yerinə yetirən tərəfdir. Dövlətdə ciddi
dəyişikliklər xalqın iradəsi ilə həyata keçirilməlidir. Bu baxımdan da
dəyişikliklər üçün rəylər əsasdır.
Referendumlar da xarakterinə görə təsnif oluna bilir: dövlətlərdən ayrılma
ilə nəticələnən referendumlar; ittifaqların tərkibində qalma və ya da
tərkibindən çıxma ilə nəticələnən referendumlar; beynəlxalq koalisiyalara
qoşulma və hərbi ittifaqlara qoşulma ilə nəticələnən referendumlar; ölkənin
hərbi bloklara qoşulmasını qadağan edən və ya da icazəni nəzərdə tutan
referendumlar; sərhədlərin dəyişməsi ilə bağlı referendumlar; iqtisadiyyatla
bağlı referendumlar; müharibənin, münaqişənin nəticələri ilə bağlı
referendumlar və s.
Dostları ilə paylaş: |