96
iştirak etməlidir. Burada onun bilik və bacarığı, istedad və qabiliyyəti
önəmlidir. İdeyavericilik, gələcəyə yönəlik yeni siyasi baxışlar da bu kimi
kriteriyaların köməyi ilə yaranır:
-yeni formalaşacaq parlamentin yeni funksiyalarının (konstitusion
səlahiyyətlər daxilində) müəyyən olunmasında gələcək deputatın rolunun
ə
sasları;
-namizədin deputat seçiləcəyi təqdirdə parlamentin yeni funksiyasında
(yəni yeni tərkibli parlamentdə) iştirakçılığının əsasları-təşkilatçılıq və
müəyyənedicilik baxımından oynayacağı rollar;
-namizədin ideyavericiliyi və təşəbbüskarlığının əsasları;
-dövlətin daxili və xarici siyasətinin yeni konturlarının normativ-hüquqi
ə
sasları;
-dövlət siyasətinin yeni strateji və taktiki məzmunu və forması;
-qanun layihələrinin hazırlanması və qəbulu proseslərində seçilmişin aktiv
iştirakı;
-deputatın nizam-intizamlı parlament ənənəsinin qorunub saxlanılmasında
rolu və parlament etikasının qorunmasında iştirakı;
-dövlətin və xalqın mövcud maddi və mədəni dəyərlərinin qorunub
saxlanılması və inkişafı üçün siyasətdə iştirak qaydaları və formaları;
-parlamentin cəmiyyətin aynası kimi qorunub saxlanılmasında gələcək
deputatın fəaliyyəti və xidmətləri;
-digər hakimiyyət qolları ilə əlaqəli fəaliyyətin göstərilməsi əsasları;
-xalqın mənəvi-mədəni irsinin qorunmasında və inkişafında parlamentin
rolunun müəyyən olunması;
-parlamentlə cəmiyyətin bağlılığında deputatın rolu;
-dövlətdə parlamentçiliyin qorunması və demokratiya və plüralizm
mərkəzi kimi qurumun cəmiyyətdə hörmət və dəyərinin qorunub saxlanılması
ə
sasları;
-parlamentə olan inam və etimadın doğruldulması əsasları;
-seçici etimadının daima yüksək səviyyədə qorunması və seçici-
nümayəndə və parlament hakimiyyəti arasında sintezin və vəhdətin
yaradılması və s.
Proqramlarda yerli sosial problemlərin mərkəzi dövlət siyasəti
çərçivəsində də həll edilməsinin əsasları əksini tapmalıdır. Buna görə də
deputat olacaq şəxs mütləq dövlət siyasətinin yerli və mərkəzi mahiyyətini və
onlar arasında sintezləşmiş bağlılığı dərk etməlidir
Proqramın müddəlarını çox yazmaq olar. Hər bir namizədin isə məxsusi
proqramı olmalıdır və müddəalar konkret yazılmalıdır.
Parlament seçkilərində vətəndaş cəmiyyətinin rolu
İ
ndiki müstəqil Azərbaycan tarixində stabil, nizamlı parlamentin əsasları
1993-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub.
Onun parlamentə sədr seçilməsi ilə qurumda bir etika formalaşıb və
97
qərarlarının siyasi gücü artıb. Xalq arasında parlamentə inam və etiqad
məsələsi də yüksək dəyərlərlə reallaşıb. Parlament ictimai-siyasi hakimiyyət
qolu olaraq öz dəyərini əldə edib. İndi Azərbaycanda nizamlı parlament
ə
nənəsi davam edir. Xalqımızın bu yöndə böyük təcrübəsi mövcudur.
Parlament öz xassəsinə görə nizamlı demokratik əsaslara malikdir. Bu gün
Azərbaycan parlamenti Azərbaycan xalqının iradəsini özündə cəmləşdirən
möhkəm təməlli bir hüquqi-siyasi qurum rolunu oynayır. Parlament məktəbi
və parlamentçilik ənənəsi sivil-rasional yollarla xalqın siyasi və ictimai
iradəsinin
realizə
mərkəzinə
çevrilib.
İ
nsan hüquqları çoxtərkiblidir. Müasir dövrün svil insanları cəmiyyətdə və
dövlətdə dünyaya gəlirlər və yaşayıb-yaradırlar. Dövləti və cəmiyyəti insanlar
təşkil edirlər. Dövlətlər insanların firavan həyatlarına xidmətlər üçün təşkil
edilir. Bu qurumlar, strukturlar insan maraqlarının təmin olunmasını həyata
keçirən siyasi və sosial kompozisiyalardır. Dövlət və cəmiyyət insan
hüqüqlarının reallaşdırılması vasitələridir. Dövlət və cəmiyyət hüququ,
hakimiyyət formalaşdırmaq, hakimiyyətdə təmsil olunmaq, dövlətdə təmsil
olunmaq, cəmiyyətdə mövqe tutmaq insan hüqularının tərkibidir. Hüquqlar
çoxsahəlidir və bütün sahələrdə olan qurumlar və fəaliyyət insan hüquqlarında
vasitələrdir və hüquqların təminat istiqamətləridir. Demokratiya hüququ, yəni
xalq hakimiyyəti hüququ insan hüquqlarının tərkibi olaraq təsbitedici
hüquqdur və onun təmin olunması üçün bir çox proseslər həyata keçirilir. Bu
proseslər içərisində hakimiyyətdə təmsil olunmaq və hakimiyyətin işində
iştirak etmək məsələsi də qərarlaşır. Prosesləri dövlət təmin edir. Lakin
cəmiyyətdən, onun seçilmiş nümayəndələrindən kənar iş görmür; çünki
hakimiyyətin mənbəyini xalq formalaşdırır. Dövlət hüquq norması qəbul
etməklə və təşkiatı funksiyanı həyata keçirməklə hakimiyyət hüquqlarıni təmin
etmiş olur. Bu gün əksər dünya dövlətləri antik və klassik nəzəriyyə və
təcrübələrə
müvafiq
olaraq,
dövlətin
tərkibi
olan
hakimiyyətin
formalaşmasında seçki (ümumxalq və yerli əsaslı) üsullarından istifadə edirlər.
Xalqın hakimiyyətdə təmsil olunması və bu yolla da öz iradəsini bildirmək
üçün tətbiq olunan seçki metodu alternativsiz metod hesab olunur.
Vətəndaş cəmiyyətlərində həm fərdi olaraq vətəndaşlar, həm də vətəndaş
birlikləri təmsil olunurlar. Vətəndaş cəmiyyətləri hüquqi dövlətlərin
formalaşmasında və fəaliyyətində sanki bir tərəf kimi iştirak edirlər. Vətəndaş
cəmiyyətləri siyasi partiyalarda, ictimai birliklərdə, istehsal kollektivlərində,
həmkarlar birliklərində, təhsil və elm müəssisələrində, səhiyyə təşkilatlarında,
ictimai
fondlarda,
mətbuat
və
informasiya
qurumlarında,
hüquq
kollektivlərində və digər bu kimi birləşmələrdə təcəssüm olunur. Vətəndaş
birlikləri xalqın siyasi və digər hüquqlarının təmin olunması məqsədilə dövlət
siyasəti və hakimiyyət fəaliyyəti ilə koordinasiya olunmuş, əlaqəli işlər həyata
keçirirlər. Dövlət hakimiyyətinə ictimai nəzarət funksiyasını vətəndaş
cəmiyyətləri təmin edirlər. Məsələn, seçkiləri dövlət hakimiyyəti müəyyən
edir, prosesləri təşkil edir, vətəndaş cəmiyyəti isə bu proseslərdə öz
Dostları ilə paylaş: |