Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə10/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   6   7   8   9   10   11   12   13   ...   44

20 

 

enerjisini cəmiyyətdən götürür. Kadr özünün potensial  mənbəyini cəmiyyətdə 



axtardığından, dəstək üçün cəmiyyətə üzünü tutur. 

 

Cəmiyyətdə  və dövlət hakimiyyətində kadrların  yetişməsi  mərhələləri  

 

Kadr dedikdə, burada mərkəzi və yerli, eləcə də mərkəzi ixtisaslaşdırılmış 



idarəetmə  aparatı    daxilində  işçi  heyəti  nəzərdə  tutulur.  Buraya  administrativ 

(inzibati)  şəxsi heyət (aparatın ştat cədvəlində vəzifə tutan şəxslər)  aid olunur. 

Eyni  zamanda  bir  qurumun  tabeçiliyində  olan    aidiyyatı  qurumlarda  çalışan 

nomenklatur işçilər də həmin aparatın kadr heyəti hesab olunur. Bu baxımdan 

da  aparatdaxili  kadrları  mərkəzi  və  ətraf  (yan,  qanad)    mütəxəssislərə 

ayırmaq olar. Kadr bazası həm mərkəz həm də yan (qanad) potensial hesabına 

yaranır.  Ehtiyat  kadrlar  anlaşıyış  formalaşmış  olur.      Kadrların  hazırlanması, 

ixtisaslarının  artırılması  və  əvəzlənməsi,    yerlərinin  dəyişdirilməsi  müəyyən 

mərhələlərlə  həyata  keçirilir.        Ümumiyyətlə,  bu  mərhələlər  xaraktercə  iki 

hissəyə ayrılır: texniki (strukturlu) və məzmunlu (tərkib mahiyyətinin dərk 



olunmasına görə).

 Texniki hissə daha çox formanı əks etdirir. Həm də özündə 

sistemli  əmək  fəaliyyətini,  sistemli  təşkilati  funksiyanı  cəmləşdirir.  Texniki 

əsaslar  iyerarxik  qaydada  tabeli    strukturlar  arasında  olan  əlaqəni  özündə 

ehtiva  edir.  Bu,  həm  də  idarənin,  aparatın  işçi  (ştat  vahidi  üzrə)  strukturunu 

meyddana  gətirir.    Subyektlərin  fəaliyyətini  ifadə  edən  vasitələr  və  onlar 

arasında  olan  əlaqələri  təşkil  edən  vasitələr  də  bu  texniki  qrupa  ayrılır. 

Mərhələlər həm də iyerarxik vəzifələrlə də müəyyən olunur. Burada məkan və 

vəzifənin  hüquq  və  səlahiyyətləri  amili  də  mühüm  kriteriya  rolunu  oynayır.  

Böyük vəzifələrdə həm hüquqlar böyük olur, səlahiyyətlər geniş olur, təsiretmə 

və tənzimləmə obyektləri çoxluq təşkil edir, həm də buna rəğmən  məsuliyyət 

və öhdəlik də artır. Böyük vəzifələr öz daxilində digər vəzifələri və resursları 

cəmləşdirir. Bu baxımdan da vəzifələr bölgüsünü özündə ehtiva edən mərkəzi 

idarəetmə, əlaqələri və münasibətləri tənzimləmə qurumları meydana gəlir. 

Kadrların  hakimiyyətin  üç  qolunda  qarşılıqlı  əvəzlənməsi,  rotasiya 

prinsiplərinin  tətbiqi,  kadrların  yerlərinin  dəyişdirilməsi  (həm  qolların 

daxilində, həm də qolların arasında)  onlar tərəfindən idarəçilik prosedurlarının 

dərindən  mənimsənilməsini  təmin  edir.  Kadrlar  ayrı-ayrı  vəzifələrdə  həm 

bağlılığı,  sistemli  müstəvini  dərk  edirlər,  həm  də  fərdi  və  kollektiv    vəzifələr 

sistemində  hüquqların  vəhdətini  anlamış  olurlar.  Buradan  da  şəbəkəli 

idarəetmənin  (yuxarı  və  aşağı  prinsiplər  üzrə)    genişlənmiş  müstəvi  üzrə 

əhatəsi  meydana  gəlmiş  olur.  Kadrların  yerdəyişməsi  zamanı  vəzifələr  və 

hüquqlar  da  dəyişmiş  olur  ki  bu  da  nəticə  etibarilə  fərqli  hüquqların  və 

vəzifələrin  eynilik  və  fərqlilik  prinsipləri  üzrə  mənimsənilməsinin  əsaslarını 

meydana gətirmiş olur.  



21 

 

Kadrların  (burada  həm  də  dövləti  idarə  etmək  üçün  siyasətçilərin,  ali 



dövlət məmurlarının)  yetişməsində bu kimi aşağıdakı addımlar atılır: 

 

İ



nzibati əsaslar 

  

İlk növbədə siyasətin formalaşmasının mərkəzi və yerli əsasları umumi və 

konkret məxsusi qaydada təlim-tədris obyektinə çevrilir. Praktiki işlərin həyata 

keçirilməsi,  vəzifələrin  tutulması  və  icrası  həmin  vəzifələrin  funksiya  və 

öhdəliklərinin öyrənilməsi zərurətini özündə ehtiva edir.  Ölkənin inzibati ərazi 

vahidləri  üzrə  idarəolunmasının  əsasları  pilləli  qaydada    öyrədilir. 

İdarəetmənin  tərkib  hissələri  (məkan  və  vəzifələr  bölgüsü  üzrə)  öyrədilir. 

Mərkəzi  (unitar  və  federal  əsaslarla)  və  yerli  prinsiplər  ayırd  edilir,  onlar 

arasında olan idarəçilik dövriyyəsi sistemli olaraq mənimsədilir. Onu da nəzərə 

almaq lazımdır ki, idarəçilik özündə həm təşkilati məzmunu və formanı da əks 

etdirir.  İdarə  aparatlarında  həm  daxili  bölmələr  arasında  əlaqələrin 

tənzimlənməsi  mövcud olur, həm də idarələrin  kənar  məsələləri tənzimləməsi 

prosesləri  həyata  keçirilir.  Məsələn,  prezident  administrasiyalarında  həm 

administrasiyadaxili strukturun bölmələri qarşılılqı olaraq idarə olunur, burada 

aparat bütövlüyü yaranır. Həm də administrasiya ilə dövlət idarəçiliyini təşkil 

edən  digər  tabeli  qurumlar  (burada  nazirliklər,  komitələr,  şirkətlər,  səhmdar 

cəmiyyətlər və s.) arasında   olan əlaqələr tənzim olunur. Dövlət idarələri həm  

özlərini  idarə  edirlər,  həm  də  səlahiyyətləri  üzrə  ətrafları  idarə  edirlər.  Bu 

baxımdan  da  dövlət  idarəçiliyində  daxili  və  ətraf  obyektlər  üzrə  idarəçilik 

həyata  keçirilir.    Ətraf  obeyktlərin  tənzim  olunmasına  həm  də  subidarəçilik 

adını da vermək olar.  

 

İ

nzibati  idarəçiliyin  öyrədilməsi    məqsədilə    bu  kimi  konkret  proseslər 

təmin edilir:   

 

-dövlətin  inzibati  idarəçiliyinin  –burada  inzibati  ərazi  bölgüsü  üzrə 



idarəçilik nəzərdə tutulur-öyrənilməsi təmin edilir.    İnzibati idarəçiliyə yerli-

bələdiyyə  və  icra  hakimiyyəti  (dövlət  hakimiyyətini  təmsil  edən  yerli  icra  

qurumu)    üzrə  idarəçilik  aid  olunur.  Dövlətin  əyalətlər  və  vilayətlər  üzrə 

idarəçiliyinin  öyrədilməsi  prosedurları  yerinə    yetirilir.  Qurumların  

əsasnamələri  və  nizamnamələri,    onların  hüquqi  əsasları  mütəxəssislər 

tərəfindən  mənimsədilir.  Subyektlərin  vəzifə  bölgüləri  ayırd  edilməklə 

öyrədilir;  

-dövlətin  mərkəzdən  (federal  və  unitar  əsaslarla)  idarəolunmasının 

öyrədilməsi  təmin  edilir.  Piramidal  və  şaxəli  idarəetmənin  əsasları,    müxtəlif 

prinsipləri öyrədilir; 

-dövlətin  mərkəzi  icra  hakimiyyəti  qurumları  və  həmin  qurumların  yerli 

idarələri  üzrə  öyrədilməsi-mərkəz-yerli  inzibati  ərazi  bölgüsü  üzrə 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə