Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə11/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   7   8   9   10   11   12   13   14   ...   44

22 

 

idarəetmənin  əsaslarının  müəyyən  olunması-təmin  olunur.  Buna  aparat  və 



idarə öyrədilməsi də demək olar.  

-ərazinin  bələdiyyələr  üzrə  regional  əsaslarla  idarəçiliyinin  öyrədilməsi 

təmin olunur; 

-yerli  seçki  qurumlarının  fəaliyyətinin  və  əsaslarının  öyrədilməsi  həyata 

keçirilir; 

-icra  aparatlarında  kargüzarlığın  əsaslarının  öyrədilməsi,  kargüzarlığın 

aparılması qaydalarının başa salınması təmin olunur.  Bu əsasda qanunvericilik 

aktlarının, o cümlədən  qaydaların öyrədilməsi prosesləri həyata keçirlir; 

-yerli  məhkəmə  sistemlərinin  və  hüquq  –mühafizə  qurumlarının 

fəaliyyətinin öyrədilməsi təmin edilir; 

-diplomatik  qurumların  inzibati  fəaliyyətinin  öyrədilməsi  həyata 

keçirilirvə s.  



 

Siyasi əsaslar 

 

Dövlət  hakimiyyətinin  mərkəzində  mövqe  və  vəzifə  tutan  şəxslər  ilk 



növbədə  daha  çox  dövlət  və  cəmiyyət,  xalq  və  vətəndaş  anlayışını  geniş 

mənimsəmək  imkanlarına  malik  olmalıdır.  Burada  hüquq  normalarının  

qəbulu,  icrası  və  normaların  icrasına  nəzarətin  həyata  keçirilməsinin  başlıca 

prinsipləri  təşkil  edir.  İdarəetməni  siyasi  əsasları    daha  çox  makro  idarəçiliyi 

özündə ehtiva edir.  Çünki dövlət ali bir fenomendir.  

İnzibati  əsaslar  siyasi  əsasların  tərkibində  qərarlaşır.  Çünki  dövlət 

quruluşu  idarəetmə  baxımından  siyasi  forma  və  məzmuna  malikdir.  Dövlət  

inzibati  əsaslarla  idarə  olunan  siyasi  bir  bütövlükdür.  Siyasi  idarəetmə  ali 

idarəetmə  forması  olaraq  tərkibində  həm  yerli,  həm  də  mərkəzi  inzibati 

idarəetməni  cəmləşdirir.  İnzibati  idarəçilik  siyasi  idarəçiliyi  məkan  üzrə 

genişləndir  və  buna  görə  də  tərkibini  təşkil  edir.  İnzibati  idarəçilik  siyasi 

idarəçiliyin  (siyasi  rəhbərliyin)  mexanizmisini  və  qaydalarını  yaradır.  

Dövlətin  qanunvericilik  aktları  mərkəzi  və  yerli  inizabati  bölgülər  üzrə  təsir 

qüvvəsinə  malik  olur.  Bu  aspektdə  yerli  qurumlar  əsasən  mərkəzi  qurumların 

siyasətini  tərkiblərə  ayırır.  Yəni,  strukturlar  üzrə  şaxələnmə  elə  mərkəzi  və 

ətraf  inzibati  quruluşu  meydana  gətirir.      Siyasi  idarəetmə  hakimiyyətin  üç 

qolunun formalaşmasını  və üç qolun mərkəzi və yerli  fəaliyyətinin əsaslarını 

özündə  ehtiva  edir.  Siyasi  idarəetmə  mərkəzləşdirici  əsaslı  müəyyənetmə 

siyasətidir.  Burada  dövlətin  daxili  və  xarici  siyasətinin  ümumi  əsasları, 

istiqamətləri  və  detalları  müəyyən  olunur.  Siyasət  mərkəzlərində  siyasətin 

nəzəri  əsasları  müəyyənləşir,  sonra  isə  icra  həyata  keçirilir.  Həmçinin  icra 

proseslərindən  yeni  hüquqi  normaların  yaradılması  zərurəti  meydana  gəlir. 

Siyasi fəaliyyət də təbii ki tərkiblərdən ibarət olur. Dövlət siyasətinin müəyyən 

olunmasında  yerli  qurumlardan  tutmuş,  cəmiyyətə  və  əhaliyə  qədər,  mərkəzi 

hakimiyyət  qurumlarına  qədər  bütün  strukturlar  təklifverici  funksiyanı  yerinə 

yetirirlər.  Həmçinin  mərkəzdən  aşağılara  doğru  qərarların  icrası  prosesləri  

həyata  keçirilir.  Universal  qərarlar  həm  mərkəzə,  həm  də  ətrafa  aid  olur.   



23 

 

Mərkəzi qərarlar həm birbaşa icra olunur, həm də bu qərarlardan çıxış edərək, 



icrasını  təmin  etmək  məqsədilə,      yerli  qurumların  qərarları  qəbul  olunur.  Bu 

istiqamətdə  dövlət  qanunlarından  (qanunvericilik  aktlarından)  mərkəzi 

qüvvəyə  malik  olmayan  yerli  qərarlar  qəbul  edilir.  Siyasi  əsaslarla  kadrların 

yetişdirilməsində  tələbatlara  olan  cavab  reaksiyaları  önəmli    rol  oynayır.  Bu 

baxımdan da kadrların təşəbbüskarlıq qabiliyyəti əsas diqqət mərkəzində olur. 

Siyasi  əsaslar  dövlət  siyasətinin  ümumən  baza  istiqamətini  və  strateji 

mahiyyətini aşkarlayır. Eyni zamanda taktiki addımları müəyyənləşdirir.  

 

Kadrların  siyasi  əsaslarla  yetişməsində  bu  kimi  konkret  prosedurlar 

həyata keçirilə bilir:  

 

-dövlət, cəmiyyət və onların qarşılıqlı vəhdət  mahiyyətinin öyrədilməsi; 



-xalq və onun təşkilatlanması əsaslarının öyrədilməsi; 

-dövlət  quruculuğunun,  dövlət  xidmətlərinin,  xalq-dövlət  birliyinin  və 

dövlətin funksiyasına aid olan bütün prosesləri özündə ehtiva edən dövlətçilik 

ideologiyasının    əsaslarının  öyrədilməsi.  İdarəetmə  kadrlarının  dövlətçilik 

ideologiyası ruhunda tərbiyə olunması; 

-dövlətin daxili və xarici siyasətinin zəruri əsaslarının öyrədilməsi; 

-daxili və xarici siyasət fəaliyyətinin tamamlayıcı zərurətinin öyrədilməsi; 

-cəmiyyətlə dövlət arasında qarşılıqlı təminedici funksiyanın öyrədilməsi; 

-dövlət etikasının təbliği; 

-insanların  bütün  sahələrdə  hüquqlarının  mövcudluğunun  və  əsaslarının 

öyrədilməsi; 

-dövlətin özünün məcmu hüququnun öyrədilməsi; 

-dövlətin  beynəlxalq  aktor  kimi  rolunun  nəzəri  əsaslarının  və  təcrübi 

tərəflərinin öyrədilməsi və s. 

Təbii  ki,  öyrədilmə  prosesləri  əyani  nəzəri  vasitələr  və  real  vəzifələri 

tutmaqla  həyata  keçirilir.  Hər  bir  proses  özülüyündə  insan  düşüncələrində 

müəyyənlik yaradır.    

 

İ

ctimai əsaslar  

 

Dövlətin  idarəçiliyində  iştirak  edən  mütəxəssislər,  siyasətçilər  (kadrlar)  

cəmiyyətin  nəbzini  tutmağı  bacarmalıdırlar.  Cəmiyyət-dövlət  vəhdətindən 

çıxış  edərək,    cəmiyyətin  sifarişlərini  müəyyən  etmək,  ayırd  etmək 

qabiliyyətinə  malik  olmalıdırlar.  Eyni  zamanda  cəmiyyəti  qabaqlayaraq, 

cəmiyyət  üçün  yeni  istiqamətləri  təqdim  etməyi  bacarmalıdırlar.  Prosesləri 

yeniliklərlə yönləndirmək məharətinə malik olmalıdırlar.  Şəxslər cəmiyyəti öz 

xidmət  obyektlərinin  əsas  mərkəzi  elementi  hesab  etməlidirlər.  Kadrlar  ayıq 

olmalıdırlar  və  tez  və  vaxtında  reaksiya    vermək  bacarığını  özlərində 

cəmləşdirməlidirlər.  Onlar  əqli  nəticələr  çıxarmağı  bacarmalı  və  cəmiyyətin 

vəziyyəti  ilə  bağlı  öz  səlahiyyətləri  çərçivəsində  vəziyyətləri  dəyərləndirməyi 

və  qərar  qəbul  etməyi  bacarmalıdırlar.  Cəmiyyətin  istəklərini  dövlətin 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə