Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə13/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   9   10   11   12   13   14   15   16   ...   44

26 

 

Hisslərin,  duyğuların  əks  olunduğu  obyektləri    ölçüsünə  görə  mikrodan 



makroya  qədər  təsnif  etmək  olar.  Vətənə  ola  sevgi  və  məhəbbət  hissləri  də 

qlobal  hisslər  sırasındadır.  Məlumdur  ki,  insan  torpaqsız,  yurdsuz,  yaşayış 

məskənlərsiz,  ailələrsiz,  ətraflarsız  yaşaya  bilməz.  Vətəni  təşkil  edən 

elementlər öz-özlüyündə insana bağlılıq yaradır. Bu baxımdan da qəbul edilən 

sərhədlər  daxilində  Vətən  bütövlüyü  kriteriyası  mühüm  əhəmiyyət  kəsb  edir. 

Vətəni təşkil edən elementlərin çatışmazlığı (burada ərazi birinci yerdə durur) 

öz-özlüyündə  insanlarda  böyük  çatışmazlıqları  meydana  gətirir.  Hamımza  da 

mütləq  qayda  olaraq    məlumdur  ki,    elə  torpaq  olmadan  insanın  yaşaması 

ağılasığmazdır.  

Vətən sevgisi doğmalıq və arxayınlıq, gümanlıq, ümidlik yaradır. İnsanlar 

sabahlarına  inancla,  fəxarətlə    baxırlar.    Vətən  sevgisi  əgər  toponim  izah 

baxımından  torpaq,  yurd,  diyar    sevgisidirsə,    mədəni  aspektlər  nöqteyi-

nəzərdən  xalq sevgisidirsə, ədəbiyyat, poeziya baxımından təbiət sevgisidirsə 

(burada  təbiət  füsunkarlığı  insanın  ruhuna  oturur),  cəmiyyət  və  siyasət 

baxımından,  həmçinin  mədəni  şəxsiyyətlilik  nöqteyi-nəzərdən  dövlət 

sevgisidir.  Dövlət  öz  fəaliyyətini  insanların  Vətənlə  bağlılığı  və  onun  tərkib 

elementlərindən istifadə üzərində qurur.  

Vətəni, xalqı, dövləti, cəmiyyəti sevənlər müxtəlif kateqoriyalara bölünür. 

Burada  Vətən  psixikasının  müxtəlif  tərkibləri  meydana  gəlir.  Kimsə  Vətəni 

daha  çox  sevir,  onun  hər  bir  elementinə  valehdir,  onsuz  yaşamaq  mənasını 

görmür; bir başqaları isə Vətənə adi baxır və özünü kosmopolit kimi hiss edir. 

Kosmopolitlik  də  pis  xasiyyət  deyil.  Təki  sülhsevər  olasan  və  sevginin, 

hörmətin, rəğbətin  mərkəzində dünyanı və insanlığı görəsən; eləcə də radikal 

sərhədlər  rejimi    amilini  rədd  edəsən,  hətta  siyasi  coğrafiya    baxımından  

sərhədləri  qəbul  etməyəsən  və  bütün  dünyanı  özününkü  hesab  edəsən.  Lakin 

kosmopolitlik  Vətən  sevgisini  kölgələməməli  və  onun  tərkibini  təşkil 

etməlidir.  Vətəni  dünyadan  ayırmaq  olmaz.  Ən  əsası  olduğun  hər  bir 

məmləkəti  öz  doğman  hesab  edəsən.  Bütün  yurdlar  arasında  sülhpərvər  bir 

missiya yerinə yetirəsən.  

Vətəni  sevənlər  kateqoriyaya  bölünə  bilir.  Hər  kəs  bu  obyektə    müxtəlif 

bucaqlardan  baxır.  Baxışlar  ümumiləşəndə  Vətən  sevgisində    maddi-material 

amilləri  birinci  şərt  kimi  qəbul  edənlər  olur.  Onlar  üçün  Vətən  ancaq  pul  və 

varidatdan  ibarət  olur.    Vətən  o  xas  insanları  yalnız  maddi    dəyərlərlə  təmin 

etməkdə  borcludur.  Digər  qism  insanlar  isə  Vətəni  (resurslarını)    onlara 

xidmətdə  görsələr  də,  Vətəni  qazanclar  məsələsində  günahkar  hesab  etmir. 

Vətənə ülvi duyğular yaradan mənbə kimi baxır və onun maddi dəyərlərindən 

istifadəni  ikinci  yerdə  görür.  Nizamlı  istifadə  prinsipini  əsas  götürür.    Vətən 

bütövlüyü, xalq və insanların  bütövlüyü, cəmiyyətin  firavanlığı bu insanların 

mənəvi aləminin tərkibini təşkil edir.  

Vətəndən  ayrı  qalan  insanlar  da  Vətəni  sevmək  dərəcəsinə  görə 

fərqlənirlər. Məsələn, bir çox insanlar qərib ölkələrdə, diyarlarda ancaq Vətəni 



27 

 

axtarırlar.  Vətənsiz  ayrı  dayana  bilmirlər.  Kənardan  imkanları  daxilində 



xidmət edirlər.  Digər insanlar üçün isə bu faktor yoxdur, əksinə Vətənə nifrət 

hissləri baş qaldırır.  

Vətənpərvərlik  hisslərinə  görə  insanları  laqeyd  yanaşanlardan  tutmuş, 

Vətən həsrətinə qədər olanlara qədər aralıq trayektoriya üzrə  təsnif etmək olar. 

İlk  növbədə  bu  kriteriyaları  insanların  tutduqları  peşələrə  görə  təsnif  etmək 

olar.  Çünki  peşələr  elə  insanları  xidmət  dərəcələrinə  görə  Vətənə  bağlayan 

amil rolunu oynaya bilir. Ən əsası peşədə ləyaqətlə xidmət etməkdən ibarətdir.  

 

Azərbaycanda  bu  kimi  insanları,  -  peşələri  əsas  götürməklə,-    təsnif 

edək:  

 

(Nəzərə  almaq  lazımdır  ki,  ölkəmiz  müharibə  şəraitindədir  və 

Ermənstan  tərəfindən  işğal  davam  edir  və  Vətənin  bir  hissəsi  düşmən 

tapdağı altındadır. Müharibə olan bir ölkədə vətənpərvər insanlar hisslərinə 

və  əməllərinə  görə    necə  təsnif  oluna  bilərlər.  Təbii  ki,  bu  bölgü  fərdi  və 

subyektivdir, çoxları razılaşmaya bilər)  

  

Birincisi,

  Azərbaycanda  ən  vətənpərvər  insanlar  hamımızın  da  qəbul 

etdiyi  Vətənin  müdafiəsi  uğrunda  döyüşənlər,  burada  canlarını  qurban  verən 

şəhidlərimiz,  qəhrəmanlarımız,  əlil  olanlarımız,  soyqırımlara  məruz  qalanlar 

və onların ailələri, döyüş şəraitində əsir düşən hərbçilərimizdir.  Eyni zamanda 

bu  kateqoriyaya  aiddir:  əsgərlərimiz  (səngərlərdə  dayanan),  komandan  heyəti 

olan  zabitlərimiz.  Döyüş  sərhəddi    bölgələrində  yaşayanlar  və  günahsız  girov 

götürülənlər  də  bu  kateqoriyaya  aid  edilə  bilər.  Ön  cəbhədəki  hərbidə 

işləyənlər bu sırada qərarlaşırlar.  

Birincilər qrupuna aid olan kateqoriyaya dövlət rəhbərini, -hansı ki, bütün 

günü  müdafiə  üçün,  müharibənin  qabağını  kəsmək  üçün  yollar  axtarır,  -aid 

etmək  lazımdır.  Dövlətin,  cəmiyyətin,  ölkənin  siyasi  məsuliyyəti  onun 

çiynindədir; 

İ

kincisi,

  arxa  cəbhədə  zəhmət  çəkən,  əziyyətlərə  qatılan    insanlardır.  Bu 

insanlar  öz  zəhmətləri  ilə  ön  cəbhəni  təmin  edirlər,  digər  tərəfdən  də  sosial-

iqtisadi  vəziyyətin  yaxşılaşması  üçün  çalışırlar.  Məhsul  istehsal  edənlər, 

çatışmazlığı  aradan  qaldırmaq  üçün  xarici  və  daxili  ticarətlə  məşğul  olanlar, 

infrastruktur yaradanlar, nəqliyyat vasitələrini idarə edənlər,  ön cəbhədə mülki 

xidmət  göstərənlər  bu  kateqoriyaya  aid  oluna  bilərlər.  Ümumiyyətlə,  ölkənin 

təsərrüfat (sənaye  və  kənd təsərrüfatı)  sistemində çalışanlar   bu  kateqoriyaya 

aid oluna bilərlər.  

İkinci  kateqoriyaya    ölkənin  müdafiəsini  təşkil  edən    hərbi-  müdafiə 

sistemi,  sərhəd  mühafizəsi  sistemi,  həmçinin  sülhü  yaratmaq  üçün  xarici 

ölkələrlə əlaqələrdə iştirak edən qrup (diplomatlar, məmurlar) aid ola bilər. Bu 

yöndə fəaliyyət göstərən hökumət üzvləri bu kateqoriyaya aid ola bilər; 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə