Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə14/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

28 

 

Üçüncüsü,   

bu  şərti  kateqoriyaya    ölkədə  ictimai-asayişi  qoruyan 

qüvvələr,  terrorun  və  digər  transmilli  cinayətkarlığın  qarşısını  alan  qüvvələr, 

bu  baxımdan  hüquq-mühafizə  orqanları  əməkdaşları,  həmçinin  məhkəmə 

sistemi əməkdaşları aid oluna bilər; 



Dördüncüsü,

  həkimlər      bu  kateqoriyaya  aid  oluna  bilər.  Həkimlər  ön 

cəbhədə isə birinci vətənpərvərlik kateqoriyasına aid olunmalıdır. 

Beşincisi,

  müəllimlər,  tərbiyəçilər  bu  sırada  yer  ala  bilərlər.  Onlar  öz 

ölkələrində insanların yetişdirilməsi ilə məşğul olurlar. 

Altıncısı,

 elm, ədəbiyyat, incəsənət və ictimaiyyət (jurnalistləri də burada 

görmək  olar)    adamları  hesab  oluna  bilərlər.    Ölkənin  müdafiəsi  və  inkişafı 

üçün  yaradıcılıq  və  quruculuqla  məşğul  olanlar,  ideoloji  qanadda  çalışan 

insanlar bu kateqoriyaya aid oluna bilər; 

Yeddincisi,

  istehsalata  xidmət  sahələrində  çalışanlar,  infrastruktur 

sahələrində işləyənlər;  

Səkkizincisi,

  xaricdə  yaşayanlar  və  lobbiçiliklə,  diaspora  fəaliyyəti  ilə 

məşğul olanlar. 

Sıranı  uzatmaq  olar  və  yerləri  də  dəyişmək  mümkündür.  Burada  sıra 

şərtidir.  

Lakin  peşəsinə,  vəzifəsinə,  sənətinə  baxmayraq,  fərdi  olaraq,  qəlbən  və 

əməlləri  ilə    elə  bir  vətənpərvər  şəxslərimiz  vardır  ki,  onları    öndə  duranlar 

sırasına aid etmək olar.  Onlar üçün ümumi zəngin mənafe fərdi mənafe üçün 

əsas bazadır.  

Mən bu yazını nə üçün bu şəkildə qələmə alıram. Çoxlarımıza məlumdur 

ki.  müəyyən  şəxslərimiz  var  ki,  xarici  ölkələrdə  kimlərinsə,  hansısa  maraqlı 

təşkilatlarınsa  hesabına  yaşayırlar  və  vaxtaşırı,  eləcə  də  mütəmadı  olaraq 

ölkəmizin,  xalqımızın  ünvanına  təhqiramiz  sözlər  işlədirlər.  Yerli-yersiz 

tənqidlərlə,  ittihamlarla  məşğuldurlar.  Guya,    daha  çox  vətənpərvərdirlər. 

Üzümü  onlara  tutub  deyirəm  ki,  olduqları  ölkələri,  xalqları  çox  sevsinlər. 

Onlar  bizim  qardaşlarımızdır,  dostlarımızdır.    Dünya  birdir,  insan  da  birdir. 

Dünyanın hər bir guşəsində  yaşamaqla həyatdan zövq almaq lazımdır. Hər bir 

məkan  enerji  mənbəyidir.    Ən  əsası  isə  ölkəmizi  dünya  ilə  birləşdirmək 

lazımdır.  Oradakı  müsbətlikləri  ölkəmizə,  ölkəmizdəki  dəyərləri  isə  oralara 

aparmaq  lazımdır.  Qarşılıqlı  tanıtım  həyata  keçirmək  lazımdır.  Mən,  Elşən 



Nəsibov

,    bir  o  qədər  vətənpərvər  deyiləm.  Ön  sıralarda  ola  bilməmişəm. 

Məsələn, ehtiyatda olan zabit olsam da, etriraf edirəm ki,   həqiqi hərbi xidməti 

keçməmişəm.  Yayınmışam.  Döyüşləri  görməmişəm.  Əsgərlərə  bir  xeyirim  də 

dəyməyib. İstehsalatla, kənd təsərrüfatı ilə məşğul olmamışam.  Buna görə də 

alovlu vətənpərvərlikdən danışmağa haqqım yoxdur. Vətənpərvərlik hisslərinə 

görə    birinciləri  qabaqlaya  bilmərəm.    Hesab  edirəm  ki,  mənim  yerim  yalnız 

fikir  bildirməkdədir.  Həm  də  bildirdiyim    fikirlər  də  real,  faydalı  və 

istiqamətverici olmalıdır.  Hər kəsi real vətənpərvər olmağa səsləyirəm! 



29 

 

Onu  da  nəzərə  almaq  lazımdır  ki,  xaricdə  yaşayıb  ölkənin  ünvanına 



təhqiramiz sözləri işlədənlərin “vətənpərvərlik hissləri” ilə, Vətəndə yaşayıb 

peşəsi baxımından ön sıralarda və digər sıralarda qərarlaşan, lakin əməlləri ilə 

əyri yollarda olanların “vətənpərvərlik hissləri” eynidir.  

 

Mədəniyyətin yüksək olması əsasları  

 

Mədəniyyət nədir. 

-Mədəniyyət ümumən və mənası baxımından  xalqın 

yaradıcılığı  və  quruculuğunun,  həyat  tərzinin    bütün  aspektlərdə,  bütün 

fəaliyyət sahələrində  əks olunma normasıdır. Özündə etik-estetik davranışları 

əks etdirən norma və qaydalardır. Mədəniyyət bu baxımdan harmonik, sistemli  

və ədalətli davranışdır. Mədəniyyət sahələrdə əks olunan vərdişlərdir. Əxlaq və 

estetika qaydalarıdır.  Vərdişlərin gələcək zamanlarda (tarixə baxdıqda həm də 

mövcud zamanda) obrazlı şəkildə ifadə olunmasıdır. Yaradıcılıq və quruculuq  

istək  və  arzulardan  ibarətdir.  Yaradıcı  və  qurucu  şəxslər  həm  hər  hansı  bir 

hadisəni  xəyali  olaraq  təsvir  edirlər,  həm  də  öz  istəklərini,  arzularının 

reallaşmasını təmin edirlər. Mədəniyyət vasitələri təsdiq olunan və özün tapan 

vasitələrdir.     

Mədəniyyət  ümumiləşdirilmiş  bir  kriteriyadır  və  öz  daxilində    çoxlu 

sayda tərkib elementlərini birləşdirir.  

Mədəniyyətə  yaradıcılıq  və  quruculuq  sahələri  üzrə  kriteriyalar 

baxımından  aiddir:  bədii  sahələr-ədəbiyyat  və  onun  qolları  (yazıçılıq, 



poeziya);    incəsənət  və  onun  qolları  (rəssamlıq,  heykəltaraşlıq,  xəttatlıq, 

aktyorluq), musiqi, din, idman,  elm; həm də fəaliyyət (məşuliyyət)  sahələri 

kimi  iqtisadiyyatın,  siyasətin,  sosial  sahələrin    formalaşma  sistemləri; 

məşğuliyyət  (sənət  və  peşə)    sahələri,  əks  olunma  sahələri  kimi  mətbuat  və 

radio-televiziya, elektron informasiya vasitələri (ümumiyətlə, efir vasitələri), 

teatr  səhnələri,    konsert  tamaşa  salonları,  idman  arenaları,  əyləncə 

kompleksləri; film yaradıcılığı   və s.

  

Mədəniyyət  göstəriciləri  davranış  göstəriciləridir.  Mədəniyyətdə  iştirak 



bir  davranışdır.    Bu  baxımdan  da  mədəniyyət    həm  də  əxlaqi  və  estetik 

vasitələrdə  büruzə  verir.    Hər  kəs  ümumi  mədəni  normalar  çərçivəsində 

özünün əxlaqını nümayiş etdirir.  

Mədəniyyətin  faydası  pozitivlikdədir.  Hər  bir  xalqın  mədəniyyəti  həmin 

xalqın çiçəklənməsinə və etik və estetik davranışına xidmətə yönəlməlidir. 

Mədəniyyət  bir  statusdur.  Xalqın  yaşayış  tərzinin  obrazlanmasıdır. 

Mədəniyyət həm də xalqın  yaşayış tərzinin açılmasına xidmət edir.  

Mədəniyyətin  yüksəkliyi  onun  forma  və  mənasındadır.

  Forma 


vasitələrin  formasıdır,  məzmun  isə  tərkib  və  tərkibin  əhəmiyyətidir.  Əgər 

mədəniyyət  vasitələri  insanlarda  zövq  yaradırsa,  təsir  bağışlayırsa,  enerji 

verirsə, deməli, güclüdür.  Burada yüksək olmaq fikri həm mütləqdir, həm də 

nisbidir.  Obrazlanmanın  faktiki  zamanda  mütləq  yüksəkliyidir  və  dəyişən, 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə