Elşən Misir oğlu Nəsibov


I FƏSİL:  Cəmiyyət və siyasət fəlsəfəsi



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə2/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   2   3   4   5   6   7   8   9   ...   44

 

I FƏSİL: 



Cəmiyyət və siyasət fəlsəfəsi 

 

Cəmiyyətin əsasları 

 

Cəmiyyət  müxtəlif  maraqlara  sahib  olan  insanların    müəyyən  yaşayış 



məskənlərində  sivil  əlaqə  və  ünsiyyət  formasıdır.  Cəmiyyətin  üzvləri  olan 

insanlar,  onların  birlikləri  cəmiyyətin  subyektləri,  onların  fəaliyyəti  isə 

cəmiyyətin  ümumi  canlılığıdır.  Bu  aspektdə  cəmiyyət  nəbzi  olan,  orqanları 

olan və hərəkətə gətirən elementləri olan bir quruluşdur. Təfəkkürdə cəmiyyət 

canlı  bir  bütövdür.    Cəmiyyət  anlayışı  koordinasiya  əmələ  gətirir.  Daxildə, 

yaşayış məskənlərində bu anlayışın funksiyası insanları müəyyən bir məkanda 

cəmləşdirməkdən, bir araya toplamaqdan ibarətdir.  Cəmiyyət bütövdür, lakin 

tərkiblərdən  ibarətdir.  Cəmiyyət  təbəqələrə  bölünür.  Bu  təbəqələr  insanların 

tutduqları  peşələrə  müvafiq  olaraq  yaranır.  Həm  də  yaş  amili  burada  əsas  rol 

oynayır.  Cəmiyyət  bu  aspektdə  dairələrə,    qruplara  bölünür.  Məsələn,  yaş 

kateqoriyasına  görə-  uşaqların  dairəsi,  məktəblilərin  dairəsi,  əhatəsi,  yaşlı 

insanların  dairəsi;    həkimlərin  dairəsi,  müəllimlərin  dairəsi,  memarlar  qrupu, 

mütəxəssislər  qrupu  və  s.  Ümumiyyətlə,  cəmiyyətdə  fərd  qruplaşmada, 

dairələrdə  təmsil  olunmada  özünü  təsdiq  edir.  Cəmiyyət  onu  təşkil  edən 

ünsürlərin  vəhdəti  üçün  koordinasiya  funksiyasını  yerinə  yetirən  canlı  bir 

bütövdür. Cəmiyyət bütövlüyü sayəsində insanlarda oxşar və vahid əlamətləri 

olan  xarakter  formalaşır.  Xalqın  bütövlüyü  dövlət  və  cəmiyyət  bütövlüyündə 

qorunub saxlanılır.  Bu bütövlük xalqın vahid ənənələrinin və adətlərinin irsən 

keçməsini təmin edir. Dövlət cəmiyyətin adət-ənənələrinin  təbliğat və təşviqat 

vasitəsilə  irsən    keçməsini  təmin  edir.  Eləcə  də  hüquq  normaları  ilə  bu  irsin 

davamediciliyini təmin edir.  

Cəmiyyət  formaca  dövlət  daxilində  formalaşan  bir  strukturdur.  Burada 

sistemin  horizontal  və  şaquli  əsasları,  formaca  bu  tipdə  böyüməsi  cəmiyyətin 

daima inkişafda olmasını zəmanətləyir. Cəmiyyət elə bir strukturdur ki, özündə 

dövlət strukturunun bazasını təşkil edir. Cəmiyyət və dövlət bir-birinə qarışmış 

bir bütövdür. Cəmiyyət dövlət tərəfindən sərhədlənir. Lakin cəmiyyətin üzvləri 

bu  məkanı  keçirlər  və  digər  cəmiyyətlərlə  əlaqələr  yaradırlar.  Dövlət 

cəmiyyətin  nəbzini  müəyyən  edir  və  cəmiyyətin  sifarişini  yerinə  yetirir.  

Cəmiyyət  öz  ruhunda  dövləti  gəzdirir.  Cəmiyyət  xalqın  mədəniyyət 

məskənidir. Xalq yaradıcılığı özünü cəmiyyətdə təsdiqləyir.  

Cəmiyyət    daxilən    enerjili  bir  bütövdür.  Tərkiblərdən,  enerji  toplayan 

hissələrdən  ibarətdir.  Cəmiyyət  daima  dövlət  qarşısında  sifarişlə  çıxış  edir. 

Cəmiyyət  dövlətin  güclənməsi  üçün  potensial  mənbə  rolunu  oynayır.  Dövlət 

cəmiyyətə arxlanır. 

Cəmiyyətdə  yaşayış  tərzi  formalaşır.  Adət-ənənələr  öz  təsdiqini 

cəmiyyətdə  tapır.  Cəmiyyətdə  qaydalar,  məişət  qaydaları  formalaşır.  Məişət 




 

qaydaları cəmiyyətin  sosial tərzini  müəyyən edir. Cəmiyyət qaydaları həm də 



hüquq  normaları  ilə  formalaşır.  Cəmiyyətdə  əxlaq  qaydaları  da  mövcud  olur. 

Bu əxlaq qaydaları cəmiyyət hüququnun əsaslarını meydana gətirir. Cəmiyyət 

hüququ  öz  mənbəyini  həm  əxlaq,  həm  də  hüquq  qaydalarından  götürür.  Bu 

baxımdan  cəmiyyət    adətlə,  rasional  hüquqla  yaranan  bir  strukturdur, 

qurumdur. 

Cəmiyyət  mənəviyyat  mənbəyidir.  Hər  bir  şəxs  cəmiyyətə  nəzərən 

özünün  mənəvi  keyfiyyətlərini  formalaşdırır.  Mənəvi  keyfiyyətlər  cəmiyyətlə 

əlaqələr  vəhdətində  formalaşır.  Cəmiyyət  həm  də  yaşayış  tərzini  irsən  ötürür. 

Məsələn,  evlərdə,  mənzillərdə  yaşamaq,  alış-veriş  və  istehsalat  mərkəzlərini 

cəmiyyət  tarix  vərdiş  kimi  irsən  ötürür.  İnsanların  həyat  vərdişlərində  bunlar 

aşılanır. 

Cəmiyyətin  təbəqələri  vərdiş  irsini  yaradır.  Məsələn,  uşaqlar  üçün  yaşlı 

nəsilin  həyatı  bir  gələcək  örnək  rolunu  oynayır.  Cəmiyyətin  funksiyasi  əldə 

olunan  resursları  həm  də    ictimai  tərbiyəyə  yönəltməkdən  ibarət  olur. 

Cəmiyyət  öz  institutlarında  (məktəblərdə,  müəssisələrdə,  kollektiv  əmək 

fəaliyyətinin  mövcud  olduğu  digər  məkanlarda)  insanların  şəxsiyyət  kimi 

yetişməsini təmin edir.  Şəxsiyyətlər cəmiyyətlərə təsirlər edirlər və insanların 

fikir  mövqelərini  dəyişə  bilirlər.  İnsanları  öz  arxasınca  aparmaq  qabiliyyətinə 

və  enerjiyə  malik  olurlar.  Şəxsiyyət  cəmiyyətdə,  onun  institutlarında,  sityasət 

mərkəzlərində yetişir. Cəmiyyət elə bir status yaradır ki, insanlar, onun üzvləri 

məişət  həyatı  ilə  əmək  fəaliyyəti  arasında  bir  bağlılıq  üzərə  çıxarır.  Bu 

aspektdə  cəmiyyətdəki  mərkəzlər  insanın  dövlət  və  xalq  üçün  dəyərli 

məxluqlar rolunu oynamasını təmin edirlər. Cəmiyyətin təbəqələri öz arxasınca 

gələnlər üçün bir stimul yaradırlar. Buna görə də cəmiyyət irsi təmin edən tərəf 

və bütöv rolunda çıxış edir.    

 

Dövlət və cəmiyyətin əlaqəsi 

 

Bu barədə əvvəlcə biq qədər məlumat verildi. Cəmiyyət fəlsəfi düşüncələr 

üçün dövlətlə birgə  ən ali qurumdur. Belə demək mümkünsə, dövlət formaca, 

siyasət  məzmunca  daha  çox  fəlsəfi  düşüncələri  özündə  ehtiva  edir.  Yüksək 

düşüncələrdə  müqayisə  zamanı  dövlətə  quruluş  kimi,  cəmiyyətə  isə  məzmun 

və daha dəyərli obyekt  kimi yanaşmaq lazımdır.  Lakin bu o demək deyil ki, 

dövlət ali deyil. Məzmunu tam sadədir, bəsitdir. Düzdür, dövlət vahiddir, buna 

görə  də  sadədir,  lakin  mürəkkəbliklərdən  ibarətdir.  Hər  iki  tərəf  tamamlayıcı 

və  bir-birini  müdafiəedici  qurumdur.  Dövlət  cəmiyyət  üzərində,  cəmiyyət  də 

dövlət  üzərində  total  nəzarətə  sahibdir.  Bu,  bağlılıqdan  qaynaqlanır. 

Cəmiyyətin  dağılması  dövlətsizliyə,  dövlətin  dağılması  da  sistemli  olamyan 

cəmiyyətə,  özbaşınalığa  gətirib  çıxara  bilər.  Bu  iki  şərti  tərəf  arasında  bağı 

yaradan  həm  də  vahid  qaydalardır,  hüquq  normalarıdır.  Dövlət  cəmiyyətin 

kölgəsidir, cəmiyyət isə dövlətin əsas dayağıdır.   




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə