Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə36/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   32   33   34   35   36   37   38   39   ...   44

74 

 

İngilis  dünyası,  Rus-slavyan  dünyası,  Türk  –islam  dünyası,  Ərəb-islam 



dünyası,  Latın  Amerikası  dünyası,  Çin  və  Hindistandan  ibarət  buddizm  və 

hinduizm  dünyası,  Avropada  Fransa  və  Almaniya  (Mərkəzi  Avropa  dünyası) 

idarəçilər  kimi  dünya  düzəninin  avanqard  elementlərini  təşkil  edəcəklər  və 

onlar  arasında  rəqabət  mübarizəsi  dünyanı  siyasi  palitrasını  yaradacaq.  Bu 

məsələdə  “siyasi  heliosentrzim”  böyük  prinsipə  çevriləcək.  Dünya 

müharibəsinin    baş  verməsi    risqlərinin  meydana  gələ  biləcəyi    regionlar  

formalaşacaq.  

  

Konkret proqnozlar  

   

-Avropa  İttifaqı  indiki  formasını  itirəcək,  salvyanlar,  xüsusilə,  

pravoslav  slavyanlar  Rusiyanın  təsiri  ilə  bu  qurumu  tərk  edəcəklər  və 

Rusiya orbitinə daxil olacaqlar. Almaniya və Fransanın da istəyi bundan 

ibarətdir; 

-NATO-dan slavyanlar çıxacaqlar və Rusiya tərəfə üz tutacaqlar; 

-Bolqarıstan  Rusiya  tərəfindən  siyasi  təqiblərə  məruz  qalacaq,  sanki 

cəzalandırılacaq; 

-Polşa, Çexiya və Slovakiya da Rusiyanın cəzasına məruz qalacaq; 

-NATO (ABŞ) bazaları bu ölkələrdən çəkiləcək; 

-İngilis dünyası dünya okeanlarında hökmranlıq edəcək; 

-Latın Amerikası dünyası Atlantik okeanının cənub akvatoriyalarına 

nüfuz edəcək; 

-Latın Amerikası Avropadakı Latın dünyası ilə birləşəcək; 

-Afrika bölünmüş vəziyyətdə qalacaq; 

-Ərəb dünyası əsasən ingilis dünyasının təsirində qalacaq; 

-Rusiya ərəb dünyasında qismən təsirli dövlətə çevriləcək və xüsusilə, 

Aralıq  dənizi  ətrafındakı  Ərəb  ölkələri  ilə  qismən  yaxınlıq  vəziyyətində 

olacaq; 

-Rusiya iqtisadi cəhətdən çox güclənəcək; 

-Çin regional dövlət kimi böyük təsirləri əlində saxlayacaq; 

-Çin ilə  Rusiya çox vaxtlarda yaxınlaşacaqlar və Əfqanıstandan ABŞ 

və Qərbin hərbi qüvvələrini çıxaracaqlar; 

-Mərkəzi  Asiyanın  türk  dünyası  Rusiya  ilə  yaxınlıq  vəziyyətində 

olacaq; 

-Çin-Rusiya-Türk dünyası birliyi yaradılacaq; 

-Slavyan-Türk dünyası birliyi yaradılacaq; 

-“Avrasiya”  ittifaqı,  “Şanxay  Əməkdaşlıq  Təşkilatı”,  “BRİCS” 

formatı    Rusiya,  Çin,  Türkiyə,    Hindistan,  İran,  Braziliya  kimi 

oyunçuların siyasətini  ingilis dünyasına qarşı çevirəcək; 

-İran  baza  olaraq  türk-slavyan  dünyası  ittifaqına  yaxın  olacaq,  Çin-

türk dünyası-Slavyan dünyası ittifaqında aralıq mövqe tutacaq; 

-İran  burada  həm  də  ingilis  dünyası  ilə  türk-slavyan  dünyası 

arasında  aralıq  oyunçuya  çevriləcək.  (Ola  bilər  ki,  ingilis  dünyası  (ABŞ)  



75 

 

İ



rana türk –slavyan dünyasında aralıq  mövqe tutmaq  üçün nüvə silahını 

versin); 

-Türkiyə Rusiya ilə yaxınlaşacaq və ittifaq yaradacaqlar; 

-Türkiyə ola bilər ki, Rusiyadan nüvə silahı əldə etsin; 

-Türkiyə Rusiyanın dəstəyi və təşəbbüsü  ilə “Avrasiya” ittifaqına və 

“BRİCS” formatına daxil ola bilər; 

-Türkiyə-İran yaxınlaşması baş verəcək;  

-Qafqaz bölgəsi slavyan-türk dünyasında yer alacaq; 

-Azərbaycan və Gürcüstan “Avrasiya” ittifaqına daxil olacaqlar; 

-Ukrayna tamamilə Rusiya orbitində qalacaq; 

-Türkiyə Rusiya üçün Ərəb dünyasına təsir edən dövlət olacaq; 

-Rusiyada  arta  biləcək  türklərin  hesabına  rus  dilində  danışan 

türklərin sayı çoxalacaq; 

-Rusiya  Çinin    regional  təsirinə  qarşı  öz  ərazisini  kiçik  xalqlarla 

dolduracaq; 

-XXI  əsrdə    Rusiya  dünyanın  ən  böyük  miqrasiya  mərkəzinə 

çevriləcək; 

-Fransa  və  Almaniya  Avropa  gücləri  olaraq  ingilis  və  slavyan 

dünyaları arasında oyunçuya çevriləcəklər; 

-Fransa  və  Almaniya  ingilis  dünyasının  təsirlərinə  qarşı  Latın 

Amerikası dünyasından və slavyanlardan istifadə edəcək;  

-Türkiyəni Fransa və Almaniya Rusiya tərəfə yönləndirəcək; 

-Rusiya  miqrantlar  hesabına  qarışıq  dinlərin  ən  böyük  dövlətinə 

çevriləcək; 

-Miqrantlar  hesabına  rus  dilində  danışanların  sayı  çoxalacaq.  Asiya 

ölkələrindən  Rusiyaya  böyük  axın  olacaq.  İkinci  axın  isə  slavyanlardan 

ibarət olacaq; 

-ABŞ valyutası dünya valyutası kimi öz əhəmiyyətini itirəcək və s.  

 

Azərbaycanın geosiyasəti: əsas istiqamətlər və vasitələr  

(ümumiləşdirilmiş təhlil)  

 

Heç bir dövlət inteqrasiyanı, imkanların yaratdığı səviyyədə  əməkdaşlığı 



və  tərəfdaşlığı  özündə  əks  etdirən  müasir  qloballaşma  şəraitində  təcrid 

olunmuş  vəziyyətdə  öz  mövcudluğunu  təmin  etmək  iqtidarında  deyil.  Ancaq 

dövlətlərin inteqrasiya, tərəfdaşlıq və əməkdaşlıq əlaqələri onlar arasında fərqli 

münasibətlərin  yaranmasını  zəruri  edir.  Fərqli  münasibətlər  də  fərqli 

potensialdan  (resursların  yaratdığı  imkanlardan)    meydana  gəlir.    Dövlətlərin 

güclərinə  görə  bölünməsi  beynəlxalq  əlaqələrin  təbii  bir  prosesinə  çevrilir. 



Məkanlar  üzrə  geosiyasət  öz  rüşeymini  məhz  əlaqələrdəki  fərqli 

imkanlardan  və  güclərin  fərqli  olmasından  götürür.

  Fərqli  güc 

məkanlardakı  resursları  da  fərqli  əsaslarla  hərəkətdə  saxlayır.  Hərəkətlər 

əlaqələr fonunda müxtəlif təsir imkanlarını ortaya qoyur.  




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə