Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə37/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   33   34   35   36   37   38   39   40   ...   44

76 

 

Xarici siyasət fəaliyyətinin həyata keçirilməsini   ölkədaxili və beynəlxalq 



ehtiyaclar zəruri edir. Beynəlxalq ehtiyaclar dövlətlərin regionda və regiondan 

kənar  məkanlarda  inteqrasiya  olunmaq  zərurətindən  ortaya  çıxır.  Beynəlxalq 

əlaqələr  eləcə  də  daxili  ehtiyacların  ödənilməsinə  hesablanır.  Ümumiyyətlə, 

heç  bir  dövlət  “ümumdünya  cəmiyyətində”  təcrid  olunmuş  vəziyyətdə 

yaşaya  bilməz.  Əlaqələr  dövlətlərin  genetik  xarakterlərindədir.    Dövlətlərin 

beynəlxalq  əlaqələr  sistemində  bütövlüklərinin  təmin  olunması  daxili 

fəaliyyətlə  xarici  fəaliyyətin  vəhdətində  öz  əksini  tapır.  Bu  vəhdət  prinsipi 

dövləti  beynəlxalq  əlaqələr  sisteminin  iyerarxik  strukturunda  müvafiq  yerləri 

tutmasına  səbəb  olur.  Geosiyasət  şəbəkələnmiş  vəhdət  siyasətindən 

meydana glir.  

Məlumdur ki, dövlətin istər daxili, istərsə də beynəlxalq fəaliyyəti hüquqa 

(dövlətin  hüququna)    söykənir.    Beynəlxalq  əlaqələrdə  hüquq  normaları  

dövlətlərarası  münasibətləri  tənzim  edir,  eləcə  də  dövlətdaxili  ehtiyacların 

ödənilməsinə  yönəlir.  Beynəlxalq  hüquq  normaları  dövlətlərin  qarşılıqlı 

yaşamalarına şərait yaradır. Onların qorunmasını təmin edir.   Dövlət ümumən 

beynəlxalq  əlaqələr  sistemində  bir  bütöv  kimi  “hərəkətdə”  olur.  Hərəkətdə 

olması (əslində dövlət yox, dövlət hakimiyyəti və onun digər ünsürləri mütləq 

və konkret  hərəkət vəziyyətində olurlar. Dövlət isə mücərrəd hərəkəti özündə 

əks etdirir) sayəsində dövlətin  digər regionlarda geosiyasi maraqları meydana 

gətirir.  Geosiyasi maraqlar dövlətlərin bir-birilərinin daxillərindəki elementlər 

üzərində  təsirlərini    yaradır.  Hansı  ki,  bu  elementlər  dövlətlərin  fəaliyyətini 

təşkil edən və əks etdirən struktur komponentləridir.    

Bir  daha  qeyd  etmək  olar  ki,  dövlətlərin  xarici  siyasətləri,  beynəlxalq 

münasibətlər  üzrə  aktları    onların  geosiyasətlərini  meydana  gətirir.  Dövlət 

digər  dövlətlərin  məkanlarında  öz  geosiyasətlərini  formalaşdırır.  Burada 

sərhədlərdən  kənarda  geosiyasətin  əsasları  maraqlar  üzərində  formalaşır.    Bu 

baxımdan  hər bir dövlət üzərində geosiyasət meydana gəlir.  Çünki, dövlət və 

onun strukturlarının (canlı sistem olaraq)  fəaliyyəti müəyyən məkanları əhatə 

edir.  Hətta  böyük  dövlətlər  üzərində  də  geosiyasi  maraqlar  meydana  gəlmiş 

olur. Kiçik dövlətlər də böyük dövlətlərə təsir edə bilirlər.   

Geosiyasət  daha  çox  regionları  əhatə  edir,  eləcə  də  geosiyasi  regionlar 

arasında  “geosiyasi  zolaqlar”  da  formalaşa  bilir.  Məsələn,  Azərbaycan  həm 

Qafqaz  geosiyasi  regionunun  elementidir  (mərkəzləşdirici  subyekt  kimi), 

həm  də  Avropa  ilə  Asiya  arasındakı  “geosiyasi  zolağın”  komponentidir 

(birləşdirici  subyekt  kimi)

.        Digər  dövlətlərlə  əlaqələr  geosiyasətin 

formalaşması  proseslərini    təbii  olaraq  şərtləndirir.  Qarşılıqlı  təsirlər  fonunda 

dövlətlərin  geosiyasi  gücləri  yaranır.  Dövlətin  ümumən  geosiyasi  gücü  onun 

daxili  və  beynəlxalq  gücünə  söykənir.  Daxili  gücü  onun  geosiyasi  nüvəsini 

təşkil  edir.  Geosiyasi  məkanı  mərkəzdən  ətraflara  doğru  genişləndirir.  Böyük 

dövlətlərin  başqa  regionlarda  geosiyasi  maraqlarının  genişlənməsi  də  həmin 

dövlətlərin  geosiyasi  (beynəlxalq  münasibətlər  üzrə)  nüvələrini  meydana 




77 

 

gətirir. Buradan da xarici siyasətin şəbəkələşmiş mərkəzləri formalaşmış olur. 



Burada  dövlətin  daxili  siyasəti  xarici  siyasətini,  xarici  siyasəti  də  öz 

növbəsində  daxili  siyasətini    tamamlayır.  Tamamlama  sayəsində  dövlətin 

daxildən  xaricinə  doğru  və  əksinə  istiqamətdə  geosiyasi  maraqları  meydana 

gəlir  və  geosiyasi  maraqların  sferası  onu  təşkil  edən  elementlərin    hərəkət 

sferasının formalaşmasına  səbəb olur. 

Dövlət  digər  dövlətin  geosiyasi  məkanına  (burada  geosiyasi  məkan  həm 

dövlətdaxili  məkan,  həm  də  dövlət  sərhədlərinin  kənarındakı  dövlət 

maraqlarının  əks  olunduğu  məkanlar  aid  oluna  bilər)  daxil  olur.    Bu  istiqmat 

baza  olaraq    iki  hissədən  ibarət  olur:  birincisi,  dövlət  özünün  milli  vasitələri 

ilə  başqa  dövlətin  geosiyasi  məkanına  -ölkədaxili  məkanına  daxil  olur,  təsir 

edir (hətta bir çox hallarda geosiyasi “eksterritoriallıq”  yaranır, yəni, başqa 

ərazilərdə    imtiyaz  və  immunitetlər  daha  çox  olur);  ikincisi,    öz  ərazisində 

digər  dövlətin  mövcud  olduğu  məkan  (xarici  ölkələrin  resurslarının  yaratdığı 

məkan nəzərdə tutulur)  üzrə təsir edir. Öz məkanında yerləşən digər dövlətin 

geosiyasi maraqları üzərində təsirlər etməyə çalışır. Dövlətlər həmçinin üçüncü 

və  ya  dördüncü  dövlətlərin  ərazilərində  də  təsirlər  etməyə  çalışırlar.  Bu 

baxımdan  da  geosiyasətin  təsir  şəbəkəsi  meydana  gəlir.  Bu  təsir  şəbəkəsi 

dövlətləri  beynəlxalq  münasibətlərin  fərqli  fəal  üzvlərinə  çevirir  və  eləcə  də 



yaylı  formalı

  münasibətləri  meydana  gətirir.  Yaylı  (tarazlı)  münasibətlər  və 

əlaqələr inkişafa və təhlükəsizliyə, sülh və sabitliyə xidmət edir.  Fərqli güclərə 

görə  geosiyasət  amili  dünyanın  piramidal  idarəetməsi  formasını  meydana 

gətirir.  

Azərbaycan  da  dünyanın  digər  dövlətləri  kimi  geosiyasətin  aktiv 

üzvlərindən  biridir.  Azərbaycanın  geosiyasəti  özünün  təkamül  və  inkişaf 

mərhələsini yaşayıb və bu gün də həmin proseslər davam etməkdədir. Ölkənin  

XX  əsrin  sonlarını  əhatə  edən      geosiyasətinin  formalaşmasının  başlanğıcı  

müstəqillik  qazandıqdan  sonra  qoyulub.  Xarici  siyasətin  ilkin  aktları,  bu 

baxımdan  ölkə  müstəqilliyinin  defacto  və  dejure  (SSRİ-dən  ayrıldığı  faktiki 

əraziləri  üzrə  hüquqi  baxımdan  )    tanınması  və    dövlətlərarası  diplomatik 

münasibətlər, sahələr üzrə  əlaqələrin  qurulması  geosiyasətin başlanğıcı üçün 

əsasları  meydana  gətirmiş  oldu.  Sonrakı  mərhələlərdə  (1994-cü  ildən 

başlayaraq)  isə  xarici  sərmayələrin  ölkə  iqtisadiyyatına  cəlb  olunması  və 

çoxsahəli  əlaqələr,  o  cümlədən  geosiyasət  elementlərinin  sayının  çoxalması 

məhz  geosiyasi  mühitin  inkişafında  növbəti    mərhələni  meydana  gətirdi. 

Ölkənin  yerləşdiyi  məkan  və  məkan  üzərindəki  strukturlar  və  elementlər 

geosiyasi  mühitin  əsaslarını  təşkil  etməyə  başladı.  Dövlətin  daxilən 

güclənməsi,  onun  iqtisadi  və  siyasi  strukturlarının  inkişafı  geosiyasi  nüvənin 

əsaslarını  zənginləşdirdi.  Azərbaycan  regionda  radiuslu  dalğalar  üzrə  öz 

geosiyasi  məkanını  böyütməyə  başladı.  Bu  proseslər  artıq  XXI  əsrin 

başlanğıcından bu yana baş verməkdədir.  



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə