Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə38/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   34   35   36   37   38   39   40   41   ...   44

78 

 

Azərbaycanın  mövcud  durumdakı  geosiyasətinin  formasına        iki 



aspektdən  yanaşmaq  olar:  birincisi,  Azərbaycanın  özünün  sərhədlərindən 

kənar  məkanlar  və  məkanlardakı  strukturlar  üzrə    geosiyasi  maraq  dairəsi  -

buraya  ölkənin  regionda  və  regiondan  kənarda  formalaşdırdığı  geosiyasi 

məkanlar  aiddir.  Məkanlardakı  geosiyasi  vasitələr  və  onların  imkanları 

dövlətlərin  geostrateji  maraq  sferalarını  təşkil  edir.    Azərbaycanın  tranzit 

mövqeyi  və  transmilli  korporasiyası  (SOCAR)  bu  istiqamətdə  makro  təsirlər 

etməkdədir.  Regional  enerji  layihələri  də  geosiyasətin  makro  formasını 

yaradan  elementlər  kimi  əhəmiyyət  kəsb  edir;  ikincisi,  Azərbaycan  üzərində 

formalaşan geosiyasət. Buraya isə Azərbaycana diqqət göstərən kənar ölkələrin 

strateji  maraqları  aid  olur.  Strateji    maraqlara  iqtisadi,  mədəni,  hərbi  sahələr 

aid  olunur.  Əgər  biz  regional  geosiyasi  məkanı  xarici  ölkələrin  maraq 

istiqamətləri üzrə xəyali olaraq dairələrə alsaq, onda belə qənatə gələ bilərik ki, 

Azərbaycan  xarici  ölkələrin    dairələrində  öz  dairəsini  böyütmək  siyasətini 

həyata  keçirir.  Bu  böyüyən  dairə  də  öz  növbəsində  xarici  dairələrin  kəskin 

şəkildə  toqquşmasının  və  ölkəni  tamamilə  əhatə  etməsinin  qarşısını  alır. 

Ölkənin geosiyasi nüvəsi xarici ölkələrin periferik geosiyasətinə qarşı sanki bir 

sipər  rolunu  oynayır.  Buradan  da  ölkənin  regional  təhlükəsizliyinin  təmin 

olunması  məsələləri  müəyyən  qədər  həll  olunmuş  olur.  Hər  iki  istiqamət 

Azərbaycanın  geosiyasi  mövqeyini  və  statusunu  müəyyən  edir.  Deməli, 

geosiyasi  mövqe  və  geosiyasi  status  ölkənin    regional  geosiyasətini 

formalaşdıran istiqamətlərdəndir.  

Azərbaycan dövləti bu iki xüsusiyyət, iki istiqamət  arasında müəyyən bir 

mövqe tutur. Azərbaycan özünün geosiyasi mövqeyindən dövlətin regionda və 

regiondan kənarda geclənməsinə zəmin hazırlamış olur. Azərbaycan  üzərində 

formalaşan  geosiyasi    maraqlar  və  Azərbaycanın  özünün  formalaşdırdığı 

maraqlar  qarşılıqlı  olaraq  dövlətin  geosiyasi  baxımdan  möhkəmlənməsinə 

xidmət  edir.  Bu  iki  güc  istiqamətindən  istifadə  edən  ölkə  regionda  tarazlı 

siyasəti

  həyata  keçirə  bilir  və  iki  istiqamətin  rəvan  bağlayıcılığını  meydana 

gətirir.  Geosiyasətin  bu  xarakterindən  milli  maraqlar  daha  yaxşı  səviyyədə  

təmin  oluna  bilir.  Azərbaycanın  özünün  geosiyasəti  ilə  ölkə    üzərində 

formalaşan  geosiyasət  birlikdə  dövlətin  regional  gücünün  formalaşmasına 

təsirlər edir. 

Azərbaycan  regional  layihələri  həyata  keçirməklə  özünün  beynəlxalq 

statusunu  möhkəmlədir.  Eləcə  də  bu  beynəlxalq  statusdan  istifadə  edərək 

üzərində  formalaşan  geosiyasi  gücün  (xarici  geosiyasət  sisteminin)    dövlətin 

tam  şəkildə  daxili    işlərinə  qarışmasının  qarşısını  alır.  Azərbaycanın  özünün 

geosiyasəti  xarici  geosiyasətin  təsirlərini    minimuma  endirmək  iqtidarında 

olur.  


Azərbaycanın  geosiyasəti  (özünün  və  xarici  ölkələrin)    cəlbetmə  və 

cəzbetmə

 istiqaməti üzrə formalaşır. Öz resurslarını başqa məkanlarda hərəkət 

etdirir, başqa məkanlarda təsir imkanları qazanır və əks dövlətin təsirlərini öz 



79 

 

məkanında  azaldır.  Digər  tərəfdən  də  başqa  dövlətlərə  təsir  olaraq 



(resurslardan  təsir  elementləri  kimi  yararlanır)    öz  ərazisini  onlar  üçün  açıq 

elan  edir.  Azərbaycanın  açıq  qapılar  siyasəti  dövlətin  geosiyasətini  

möhkəmlədir.   

 Məlumdur ki, Azərbaycanın geosiyasətini formalaşdıran əsas faktor onun 

makro  milli  sərvətləridir.  Bu  sərvətlər  hesabına  həm  xarici  ölkələrin 

maraqlarını  formalaşdırır,  həm  də  öz  resurslarını  reallaşdırır.  Azərbaycanın 

geosiyasi  sistemini  meydana  gətirən  elementlər  tək  iqtisadi  sərvətlər  deyil, 

həm də digər amillər də burada aktiv iştirak edə bilir: coğrafi mövqe, əhalinin 

elmi-mədəni  potensialı, dinə rasional baxışlar, müxtəlif dinlər arasında barışıq 

mövqe tutmaq, rasional (dünyəvi) dövlət siyasəti və s.    



 

Azərbaycanın da iştirak etdiyi geosiyasi regionları (məkanları) bu kimi 

istiqamətlər üzrə təsnif etmək olar: 

 

-postsovet  geosiyasi  məkanı,  o  cümlədən  Xəzər  regionunun  Mərkəzi 



Asiya geosiyasi məkanı; 

-Xəzər regionu daxilində Qafqaz geosiyasi məkanı-buraya Şimali Qafqazı 

da aid etmək olar; 

-Qara dəniz-Xəzər regionu geosiyasi məkanı; 

-Avro-Asiya geosiyasi məkanı; 

-Xəzər  dənizi-Aralıq  dənizi-Qara  dəniz  birləşmiş  “dairəvi”  geosiyasi 

məkan; 

-Şimal-Cənub geosiyasi qovşaq məkanı -buraya Ərəb dünyası ilə Slavyan 



dünyası,  həmçinin  Türk  dünyası  ilə  Rus-Slavyan  dünyası  arasındakı 

birləşdirici məkan aiddir; 

-Türk  dünyası  arasında  –Mərkəzi  Asiya  ilə  Anadolu  Türkləri  arasında- 

birləşdirici geosiyasi  məkan; 

-Rusiya və Türkiyəni, eləcə də İran və Rusiyanı birləşdirən və sözügedən 

dövlətlərin  maraqlarını uzlaşdıran  bir məkan; 

-Türkiyə  və  İranı  birləşdirə  biləcək  bir  məkan,  məsələn,  bu  istiqamətdə 

İranda  yaşayan çoxmilyonluq Azəri  türklərindən dayaq elementi  kimi istifadə 

oluna 

bilər. 


Türkiyə 

və 


İranın 

gələcəkdə 

“Avrasiya” 

ittifaqına 

inteqrasiyalarında mühüm rola malik ola biləcək geosiyasi məkan; 

-Cənubi Qafqaz-Rusiya tranzit  geosiyasi məkanı; 

-Dinlərarası  qovşağı  yaradan  və  müxtəlif  sivilizasiyalar    malik  olan 

xalqları birləşdirən bir məkan.   

Azərbaycan özünün geosiyasi mövqeyindən barışdırıcı rol oynaya bilir və 

eləcə  də  müxtəlif  sivilizasiyaları  bir  araya  gətimək  imkanlarına  malikdir. 

Məsələn,  dinlərarası  dialoq  uğurla  təşkil  olunur,  Bakıda  Beynəlxalq 

Multikulturalizm Mərkəzi fəaliyyətdədir. Beynəlxalq Humanitar Forumların və 

digər tədbirlərin mərkəzlərindən biri rolunu oynaya bilir.  



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə