Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə39/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   36   37   38   39   40   41   42   43   44

80 

 

Azərbaycan 



geosiyasətinin 

gələcək 

perspektivləri 

və 

onları 

formalaşdıran vasitələr  

 

Ölkə daxilində iqtisadi istiqamətdə,  

 

-ölkənin daxili geosiyasi gücünü, nüvəsini artırmaq, bu baxımdan,   

-texno-millətin  formalaşması  və  aralıq  geosiyasi  məkanda  yüksək 

texnologiyalar  mərkəzinə  çevrilmək  -burada  enerji  sərmayələri  təkrar  olaraq 

ölkənin sənaye sahələrinə yatırıla bilər; 

-ölkəni informasiya texnologiyaları istehsal edən mərkəzə çevirmək; 

-ölkədə  iqtisadi  dinamik  aktivliyi  qorumaq  və  işsizliyin  qarşısını  almaq 

məqsədilə  “beynəlxalq  şəhərlər”  və  “beynəlxalq  mədəniyyət  mərkəzləri” 

tikintisini həyata keçirmək; 

-ölkəni regional (Qafqaz-Xəzər regionu)  banklar mərkəzinə çevirmək və 

əhalinin banklardan asılılığını artırmaq; 

-xarici ölkə vətəndaşlarının depozitlərinin daha çox cəlb etmək siyasətini 

həyata keçirmək;   

-Mərkəzi  Asiya  regionunun  və  digər  geosiyasi  istiqamətlərdəki 

məkanların  (məsələn,  İran,  Türkiyə,  Asiya  vətəndaşlarının  və  digər  ölkələrin 

fiziki  və  hüquqi  şəxslərinin)      maliyyə  resurslarını  maksimum  səviyyədə 

ölkəyə cəlb etmək; 

-ölkə  daxilində  milli  valyuita  ilə  yanaşı,    digər  valyutaların  da  paralel 

işləməsini  təmin etmək; 

-milli  valyutanı  hələlik  beynəlxalq  valyuta  olan  ABŞ  dolları  ilə  eyni 

kursda  saxlamaq  və  ABŞ  dollarının  da  ölkə  daxilində  alış-satış  vasitəsi  kimi 

istifadəsini təmin etmək; 

-dövlətin  özünün  iştirak  etdiyi    iqtisadiyyat  sektorunu  gücləndirmək  və  

azad sahibkarlığı tarazlı şəkildə inkişaf etdirmək; 

-ölkəyə  turistləri  cəlb  etmək  çalarlı  mədəniyyət  tədbirlərini  (məsələn, 

“Novruz paradlarını” təşkil etmək) həyata keçimək və s.  



 

Ölkə daxilində -siyasi istqamətdə,   

 

-beynəlxalq aləmi cəlb edə biləcək rasional cəmiyyətin yaranmasını təmin 



etmək; 

-ölkəni  regionda  beynəlxalq  təşkilatlar  mərkəzinə    və  beynəlxalq 

konfranslar mərkəzinə çevirmək; 

-miqrasiya  siyasətini  sadələşdirmə  yolu  ilə  təkmilləşdirmək  və  vizalar 

məsələsini sadələşdirmək və s.  

 

Ölkə xaricində -iqtisadi istiqamətdə,  

 

-xarici  ölkələrin  (Rusiya,  Türkiyə,  İran,  Gürcüstan,  Şərqi  Avropa, 



Mərkəzi  Asiya  və  s.  ölkələrin)  makroiqtisadi  mühitində  təsir  imkanları  əldə 


81 

 

etmək,  bu  ölkələrin  sənaye  sahələrində  və  bank  sektorlarında  nüfuzlar    əldə 



etmək; 

-Azərbaycan banklarının xarici ölkələrdə fəaliyyətinə çalışmaq; 

-Rusiya  bazarında  böyük  nüfuzlar  qazanmaq  və  Qafqaz  bölgəsində 

sərmayələr yatırmaq, ümumiyyətlə, iqtisadi sferanı genişləndirmək; 

-sadələşdirilmiş  gömrük  siyasətini  həyata  keçirmək  və  azad  gömrük 

zonalarının yaranmasına çalışmaq; 

-azərbaycanın milli valyutasının işləmə diapazonunu genişləndirmək; 

-texno-azərbaycanlı insanın potensialını yaratmaq və xaricə ixrac etmək və s.  

 

Ölkə xaricində -siyasi istiqamətdə,  

 

-

diaspora və lobbiçilik fəaliyyətini gücləndirmək; 

-xarici ölkələrdə “azəritaunların” yaradılmasına çalışmaq; 

-xarici  ölkələrin  ali  məktəblərində  və  elm  mərkəzlərində  çalışan 

azərbaycanlıların sayının çoxalmasını təmin etmək; 

 

Sözügedən  vasitələr  və  istiqamətlər  Azərbaycanın  regionda  geosiyasi 



mövqeyinin  artmasına  şərait  yaradar  və  aralıq  geosiyasi  məkanda  güclü 

dövlətlərin genişlənən  maraq sferalarında “əzilməsi”nin qarşısını alar. 

 

Avropa Türkiyədən nə istəyir -beynəlxalq təzyiqlərin köklü səbəbləri  

(XXI əsrin reallıqları kontekstindən yanaşma) 

 

Zaman  dəyişir,  əsr  dəyişir,  lakin  beynəlxalq  münasibətlərdə  təzyiq 

metodları  köklü  olaraq,  ruhən  və  materila  baxımından  tam  da    dəyişmir. 

Özünün  elə  baza  (klassik)  mahiyyətini  trayektorik  formada,  şaxələnmə  ilə  

ötürə-ötürə  davam  edir.  Qloballaşma  dövründə  artan  güc  amilləri  özü  ilə 

təzyiqin  üsullarını  və  tərkibini  də  artrırır.    Düzdür,  artıq  qlobal  müharibələr 

yoxdur,  lakin  qlobal  rəqabət  və  buna  müvafiq  qaydada  qlobal  və  regional  

təzyiq  üsulları  və  vasitələri  vardır.  Qlobal  təzyiq  üsulları  özünü  regional 

müharibələrdə  göstərir.  Dünya  iqtisadi  və  maliyyə  böhranları  da  rəqabətin 

şəbəkəli əsaslarını ortaya qoyur.     

Bu  gün  müxtəlif  gücə  malik  olan  dövlətlər  arasında  onların    güclərinə 

müvafiq  olaraq  təzyiqlər  də  miqyaslanır.    Məsələn,  Ruisya  Avropa  İttifaqına, 

Avropa  İttifaqı  Rusiyaya,  Rusiya  ABŞ-a,  ABŞ  Rusiyaya,  Rusiya  Türkiyəyə, 

Avropa  İttifaqı  Türkiyəyə  öz  təzyiqlərini  edir  və  üsul  olaraq  müxtəlif 

vasitələrdən yararlanır. Burada tarixi aspektlər də mühüm rol oynayır və tarixi 

hadisələr  qabardılır  və  sanki,  öz  “yerinə  oturtmaq”  funksiyasını  daşıyır.   

Məsələn,  “erməni  soyqırımı”,  yahudi  holokostu,  İkinci  Dünya  müharibəsinin 

nəticələri bu kimi amillər sırasında yer alır. Böyük dövlətlərin qarşılıqlı təzyiq 

metodları  içərisində  Türkiyəyə  qarşı  Avropanın,  ABŞ  və    Rusiyanın  da 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə