Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə42/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   36   37   38   39   40   41   42   43   44

86 

 

bərabər    məkanlar  üzrə  çatışmazlıqlar  meydana  gəlir.  Potensialın  qeyri-taraz 



yayılması halları mövcud olur.   Radikal cəmiyyətlərdə ümumən enerji az olur, 

çünki aktivlik bütün mümkün subyektləri əhatə edə bilmir.  

Ümumiyyətlə  isə  enerjinin  qəbulu  insanlarda  qaynarlıq  əmələ  gətirir. 

İnsanlarda  enerji  aktiv  və  passiv  formada  yığıldığından  aktivlik  passivliyi 

yenidən  aktivliyə çevirir.  Xüsusilə, qatı mühafizəkar cəmiyyətlərdə insanların  

passiv  enerji  mənbələri  daha  çox  olur.  İnsanlar  öz  enerjilərini  sistemli  olaraq 

realizə etmək, mübadilə üçün digərlərinə ötürmək  imkanlarından xaric olurlar. 

Hər kəs aktivlik nümayiş etdirə bilmir.   

Enerjinin  üzərə  çıxmasında,  aktivləşməsində    bir  çox  səbəblər  mövcud 

olur.  Bu,  daha  çox  müqayisə  predmetlərinə  görə  mövcud  olur.  Ümumiyyətlə, 

xaotik  yığılmış  potensial  müəyyən  müddətdən    sonra  daxildən  dağılmağa 

başlayır.  Enerjisiz  qalmış  tərəflər  enerji  axtarışı  üçün  fəal  mübarizələrə 

qoşulurlar.    Bu  aspektdə  də  insanlar  öz  enerjilərini  mübadilə  etmək,    sərf 

etmək  və  yeni  enerji  əldə  etmək  üçün  boş  məkanlar,  daha  doğrusu, 

cəmiyyətlərində və dövlətlərində  müstəqil və azad məkanlar axtarırlar. 

Eyni  zamanda  onu  da  demək  yerinə  düşər  ki,  qatı  mühafizəkar 

cəmiyyətlərdə  enerji  kasadlığı  müşahidə  edildiyindən,  insanların  ümumən 

hərəkət  məhdudiyyətləri  onlar  tərəfindən  enerji  qəbulu  proseslərini  təmin  edə 

bilmir. Bu baxımdan da cəmiyyətlərin üzvlərinin bir qismində enerji artıq olur, 

digərlərində isə enerji çatışmazlığı meydana gəlir.   

Bu  gün  dünyada  enerjisi  “boşalmış”  və  hələ  “yığılıb  qalmış”    xalqlar 

vardır. Qərb ölkələrini, inkişaf etmiş Avropa ölkələrini enerjilərini “boşaltmış” 

və  sabit  enerji  mübadiləsinə  keçmiş  cəmiyyətlər,  dövlətlər  kimi  xarakterizə 

etmək  olar.    Bu  cəmiyyətlərin  əksəriyyəti  rasional  sistemli  yolla  gedirlər  və 

demək  olar  ki,  sabit  axara  malikdirlər.  Müəyyən  sabit  formada  enerjilərini 

çoxaldırlar.    Qərb  ölkələrini  enerjilərini  rasional  və  sistemli  formada  artıran 

cəmiyyətlər kimi xassələndirmək olar. Belə cəmiyyətlərdə enerji verə biləcək, 

enerji qəbul edəcək  tərəflərin iştirakı çoxluq təşkil edir.   

Türkiyə və İran kimi dövlətlərdə əhali daha çox qeyri-rasional həyat tərzi 

sürməkdədir.  Bu,  əsasən  cəmiyyətlər  üzərindəki  rejimlərin  təzyiqləri  ilə 

əlaqəlidir.  Həmçinin  cəmiyyətin  yaşam  tərzi  və  adətlər  enerjinin  taraz 

inkişafına  imkan  yarada  bilmir.    Enerjinin  xaotik  mübadiləsi  bu  kimi 

cəmiyyətlərdə    milli  eqoizmi  yaradır.  Cəmiyyətlərin  əksər  üzvlərinin  demək 

olar  ki,  hərəkətsiz  qalmaları  cəmiyyətdə  bütövlükdə  enerji  çatışmazlığını  və 

disbalansı yaradır.  Cəmiyyətdə mövcud olan kəskin sosial fərqlər də bir qrup 

insanlarda  coşqu  yaradır.  Digərlərində  isə  çatışmazlığı  ortaya  qoyur.  Bu 

aspektdə cəmiyyət depressiyalarla üzləşir.  Bu gün demək olar ki, Türkiyə  və 

İran  kimi  ölkələrin  cəmiyyətlərində  coşqu  halları  daha  çoxdur.  Onlar  total 

olaraq  enerji  axtarışındadırlar  və  öz  passiv  enerjilərini  (burada  yiğılıb  qalmış 

enerji kimi xassələndirmək olar)  aktivliyə çevrimək üçün yolları axtarırlar.   




87 

 

Digər  tərəfdə,  yəni  Qərbdə  mövcud    texnoloji  imkanlar  bir  müddətdən 



sonra öz inkişaf axarını ləngidə  bilər. Çünki bu cəmiyyətlərin əksəriyyətində 

bir  müddətdən  sonra  arxayınlıq  yarana  bilər.  Lakin  Türkiyə  və  İran    kimi 

dövlətlərin cəmiyyətlərində disbalanslı enerji yığılıb qalmış, passiv  potensialı 

yaradıb. Belə qəbul etmək olar ki, bir müddətdən sonra bu potensialın realizəsi 

meydana gələcəkdir. 

Türkiyə və İranın müqayisədə uzaq gələcəkdə Avropa və Qərbi üstələcəyi 

ehtimalları  yarana  bilir.  Belə  ki,  bu  dövlətlərdə  yığılmış  enerjinin  (həm  də 

çatışmayan  enerji  kimi  xassələndirmək  olar),  insanların  daxillərini  coşqu 

vəziyyətində  yaşadan  potensialın  gələcəkdə  ətrafa  yayılması  mümkündür. 

Cəmiyyətlərdə  total  “partlayışlar”  yarana  bilər.    Bu  hadisələrin  ardıcıl  olaraq 

baş  verəcəyi  zaman  cəmiyyətlərin  sürətli  inkişafı  prosesləri  meydana  gələ 

biləcəkdir.   İnkişaf proseslərində enerji boşalmaları və enerji yığını qarşılıqlı 

olaraq bir-birilərini əvəzləyə biləcəkdir. 

 

Türkiyə  və  İranın  gələcəkdə  çox  güclənəcəklərini,  enerji  potensialı 

mərkəzlərinə çevriləcəklərini  bu kriteriyalar üzrə təsnif etmək olar: 

 

-enerji  potensialını  artırmaq  üçün  enerji  subyektlərinin,  yəni  əhalinin 



çoxalması; 

-enerji  artımını  təmin  edəcək  vəsaitlərin  mövcudluğu-bura  təbii 

sərvətlərdən  tutmuş,  ərazinin  geosiyasi  mövqeyinə  qədər  bütün  amilləri  daxil 

etmək olar; 

-enerji potensialının cəmləşməsi üçün məkanın kifayət qədər olması;   

-cəmiyyətlərin  enerji  azlığından  və  məkan  üzrə  enerjinin  qeyri-

tarazlığından  irəli  gələrək  meydana  gələn  enerji  balansının  pozulması 

faktlarının çoxluğu; 

-enerjisı    çatışmayan  tərəflərin  enerji  axtarmaq  uğrunda  mübarizələri  və 

qabiliyyətlərin,    istedadların  bu  istiqamətlərə  yönləndirilməsi-elmi-texnoloji 

ixtiraların sayının artması gözlənilir; 

-insanların  təbii  aktivliyi  -iqlim  şəraiti  və  təbiət  inkişafı    şərtləndirə 

biləcəkdir ; 

-müqayisə  üçün  ətraflarda  inkişaf  etmiş  şəraitlərin,  cəmiyyətlərin  

mövcudluğu  və  bu  mövcudluğun  stimul  yaratması.  Məsələn,  Türkiyə  və  İran 

kimi  dövlətlər  dünyanın  inkişaf  etmiş  dövlətlərinin  texnoloji  vasitələrini  şahidi 

olurlar və bu amil də bu dövlətlərdə müqayisədə rəqabəti yarada biləcəkdir və s. 

Türkiyə  və  İran  əhalisinin  potensialını  istiqamətləndirmək,  rasional  tərzə 

yönləndirməklə  bu  dövlətləri  dünyanın  inkişaf  etmiş  dövlətləri  səviyyəsinə 

qaldırmaq olar. Bu proseslər gələcəkdə gözlənilir.   




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə